Ordubad rayonunun Bist və
Nəsirvaz kəndlərində yeni
obyektlər istifadəyə verilmişdir
Başı qarlı dağların əhatəsində yerləşən Bist və Nəsirvaz Ordubad rayonunun ən ucqar dağ kəndləridir. Yaşı min illərlə ölçülən, qədim tarixə, gözəl təbiətə, turizm potensialına, zəhmətkeş və torpağa bağlı insanlara malik olan bu yaşayış məntəqələrində sakinlərin sosial problemləri ardıcıl həll olunur. “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində bu il kəndlərdə yeni sosial obyektlər tikilmiş, geniş abadlıq işləri aparılmışdır.
Bu il Bist
kənd tam orta məktəbinin
binası yenidən qurulmuş, müasir tədris sistemi
yaradılmışdır. Dekabrın 21-də
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif
Talıbov Bist kənd tam
orta məktəbinə gəlmiş, yenidənqurma
işlərindən sonra yaradılan şəraitlə
tanış olmuşdur. Məlumat verilmişdir ki, ikimərtəbəli
məktəb binası 154 şagird yerlikdir. Binada 11 sinif otağı, kimya-biologiya,
fizika laboratoriyaları, hərbi kabinə,
kompyuter və müəllimlər otaqları,
kitabxana, idman zalı
və açıq idman qurğuları
vardır. Məktəbin kitabxana fondunda 2500 latın qrafikalı dərslik və
1300 bədii ədəbiyyat olmaqla 3800 kitab vardır.
Məktəbin müəllimləri
yaradılan şəraitə və göstərilən
qayğıya görə minnətdarlıq etmiş,
təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində
səylə çalışacaqlarını bildirmişlər.
Həmin gün Bist kənd həkim ambulatoriyasının yeni binası da istifadəyə verilmişdir.
Tibb bacısı Xalidə Məmmədova ambulatoriyada yaradılan şəraitə
görə kənd sakinləri və səhiyyə
işçiləri adından minnətdarlığını
bildirmişdir.
Ali Məclisin sədri Vasif
Talıbov yaradılanlardan, qurulanlardan səmərəli
istifadə olunacağına, əhaliyə nümunəvi xidmət
göstəriləcəyinə əminliyini bildirmiş,
bir daha sakinləri təbrik
etmiş, açılışı bildirən
lenti kəsmişdir.
Sonra Bist kəndində yeni xidmət mərkəzi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov mərkəzin
açılışını etmiş
kənd sakinləri ilə görüşmüş,
kənddə əhalinin məşğuliyyəti və
yaşayışı ilə maraqlanmışdır.
Sakinlər Bist kəndində aparılan
abadlıq-quruculuq işlərinin hər bir
sakinin rahatlığına xidmət etdiyini bildirmişlər.
***
Dekabrın 21-də Nəsirvaz kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov
açılışı bildirən lenti
kəsmişdir.
Tədbirdə
çıxış edən məktəbin direktoru
Etibar Əhmədov bildirmişdir
ki, kollektiv
yaradılan şəraitdən səmərəli istifadə
edəcək, gənc nəslin hərtərəfli təhsil
alması yolunda səylə
çalışacaqdır.
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisinin sədri Vasif Talıbov Nəsirvaz
kənd tam orta məktəbinin
yeni binasının istifadəyə verilməsi
münasibətilə kollektivi təbrik etmiş, məktəbdə təhsilin müasir səviyyədə qurulacağına
əminliyini bildirmiş, binada
yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir
ki, məktəbdə geniş
və işıqlı sinif otaqları, kimya-biologiya və fizika
laboratoriyaları, hərbi kabinə, kompyuter
otağı, müəllimlər otağı, kitabxana,
idman zalı və bufet
vardır.
Nəsirvaz kənd mərkəzinin də açılışı olmuşdur.
Nəsirvaz kənd inzibati
ərazi dairəsi üzrə nümayəndə Nicat Rzayev yaradılan
şəraitə görə sakinlər adından minnətdarlığını
bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri Vasif Talıbov sakinləri
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni İl bayramları
münasibətilə təbrik etmiş,
açılışı bildirən lenti
kəsmişdir.
Məlumat
verilmişdir ki, binada rabitə evi, polis sahə və baytarlıq məntəqələri,
kitabxana, Yeni Azərbaycan
Partiyası ərazi ilk təşkilatı,
inzibati ərazi dairəsi üzrə
nümayəndəlik, bələdiyyə, feldşer-mama
məntəqəsi, kənd klubu və 45 yerlik iclas zalı yerləşir.
