Cərrah ürəyi
Gecənin sükutunu iti addımlarla şütüyən ayaq səsləri pozurdu. Bu addımlar, sanki, ölümlə çarpışan kimisə həyata qaytarmağa, sönmüş bir ümidi yaşatmağa tələsirdilər. Əməliyyat otağında hər şey hazır idi. Bir anda cərrah formasını geyinib, həmişə olduğu kimi, köməkçi tibb işçilərinə lazımi məsləhətlərini verib diqqətli və cəld olmağı tapşırdı.
Əməliyyat gecə
saat üçdə başa
çatdı. Xəstənin vəziyyəti ağır idi. Arterial təziq düşür, nəbzi getdikcə zəifləyirdi.
Sabahı xəstə ilə birlikdə açdı. Gənc
cərrah kabinetə girərkən əsl Azərbaycan
qadınına məxsus nurani,
agsaçlı qadının intizar dolu baxışları gözündən
yayınmadı.
Başına dönüm oğul, beş bacının bir
qardaşıdır mənim balam. Qoyma evimin
işığı sönsün. Bu söz həkimi bir anda fikrindən
ayırıb, onu uzaqlara,
lap uzaqlara apardı.
O, dərin sükuta getmişdi.
Ananın səsi isə qulaqlarında hey deyirdi:
– Beş
bacının bir qardaşıdır, qoyma evimin
işığı sönsün!..
Tək qardaşın
bacı ücün necə arxa, dayaq, əlçatmaz
varlıq olduğunu, sanki,
indi bildi, duydu, hiss etdi
həkim. Axı, o da
səkkiz bacının tək qardaşı idi.
Çalışdığı
illər ərzində bu cür
hallar çox olub İlham həkimin həyatında.
Deyir kiçik
yaşlarımda anam, bacılarım, qohumlar mümkün olmayan şeyləri də mənim üçün etməyə
çalışırdılar. Laçın musiqi
məktəbində oxuyan vaxtlar
tarı sinəmə götürüb çalanda anam sevincdən
bilmirdi neyləsin. Bacılarım mənə
tarzən deyirdilər. Atam isə deyirdi: “Mənim arzum bu balaca tarzəni həkim
görməkdir”.
El arasında belə bir
deyim var: Ata
alqışını, arzusunu, istəyini
bəzən daha tez eşidir ulu Tanrı. Elə
bu ata arzusu
da gənc İlhamı 1983-cü ildə
Azərbaycan Dövlət Tibb İnstitutuna gətirib çıxardı. Orta məktəbdə oxuduğu
dərsliklərdə müəllif kimi
yadında qalan alimlərin geniş
auditoriyalarda tələbələr qarşısında
mühazirə oxuduqlarını görəndə sevinci, fərəhi yerə-göyə
sığmırdı.
Ömür mənalı keçəndə insan illərin necə sürətlə ötdüyünü hiss
etmir. Mənalı ömür
isə hamıya müyəssər olmur.
Belə ömrü yaşayanlar
el üçün,
millət üçün, cəmiyyət
üçün dəyərli insanlar olur, qəlblərdə
əbədi heykələ dönürlər.
İlham həkimin özü
kimi, qəlbində, xəyalında
canlı heykələ dönən, xalqın yolunda,
şair demişkən, şam
kimi əriyən insanlar
çoxdur. Onlar
yaşatdıqları adamlara sanki ömürlərindən
pay verirlər. Özləri isə
yaşadıqca ətrafa gur işıq
saçırlar. Bəli, həkimlərin insanlara
bəxş etdiyi ömür
bax, belə işıqlı, nurlu, parlaqdır.
İnsan onu əhatə edən
cəmiyyətdən də əvvəl ailədə yetişir, özünü
tanıyır və qələcək həyat yolunu
düzgün müəyyənləşdirə
bilir. İlham
Kazımov hələ Tibb İnistitutunun
üçüncü kursunu
bitirdikdən sonra, orta
tibb işçisi kimi xəstəxanaların təcili yardım şöbələrində
işləməyə başlayır. İnstitutu
fərqlənmə ilə bitirib,1989-90-cı illərdə
Bakı şəhərindəki beş
nömrəli xəstəxanada həkim-cərrah ixtisası
üzrə internatura keçərək akademik Böyükkişi
Ağayevin rəhbərlik etdiyi
Elmi Tədqiqat Qastroluterologiya
İnstitutunda fəaliyyətə
başlayır.
