Tarix yaradan
ŞƏXSİYYƏT
Böyük şəxsiyyətlər
yaşayıb yaratdıqları, fəaliyyət göstərdikləri
zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz xalqlarının rifahı naminə irəliyə
aparmaqla adlarını əbədi olaraq tarixə yazmışlar. Hər bir xalq öz
tarixi şəxsiyyətləri ilə fəxr
edir, onların yaratdığı irsə
böyük ehtiramla
yanaşır. Azərbaycan xalqı da hər
zaman tarixi şəxsiyyətləri
ilə fəxr etmişdir. Müasir Azərbaycan
dövlətinin memarı və qurucusu,
xalqının və dövlətinin müstəqilliyi,
inkişafı naminə böyük və
əvəzedilməz işlər görmüş,
bununla bağlı tarixi
proseslərə təsir göstərmiş Heydər
Əliyev hər zaman fəxr edəcəyimiz,
qürur hissi ilə
xatırlayacağımız dahi şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə
qadir şəxsiyyət kimi
Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər
görmüşdür. Heydər
Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla
yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ümummilli
liderin Azərbaycan tarixinə bəxş etdiyi əzəmətli bayram
günlərindən biri də məhz 15 iyun Qurtuluş Günüdür.
Bu
gün haqqında qürurla
danışdığımız tariximizə Milli
Qurtuluş Günü
kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü
xalqımız üçün yeni bir başlanğıc
, ictimai tərəqqidə keyfiyyətcə
yeni bir mərhələdir.
15 iyun əsl qurtuluş
tarixi olmaqla
yanaşı, Azərbaycanda xaosdan, böhrandan, anarxiyadan inkişafa, sabitliyə doğru gedən yolun başlanğıcıdır . Bu tarixi yaradan
isə yenə də Azərbaycanın inkişafında,
müstəqilliyində, gələcəyində müstəsna
rol oynayan, daim xalqına arxalanan və
xalqına arxa olan
insan-Heydər Əliyev idi.
Ulu öndərimiz Heydər Əliyevin həyat
amalı, zaman və məkan
anlayışına sığmayan siyasi fəaliyyətinin
əsas məqsədi azad və müstəqil
bir dövlət qurmaq
idi. Tarixə müasir
Azərbaycanın memarı olaraq
düşən ümummilli lider Heydər Əliyev hər zaman
Azərbaycanı özünə güvənən qüdrətli
bir ölkəyə çevirmək istəyirdi.
Bu yolda qəti
addımlar atır, əməli işlər görür,
özünün iqtisadi
inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qururdu.
Xalq onu sevir, parlaq
zəkasını qiymətləndirir və öz
Liderinə, onun yeritdiyi
siyasi kursa inanaraq ardınca gedirdi.
Əslində Heydər Əliyev ömrü
Azərbaycan xalqının XX əsr tarixinin
35 illik böyük bir dövrü ilə
sıx bağlıdır və onları bir-birindən
ayırmaq və izah etməyə çalışmaq
mümkün deyil.
Azərbaycanın
dövlət müstəqilliyinin bərpası ərəfəsində
gedən prosesdə Heydər Əliyev tarixi
şəxsiyyət, lider olaraq
Azərbaycan xalqının taleyinə təsir göstərən
əhəmiyyətli addımlar atdı. 1990-cı ilin yayında Moskvadan vətənə
qayıdan ulu öndərin
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri işlədiyi illər Azərbaycanın istiqlalı yolunda xüsusi mərhələ
olmuşdur. Onun rəhbərliyi altında muxtar
respublika Azərbaycanın dövlət
müstəqilliyinə doğru irəliləməsində
bayraqdar rolu
oynayırdı. Əsas amillərdən biri
o idi ki,
onun muxtar respublikaya rəhbərlik etməsi ölkəmizin
bu qədim diyarının erməni təcavüzündən
xilas olmasında başlıca rol oynamışdı. Məhz Heydər
Əliyevin müdrikliyinin, siyasi
təcrübəsinin və iradəsinin nəticəsi idi ki, Naxçıvan MR-sı
üzləşdiyi bütün çətinlikləri
dəf etmiş, muxtar
respublika daxilində sabitliyi,
əmin-amanlığı təmin etmişdir.
