Yeni əsrin yeni
müqaviləsi
Dekbarın 17-də Azərbaycan enerji sahəsində daha bir strateji layihəyə imza atdi. Heydər Əliyev Mərkəzində “Şahdəniz-2" üzrə yekun investisiya qərarı imzalandı. Mərasimə iqtisadçı-alim kimi dəvət edildiyimdən tarixi anlaşmanın imzalanmasını canlı izləmək imkanı qazandım. Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycanın mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını reallaşdıracaq. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək.
Uzunluğu 870 kilometr olacaq Trans-Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz”
yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya
çatdıracaq. Layihənin ümumi dəyəri
təxminən 2,2 milyard ABŞ
dollarına bərabərdir. TAP layihəsinin əsas mənbəyi
“Şahdəniz”in ikinci fazası çərçivəsində
hasil olunacaq qazdır.
Proqnozlara əsasən, ikinci
fazada hasilata
2016-cı ildə başlanacaq və TAP kəmərinin
tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə
Avropaya nəql olunacaq
mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq.
Hazırda layihənin 3 səhmdarı var.
Bunlar
İsveçrənin “Axpo” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və
Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir.
TAP “Nabucco”dan 450 kilometr
qısadır və deməli, iqtisadi
baxımdan daha rentabellidir.
“Nabucco West”ə nisbətən kəmərin
inşaat xərcləri xeyli
az olacaq. Azərbaycan
artıq öz qazını birbaşa Avropa
bazarına, həm də bazar qiymətləri
ilə çıxara biləcək. Bu isə
ölkənin bir bazardan
asılılığının aradan
qalxması və Bakının mavi yanacaq ixracatında əsas məqsədə nail olması anlamına gəlir. Odur ki, TAP anlaşması
Azərbaycan üçün həm də
siyasi-diplomatik əhəmiyyət
daşıyır. Anlaşmadan birmənalı
şəkildə udan tərəflər eyni zamanda qonşu
Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla,
eyni zamanda, TAP-a “ev sahibliyi”
də edəcək və bu layihədən
öz daxili
ehtiyacları üçün faydalanmaq imkanı qazanacaq.
Türkiyəyə nəql edilən qazın illik
həcmi 12,6 milyard kubmetrə yüksələcək.
Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində
qoyulacaq 45 milyard dollar sərmayənin 25 milyard
dollardan artığı Azərbaycan və
Gürcüstan iqtisadiyyatına yönəldiləcək.
Beləliklə,
bu anlaşma Azərbaycan
üçün sadəcə iqtisadi mənfəət baxımdan deyil, eyni zamanda,
strateji aspektdən də kifayət qədər
əhəmiyyətlidir. Əvvəla, bu anlaşma Azərbaycanın dövlət gəlirlərinin
uzun müddətli dövrdə və strateji olaraq təmin edilməsi
baxımdan önəmlidir.
Belə ki, ilkin qiymətləndirmələrə
əsasən, Azərbaycanın “Şahdəniz”
yatağının birinci və ikinci fazasının işlənməsindən
əldə etdiyi gəlirin həcmi 200 milyard dollara yaxın
olacaqdır. Bu isə dövlətin və
eləcə də ölkə əhalisinin iqtisadi
gəlirlərinin kəskin artması baxımından ciddi maliyyə mənbəyinin yaranması deməkdir.
İkincisi, “Şahdəniz” yatağının ikinci fazasının mavi
qazını Türkiyə və Avropa
bazarına 2018-ci ildən başlayaraq daxil olacağını nəzərə alsaq, bu, eyni
zamanda, Azərbaycanın enerji
resurslarının satışından əldə etdiyi gəlirlərinin stabil
olaraq tənzimlənməsinə imkan verəcək. Bundan başqa,
Hasliatın Pay Bölgüsü
üzrə neft ixracının mərhələli
aşağı düşməsinin iqtisadiyyata
hər hansı mənfi təsirini aradan
qaldıracaq. Başqa
sözlə, bu anlaşma
mərhələli olaraq Azərbaycan neft dövrünün
uzunmüddətli qaz dövrü
ilə əvəzlənməsi deməkdir.
