Azərbaycanda insan hüquq və
azadlıqlarının
inkişafı davamlı prosesdir
Avropalılar üçün bu gün ən aktual məsələyə çevrilmiş insan haqları tarix boyu bəşəriyyətin diqqətində olan əsas məsələlərdən biri olmuşdur. Hələ qədim Yunanıstan və Romada filosoflar insan haqlarına xüsusi diqqət ayırsalar da, onların fəlsəfi baxışları yalnız Afina vətəndaşlarına və Roma patrisilərinə şamil olunurdu. Afinada qadınlar və qullar, Romada isə plebeylər bu hüquqdan məhrum edilmişdilər.
Avropada renesans dövrü insanın azadlığı və
kilsədən asılılığı məsələləri
arasındakı fərqi dinin xeyrinə olmayan şəkildə həll etdi. XVII əsrdə Almaniyada kəndli müharibələri və bir sıra üsyanlardan sonra qəbul edilən qərarlar əhalinin
müəyyən hüquqlarının təmin olunmasına səbəb
oldu. 1789-cu ildə Böyük
Fransa burjua inqilabı
zamanı “Azadlıq, bərabərlik, qardaşlıq!”
şüarları ucadan səsləndi.
Orta əsrlərdə və yeni dövrdə Tomas Hobbs, Con Lokk,
Jan-Jak Russo, Deni Didro, İmmanuel
Kant kimi filosoflar insanın təbii hüquqları
ideyasını irəli sürmüş
və onun bir sıra
vasitələrlə təmin olunmasını təklif
etmişlər.
İnsan və Vətəndaş Hüquqları
Bəyannaməsinin və ABŞ-da
Müstəqillik Bəyannaməsinin qəbul edilməsindən
sonra insan haqları daha mühüm bir məsələyə çevrilməyə
başladı. 1861-1865-ci illərdə ABŞ-da
şimal və cənub ştatları
arasında gedən vətəndaş müharibəsindən sonra Şimalın
qalib gəlməsi köləliyə son qoydu. Bu
ölkənin konstitusiyasına edilən 13, 14 və 15-ci
düzəlişlər məhz insan
hüquqlarına həsr olunmuşdur.
XIX əsrdə sənayeləşmənin
sürətlənməsi ilə əlaqədar işçilərin
əmək hüquqlarını müdafiə edən həmkarlar
ittifaqları insan hüquqları məsələsinə
xüsusi önəm verirdilər. Bu dövrdə qadın hüquqları,
müstəmləkələrin azad
olunması məsələsi xüsusi əhəmiyyət
kəsb etməyə başladı.
İki dünya müharibəsi
arasındakı (1919-1939-cu illər) iyirmi
illik dövrdə fəaliyyət göstərən
Millətlər Cəmiyyəti bu sahədə
müəyyən işlər görsə də, yalnız
1945-ci ildə müttəfiq dövlətlərin Yalta konfransından sonra təsis
edilmiş BMT müasir dövrdə insan
hüquqlarının qarantı olan əsas
təşkilatdır. BMT daxilində iki qurum – Baş Assambleya və Təhlükəsizlik Şurası
insan hüquqlarının beynəlxalq miqyasda təmin olunmasını həyata keçirir. BMT Baş
Assambleyası yanında fəaliyyət göstərən İnsan Haqları üzrə Ali
Komissarlıq bu məsələ ilə əlaqədar
assambleya qarşısında məruzə
edir və əgər hər hansı bir qanunazidd hal baş vermişsə,
BMT qərarlarının icrasını güc
yolu ilə həyata keçirməyə
səlahiyyəti olan yeganə orqan —Təhlükəsizlik Şurası bu barədə məlumatlandırılır. TŞ insan
hüquqlarını pozan dövlətə
qarşı sanksiyalar tətbiq etməkdən
başlamış, Beynəlxalq Cinayət Məhkəməsinə
müraciət etməyə qədər müxtəlif cəza
üsulları tətbiq edə bilər.
Baş Assambleya tərəfindən 1948-ci
il dekabr ayının
10-da qəbul edilmiş “Ümumdünya
İnsan Hüquqları Bəyannaməsi”,
“İrqi-ayrı seçkiliyin bütün təzahürlərinin ləğvi”,
“Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi”,
“İşgəncələr əleyhinə konvensiya”,
“Uşaq hüquqları konvensiyası”, “Miqrant işçilərin və onların ailə üzvlərinin
hüquqlarının qorunması haqda konvensiya” BMT-nin bu sahədəki fəaliyyətini
tənzimləyən əsas normativ-hüquqi
sənədlərdir.
Soyuq müharibədən sonra
birqütblü dünya
nizamının yaranması beynəlxalq münasibətlər
sistemində çox böyük
dəyişikliyə səbəb olmuşdur.
Hələ 1648-ci ildə Vestfaliya
müqaviləsinin imzalanmasından sonra
dövlətlər bir-birlərinin daxili
işlərinə qarışmamaq və suverenlik
hüquqlarına hörmət etmək barədə öhdəlik
götürsələr də, hazırda bəzi dövlətlər
tərəfindən insan
hüquqlarının pozulmasının
qarşısını almaq üçün humanitar
müdaxilə prinsipi beynəlxalq
münasibətlərdə aktuallıq kəsb etməkdədir.
