Türk adamlarına deyirik: Azərbaycan güvənli bir ölkədir”

 

Türkiyə Sənayeçi və İşadamları  Beynəlxalq Cəmiyyəti (TÜSİAB) 1994-cü ildə Bakıda ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə yaranmışdır. Ötən dövrdəTÜSİAB fəaliyyətini daha da genişləndirmiş, bütün sahələrdə əlaqələrin möhkəmlənməsi üçün mühüm layihələr həyata keçirmiş  özünün inkişafında yeni mərhələyə gəlib çatmışdır.Bu və digər sualları cavablandıran TÜSİAB-ın İdarə Heyətinin sədri Murad Bakır ilə əməkdaşımızın  müsahibəsini təqdim edirik.

 

 - Azərbaycan-Türkiyə  iqtisadi  əlaqələrinin inkişaf səviyyəsindən razısınızmı?

 - Hörmətli  Prezident  cənab İlham Əliyev  iki qardaş ölkənin münasibətləri haqqında demişdir:  Bizim münasibətlər elə bir yüksək nöqtədədir ki, bunu daha da inkişaf etdirmək, daha yüksək mərhələyə  çıxartmaq  gərəkdir. Bizim münasibətlərimiz əlbəttə ki, çox yüksək səviyyədədir. Son zamanlar əldə olunan razılıqlar - TANAP layihəsi, SOCAR-ın STAR  RAFİNERİSİ A.Ş. layihəsində iştirakı ölkələrimiz arasında olan münasibətləri daha da möhkəmləndirir.

 İki ölkə arasında qarşılıqlı iqtisadi münasibətləri daha da  yüksək səviyyəyə çatdırmaq  lazımdır. Belə olduqda rahatlaşmayacaq, daim irəli getmək, yeni hədəflərə çatmaq imkanı yaranacaq. Azərbaycan-Türkiyə iqtisadi münasibətləri tarixən daim inkişaf edib. Bu münasibətlər Türkiyənin Azərbaycan  iqtisadiyyatına yatırımları ilə başladı. Ancaq son illərdə əksinə bir prosesgedir. Belə ki, Türkiyə iqtisadiyyatına Azərbaycan kapitalı qoyulur. Bu investisiyalar meqalayihələr vasitəsilə reallaşdırılır. Bunların sırasına Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu  və TANAP layihəsini misal göstərə bilərik. SOCAR-ın STAR RAFİNERİSİ A.Ş-nə 18 milyard dollara çatdırılacaq investisiya layihəsi isə son zamanlara qədər Türkiyə iqtisadiyyatına qoyulan investisiyalar arasında birinci yerdədir.

 Türkiyə tərəfindən  Azərbaycanın neft sektoruna 3,5 milyard dollar, qeyri-neft sektoruna isə 4 milyard dollar sərmayə qoyulub. Əgər 2011-ci ildə ticarət dövriyyəmiz 3,5 milyard dollar idisə, ötən il bu göstərici daha da artdı və  Türkiyə Azərbaycan idxalatında birinci ölkə oldu. Bu münasibətlər bizə qürur verir. Ancaq əldə olunan nailiyyətlərlə kifayətlənmək lazım deyil.

 - Bu əlaqələri daha da genişləndirmək üçün hansı addımlar atılmalıdır? Hansı sahələrdə yeni əlaqələrin qurulmasına ehtiyac duyulur?

 - Biz TÜSİAB olaraq hər ay Azərbaycana təxminən 50- yə yaxın türkiyəli  iş adamının səfərini təşkil edir, onlara burada hansı işlərlə məşğul olmaq, iqtisadiyyatın hansı sahələrinin perspektivli olması barədə məlumat verir, iş adamlarını yerli  həmkarları ilə görüşdürür, Azərbaycan bazarına çıxmaqda  köməklik göstəririk.

 Biz Azərbaycana gələn hər iş adamına qeyri-neft sektoruna diqqət yetirməyi tövsiyyə edirik. Xüsusilə kənd təsərrüfatını qeyd edərək, bu sahənin cəlbedici olduğunu, ciddi investisiyaların qoyulduğunu və bir biznes kimi maraqlı sahə olduğunu məsləhət görürük.

Türk iş adamlarına biznes qurmaları üçün məsləhət gördüyümüz digər sahə turizm sektorudur. Türkiyənin turizm infrasturukturunun inkişafında çox qabaqcıl təcrübəsi var və hazırda turizm Türkiyənin əsas gəlir mənbələrindən biridir. Türk  şirkətlərinin turizmin inkişafında əldə etdikləri təcrübəni Azərbaycanda da tətbiq etmək bu sahənin inkişafına kömək edə bilər.

 - Türk iş adamları Azərbaycanda hansı çətinliklərlə üzləşirlər? Problemlərin aradan qaldırılması üçün nə etmək lazımdır?

 - İnsan və pul olan yerdə problem var. Problemsiz bir ölkə bazar yoxdur. Bizim 10 il öncə yaşadığımız problemlərlə bu günki  problemlər eyni deyil. Azərbaycan çox gənc bir ölkədir. Bu səbəbdən müəyyən problemlərin olması təbiidir. Sual ondan ibarətdir ki, bəs bu problemlər öz həllini tapırmı? Birmənalı olaraq söyləyirəm ki, bəli. Problem olur, ancaq onların böyük əksəriyyəti aradan qaldırılır. Türk adamlarının qarşılaşdığı problemlər digər adamlarının problemlərindən fərqli deyil. Əsas odur ki, problemlər operativ olaraq  aradan qaldırılır. Türk adamlarına Azərbaycan güvənli bir ölkədir, deyirik onları Azərbaycan iqtisadiyyatına, azərbaycanlı  qardaşlarımızı isə Türkiyə iqtisadiyyatına sərmayə qoymağa çağırırıq.

