Azərbaycan Avropanın enerji

təhlükəsizliyində ön mövqeyə çıxır

 

1994-cü il  sentyabrın 20-də Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə “Əsrin müqaviləsi” adı ilə düşmüş qlobal neft müqaviləsi imzalandı. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablamamüdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürdübuna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etdi. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoyan bu müqavilə Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi QafqazOrta Asiya regionu üçün mühüm  strateji əhəmiyyət daşıyırdı. Məhz “Əsrin müqaviləsi”ndən sonra Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı.

 

Bu il dekabrın 17-də müstəqil Azərbaycanın tarixində ikinci bir mühüm hadisə baş verdi: öz miqyasına və əhəmiyyətinə görə “Yeni əsrin yeni müqaviləsi” adlandırılan “Şahdəniz-2” layihəsi üzrə saziş imzalandı. Bununla da Azərbaycan Cənubi Qafqazın lider dövləti olduğunu bir daha  təsdiqlədi və ölkənin gələcək inkişafı üçün irəliyə doğru çox mühüm addım atıldı.

Qeyd edək ki, yaxın beş ildə Azərbaycanda neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionunAvropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun daha da artacağını göstərir. 2020-ci ilədək Avropanın enerji istehlakının 70 faizinin, 2030-cu ilədək isə 85 faizinin  idxal hesabına təmin ediləcəyi barədə ekspert rəyləri fonunda Azərbaycanın təbii qazının bu bazarlara nəqli xüsusilə böyük əhəmiyyət kəsb edir.

“Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsində hasilat birinci mərhələyə nisbətən az qala iki dəfə artacaq. Təbii ki, hazırda “Şahdəniz-1" qazını Səngəçaldan Ərzurumadək aparan kəmərin artacaq həcmləri qəbul etmək üçün gücü kifayət deyil. Üstəlik, “Şahdəniz-2” qazını Avropadakı istehlakçılara da çatdırmaq üçün əlavə xətlər  gərəkdir. 2018-ci ildə əldə ediləcək həmin qazın nəqli üçün zəruri olan bu məsələ indi öz uğurlu həllini tapmaqdadır. Başqa sözlə, “Cənub qaz dəhlizi”nin marşrutu müəyyən olunmuşbuna müvafiq  işlər görülür. Əlbəttə, ilk növbədə, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gücü artırılacaqdır. Bu həmin kəmərdir ki, Azərbaycanın ərazisi ilə 443 kilometr, Gürcüstanın ərazisi ilə 248 kilometr uzanaraq “Şahdəniz” qazını Gürcüstana və Türkiyəyə qədər nəql edir.

CQBK Bakı-Tbilisi-Ərzurum xəttinin əsas hissəsini təşkil edir və Azərbaycanın 13 rayonundan  - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, TovuzAğstafadan keçir. Yeni həcmləri qəbul etmək üçün Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel olaraq yeni bir xətt tikiləcəkdir. Gürcüstan sərhədinədək uzanan bu yeni kəmərin uzunluğu 387 kilometr olacaqdır. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi planlaşdırılmışdır. CQBK-nın Gürcüstan hissəsində isə ölkənin Türkiyə ilə sərhədində qısa  kəmər, bir ərsinləmə, iki kompressor, bir təzyiqazaltma və bir təzyiqölçmə stansiyaları inşa ediləcəkdir. Beləliklə, genişləndirilmiş CQBK “Cənub qaz dəhlizi”nin güclü bir qoluna çevriləcəkdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev yeni müqavilənin imzalanma mərasimində  demişdir:  “Şahdəniz-2" layihəsi enerji təhlükəsizliyi layihəsidir. Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyindən ayrılmazdır. Enerji təhlükəsizliyinin əsas elementlərindən biri təbii qazdır. Hazırda vəziyyət belədir və zənnimcə, növbəti illərdə heç bir dəyişiklik baş verməyəcəkdir. Bu səbəbdən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi Azərbaycan kimi istehsalçı ölkə, həmçinin tranzit və istehlakçı ölkələr üçün eyni dərəcədə vacibdir. Əminəm ki, biz istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqlarının düzgün balansına birlikdə nail ola biləcəyik. Hamımız üçün faydalı əməkdaşlıq formatı yaradılacaqdır”.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilmişdir. “Şahdəniz-2" enerji layihəsinin reallaşdırılması isə birbaşa xarici sərmayə baxımından ən böyük layihə olacaqdır. Bu, Azərbaycanda əlavə 10 min yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcəkdir. bp isə öz növbəsində, Azərbaycanın enerjihasilat bacarığının artırılmasına öz töhfəsini verəcəkdir. Azərbaycandan kənarda daha 20 min yeni yeri açılacaqdır.

