Bakıda yeni ünvan: “Ağ Şəhər”
Qədim
tarixə malik olan Bakı şəhəri, demək olar ki,
günbəgün yeniləşir, gözəlləşir. Şəhərin
hər tərəfindən boylanan göydələnlər,
yeni park və xiyabanlar, yaraşıqlı prospekt və
küçələr, milli memarlıq üslubunda
salınmış yeraltı keçidlər
paytaxtımıza xüsusi gözəllik bəxş edir. Bu hələ
harasıdır? Dövlətimiz qüdrətləndikcə
onun paytaxtının da siması dəyişir. Elə bu il
inşasına başlanmış “Ağ Şəhər” layihəsi dəgözəl
Bakımıza qənirsiz bir görünüş bəxş
edəcək. O, vaxtilə “Qara Şəhər” adlanan
geniş bir ərazinin yerində inşa olunur. Bu layihənin
reallaşması həmin əraziyə yeni görkəm, yeni
həyat bəxşedəcək.
Bu il mayın 25-də
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Bakı Ağ
Şəhər” bulvarının təməlini qoydu. Təməlqoyma mərasimində cənab
Prezident bildirdi: “Bu şəhər tikiləcək. Bu şəhər yaşayacaq.
Şəhər içində “Ağ
şəhər”də on minlərlə insan yaşayacaq. Gözəl
ofislər, yaşayış binaları tikiləcək, ictimai yerlər, dənizkənarı yeni bulvar
salınacaqdır. Planlarımız çoxdur.
İndi Bakının gözəlləşməsi
ilə bağlı çox böyük tədbirlər görülür.
Bakı bulvarı bir neçə dəfə
uzadılır. Hazırda 4 kilometrdir. Bir neçə aydan sonra biz yeni
bulvarın açılışını qeyd
edəcəyik. Yeni bulvar
Dövlət Bayrağı Meydanı ilə birlikdə 10
kilometrdən daha da böyük məsafəni əhatə edəcəkdir.
Həm şəhər sakinləri üçün,
gəzinti üçün, istirahət
etmək üçün yeni
imkanlar yaradılır. Eyni
zamanda, şəhərin bu
tərəfini də abadlaşdıracağıq. Burada da yeni
bulvarlar salınacaqdır. Beləliklə,
sahil boyu, bəlkə
də, 10 kilometrlərlə ölçülən yeni ictimai yerlər
yaradılacaqdır”.
Artıq bu layihə əsasında
işlər sürətlə davam etməkdədir.
Layihənin reallaşması ilə Nobel prospekti öz
simasını tamamilə dəyişəcək. Prospektdə
yenidənqurma işləri “Bakı Ağ
Şəhər” ofis binasının
qarşısında olan və bütün layihənin təməl
daşı yerləşən meydançadan
başlayır. Nobel prospektində iki yeni yeraltı piyada keçidi inşa ediləcəkdir. Layihəyə əsasən,
X.Rüstəmov küçəsinin Nobel
prospekti ilə kəsişməsində 4
çıxışı olan yeraltı piyada keçidinin tikintisi aparılmaqdadır.
“Bakı Ağ Şəhər”in nəqliyyat infrastrukturunun inkişaf
etdirilməsi istiqamətində işlər
aparılacaqdır. “Xətai” metrostansiyasından sonra gələn yeni
stansiyanın salınması və
çıxışları üçün
yer artıq
razılaşdırılmışdır. Bu
stansiyanın tikintisi ərazidə yaşayan və işləyən insanlar üçün
rahatlıq yaradacaqdır.
Yeni metrostansiyasının müxtəlif
istiqamətlərdə, o cümlədən
yeni fontanlar
meydanının və ticarət-əyləncə mərkəzinin
lap yaxınlığında 5
çıxışı olacaqdır. Bu
çıxışlar piyadaların Nobel
prospektindən təhlükəsiz yeraltı keçidini
təmin edəcəkdir.
“Yaşıl Ada” (“Green Hill”)
rayonunda təmizləmə işləri başa çatdırılmışdır.
Layihənin şimal və mərkəzi
hissələrində isə təmizlənmə işləri
yüksək sürətlə davam
etdirilməkdədir.
“Yaşıl
Ada” rayonunda “Atkins” memarlıq şirkətinin yerli mütəxəssislərlə birgə xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün
işləyib-hazırladığı və öz
yaşayış şəraitini yaxşılaşdırmaq
istəyən şəhər sakinlərinin getdikcə daha çox bəyəndiyi
fransız üslublu yaşayış
kompleksləri inşa edilməkdədir. Evlər müxtəlif tip və planları olan mənzillərdən
ibarətdir. Burada standart
və daha geniş mənzillər
vardır: iki otaqlı - 90, üç otaqlı - 125, dörd
otaqlı - 145 kvadratmetrdir.
Nobel prospektində, “Bakı Ağ Şəhər”ə
girişi bildirən və artıq beynəlxalq
memarlıq aləmində geniş
tanınmış və hələ layihələndirmə mərhələsində
dəfələrlə müxtəlif beynəlxalq sərgilərdə
mükafatlara layiq görülmüş “Bakı Ağ
Şəhər” ofis binasının tikintisi davam edir. İcra
edilmə mərhələsində isə “Bakı Ağ Şəhər” ofis
binası nüfuzlu beynəlxalq “Asia Pacific Property
Awards 2013” sərgisində, eyni zamanda, iki
kateqoriyada - ofis
binası və ofis arxitekrurası
nominasiyalarında mükafatlar
almışdır.