Üçüncüsü, Azərbaycan bu anlaşma ilə müstəqilliyinin tamamilə
təmin edilməsi üçün bir daha yeni
zəmin formalaşdırdı. Ölkəmizin mavi qazının Avropa
bazarına çıxarılmasına qarşı kifayət
qədər xarici təzyiqlər var idi. Praktik
olaraq, Azərbaycan Xəzər hövzəsində
Avropa Birliyi ilə
danışıqlarda öz mövqeyini sonadək qoruyub
saxlayan yeganə dövlət oldu. Avropa Birliyinin Türkmənistan ilə
apardığı uzun sürən
danışıqlara baxmayaraq, Cənub qaz dəhlizində Aşqabadın iştirakı
reallaşmadı. Buna rəğmən, Azərbaycan
həm TANAP, həm də TAP-ın gerçəkləşməsinə
nəinki töhfə verdi, hətta bu prosesdə birbaşa iştirak etdi. Ölkəmizin bu qərarı, eyni
zamanda, Azərbaycanın regionda
müstəqil fəaliyyətinin nəticəsi kimi qiymətləndirilə bilər.
Dördüncüsü, bu qərarla Azərbaycan
Avropanın enerji təhlükəsizliyinə
ciddi töhfə vermiş
oldu. Bu layihənin
reallaşması Avropanın Rusiyadan mavi yanacaq
asılılığını azaldacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Rusiyadan yan
keçməklə Avropa bazarına
çıxarılacaq. Növbəti mərhələdə
bu, 21 milyard kubmetrə
çatdırılacaq. Əgər TAP-ın ötürmə
qabiliyyətinin 60 milyard kubmetr
olduğunu nəzərə alsaq, bu, o
deməkdir ki, “Abşeron”
yatağı da istifadəyə veriləndən
sonra Avropa Birliyi göstərilən həcmdə
qazı Azərbaycandan idxal edəcək.
Elə birinci mərhələdə Avropa bazarına çatdırılacaq mavi yanacaq, bir
neçə ölkənin tələbatını ödəmək
baxımından böyük əhəmiyyət
daşıyacaq. Mavi yanacaq baxımından Rusiyadan 97 faiz asılı
olan Bolqarıstan, 98 faiz
asılı olan Macarıstan da TAP-dan yararlanan
ölkələr olacaq. Ümumilikdə
TAP Avropanın Mərkəzi Şərqində, eləcə də
Cənubi Avropada enerji
təhlükəsizliyinin formalaşmasına müsbət təsir
göstərəcək.
Beşincisi, Azərbaycanın bu
qərarı qonşular, xüsusən də
Rusiya ilə münasibətlərin əvvəlki
kimi yaxşı səviyyədə
qalmasına imkan verəcək. TAP layihəsinin
seçilməsi Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsinə
səbəb olmayacaq. Bu
kəmər daha çox
İtaliya bazarına hədəflənib.
Düzdür, Rusiya da İtaliya bazarına
çıxmağı planlaşdıran bir
ölkə idi. Azərbaycanın
bu bazara
çıxışı Rusiyanın istəyini arxa plana saldı. Amma gələcəkdə bu
layihə Rusiyanı məcbur edəcək ki,
növbəti mərhələdə Cənub Axını
layihəsini təxirə salsın, bu
istiqamətdə müzakirəni dayandırsın. Avropa Birliyi isə TAP layihəsinin
seçilməsində maraqlı tərəf idi.
Çünki bu,
Avropanın enerji siyasətinə, enerji təhlükəsizliyinə xidmət edəcəkdir.
Paralel olaraq, TAP layihəsinin
reallaşmasından Türkiyə və Gürcüstan
kimi ölkələr də gəlir əldə
edəcəklər. Bununla yanaşı, TAP vasitəsilə ixrac
olunan qazın müəyyən hissəsi
həmin ölkələrin daxili
istehlakı üçün istifadə olunacaq. Şirkətlər səviyyəsində
isə TAP layihəsi həm də SOCAR-ın Avropa
Birliyi ölkələrinin bazarlarına
çıxmasına, investisiya
qoymasına imkan verəcəkdir. Bütün bunları nəzərə alaraq demək olar ki, TAP Azərbaycan üçün
qonşularla münasibətdə də strateji layihədir. Bu layihə üzərində
dayanmaqla, rəsmi Bakı siyasi-diplomatik
addım atdı. Həm bölgədə aparıcı
qüvvələrlə, o cümlədən
Rusiya və Avropa
Birliyilə münasibətlərini əvvəlki səviyyədə
saxladı, hətta yaxşılaşdırdı, həm də
iqtisadi gəlir əldə etmək
imkanını genişləndirdi.