Bütün bu faktlar bir daha təsdiqləyir ki, 1993-cü ilin
yayında Azərbaycan “olum, ya ölüm” dilemması
qarşısında qaldığı bir vaxtda, xalqın təkidlə Heydər
Əliyevin hakimiyyətə qayıtmasını tələb
etməsi heç də təsadüfi deyil. Həmin il iyunun 15-də müdrik
siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi
qayıdışı ilə Azərbaycan tarixinin
Heydər Əliyev dövrü, özünün yeni, daha əzəmətli mərhələsinə
qədəm qoydu. Bu qayıdışla
ölkənin ictimai-siyasi, sosial-iqtisadi,
elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində
dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma
və prinsiplərə uyğun şəkildə
müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, ümummilli lider Heydər
Əliyevin birinci hakimiyyəti ölkənin
formalaşdırılmasına hesablanmışdısa, onun ikinci hakimiyyəti əsl
QURTULUŞ oldu.
Xalqın
çağırışı ilə Heydər Əliyev
1993-cü ildə, ölkəmizdə siyasi
böhran yaşandığı, vətəndaş
mübarihəsi təhlükəsi yarandığı, Ermənistanın
təcavüzünün gücləndiyi bir
vaxtda siyasi hakimiyyətə
qayıtdı. Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə
gəlişindən, yəni
1993-cü ildən sonra ölkəmizdə
gedən proseslər geniş bir təhlil, təhqiqat tələb edən bir məsələdir. Aparılan
araşdırmalar və təhlillər Heydər Əliyevin nəhəng
siyasətinin ayrı-ayrı elementlərini bir
daha göz
önünə gətirməyi zəruri edir.
1993-cü
ilin iyun hadisələri
zamanı siyasi hakimiyyətə qayıdan
Heydər Əliyev ilk növbədə vətəndaş
müharibəsi təhlükəsini aradan
qaldırdı. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün
ciddi və təxirəsalınmaz
addımlar atıldı. Hərb cəbhəsində atəşkəsə
nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Çünki
hərbi əməliyyatların davam etməsi
Azərbaycan iqtisadiyyatının onsuz da ağır olan vəziyyətini
daha da
ağırlaşdıra bilərdi. Azərbaycan həmin
müharibəni yalnız Ermənistanla aparmırdı.
Hamıya bəlli idi ki,
Ermənistana silah pulsuz
verilirdi. Ermənistana müxtəlif vasitələrlə
ayrı-ayrı ölkələrdən də yardımlar
göstərilirdi. Ermənistan tərəfi Azərbaycan Ordusunun hücumları qarşısında tab gətirməyərək atəşkəsə
razılıq vermək məcburiyyətində qaldı.
Atəşkəsin
əldə edilməsi ilə yaranmış fasilədən ümummilli lider Heydər
Əliyev ölkədə dövlət quruculuğu
işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar
olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün
çox ciddi siyasətin
həyata keçirilməsinə başladı. İctimai-siyasi sabitliyin
yaradılması üçün Heydər
Əliyevin həyata keçirdiyi siyasətin ana
xəttini qanunçuluq və möhkəm
dövlət intizamının yaradılması təşkil edirdi. Hamıya bəllidir ki,
o dövrdə ayrı-ayrı qrupların
nəzarətində qanunsuz fəaliyyət
göstərən silahlı dəstələr var idi. Bu
silahlı dəstələrin, hökumətə, hakimiyyətə
tabe olmayan qanunsuz hərbi birləşmələrin mövcudluğu dövlətçilik və
müstəqillik, o cümlədən vətəndaşların
təhlükəsizliyi üçün qorxu törədirdi. Heydər Əliyevin
atdığı ilk əhəmiyyətli
addımlardan biri belə silahlı dəstələrin
ləğv edilməsi, onlarda olan silahların yığılması oldu.
Ulu öndər Heydər Əliyevin
başladığı dövlət quruculuğu
siyasətinin tərkibində əsas yerlərdən birini Milli Ordunun
yaradılması tuturdu. 1993-cü ilə
qədər hakimiyyətdə olan
iqtidarların heç biri
ordu yarada bilməmişdilər.
Heydər Əliyevin qarşıya qoyduğu
ən vacib və təxirəsalınmaz vəzifələrdən
biri vahid
komandanlığa əsaslanan ordunun
yaradılması idi. Az
zaman içərisində Müdafiə Nazirliyinin tabeçiliyində və dövlətin
nəzarətində olan ordu
birləşmələri yaradıldı və düşmənin
hücumlarının qarşısı alındı.