Dünya tarixində ən böyük sərmayə qoyuluşu olacaq bu anlaşma Azərbaycanın mavi qazının Avropa bazarına birbaşa çıxarılmasını reallaşdıracaq. İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 45 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Uzunluğu 870 kilometr olacaq Trans Adriatik Qaz Kəməri (TAP) “Şahdəniz” yatağının ikinci fazasının mavi qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. TAP layihəsinin əsas mənbəyi “Şahdəniz”in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İkinci mərhələdə Avropaya nəql olunacaq mavi yanacağın həcmi 20 milyard kubmetrə çatdırılacaq. Hazırda layihənin 3 səhmdarı var: İsveçrənin “Axpo” (42,5 faiz), NorveçinStatoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləri.  TAP “Nabuccodan 450 kilometr qısadır və deməli, iqtisadi baxımdan daha rentabellidir. “Nabucco West”ə nisbətən kəmərin inşaat xərcləri xeyli az olacaq. Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas məqsədə nail olması deməkdir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır. Anlaşmadan birmənalı şəkildə udan tərəflər, eyni zamanda, qonşu Türkiyə və Gürcüstandır. Türkiyə TANAP-a sahib olmaqla, eyni zamanda, TAP-aev sahibliyi” də  edəcək və  bu layihədən öz daxili ehtiyacları üçün faydalanmaq imkanı qazanacaq. Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Gürcüstan yenə də tranzit ölkədir və TAP çərçivəsində qoyulacaq 45 milyard dollar sərmayənin 25 milyard dollardan artığı Azərbaycan və Gürcüstan iqtisadiyyatına yönəldiləcək.

İlkin hesablamalara əsasən, Azərbaycanın “Şahdəniz” yatağının birinciikinci fazasının işlənməsindən əldə edəcəyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaqdır. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artması baxımından ciddi maliyyə mənbəyidir. Digər tərəfdən, “Şahdəniz” yatağının ikinci fazası Azərbaycanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin stabil olaraq tənzimlənməsinə imkan verəcək və  Hasliatın Pay Bölgüsü üzrə neft ixracının mərhələli aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirini aradan qaldıracaq.  Başqa sözlə, bu anlaşma mərhələli olaraq Azərbaycanın neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.

Bu layihənin reallaşması Avropa üçünçox önəmlidir. Ən azından “qoca qitənin” Rusiyadan mavi yanacaq asılılığı xeyli azalacaq. Birinci mərhələdə ildə 10 milyard kubmetr qaz Avropa bazarına çıxarılacaq. Növbəti mərhələdə bu, 21 milyard kubmetrə çatdırılacaq. Əgər TAP-ın ötürmə qabiliyyətinin 60 milyard kubmetr olduğunu nəzərə alsaq, bu, o deməkdir ki, “Abşeron” yatağı da istifadəyə veriləndən sonra Avropa Birliyi göstərilən həcmdə qazı Azərbaycandan idxal edəcək.

Azərbaycan üçün TAP, eyni zamanda, rentabelliyi təmin etmiş bir layihədir. Bu layihə vasitəsilə ölkəmiz daha bahalı bazara, qiymətlərin daha yüksək olduğu bazara çıxış imkanı qazanır. Nəzərə almaq lazımdır ki, TAP İtaliyanın mavi yanacağa olan tələbatına hesablanıb, bu isə  Azərbaycana imkan verir ki, öz qazını daha yüksək qiymətə təklif edə bilsin. Digər tərəfdən, Azərbaycan TAP layihəsini reallaşdırmaqla, bir neçə bazara öz qazını çıxarmaq imkanı qazanacaq.  Buna misal olaraq, TANAP vasitəsilə Türkiyə, həmçinin Gürcüstan, Rusiya, eləcə də Avropanın digər ölkələrinə, o cümlədən Albaniya, Baltik ölkələrinə, xüsusən də BosniyaHersoqovina, Bolqarıstan, Monteneqro, İtaliya bazarlarına çıxışı göstərmək olar. Göründüyü kimi, TAP sayəsində Azərbaycanın bir bazardan asılılığı aradan qalxacaq və ölkəmiz birbaşa, heç bir tranzit olmadan öz qazını Avropaya çıxaracaq. Bununla Azərbaycan Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində regionda Avropanın enerji təhlükəsizliyinə töhfə verən ilk ölkə kimi tarixə düşəcək.