Altıncısı,
Azərbaycan üçün TAP eyni zamanda rentabelliyi
təmin edilmış layihədir. “Nabucco
West”lə müqayisədə TAP boru kəməri
450 kilometr qısadır. Bu
da onun çəkiliş
xərclərinin daha az
olmasına şərait yaradır. Rentabellik
baxımından bu, olduqca
vacibdir. Yəni, tikinti
xərclərinin az olması layihənin daha rentabelli işləməsini
şərtləndirən amildir. Azərbaycan
üçün bunun
iqtisadi üstünlüyü
ondan ibarətdir ki,
TAP layihəsi vasitəsilə ölkəmiz daha
bahalı bazara, qiymətlərin daha yüksək olduğu
bazara çıxış imkanı
qazanır. Nəzərə almaq
lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb, bu isə Azərbaycana
imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə
bilsin. Digər tərəfdən, Azərbaycan
TAP layihəsini reallaşdırmaqla, bir
neçə bazara öz
qazını çıxarmaq imkanı qazanır. Buna misal olaraq, TANAP vasitəsilə
Türkiyə, həmçinin Gürcüstan,
Rusiya, eləcə də Avropanın digər
ölkələrinə, o cümlədən
Albaniya, Baltik ölkələrinə,
xüsusən də Bosniya və Hersoqovina, Bolqarıstan, Monteneqro,
İtaliya bazarlarına
çıxışı qeyd edə bilərik.
Göründüyü kimi,
TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxır. Azərbaycan qazını istədiyi
qiymətə bazara çıxara biləcək.
Xatırladım ki, Prezident
İlham Əliyev də ölkəmizin mavi yanacaq strategiyasında
yalnız Azərbaycanın maraqlarına uyğun
olan qiymətlə qazın xarici bazarlara
çıxarılmasına üstünlük
veriləcəyini bəyan etmişdi. Bu baxımdan, Azərbaycan TAP layihəsinə qoşulmaqla, praktiki olaraq bu hədəfə çata bildi. Nəhayət,
TAP imkan verir ki, Azərbaycan birbaşa,
heç bir tranzit olmadan öz qazını Avropaya
çıxarsın. Bu, Avropa
bazarına ilk daxilolma
sayılacaq. Bununla Azərbaycan Şərq
Tərəfdaşlığı Proqramı çərçivəsində
regionda Avropanın enerji
təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə
düşəcək.
Yeddincisi, Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas
investor olmaqla
yanaşı, TAP-da da
aparıcı sərmayəçilərdən biri kimi iştirak
edəcək. Bu isə təbii ki, Neft Şirkəti üçün yeni sərmayə
imkanları və eləcə də yeni bazar deməkdır. Təbii ki,
bu investisiyaların rentabelli
olması SOCAR-ın timasalında Azərbaycana daxil
olcaq vəsaitlərin həcmini
artıracaq.
Sonuncu, TAP boru xəttinin
çəkilməsi onun Azərbaycan daxil olmaqla keçdiyi
ölkələrdə yeni iş yerlərinin açılması deməkdir.
Layihə çərçivəsində 30 min
yeni iş yerinin yaradılması nəzərdə tutulur. Yeni iş
yerlərinin əhəmiyyətli hissəsi ölkəmizin
payına düşəcək. Bununla
yanaşı, digər iştirakçı ölkələrin
də məşğulluq sferası bu
layihədən faydalana biləcək. Məsələn,
layihə çərçivəsində Yunanıstanda 2 min yeni iş
yerinin yaranması, bu
ölkənin iqtisadiyyatına 1,5 milyard avro, Albaniya
iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması,
mindən artıq yeni iş
yerinin açılması gözlənilir.