Həmin gün Nəsirvaz kəndində yeni xidmət mərkəzi də istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.
Məlumat verilmişdir ki, xidmət
mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri,
ərzaq və sənaye mallarının
satıldığı mağaza
vardır. Hazırda mərkəzdə 4 nəfər işlə
təmin olunmuşdur.
Xidmət mərkəzi
ilə tanışlıqdan sonra kənd
sakinləri ilə görüşən Ali
Məclisin sədri demişdir ki, bu gün
ölkəmizdə həyata keçirilən sosial
islahatların mərkəzində insanların rahat
yaşayışı dayanır. Nəsirvaz kəndində
tikilənlər, qurulanlar da
bu məqsədə xidmət edir. İstifadəyə verilən yeni sosial obyektlər
yalnız dövlət qurumları tərəfindən deyil, bütün kənd əhalisi
tərəfindən qorunmalı, sakinlər bundan
sonra da kəndin
abadlaşmasında yaxından iştirak
etməlidirlər.
Kənd
ağsaqqalları muxtar respublikada
ucqar dağ kəndlərinin
inkişafına hərtərəfli qayğı göstərildiyini
bildirərək demişlər ki, son 18 ildə bu kəndin həyatında
əsaslı dəyişikliklər baş
vermiş, avtomobil yolu çəkilmiş, fərdi evlər tikilmiş, insanların problemləri həll olunmuşdur. Sakinlər göstərilən qayğıya görə
minnətdarlıq etmişlər.
* * *
Bist və Nəsirvaz kəndlərində həyata
keçirilən tikinti işləri
zamanı kəndlərin avtomobil yolu da yenidən qurulmuşdur. Belə ki,
30 kilometr məsafədə yol yatağı genişləndirilərək
qum-çınqıl verilmiş, Bist kəndində qədim körpü
təmir olunmuş, 1 yeni
körpü, 180 metr istinad divarı, 15 selötürücü,
89 suötürücü tikilmişdir.
Bununla yanaşı hər iki
kənddə 550 metr yerüstü
kabellər, 6000 metr fiberoptik
rabitə xətti, 2810 metr elektrik,
410 metr qaz, 700 metr içməli və 380 metr
suvarma su xəttləri
çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov həmin gün Nəsirvaz tağım dayaq məntəqəsinə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.
Ali Məclisin sədri şəxsi heyəti
qarşıdan gələn Dünya Azərbaycanlılarının
Həmrəyliyi günü və Yeni İl bayramları
münasibətilə təbrik etmişdir.
Əsgər
Coşqun Cəfərov şəxsi heyət
adından minnətdarlığını bildirərək demişdir ki, çətin
dağlıq şəraitdə xidmət edən əsgərlərimiz
üçün yaradılan şərait
şəxsi heyətdə ruh yüksəkliyi
və inam hissi
yaradır. Əsgərlər bundan sonra da vətənin
keşiyində
ayıq-sayıq dayanacaqlar.
Sonra Ali Məclisin sədri
əsgər yataqxanasına baxmışdır.
Bildirilmişdir ki, əsgərlər
isti geyim və yataq dəstləri, kalorili
qidalarla təmin edilmişlər.
Tağım məntəqəsinin anbarında ərzaq və yanacaq ehtiyatı yaradılmışdır. Burada əsgərlərin asudə
vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait
vardır.
Gətirilmiş bayram sovqatı tağım məntəqəsinin
ərzaq anbarına təhvil verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Gəmiqaya” Tarix-Bədii Qoruğuna gəlmiş, yeni binada yaradılmış şəraitlə tanış olmuşdur.
Bildirilmişdir ki, 2
yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan
muzeyin fondunda 184 eksponat vardır. Hazırda onlardan
106-sı ekspozisiya zalında nümayiş etdirilir. Muzeyə üzərində rəsmlər olan qaya daşları, Gəmiqayada
aparılan tədqiqat işlərinə aid
müxtəlif kitablar, qəzetlər,
fotoşəkillər, qayaüstü rəsmlərin
fotoşəkilləri, eləcə də
Naxçıvanın 5 min illik
tarixinə aid elmi
simpoziumların materialları toplanmışdır.
Xalq qəzeti.- 2013.- 24 dekabr.- S.6.