Heydər
Əliyev ictimai-siyasi sabitliyi
qorumaq üçün
qanunçuluğun yüksək səviyyədə
təsbit olunması istiqamətində mühüm
addımlar atdı. Ölkədə xaos və
özbaşınalığın qarşısı
alındı. Xalqın Heydər Əliyevə inamı,
etimadı o dərəcədə yüksək
idi ki, onun
hər bir çağırışı Azərbaycan
xalqının bütün təbəqələrində
böyük əks-səda doğururdu. 1994-cü ilin
oktyabrında xarici qüvvələrin
köməyi ilə bəzi dairələr Azərbaycanda
dövlət çevrilişinə cəhd göstərdilər.
Keçmiş baş nazir
S.Hüseynovun rəhbərliyi ilə
dövlət çevrilişinə cəhd edən dairələrin
məqsədi ölkəmizin həyata keçirdiyi
müstəqil siyasəti əngəlləmək, Azərbaycanı
yenidən xarici qüvvələrin, imperiya dairələrinin təsiri altına
keçirmək idi. Azərbaycan
xalqının Heydər Əliyevə olan
inamı hesabına dövlət çevrilişinə cəhdin
qarşısı qətiyyətlə alındı. Dövlət
çevrilişinə cəhd təsadüfən baş verməmişdi. O
dövrdə Azərbaycan öz təbii sərvətlərini
dünyaya çıxarmaq və neft-qaz ixracının köməyilə iqtisadi problemlərini həll etmək üçün addımlar atırdı. Xəzərdə
Azərbaycana məxsus neft
yataqlarının birgə işlənməsi ilə əlaqədar
xarici neft şirkətləri
ilə danışıqlar aparılırdı. Bu danışıqları pozmaq
istəyən qüvvələr 1994-cü ilin
oktyabrında dövlət çevrilişinə cəhd
göstərdilər. Qeyd etdiyimiz
kimi, Heydər Əliyevin qətiyyəti
sayəsində bu cəhdin
qarşısı alındı və ictimai-siyasi
sabitlik qorundu.
1995-ci ilin
martında yenidən dövlət çevrilişinə cəhd
olundu. Xarici dairələr
Azərbaycanda sabitliyi pozmaq
və ölkənin həyata keçirdiyi
siyasəti əngəlləmək üçün
dövlət çevrilişinə cəhd etdilər. Bu cəhdin də qarşısı qətiyyətlə
alındı. Beləliklə, Heydər Əliyevin fədakar zəhməti
sayəsində Azərbaycanda silahlı yolla
hakimiyyətə gəlmək ənənəsinə birdəfəlik
son qoyuldu. Ulu öndərin
həyata keçirdiyi siyasət praktik olaraq silahlı çevrilişin Azərbaycan siyasətindən
çıxarılmasına gətirib çıxardı. Bu, müasir Azərbaycanın
tarixində Heydər Əliyevin adı ilə bağlı olan çox böyük bir nailiyyətdir.
İctimai-siyasi sabitliyin
təmin edilməsi iqtisadi islahatların həyata
keçirilməsinə yol
açdı. Dövlət idarəçiliyi ilə
bağlı qanunlar hazırlanaraq təsdiq
olundu. Ən başlıcası isə
müstəqil dövlətimizin ilk
Konstitusiyası qəbul edildi. Bütün bunlar ulu öndərin dövlət quruculuğu
sahəsində gördüyü böyük işlərin əsas istiqamətlərindən
biridir.
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın öz
təbii sərvətlərinə sahib
çıxması, dünyanın əsas neft-qaz
ixracatçısına çevrilməsidir. Heydər
Əliyevin bu istiqamətdə həyata keçirdiyi nəhəng siyasi
layihələrdən biri neft
strategiyasıdır. Neft strategiyası bu gün də Azərbaycan
üçün həm siyasi,
həm də iqtisadi dividendlər gətirməkdədir.
Ulu öndərin uzaqgörənliyi və
qətiyyəti sayəsində 1994-cü il
sentyabrın 20-də Bakıda müxtəlif ölkələrin
neft şirkətləri ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın
yeni neft
strategiyasının əsasını qoydu.
Bu neft strategiyası
dünyanın ən qabaqcıl neft
şirkətlərini Azərbaycana investisiya
yatırmağa cəlb etdi. Bu investisiyalar iqtisadi sabitliyin bərqərar
olması üçün böyük
rol oynadı. Azərbaycanın beynəlxalq
nüfuzu artdı, bölgədə rolu genişləndi. O cümlədən iqtisadi islahatlar
aparılması üçün böyük baza
yaradıldı, sosial islahatlar
üçün iqtisadi
potensial əldə edildi.