İnsan arzunun qanadlarında
pərvazlanır – deyiblər. Dünya
şöhrətli bir alimin
yanında işləməyin özü böyük xoşbəxtlikdir. Ulu tanrı bunu hər
adamın taleyinə yazmır. İlham
Kazımov da Tanrının taleyinə
yazdığı bu xoşbəxtliyin izi ilə getdi.
Tapşırılan
işə məsuliyyətlə yanaşması, həkimlərlə
ünsiyyəti, hər şeydən əvvəl yüksək
mədəniyyəti, etikası, səmimiyyəti, peşəsinə
olan marağı akademik
Böyükkişi Ağayevin
diqqətindən yayınmadı. Alimin böyüklüyü onun
sadəliyində, səmimiliyində, insanlara
diqqət və
qayğı göstərməyində, alicənablığındadır.
Akademik İlham
Kazımova namizədlik dissertasiyası yazmağı məsləhət
bilib, elmi rəhbərliyi
öz üzərinə götürdü.
İllər
bir-birini əvəz etdikcə sevinc və həyəcan dolu
günlər yaxınlaşırdı. Budur,
həmin gün gəlib çatdı.
1996-cı ilin noyabr ayı. Vaxtilə təhsil
aldığı Azərbaycan Dövlət Tibb
İnstitutunun akt
zalı. Elmi şuranın üzvləri,
alimlər əyləşiblər. Hamının diqqəti tribunada
təmkinlə danışan dissertanta dikilmişdi. Həmin gün
onun həyatında yeni
günəş doğdu. Elə bir günəş ki, onun şöləsi elmin
gələcək yollarını daha da işıqlandıracaqdı.
Bulağın suyu dərindən çıxırsa, qurumaz... deyib babalar. Tibb elmləri namizədi,
alimlik dərəcəsinə layiq görülən İlham
Kazımovun içində, sanki, bir enerji, vulkan
qaynayırdı. O, bu enerjini
Böyükişi Ağayev
kimi alimdən almışdı.
Moskvadakı
Rusiya Xalqlar Dostluğu Universitetində “Müxtəlif mənşəli
qastroduodeual xoraların
qanaxmalarının cərrahi müalicəsi” mövzusunda
elmlər doktorluğu müdafiə etmək
üçün mövzu
götürüb işləməyə
başladı. 2008-ci ildə bu elm ocağında müdafiə etdiyi doktorluq işi həmin ilin ən yaxşı
dissertasiyası diplomuna da
layiq görüldü.
Bundan sonra ömrünün
daha qaynar
cağları başlayır. Moskvada,
Kiyevdə, Türkiyədə, Almatıda, İsfahanda
və dünyanın bir sıra şəhərlərində
beynəlxalq elmi konfranslarda,
simpoziumlarda iştirak
edib fəxri diplomlara layiq görüldü.
Söhbət əsnasında
İlham Kazımov böyük
razılıqla bildirdi ki,
bu günədək əldə etdiyim bütün elmi nailiyyətlərə görə akademik Böyükkişi
Ağayevə minnətdaram. Həkim deantologiyası, xəstələrə
qulluq, onlarla
davranış, hər xəstəyə psixoloji
təsir etməklə, onları həkimin dediklərinə
inandırmaq kimi hallar
mənə bu böyük
alimdən keçibdir.
Hazırda
Elmi-Tədqiqat Qastroluterologiya İnstitutunun akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə
Mərkəzində mədə, oniki barmaq bağırsaq cərrahlığı
şöbəsinin müdiri işləyən
İlham Kazımov həm də Elmi-Cərrahiyyə
Mərkəzinin nəzdində fəaliyyət göstərən
dissertasiya şurasının elmi katibidir. Üç övlad atasıdır. İki
qızı, bir oğlu
var.
Bax beləcə Laçından Bakıya gələn
bir gənç illərin qanadında uçaraq bu ünvanı
gəzdiyi ölkələrdə tanıtdı. Özü isə dünya
şöhrətli alimlərlə çiyin-çiyinə
dayandı.
Vaqif ŞÜKÜROV
Xalq qəzeti.- 2013.- 29 dekabr.-S.5.