Bütövlükdə,
təsdiq edilmiş neft
ehtiyatları 1,5 milyard ton,
qaz ehtiyatları isə “Abşeron”
yatağının ehtimal edilən 350 milyard kubmetrlik qaz potensialı da daxil edilməklə 2,55 trilyon
kubmetr olan Azərbaycanın
etibarlı tərəfdaş imici və Avropaya çıxış imkanları
ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırkı imkanlarla Azərbaycan
Avropa ölkələrinin ümumi
qaz tələbatını 10 ilə
yaxın ödəmək gücünə malikdir.
Lakin respublikamızın
ehtiyatlarının bununla bitdiyini
demək doğru deyil.
Çünki bir
sıra mütəxəssislər hesab
edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir.
Digər mühüm məqam isə Xəzər
regionunun enerji
resurslarını Avropa bazarlarına Rusiyadan kənar keçməklə
çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki,
AB-nin Azərbaycanla apardığı
müzakirələrdə və həyata keçirilməsi
planlaşdırılan layihələrdə respublikamız sadəcə
ixracatçı kimi deyil,
həmçinin tranzit ölkə olaraq iştirak edir. Azərbaycanın qaz
potensialı növbəti on ildən sonra ixracın həcmini təxminən 60 milyard kubmetrə qədər artırmaq
imkanı yaradır.
Müasir iqtisadiyyatın əsas lokomotivi
hesab edilən karbohidrogen
ehtiyatlarının zənginliyi Azərbaycanın beynəlxalq
iqtisadi və siyasi əlaqələrinin
ana xəttini təşkil etməklə
ölkəmizi dünya
iqtisadiyyatının ciddi aktorlarından
birinə çevirib. Qlobal
enerji təhlükəsizliyi müasir dünya
iqtisadiyyatında həllini gözləyən vacib
problem olaraq qiymətləndirilir.
Təsadüfi deyil ki,
ekspertlər növbəti 20 il ərzində
Avropanın təbii qaz tələbatının
2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın
qarşılığında isə daxili
istehsal illik 200 milyard kubmetrdən 100 milyard
kubmetrə qədər azalacaq.
Azərbaycan milli suverenliyini
qazandıqdan sonra, təbii ki, karbohidrogen
resurslarından ölkə maraqları naminə istifadə
edilməsinə start verdi.
Bu məqsədlə yeni
ixrac marşrutları yaradılmalı, daha sağlam tərəfdaşlar
seçilməli və dünya
bazarlarına birbaşa
çıxış təmin edilməli idi.
Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum
(BTƏ) boru kəmərlərinin işə
salınması Azərbaycanın qlobal enerji bazarlarında statusunu
möhkəmləndirməklə yanaşı, ölkəmizin
Avropa dövlətləri ilə iqtisadi əlaqələrini də gücləndirdi.
Ötən müddət ərzində Azərbaycan dünya bazarlarında etibarlı tərəfdaş
imici formalaşdıraraq, qlobal
enerji təhlükəsizliyinə də öz töhfəsini verdi.
Qeyd edək ki, “Şahdəniz”
yatağının ehtiyatları 1,2 trilyon
kubmetr qaz həcmində
qiymətləndirilir. “Şahdəniz-2” layihəsi çərçivəsində
ilk qazın əldə edilməsi 2018-ci
ildə gözlənilir. “Şahdəniz” qaz-kondensat
yatağının ikinci mərhələsindən
Azərbaycan qazının Avropaya tədarükü
haqqında
imzalanmış müqavilələr üzrə gəlirlərin
həcmi təqribən 200 milyard dollar təşkil edəcək. Azərbaycan
qazının Avropaya çatması
2019-cu ildə mümkün olacaq. “Şahdəniz-2” çərçivəsində
qaz Türkiyəyə artıq 2018-ci ildə
çatacaq.
Beləliklə, Azərbaycan
yeni bir layihəyə
imza atdı. Yeni əsrin
yeni layihəsi kimi
qiymətləndirilən bu layihə
uzunmüddətli dövrdə Azərbaycanın dövlət
gəlirlərinin formalaşmasında lokomotiv
olacaq.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2013.- 20 dekabr.- S.10.