Heydər Əliyevin həyata keçirdiyi
nəhəng geopolitik layihələr
sırasında Bakı-Tbilisi-Ceyhan neft kəməri
layihəsi bu gün həm
Azərbaycan, həm də region üçün böyük
rol oynayır. Bütün iqtisadi
təhlilçilərin və tədqiqatçıların fikri ondan ibarətdir ki, belə nəhəng layihənin həssas bir bölgədə, geopolitik
baxımdan dartışmalar mərkəzi olan
Cənubi Qafqazda həyata keçirilməsi
yalnız böyük şəxsiyyətin-Heydər
Əliyevin uzaqgörənliyi ilə reallaşa
bilərdi.
Enerji təhlükəsizliyi bütün
dünya dövlətlərini
düşündürən ən vacib məsələlərdən
biridir. Ona görə
də Azərbaycanın, o cümlədən
Xəzərin karbohidrogen
ehtiyatlarının dünya bazarlarına
çıxarılmasına əngəl olmaq
istəyən qüvvələr var idi. Onların maneələrinə baxmayaraq Heydər Əliyev BTC neft
kəmərinin, sonra isə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
reallaşması üçün böyük siyasət həyata keçirdi. Bu layihələrin
reallaşması Heydər Əliyevin uğuru,
onun böyük şəxsiyyət
olaraq tarixi prosesə
göstərdiyi təsirlərin nəticəsi idi. Məhz bu
səbəbdən Azərbaycanın regionda
yeri daha da möhkəmləndi, beynəlxalq təşkilatlarda
nüfuzu artdı. Biz
bunu Birləşmiş Millətlər Təşkilatı,
ATƏT, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatı, Avropa
Şurası, İslam Konfransı Təşkilatı
və digər beynəlxalq təşkilatlarda görə
bilərik. Azərbaycanın artan nüfuzunun nəticəsi idi
ki, respublikamız bölgənin lider dövlətinə çevrildi.
Eyni zamanda artan nüfuzun nəticəsi
idi ki, Ermənistanın
Azərbaycana təcavüzü BMT səviyyəsində,
ATƏT çərçivəsində ölkəmizin xeyrinə
qərar və qətnamələrin qəbul edilməsi ilə
müşayiət olundu.
Ulu öndərin əsasını qoyduğu yeni neft strategiyası bu gün də uğurla davam etdirilir. Cənab Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata
keçirilən yeni neft
strategiyası xalqımızın öz sərvətinə
sahib olmasında mühüm
rol oynayır. Bu gün BTC və BTƏ Qərblə Şərq
arasında körpü rolunu
oynayır. Bu layihələr Xəzər regionu ilə Avropa
arasında qırılmaz tellərdir, Azərbaycanla Türkiyəni
polad kəmərlərlə bir-birinə
bağlayıb. Bu
bağlılığı hansısa bədxah qüvvələr,
çirkin niyyətli dairələr
qıra bilməzlər. Bu gün
Azərbaycanın razılığı və iştirakı olmadan Qafqazda hansısa bir layihəni həyata keçirmək mümkün deyil. Bu, ulu öndər Heydər
Əliyevin başladığı böyük
siyasətin davamı və məntiqi nəticəsidir.
Heydər
Əliyevin həyata keçirdiyi siyasətin
başqa bir istiqaməti
iqtisadi tənəzzülün
qarşısının alınmasıdır. 1995-1996-cı
illərdən başlayaraq iqtisadi böhran aradan qaldırıldı, Azərbaycan inkişaf yoluna qədəm
qoydu. İqtisadi
islahatların bəhrəsi xalqın rifahına da müsbət təsir
göstərməyə başladı. Qısa zaman
kəsiyində Azərbaycan iqtisadi
baxımdan Qafqazın ən qabaqcıl ölkəsi oldu.
Azərbaycan dövlətçiliyində
Heydər Əliyevin adı ilə bağlı olan
əsas məqamlardan biri təməl
prinsipləridir. Müstəqil Azərbaycan dövlətinin təməl
prinsiplərinin müəllifi Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün
deyil, eyni zamanda gələcəyə yönəlib. Hər
bir xalq öz dövlətçiliyinin idarə
olunmasında müəyyən ideoloji
prinsiplərə söykənir. İdeologiyasız dövlətçilik
mümkün deyil. Xalq ideologiyaya söykənmədən
irəli gedə bilməz.