Azərbaycan Dövlət Neft Şirkəti TANAP-da əsas investor olmaqla yanaşı, TAP-da da aparıcı sərmayəçilərdən biri kimi iştirak edəcək. Bu isə ARDNŞ üçün yeni sərmayə imkanları və yeni bazar deməkdır. Təbii ki, bu investisiyaların rentabelli olması Azərbaycana daxil olacaq vəsaitlərin həcmini artıracaq.

TAP boru xəttinin çəkilməsi onun keçdiyi ölkələrdə də  yeni yerlərinin açılmasına şərait yaradacaq.  Layihə çərçivəsində Yunanıstanda 2 min yeni yerinin yaranması, bu ölkənin iqtisadiyyatına 1,5 milyard avro, Albaniya iqtisadiyyatına isə 1 milyard avro investisiya qoyulması, mindən artıq yeni yerinin açılması gözlənilir.

Azərbaycanın zəngin karbohidrogen ehtiyatları və bu ehtiyatların Avropaya çıxış imkanları ölkəmizin əhəmiyyətini daha da artırır. Hazırkı imkanlarla Azərbaycan Avropa ölkələrinin ümumi qaz tələbatını 10 ilə yaxın ödəmək gücünə malikdir. Lakin respublikamızın ehtiyatlarının bununla bitdiyini demək doğru deyil. Çünki bir sıra mütəxəssislər hesab edirlər ki, Xəzərin Azərbaycan sektorunda kəşf edilməmiş neft-qaz ehtiyatları hələ kifayət qədərdir. Digər mühüm məqam Xəzər regionunun enerji resurslarını Avropa bazarlarına Rusiyadan yan keçməklə çıxaracaq ən optimal yolun məhz Azərbaycandan keçməsidir. Bu səbəbdəndir ki, AB-nin Azərbaycanla apardığı müzakirələrdə respublikamız sadəcə ixracatçı kimi deyil, həmçinin tranzit ölkə kimi iştirak edir.

Qlobal enerji təhlükəsizliyi müasir dünya iqtisadiyyatında həllini gözləyən vacib problem olaraq qalmaqdadır. Təsadüfi deyil ki, ekspertlər növbəti 20 il ərzində Avropanın təbii qaz tələbatının 2 dəfə artacağını proqnozlaşdırırlar. Artan tələbatın qarşılığında isə daxili istehsal illik 200 milyard kubmetrdən 100 milyard kubmetrə qədər azalacaq. Bu baxımdan “Şahdəniz-2" layihəsinin imzalanması mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın tərəfdaş imicini daha da artırır.

Heç şübhəsiz, yeni tərəfdaşlıq münasibətləri “Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan ”Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmişAbşeron” və “Ümid” yataqlarının, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatlarının, perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturların potensialından da  tam istifadə edilməsinə şərait yaradacaq.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger demişdir:" Azərbaycan 2011-ci ildə verdiyi vədinə sadiq qalaraq “Cənub qaz dəhlizi”nin icrasına başlayır. “Şahdəniz” və onunla birləşəcək digər kəmərlər Avropa İttifaqında ehtiyac duyulan nəhəng qaz infrastrukturu  olacaqdır... Yaxın keçmişdə bəziləri bu layihəni mümkünsüz layihə adlandırmışlar. Lakin ilk dəfə deyildir ki, bu regionda mümkünsüz hesab edilən layihələr tərəfdaşların əməkdaşlığı nəticəsində uğurla başa çatdırılır. Birincisi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, indi isə “Cənub qaz dəhlizi”. Qərar Avropanın qaz mənbələrinin şaxələndirilməsinə xidmət edəcəkdir və Qafqaz ilə Avropa İttifaqı  arasında əlaqələri möhkəmləndirəcəkdir...".

“Şahdəniz-2"  layihəsi ekspertlər tərəfindən  1994-cü ildə imzalanan ”Əsrin müqaviləsi" ilə müqayisə edilir. Bildirilir ki, XX əsrin ən önəmli sənədi “Əsrin müqaviləsi” idisə, XXI əsrin də layihəsi məhz “Şahdəniz-2" oldu. Bu layihə tək biznes layihəsi deyil, həm də  Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində çox sanballı bir addımdır. Eyni zamanda, enerji sahəsində çoxtərəfli əməkdaşlığın başlanğıcıdır. Azərbaycan artıq energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Belə ki, ölkəmiz həm neft və qazın Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması istiqamətində, həm də Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu da heç şübhəsiz, Azərbaycanın regionda  qlobal miqyasda əhəmiyyətini daha da artıracaq.

 

Əlipənah BAYRAMOV,

Xalq qəzeti”

 

Xalq qəzeti.- 2013.- 27 dekabr.- S.8.