 - TÜSİAB-ın 2012-ci ildəki fəaliyyətini necə qiymətləndirirsiniz? Qarşıya qoyduğunuz məqsədlərə nail ola bildinizmi?

 -  Azərbaycanda fəaliyyət göstərdiyimiz  illər ərzində xeyli görülüb. 2012-ci ildə reallaşdırdığımız bir neçə böyük layihə olub. Bunlardan ən birincisi,  bizcə ən önəmlisi Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün İstanbulun Taksim meydanında təşkil edilənXocalıya ədalət!” mitinqi oldu. Bu tədbirdə Azərbaycandan Türkiyədən dünyasının Azərbaycansevərlərin iştirakı üçün əlimizdən gələni edərək biz- idarə heyətinin bütün üzvləri həmin mitinqdə iştirak etdik.

 Gəldik, gördük yazdıqlayihəsi çərçivəsində  Qarabağ Türk Dünyasının Ortaq Problemiadlı beynəlxalq konfransı təşkil etdik. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvlərini, 18 jurnalisti bir həftə müddətində Azərbaycana cəlb edərək  Qarabağ həqiqətlərinin tanıdılması üçün əlimizdən gələni etməyə çalışdıq.

Azərbaycan- Türkiyə əlaqələrinin tarixi çalarlarından bir nümunə kimi TÜSİAB, Türk İş Birliyi Kalkınma Ajansı (TİKA) Gəncliyə Yardım Fondu ilə birgəKeçmişdən günümüzə, Azərbaycan Türkiyədə Xeyriyyəçilik ənənəsi ,qardaş köməyiadlı beynəlxalq simpoziumu təşkil etdik. Qardaş köməyikitabının təqdimatını keçirdik.

 Ötən ilin ən vacib hadisələrindən biri Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin sədri  Cəmil Çiçəkin iştirakı ilə III Qara Dəniz Ticarət İnvestisiya Forumu (Noyabr, 2012) təşkil edildi. TÜSİAB-ın təşkilatçılığı ilə keçirilən forumda Türkiyə, Rusiya, Bolqarıstan Azərbaycandan 400-dən çox şirkət iştirak etdi, 1000-dən çox qarşılıqlı işgüzar  görüşlər oldu.

 TİKA xətti ilə müxtəlif peşə sahibi olan mütəxəssisləri Türkiyəyə təlim keçmək üçün göndərdik. 3 ay təlim keçən mütəxəssislər Azərbaycan üçün vacib olan sahələrdə öz peşəkarlıqlarını artıraraq yüksək texnoloji yeniliklərlə tanış oldular.

 TÜSİAB ötən il təşkil olunan müxtəlif biznes forumlarda iştirak etdi bir çox işgüzar görüşlər təşkil olundu. Həm azərbaycanlı, həm türk adamlarını dünyanın müxtəlif  ölkələrində (İndoneziya, Anqola, Madaqaskar, Sudan, İraq) baş tutan sərgi konfranslara apardıq.

 Ötən il Türkiyənin keçmiş Mərkəzi Bankının sədri Durmuş Yılmazı Bakıya dəvət edərək konfrans təşkil etdik.

 - Türkiyədə fəaliyyət göstərmək istəyən azərbaycanlı biznesmenlərə kömək məqsədi ilə hansı işlər aparılır?

 - TÜSİAB Türkiyədə bir çox birlikləri ilə sıx əlaqələrə malikdir hər il fərqli sayda qruplarla 100-ə yaxın azərbaycanlı adamının Türkiyəyə səfərini təşkil edir, onları öz həmkarları ilə ixtisaslaşdırılmış forumlar çərçivəsində görüşdürürük. Bu görüşlər müxtəlif sərgilər forumlar çərçivəsində baş tutduğundan azərbaycanlı adamları nəinki türk adamları ilə, eləcə dünyanın müxtəlif ölkələrindən gəlmiş adamları ilə görüşmək imkanı əldə edirlər.

 - Azərbaycanlı biznesmenlər Türkiyədə hansı sahələrə daha çox diqqət yetirirlər?

 - Türkiyə iqtisadiyyatı dünyanın ən böyük iqtisadi güclərindən biri olmaqla dünyada 15-ci yerdədir. Türk Cümhuriyyətinin hədəfləri sırasına 2023-cü ilədək xarici ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq strategiyası var. Türkiyənin inkişaf strategiyasının əsasında müxtəlif istehsal sahələrində liderliyin əldə olunması dayandığından vətənimizdə istehsal yönümlü bütün sektorlara investisiyaların yatırılması təşviq edilir. Bununla yanaşı, Azərbaycan dövləti Türkiyənin neft-qaz nəqliyyat sektoruna, adamları isə turizm, inşaat, qida sənayesi xidmət sektoruna ciddi maraq göstərirlər.

 - Bu il üçün hansı planlarınız var?

 - Son illərdə olduğu kimi bu il hədəflərimiz dəyişməz qalır - iki ölkə arasında olan münasibətləri daha da möhkəmləndirmək.  Azərbaycanlı türk adamları bir çox layihələrdə birgə çalışırlar. Bu əməkdaşlığı möhkəmləndirmək xarici bazarlara çıxaraq ortaq layihələr həyata keçirmək əsas məqsədimizdir. Dünyanın fərqli yerlərində ortaq əməkdaşlıq quraraq öz gücümüzü göstərməliyik.

 

 

Afət SADIQOĞLU

 

Xalq qəzeti.- 2013.- 3 fevral.- S. 7.