Məhz ABŞ və bir sıra ölkələr öz
müdaxiləçi xarici siyasətlərini
əsaslandırmaq üçün çox zaman bu prinsipə istinad edirlər.
Bu sahədə Beynəlxalq
Qırmızı Xaç Cəmiyyəti,
“Human Rights Watch”, Freedom House", Amnesty International" təşkilatları xüsusi fəallıq nümayiş
etdirirlər. Onların araşdırmalarına görə, insan hüquqlarının
pozulmadığı ölkələr sırasına Niderland, Norveç, Danimarka və İslandiyanı aid
etmək olar.
BMT Nizamnaməsi bir sıra hallarda dövlətlərə
insan hüquqlarını məhdudlaşdırmaq
səlahiyyəti versə də, lakin hüququn “jus cogens” normaları vardır ki,
heç bir halda onların məhdudlaşdırılmasına
yol verilmir. Yəni, təcavüzkar
müharibə, soyqırım, dəniz quldurluğu,
köləlik, işgəncə hərəkətlərinə yol verilməsinə
heç bir şərtlər
daxilində icazə verilmir.
Ombudsman və ya İnsan hüquqları üzrə müvəkkil
təsisatı insan hüquqlarının
ayrılmaz tərkib hissəsidir. İlk dəfə
bu vəzifə Skandinaviya
ölkələrində təsis olunmuşdur.
Qədim Romada plebeylərin
hüquqlarını müdafiə edən xalq
tribunları müasir ombudsmanın səlahiyyətlərinə
alternativ səlahiyyətlər həyata
keçirirdilər. 1713-cü ildə uzun
müddət Türkiyədə səfərdə olan İsveç kralı
XII Karl İsveç
parlamentində ombudsman təyin etmiş və həmin şəxs ölkədə
kral səlahiyyətlərinin həyata
keçirilməsinə nəzarət etmişdir.
Kralın ölkədə olmadığı həmin müddətdə
öz vəzifələrini layiqincə həyata
keçirməyən şəxslər Ombudsmanın göstərişinə
əsasən vəzifələrindən
uzaqlaşdırılırdılar.
Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanda insan
hüquqlarının inkişafı sahəsində tarixi irəliləyişlər baş vermişdir. 1995-ci il noyabr ayının 12-də
ümumxalq səsverməsi – referendumla qəbul edilmiş
Azərbaycan Respublikası Konstitusiyasında əsas insan hüquq və
azadlıqları məsələsinə
xüsusi yer
ayrılmışdır. Müstəqil Azərbaycanın əsas
qanununda insan və vətəndaş
hüquqlarının və azadlıqlarının əsas
prinsipləri öz əksini
tapmışdır.
Burada bərabərlik hüququ, insan və vətəndaş
hüquqlarının və azadlıqlarının müdafiəsi,
yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz
yaşamaq, şəxsi toxunulmazlıq, əmək,
istirahət, sosial təminat, sağlam ətraf mühitdə yaşamaq, mədəniyyət,
sağlamlığın
qorunması, təhsil, milli mənsubiyyət,
ana dilindən istifadə, şərəf
və ləyaqətin müdafiəsi, sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan,
yaradıcılıq, məlumat azadlığı, vətəndaşlıq
hüquqları öz əksini
tapmışdır. Bundan başqa, cəmiyyətin və
dövlətin siyasi həyatında iştirak, dövlətin idarə
olunmasında iştirak, seçki
hüququ, birləşmək, azad sahibkarlıq hüququ,
hüquqi yardım almaq,
məhkəməyə müraciət etmək hüquqları
təsbit olunmuşdur. Əcnəbilərin
və vətəndaşlığı olmayan
şəxslərin hüquqları, siyasi
sığınacaq hüququ da konstitusiyada özünə
yer almışdır.
Azərbaycanın Avropa Şurasına üzv
olması ilə əlaqədar ölüm
hökmünü aradan
qaldırması da atılan humanitar addımlar sırasına daxildir. Azərbaycan
Respublikası 2001-ci il yanvar
ayının 25-də Avropa Şurasına
qəbul edildikdən sonra dövlətimizin
öz hüquq sistemini Avropa hüquq məkanına
uyğunlaşdırması prosesinə
başlanılmış və İnsan
Haqları üzrə Müvəkkil (Ombudsman)
təsisatının yaradılması zərurəti meydana gəlmişdir. Azərbaycanda Ombudsman təsisatı 2002-ci il
iyul ayının
2-də yaradılmışdır. O, öz
fəaliyyətində Azərbaycan Respublikasının
Konstitusiyasını, ölkəmizin tərəfdar
çıxdığı beynəlxalq müqavilə və
konvensiyaları, habelə dövlətdaxili insan
hüquqlarına dair bir
sıra qanunları əsas götürür.
Könül ƏSƏDOVA,
hüquqşünas
Xalq qəzeti.- 2013.- 25 dekabr.- S. 5.