ATİ-nin nümayəndə heyəti Tempus proqramı çərçivəsində Almaniyada səfərdə olmuşdur

 

 Azərbaycan Turizm İnstitutu “Davamlı turizmin idarə olunması sahəsində beynəlxalq bakalavrmagistr proqramları üçün yeni modulların hazırlanması” layihəsində tərəfdaş ali təhsil müəssisələrindən biridir. Almaniya, İrlandiya, Latviya, həmçinin Cənubi Qafqaz dövlətlərinin tərəfdaş olduğu və 3 il müddətində davam edəcək layihə regionda turizm sahəsində təhsilin keyfiyyətinin artırılmasına istiqamətlənmişdir. Bu günlərdə Azərbaycan Turizm İnstitutunun nümayəndə heyəti Almaniyada Avropa İttifaqının Tempus proqramı çərçivəsində səfərdə olmuşdur. 

 

Yanvarın 21-dən 25-dək Almaniyanın Vilhelmshaven şəhərində sözügedən layihənin ilkin görüşü keçirilmişdir. Görüşü Almaniyanın Jade Tətbiqi Elmlər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, həmçinin layihə koordinatoru Uve Vaythoner açmışdır. Tədbirdə Vilhelmshaven şəhərinin meri Holger Barkovski ilə birgə Azərbaycan Turizm İnstitutunun xarici əlaqələr və layihələr şöbəsinin müdiri Şəhla Əhmədova da çıxış edərək layihənin əhəmiyyəti haqqında danışmışlar. Azərbaycan Turizm İnstitutunu tədqiqat və inkişaf şöbəsinin layihələr üzrə böyük mütəxəssisi Kazım Quliyevmetodisti Yulius Arneqqer də təmsil etmişlər. Cənubi Qafqaz dövlətlərinin hər birindən iki nəfərdən ibarət rəhbər komitə təşkil edilmişdir.

 Azərbaycan üzrə rəhbər komitəyə Azərbaycan Turizm İnstitutunu tədqiqat və inkişaf şöbəsinin layihələr üzrə böyük mütəxəssisi Kazım Quliyev və “EkosferaSosial-Ekoloji Mərkəzin direktoru Firuzə Sultanzadə seçilmişdir. Ümumilikdə isə görüşdə Azərbaycan nümayəndə heyəti adından Azərbaycan Turizm İnstitutu, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Turizm Kolleci, Azərbaycan Turizm Assosiasiyası, Bakı Turizm İnformasiya Mərkəzi, “EkosferaSosial-Ekoloji Mərkəz, Millennium TurizmKonqress MMC və “Təbiət dostları” qeyri-hökumət gənclər təşkilatı nümayəndələri iştirak etmişlər.

Görüşdə layihənin mərhələləri, iş bölgüsü  aparılmış, işçi qrupların gələcək fəaliyyət istiqamətləri müəyyən edilmişdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2013.- 5 fevral.- S. 6.