Azərbaycan iri infrastruktur
layihələrinin reallaşdırılmasına
qadir olduğunu bir daha təsdiqlədi
Ölkəmiz müstəqillik qazandığı ilk illərdə dövlət idarəçiliyindəki səriştəsizlik bütün sahələrdə özünü büruzə verirdi. Respublikada yaranmış anarxiya, xaos və özbaşınalıq iqtisadiyyatımızı çökdürürdü.
Ulu öndər Heydər Əliyev xalqın təkidli xahişi
ilə hakimiyyətə gəldikdən sonra
iqtisadiyyatın gücləndirilməsi istiqamətində qətiyyətli
addımlar atıldı.
Ulu öndər ilk
növbədə xarici investorları Azərbaycana
cəlb etməyi prioritet vəzifə kimi
qarşıya qoydu və buna
nail oldu.
Mən 19 il bundan əvvəlki tarixi
hadisəni xatırlatmaq istərdim.
Azərbaycan müstəqillik əldə etdikdən cəmi 3 il sonra ümummilli liderin uzaqgörənliyi sayəsində XX əsrin
müqaviləsi hesab
olunan “Əsrin müqaviləsi”nin
imzalanmasına nail olundu.
Bu
müqavilə həm iqtisadi, həm də siyasi
baxımdan çox böyük
əhəmiyyət kəsb edirdi. İlk növbədə, ölkəmizin beynəlxalq
aləmə inteqrasiyası istiqamətində qətiyyətli
addımlar atıldı. Digər tərəfdən,
dünyanın tanınmış iri
şirkətləri Azərbaycana sərmayə
qoyacaqdı. Bu da
iqtisadiyyatımızın möhkəmləndirilməsində
böyük rol
oynayacaqdı. Azərbaycanda vətəndaş müharibəsinin
bitməsindən bir il,
Ermənistanla müharibədə atəşkəsin əldə
edilməsindən yalnız 4 ay sonra xarici tərəfdaşlarımız ilə
birlikdə “Əsrin müqaviləsi”nin
imzalanmasına nail olmaq
ölkəmizin beynəlxalq aləmdə nüfuzunun
artmasında böyük rol
oynadı. Bu hadisə ilk
dəfə xarici
sərmayələrin Azərbaycana yolunu
açmış və uğurlu iqtisadi
inkişafı təmin etmişdir. Bu tarixi müqavilə, həmçinin Azərbaycanın enerji
strategiyasının əsasını qoydu.
Ulu öndərin gərgin fəaliyyəti nəticəsində
Azərbaycanın enerji sahəsinin
inkişafında bir - birinin
ardınca mühüm
tarixi hadisələr baş
verdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanması da
ölkə iqtisadiyyatının güclənməsində böyük rol
oynayırdı. Ümummilli lider Heydər Əliyev hələ 1997-ci ildə
“Şahdəniz” yatağı üzrə müqavilə layihəsinin
idarəetmə komitəsi üzvləri ilə
görüşündə bu layihəni
yüksək qiymətləndirərək demişdir:
“Şahdəniz” yatağında gördüyümüz
işlər və əldə etdiyimiz nəticələr
bizə bundan da
dərin yerlərdə, bundan da mürəkkəb işlər görməyə
imkan yaradacaqdır”.
Bundan sonra 1999-cu ildə Xəzər dənizini
Gürcüstanın Qara dəniz sahilləri
ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Ulu öndərin siyasi kursunu layiqincə davam
etdirən və onun ideyalarını həyata
keçirən möhtərəm Prezidentimiz
İlham Əliyevin yorulmaz
fəaliyyəti nəticəsində
Xəzər dənizini Aralıq dənizi və beynəlxalq
bazarlarla birləşdirən
Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri,
2007-ci ildə isə “Cənub” qaz boru kəməri inşa edilmiş və həyata vəsiqə
almışdır. Bununla da
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında
əhəmiyyətli ölkəyə çevrilmişdir.
Hazırda
dünyanın ən iri şirkətləri
Azərbaycanla əməkdaşlığını davam etdirir. Bu, ölkəmizdə ictimai-siyasi
sabitliyin
davamlı olmasının, eyni zamanda, müstəqil
dövlətimizə olan inam
və etibarın bariz nümunəsidir. Mən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının xarici işlər
naziri Uilyam Heyqin ölkəmiz haqqında səsləndirdiyi
fikirləri diqqətə çatdırmaq istərdim. O deyib ki, “Bu gün
Azərbaycanda Böyük Britaniyanın
300-dən artıq şirkəti fəaliyyət göstərir.
Biz bundan sonra da iki
ölkə arasında güclü ticarət
əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi
imkanlarını araşdırmalıyıq. Hökumətlərimiz
BMT Təhlükəsizlik Şurasında bir
sıra məsələlər üzrə mühüm
əməkdaşlıq etmişlər. Britaniyada
təhsil alan çoxsaylı azərbaycanlı
tələbələr Bakıda uğurla
fəaliyyət göstərirlər. “British
Council” və Azərbaycanda yaşayan üç mindən
artıq britaniyalı ölkələrimiz arasında güclü təmaslar qururlar”.
Bakıda
“Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasiminin
əhəmiyyətindən danışan Böyük
Britaniya və Şimali
İrlandiya Birləşmiş
Krallığının xarici işlər
naziri
vurğulamışdır ki, bu tədbirin əhəmiyyəti ölkələrimiz
arasında ikitərəfli münasibətlərdən tutmuş enerji təhlükəsizliyinə qədər
bir sıra sahələrdə hiss olunacaqdır. Bununla biz yeni iş
yerlərinin yaradılması, iqtisadiyyatımızın rəqabət
qabiliyyətinin artırılması və qlobal
iqlim dəyişikliyi ilə mübarizədə
səylərimizi dəstəkləyəcəyik.