“Ağ Şəhər”in Park
rayonunun ərazisi də fəal şəkildə
işlənməkdədir. Ümumi sahəsi
24 hektar olan və
“Bakı Ağ Şəhər”in şərqindən
qərbinə keçən yüksəklikdə yerləşən
park rayonu orta hündürlüyü
20 mərtəbəyə qədər olan
binalar sırası kimi
layihələndirilmişdir.
Layihəyə əsasən, hər bir bina ticarət sahəsi kimi
təqdim ediləcək kürsüdə yerləşəcəkdir.
Park rayonunun bütün
inşa edilən yaşayış
komplekslərində “Bakı Ağ Şəhər”in
Baş Planının şərtlərinə
əsasən, yeraltı avtodayanacağa enən
1 ədəd yük və 2 ədəd sərnişin
lifti, havalandırma sistemləri, telekommunikasiya şəbəkəsi üçün şaxtalar,
kondisionerlər üçün xüsusi yerlər, yeraltı və yerüstü
avtodayanacaqların rahat yerləşməsi
və 1 mənzilə 1-2 avtodayanacaq yeri və ticarət obyektlərinin hər 100 kvadratmetri üçün
3-5 avtodayanacaq yeri nəzərdə
tutulmuşdur.
Tikinti zamanı həm gözəlliyi, həm
də fasadın uzunömürlülüyünü
saxlamağa imkan verən
müasir mühəndis həlləri tətbiq
edilir, keramik materiallardan istifadə olunur.
Nizami Parkından yuxarıda - dəniz səviyyəsindən
25 metr yüksəkdə yerləşdiyinə
görə rayonun sahilyanı bulvara və Bayraq
Meydanına gözəl görüntüsü
olacaqdır.
Fransız üslublu binalardan fərqli
olaraq, bu evlər daha geniş
planlaşdırılmışdır: məsələn, üç otaqlı mənzillər - 160 kvadratmetr, dörd
otaqlılar - 190 kvadratmetr və s.
Bakının qədim
istirahət guşəsi olan Nizami Parkı yenidən qurulacaq
və o, şəhərin ən gözəl
parklarından birinə çevriləcəkdir.
Yeni bulvar xəttinin və Nobel prospektinin
abadlaşdırılmasının və yenidən
qurulmasının məntiqi sonu - mərkəzi
iş rayonunu və fontanlar rayonunu layihənin
sahilyanı hissəsindəki ticarət-əyləncə mərkəzi
və yeni bulvar ilə
birləşdirən və onun əsas bəzəyi
və strateji hissəsi olan piyada
körpüsü olacaq.
Artıq müfəssəl
layihələrin işlənməsi məqsədilə yerli şirkətlərlə yanaşı, “Atkins” və “UN Studio” kimi dünya şöhrətli
şirkətlər də bu işə cəlb
edilmişdir.
“UN Studio”
şirkətinin mütəxəssisləri Nobel
prospektində yerləşəcək ticarət - ofis binasının layihəsinin işlənməsini
həyata keçirirlər. Adından da göründüyü kimi,
layihənin konsepsiyasında binada pərakəndə
satış obyektlərinin və müxtəlif şirkətlərin
ofislərinin açılması planlaşdırılır.
Bundan başqa, 2015-ci il Avropa Olimpiya
Oyunlarının başlanğıcı üçün
4 ulduzlu otelin təhvil
verilməsi nəzərdə tutulmuşdur.
Diqqəti cəlb edən
daha bir layihə
fransız məktəbi kimi nəzərdə
tutulan binadır. Hazırda tam sürətlə gələcək tədris
müəssisəsinin inşasına başlamaq
üçün hazırlıq gedir. Xatırladaq ki, məktəbin
inşasının təşəbbüskarı Heydər
Əliyev Fondudur. Binanın təməlinin
qoyuluşu isə Azərbaycan və Fransa prezidentləri tərəfindən həyata
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “2006-2010-cu illərdə Azərbaycan
Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdırılmasına dair
kompleks tədbirlər Planı”nın təsdiq
edilməsinə dair sərəncamı
çərçivəsində həyata keçirilən
“Bakı Ağ Şəhər” şəhərsalma
layihəsi ekoloji yönümlülüyü, davamlılığı və bütövlüyü ilə seçilməklə
ən iri miqyaslı şəhərsalma
layihələrindən biri kimi nüfuz
qazanmışdır.
“Bakı
Ağ Şəhər” layihəsi dəfələrlə
böyük beynəlxalq sərgilərdə,
o cümlədən “Cityscape
Global 2011" (Dubay) və
”MIPIM Asia 2011" (Honq-Konq)
sərgilərində müvafiq olaraq, “Ən yaxşı şəhərsalma
layihəsi” və “Gələcəyin ən yaxşı layihəsi”
nominasiyalarında birincilik əldə etmişdir.
“Bakı Ağ Şəhər” layihəsinin baş məsləhətçisi rolunda mühəndis layihələndirilməsi
sahəsində dünyanın tanınmış beynəlxalq
şirkəti “Atkins” (Böyük
Britaniya) çıxış edir. Layihə üzərində
işə azərbaycanlı mütəxəssislərlə
yanaşı, əsası əfsanəvi Norman
Foster tərəfindən qoyulmuş
məşhur “Fosters and
Partners” arxitektura
şirkəti və Amerikanın
kommersiya məkanlarının
işlənilməsində böyük təcrübəyə
malik “F+A Architects” arxitektura bürosu da cəlb olunmuşlar.
İllər ötəcək,
biz tezliklə
Bakının görkəminə xüsusi
gözəllik bəxş edən “Ağ
Şəhər”in necə əzəmətli bir
məkana çevrildiyinin şahidi
olacağıq.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Xalq qəzeti.- 2013.- 19 dekabr.- S.5.