Ümummilli lider Heydər
Əliyev şəxsiyyəti haqqında fikir
söyləmək, onun Azərbaycan
dövləti və xalqı üçün
həyata keçirdiyi siyasi
fəaliyyəti layiqincə qiymətləndirmək böyük məsuliyyət tələb edir. Ölkə Prezidenti cənab
İlham Əliyev ümummilli
lider Heydər Əliyevin 90 illik yubiley tədbirində deyir:
“Şəxsiyyətlərin tarixdəki rolu
haqqında müxtəlif dövrlərdə kitablar,elmi
və bədii əsərlər yaradılmışdır. Bu günə qədər bu
məsələ bəzi hallarda mübahisə
mövzusudur. Ancaq Heydər
Əliyevin timsalında biz əyani şəkildə
görürük ki,
şəxsiyyətlərin tarixdəki rolu
bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti,
Heydər Əliyev dühası bugünkü
Azərbaycanın uğurlu
inkişafının təməlində dayanan
bir amildir”.
Azərbaycan vətəndaşları
bugünkü gerçəkliyi və
reallığı Prezident İlham
Əliyevin rəhbərliyi altında həyata keçirilən
Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Varislik
Azərbaycan xalqının əvvəlki tarixi
dövrlərdə əldə etdiyi
nailiyyətləri öyrənmək, prinsipial
olaraq əldə edilənləri gələcək
nəsillərə ötürməkdir. Bu
gün Heydər Əliyev siyasi
məktəbinin varisi və layiqli davamçısı ölkə Prezidenti cənab İlham
Əliyevdir. Belə ki, İlham Əliyevin Prezident
kimi səlahiyyətlərinin icrasına
başladığı ilk gündən
hakimiyyəti xalqa xidmət vasitəsi hesab etdiyini bildirməsi heç də təsadüfi deyil.
Ölkə başçısının ümummilli
lider Heydər Əliyev siyasi
xəttini yüksək səviyyədə davam
və daha da inkişaf etdirməsi müasir
dövrdə Azərbaycanın dinamik tərəqqisini
şərtləndirən mühüm amil kimi
çıxış edir.
Dövlət
başçısı İlham Əliyevin
həyata keçirdiyi uğurlu
siyasət nəticəsində son on il ərzində Azərbaycan
bölgənin iqtisadi baxımdan ən
sürətli, dinamik inkişaf
edən ölkəsinə çevrilib. Bir tərəfdən
zəngin neft və təbii qaz qaynaqlarının dünya
bazarına nəqlinə imkan verən
layihələrin reallaşması, bunun nəticəsində
Azərbaycan gəlirlərinin sürətlə yüksəlməsi,
digər tərəfdən isə bu gəlirlərin
səmərəli şəkildə nəzarət edilməsinə
və iqtisadiyyatın fərqliliyinə yönəlik
ardıcıl islahatların həyata keçirilməsi öz müsbət nəticələrini verir. Azərbaycan iqtisadiyyatı
son 10 ildə dünyada
sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olmaqla ötən bu
müddətdə ölkəyə 130 milyard
dollardan çox sərmayə
qoyulub, ümumi daxili məhsul 3 dəfə, sənaye
istehsalı 2,5 dəfə artıbdır. Ölkənin valyuta ehtiyatlarının həcmi 2013-cü
ildə 50 milyard dollar
səviyyəsinə yüksəlib. Xalqın sərvətinin
ədalətli bölgüsü, habelə
vəsaitlərin xərclənməsində və
akkumulyasiyasında maksimum şəffaflıq
ölkənin valyuta ehtiyatlarının
ilbəil artmasına və ölkədə 10 ildə yoxsulluq səviyyəsinin 10 dəfə azalaraq 50 faizdən 5,5 faizə düşməsinə
səbəb olmuşdur. Bu gün Azərbaycanda işsizlik göstəricisi 5 faiz
həddindədir, ölkəmizin xarici borcunun həcmi təxminən ÜDM-in
7-8 faizi qədər, valyuta
ehtiyatlarının həcmi isə təxminən ÜDM-in 70 faizi səviyyəsindədir.