Bakıda “Şahdəniz-2”
üzrə yekun investisiya
qərarının imzalanması mərasimi bir
daha təsdiqlədi ki,
artiq Azərbaycan iri infrastruktur layihələrin
reallaşdırılmasına qadir olan müstəqil dövlətdir. Azərbaycan
2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub” qaz dəhlizinin icrasına başlayır. Bu, iri infrastruktur
layihə də digər uzunmüddətli layihələr kimi xüsusi əhəmiyyət
kəsb edəcəkdir. Onu da qeyd edək ki, bir vaxtlar
Bakı-Tbilisi-Ceyhan neft boru
kəmərinin də əsası qoyulanda
çoxları bu layihənin
reallaşdırılmasına şübhə ilə
yanaşırdı, hətta inanmayanlar da olmuşdu. Ancaq zaman hər şeyi arxada qoydu. Eyni şübhələr
bu layihə ətrafında da cərəyan edirdi. Hətta
bunu mümkünsüz layihə adlandıranlar da olmuşdu. Lakin göründüyü
kimi, mümkünsüz
hesab edilən “Cənub” qaz
dəhlizi layihəsi uğurla başa
çatdırılır.
Qeyd edək ki, “Şahdəniz-2”
layihəsi Azərbaycan və Gürcüstan
ərazisi boyunca Cənubi Qafqaz
boru kəmərinin genişləndirilməsinə
xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi
ilə bağlı planların reallaşdırılmasına
təkan verəcək. Bu layihə
reallaşdırıldıqdan sonra Avropaya yeni qaz dəhlizi
açılacaq. Bu layihə əsasında qarşıda çox böyük
işlərin görüləcəyi nəzərdə tutulub. 3500 kilometr məsafədə
nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan,
Bolqarıstan, İtaliya və digər
ölkələrdə milyonlarla
istehlakçını təmin edəcək. Azərbaycan öz təbii
sərvətini müstəqil şəkildə Avropa bazarlarına, oradan
isə dünya miqyasına
çıxaracaq.
Möhtərəm Prezidentimiz
İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının
imzalanması mərasimindəki çıxışında da bu layihənin əhəmiyyətini
vurğulayaraq demişdir:
“Bu layihə regionun və
Avropanın enerji xəritəsini dəyişdirəcəkdir.
Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir.
Bizim hesablamalarımıza görə, Azərbaycanın
qaz ehtiyatı 3 trilyon
kubmetrə bərabərdir. “Şahdəniz-2”,
TANAP və TAP
dünyanın ən iri enerji
layihələrindəndir. Layihəyə 45 milyard
dollar məbləğində sərmayə
cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə
30 mindən çox yeni
iş yeri
yaradılacaqdır”. Dövlətimizn başçısı
Azərbaycan xalqını bu tarixi gün münasibətilə
təbrik etmiş və bildirmişdir
ki, bu layihə ölkəmizin
uzunmüddətli və dayanıqlı iqtisadi
inkişafını təmin edəcəkdir.
Hər bir ölkənin enerji təhlükəsizliyi
onun milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu baxımdan
“Şahdəniz-2” layihəsi çox
yüksək dəyərə malikdir. Çünki bu layihə enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyinin əsas elementlərindən
biri isə
təbii qazdır. Təxmini
hesablamalara görə, Azərbaycanın
qaz ehtiyatı 3 trilyon
kubmetrə bərabərdir.
Azərbaycanda uğurla həyata keçirilən enerji siyasəti,
beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, iri şirkətlərlə əlaqələrin
getdikcə möhkəmləndirilməsi, iqtisadi
inkişafın əsas elementlərindəndir. Davamlı enerji siyasəti iqtisadiyyatımızın
transformasiyasına və şaxələndirilməsinə imkan yaratmış, özəl sektordakı ümumi daxili məhsul istehsalını sürətlə
artırmışdır. Təsadüfi deyildir
ki, hazırda iqtisadiyyatımızın 85
faizini məhz
özəl sektor təşkil edir. Bu inkişaf
işsizliyin aradan
qaldırılmasına da öz
təsirini göstərib. Son on ildə 1 milyondan çox yeni iş yerinin
yaradılması işsizlik səviyyəsini 4,8 faizə endirmişdir. Yoxsulluq səviyyəsi
də 5,5 faizə endirilmişdir. Bu iki sahə insanları ən çox
narahat edən sahələr idi. Bir vaxtlar Azərbaycandan başqa ölkələrə işləməyə
gedənlər indi geri
qayıdaraq öz ölkəmizdə beynəlxalq
standartlara uyğun
müəssisələrdə çalışırlar.
Üstəlik, xarici ölkə vətəndaşları
da işləmək üşün
məhz Azərbaycana üz tutublar.
XXI əsrin müqaviləsi
hesab olunan “Şahdəniz-2”
layihəsinin reallaşdırılması ölkəmizin iqtisadi qüdrətini daha
da artıracaq. Bu layihə üzrə yekun investisiya qərarının
Bakıda imzalanması bir daha təsdiqlədi ki, Azərbaycan
artıq iri infrastruktur
layihələrin reallaşdırılmasına qadirdir və bu sahədə
beynəlxalq təcrübəyə malik olan müstəqil dövlətdir.
Rüstəm XƏLİLOV,
Milli Məclisin deputatı
Xalq qəzeti.- 2013.- 22 dekabr.- S.5.