Bakı Ali Neft Məktəbi xarici əlaqələrini genişləndirir
Dünən Böyük Britaniya və
Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Piter
Beytmen Bakı Ali Neft Məktəbində olmuşdur.
Qonağı qəbul edən rektor Elmar Qasımov bildirmişdir ki, gündən-günə
inkişaf edən ölkəmizdə
beynəlxalq standartlara cavab verən ingilis dilli kadrların hazırlanması gündəmdə olan əsas məsələlərdən
biridir. Bakı Ali Neft Məktəbinin yaradılmasının və qısa müddətdə
yüksək uğurlar əldə
etməsinin ölkə başçısı İlham Əliyevin
“Neft kapitalını insan kapitalına çevirək”
devizinin əyani sübutu
olduğunu diqqətə çatdıran E. Qasımov hazırda ən müasir
standartlara uyğun tədris prosesinin qurulduğu bu ali məktəblə
Böyük Britaniyanın
Heriot-Vatt Universiteti
arasında sıx tərəfdaşlıq münasibətləri
qurulduğunu qeyd etmişdir. Rektor Heriot-Vatt Universitetei ilə əldə
olunmuş razılaşmaya əsasən, Bakı Ali Neft Məktəbində
tədrisin təşkili, onun gedişinə nəzarət,
biliklərin qiymətləndirilməsi və
müxtəlif proseslərin Heriot-Vatt Universitetinin tələblərinə
uyğun həyata keçiriləcəyini və
bunun nəticəsi olaraq Bakı Ali Neft Məktəbinin
məzunlarına hər iki ali təhsil müəssisəsinin diplomlarının veriləcəyini
bildirmişdir.
Daha sonra E.Qasımov ali məktəbin
beynəlxalq əlaqələrinin
genişləndirilməsinin vacibliyini qeyd etmiş, qısa müddətdə bu
istiqamətdə görülmüş işlər haqqında məlumat vermiş
və dünyanın inkişaf
etmiş dövlətlərinin sırasında öncül yerlərdən birini
tutan Böyük Britaniyanın
elm və təhsil mərkəzləri ilə də əməkdaşlıq
əlaqələrinin
qurulmasının xüsusi maraq kəsb etdiyini vurğulamışdır.
Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycan Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri Piter
Beytmen Bakı Ali Neft Məktəbinə gəlişindən
məmnunluq hissləri keçirdiyini qeyd
etmiş, Azərbaycanda
ingilis dilində tədris
həyata keçirən belə müasir tipli texniki ali məktəbin həm
bütün sahələrdə inkişaf edən Azərbaycan
dövləti üçün, həm də ölkəmizə böyük investisiyalar
yatırmış və gələcəkdə bu sahədə işləri genişləndirməyi
düşünən
Böyük Britaniya üçün də xüsusi əhəmiyyət kəsb
etdiyini bildirmişdir.
O,
Prezident İlham Əliyev tərəfindən
ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi-siyasi inkişafdan danışaraq vurğulamışdır ki, dünyaya açılmış və
regionun önəmli dövlətinə
çevirilmiş Azərbaycan
Böyük Britaniya və Avropa Birliyi dövlətləri üçün böyük əhəmiyyət
daşıyır.
Təhsillə
bağlı məsələlərə yüksək diqqət ayırdıqlarını bildirən səfir
Bakı Ali Neft Məktəbi
ilə hər zaman bu sahədə
əməkdaşlıq etməyə və Böyük
Britaniyanın müxtəlif təhsil mərkəzləri ilə
əlaqələrin
qurulmasına dəstək
verməyə hazır
olduqlarını
bildirmişdir.
M. YAQUBZADƏ
Xalq qəzeti.- 2013.- 7 fevral.- S. 2.