Eyni zamanda, ötən bu müddət ərzində iqtisadiyyatda
qeyri-neft sektorunun
çəkisi artaraq, iqtisadiyyatın neftdən
asılılıq riskini azaldıb. Hazırda Azərbaycan xarici investisiyalara ehtiyacı olan
ölkədən bölgədə və onun
xaricində böyük əhatəli investisiyalar yatıran ölkəyə çevrilib. Ötən on
il ərzində sosial
infrastrukturun yaradılması ilə
bağlı böyük işlər görülüb- minlərlə məktəblər,
xəstəxanalar, Olimpiya kompleksləri,
digər sosial obyektlər tikilib
və təmir edilmişdir. İnvestisiya proqramında nəzərdə tutulmuş layihələr bu
gün də uğurla
həyata keçirilir.
Dövlətimizin
qarşısında duran ən əsas vəzifələrdən
biri qeyri-neft sektorunu inkişaf etdirmək
idi. Bununla əlaqədar
ölkəmizdə bir çox
iş görülməklə
yanaşı, bu gündə böyük uğurla davam etdirilir. 2012-ci ilin statistik göstərircilərinə
baxsaq, qeyri-neft sektorunda 11 faizdən çox
artmı görə bilərik. Bu artıq Azərbaycan iqtisadiyyatının şaxələnməsinin
göstəricisidir. Ölkəmizdə müasir
informasiya-kommunikasiya texnologiyalarına çoxlu sərmayə qoyulur.
2012-ci ilin fevral
ayında Azərbaycanın “Azərspace-1” adlı ilk süni telekommunikasiya
peykinin orbitə buraxılması ölkəmizin
bu sahədəki inkişafın ən
yüksək göstəricisidir. Qürurla
qeyd edə bilərik ki,
Azərbaycan kosmik ölkələr klubuna daxil olub,
texnoloji tərəqqiyə, innovasiyalı
iqtisadiyyata sahib olan və uğurla inkişaf edən ölkədir.
Dövlət
başçısı İlham Əliyev
2003-cü ildə Prezident seçiləndən
bir il sonra
2004-cü ildə Azərbaycanın bütün
gələcək inkişafı müəyyən edən “Azərbaycan
Respublikasında regionların sosial-iqtisadi
inkişafına dair Dövlət
Proqramı”-nı qəbul etməsi, bu iqtisadi inkişaf proqramında qarşıya qoyulmuş məqsədlərin mərhələ-mərhələ
həyata keçirilməsi və əldə olunan
inkişaf dünyada iqtisadi inkişafın yeni
bir modelinin-Azərbaycan iqtisadi
inkişaf modelinin
yaranmasına səbəb oldu. Beləliklə,
dünyanın öndə gələn maliyyə təşkilatlarının
diqqəti Azərbaycana yönəldi. Dünya Bankı və beynəlxalq
maliyyə şirkətlərinin illik
hesabatlarında Azərbaycan investisiya
yatırılacaq ölkələrin sırasında ön yerlərdən birini
tutmaqla, dünyanın inkişaf
etmiş ölkələrinin diqqətini
özünə cəlb etməyi bacardı. Dünya
siyasi arenasında əhəmiyyətli bir yer tutan
Azərbaycan, əlbəttə, bu zirvəyə
Prezidentimiz cənab İlham
Əliyevin icra etmiş
olduğu uğurlu
siyasəti ilə nail olub.
Bu günlərdə keçirilən Vilnüs sammitində Prezident
İlham Əliyev bir daha Azərbaycan siyasətinin müstəqil olduğunu dünyaya nümayiş etdirdi. Azərbaycanın
mövqeyini qəti şəkildə ifadə
etdi. Qürurverici
haldır ki, sözügedən mötəbər
tədbirdə Azərbaycan diplomatasiyası çox
gərgin mübarizə şəraitində gedən politik dartışmadan uğurla
və qalibiyyətlə çıxdı.
Beləliklə, bütün bu əldə
olunan uğurlar Prezident İlham Əliyevi
Azərbaycanda alternativsiz liderə, Cənubi
Qafqaz regionunda isə
Heydər Əliyevdən sonra gələn
ikinci böyük siyasi xadimə çevirib.
Qeyd olunanlara əsaslanaraq,
əminliklə deyə bilərik ki, ümummilli liderimiz Heydər
Əliyev bu gün də
bizimlə yaşayır, onun ideyaları uğurla davam etdirilir.
Mübariz QURBANLI
Milli Məclisin deputatı, YAP İcra katibinin müavini
Xalq qəzeti.- 2013.- 12 dekabr.- S.4.