“Kulturologiya və
etik mədəniyyət”
Azərbaycan Mədəniyyət
Assosiasiyası, Atatürk Mərkəzi, Azərbaycan
Kulturoloqlar Cəmiyyəti ilə birlikdə “Kulturologiya və
etik mədəniyyət” mövzusunda seminar
keçirmişdir.
Tədbirdə dövlət qurumlarının,
Milli Elmlər Akademiyası, ali məktəblərin professor
-müəllimləri, Vətəndaş Cəmiyyəti Beynəlxalq
Mədəniyyət Forumunun,Kulturoloqlar Cəmiyyətinin, Mədəniyyət
Assosiasiyasının üzvləri, milli QHT-lərin,
yaradıcı və həmkarlar ittifaqlarının,bələdiyyələrin,
beynəlxalq təşkilatların, fondların, KİV-lərin
nümayəndələri iştirak etmişlər.
Atatürk Mərkəzində keçirilən
seminarı giriş sözü ilə Azərbaycan
Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
professoru, “Simurq” Azərbaycan Mədəniyyət
Assosiasiyasının (AMA)
prezidenti Fuad Məmmədov
açmışdır.
Bakı Dövlət Universitetinin (BDU) professoru, fəlsəfə
elmləri doktoru Fərman İsmayılov “Kulturologiya və ünsiyyət mədəniyyəti”,
BDU-nun dosenti, tarix üzrə fəlsəfə doktoru, Azərbaycanın
əməkdar müəllimi Tahir Behbudov “Kulturologiya və xidmət
etiketi”, Respublika Yaradıcılıq Fondu sədrinin birinci
müavini, Azərbaycanın əməkdar mədəniyyət
işçisi Rafiq Kəşanlının “ Kulturologiya və
işgüzar etika” mövzularında məruzələri dinlənilmişdir.
Qeyd edilmişdir ki, “Simurq” AMA-nın fəaliyyət
istiqamətlərindən biri olan növbəti kulturoloji seminarın etik mədəniyyətə həsr
olunması milli və dünya sivilizasiyasının , bəşər
mədəniyyətinin aktual problemləri sırasında
mühüm əhəmiyyət kəsb edur. İnsanın
inkişafı, formalaşması, etik mədəniyyəti,
bir-birilə ünsiyyəti, məhəbbəti, dostluğu,
özünü dərk etməsi, ünsiyyət vasitəsi
olan dilin inkişafı, birgə
əmək fəaliyyəti xalqın mədəni səviyyəsinin,
həyat şəraitinin
yüksəldilməsində mühüm rol oynayır.
Çıxış edən alim və mütəxəssislər
dünyada qloballaşma şəraitində yaşamağın zəruri amilləri,
xalqlar arasında münasibətlərin genişlənməsi,
ölkəmizdə kulturologiyanın və etik mədəniyyətin
hərtərəfli inkişafı sahəsində mövcud
olan problemlərdən söz açmış, milli mədəniyyətin inkişafı üçün
bütün həyat, iş və xidmət sahələrində dünya mədəniyyətinin
nailiyyətlərinə yiyələnməyi, insanın inkişaf qanunları və
həyat fəaliyyəti texnologiyalarını dərindən
dərk etməyi və məhsuldar
əmək fəaliyyətinə sahib olmağı tövsiyə
etmişlər.
Sonda “Kulturologiya və Azərbaycanın gələcəyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Professor F. Məmmədov və məruzəçilər dəyirma masa iştirkçılarını maraqlandıran sullara ətraflı cavablar vermiş, rəy, arzu və təkliflərini bildirmiş və diskussiya aparılmışdır.
A.SADIQOĞLU
Xalq qəzeti.- 2013.- 5 fevral.- S. 6.