Milli
Kitabxananın fəaliyyəti ötən il
əsaslı şəkildə yenilənmişdir
Ölkəmizdə bütün sahələrdə
olduğu kimi mədəniyyət sahəsində
də son illər sürətli
inkişaf nəzərə
çarpmaqdadır. Cənab Prezident İlham Əliyevin qayğısı nəticəsində
milli- mənəvi dəyərlərimizin qorunması və gələcək
nəsillərə çatdırılmasi istiqamətində
davamlı iş aparılır,
mədəniyyətimizin
beynəlxalq aləmə inteqrasiyası məqsədilə tədbirlər həyata
keçirilir.
O
cümlədən, kitabxana
işi sahəsində də
böyük layihələr reallaşdırılır.
Ötən il də kitabxana-informasiya sahəsinin
inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən
biri olmuşdur. Prezidentin 20 aprel 2007-ci il tarixli “Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə”, 6 oktyabr
2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
müvafiq sərəncamlarına uyğun olaraq kitabxanalar vahid
informasiya sahəsinə daxil olmuş, şəhər, rayon mərkəzi
kitabxanalarının veb-saytları yaradılmış,
elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa
başlanmışdır. M.F.
Axundzadə adına Milli
Kitabxananın fəaliyyəti genişlənmiş, oxuculara
xidmətin yeni üsul və vasitələrinin tətbiqinə diqqət
artırılmışdır.
Ötən il kitabxananın
fəaliyyətinin əsas istiqamətini
kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması,
avtomatlaşdırılmış idarəetmə sistemlərinin
tətbiqi ilə oxuculara kitabxana xidmətinin müasir tələblərə
uyğun qurulmasını təmin etmək, oxuculara və
istifadəçilərə virtual rejimdə xidmət göstərmək
üçün elektron kitabxananın və elektron kataloqun məlumat
bazasının genişləndirilməsi təşkil
etmişdir.
İl
ərzində kitabxananın daimi oxucularının sayı 36
360 nəfərə
çatdırılmışdır. Virtual oxucuların
(saytdan, elektron kataloqdan və elektron kitabxanadan istifadə edənlər) sayı 449 000 nəfər, virtual
sifarişin xidmətlərindən istifadə edənlər 1257 nəfər, Rusiya Dövlət
Kitabxanasının Dissertasiyaların virtual oxu zalından və
Azərbaycanda müdafiə olunmuş dissertasiyaların
elektron məlumat bazasından istifadə edənlər 625 nəfərdir. İl ərzində kitabxanaya gələn
163 383 nəfər oxucuya, 771 023
nüsxə ədəbiyyatla xidmət edilmişdir.
2012-ci
ildə oxuculara xidmət
şöbəsində oxucuların lokal şəbəkədə
mütaliəsi üçün müasir tələblərə
cavab verən yeni “Lokal şəbəkədən istifadə
üzrə oxu zalı” açılmışdır. Zalda
istifadəyə verilən 24 kompüter vasitəsilə
oxucular ümumi oxu zalının yardımçı
fondundakı kitablardan eyni vaxtda istifadə etmək imkanı
qazanmışlar.
Kitabxanada
kitab, qəzet və jurnalların rəqəmsallaşdırılması
və oxuculara elektron informasiya xidmətinin göstərilməsi
işi davam etdirilmişdir.
Milli
Kitabxana hazırda real fəaliyyət göstərən
funksional avtomatlaşdırılmış kitabxana sistemi
VİRTUA proqramına malikdir.
Bu
proqram ilk növbədə
kataloqlaşdırma ilə məşğul olan digər
kitabxanaların kataloqçularına vaxtlarına qənaət etməklə sistem vasitəsilə
Milli Kitabxananın elektron kataloquna daxil olmaq imkanı yaradır. Elektron
kataloqun formalaşdırılmasına dəstək
şöbəsi 2012- ci ildə
kitabxanaya daxil olan Azərbaycan və rus dillərində 7964 adda yeni ədəbiyyatı
məlumat bazasına daxil etmişdir.
Analitik
elektron məlumat bazasının təşkili şöbəsində
işlər
avtomatlaşdırılmış kitabxana proqramına
uyğun olaraq aparılır. Şöbə il ərzində
respublikamıza dair və ümumi xarakterli məqalələrin
Azərbaycan və rus dilində 34 628
(26 478 Azərbaycan dilində, 8150 rus dilində)
analitik-biblioqrafik yazısını elektron katoloqun analitik məlumat bazasına daxil
etmişdir. 26 751 (20 249 Azərbaycan
dilində, 6502 rus dilində) Azərbaycan və rus dilində məqalələrin
tam elektron mətni
kitabxananın saytına daxil edilmişdir.
Elektron
bazada yığılan materiallar əsasında mədəniyyət,
incəsənət və turizmə aid materiallar ayrıca
toplanaraq “Mədəniyyət, incəsənət və turizm
haqqında yeni ədəbiyyat” adlı informasiya bülleteni
şəklində ayda bir dəfə
50 nüsxə tirajla nəşr edilərək nazirliyin
iri müəssisələrinə göndərilir.
Diyarşünaslıq
elmi biblioqrafiya şöbəsi öz işini yeni informasiya
texnologiyaları əsasında qurmuş, istifadəçiləri
elektron kataloqda əks olunmuş diyarşünaslıq
xarakterli məqalələrin təsviri ilə təmin
etmişdir. Cari ildə
şöbə Azərbaycanşünaslıq toplu
kataloqundan 1990-2007-ci illəri əks etdirən retro
kartoçkaları Virtua sistemi ilə kitabxananın elektron
kataloquna köçürməsi işini davam etdirmişlər.
Bu müddət ərzində elektron kataloqa 1740 biblioqrafik
yazı daxil edilmişdir ki, bunlardan 1140 yazı Azərbaycan,
600 biblioqrafik yazı isə rus dilindədir.
Azərbaycan
ədəbiyyatının arxivi şöbəsində arxiv fondunu elektron kataloqa
köçürməsi işi davam etdirilmişdır. İl
ərzində milli ədəbiyyatın tam şəkildə
elektron kataloqa daxil edilməsi təmin olunmuşdur. İl ərzində
arxiv şöbəsi üzrə 2149 kitabın, 43 adda 289
komplekt jurnalın elektron versiyası hazırlanıb, lokal
şəbəkəyə daxil edilmişdir.
Elektron
resursların yaradılması şöbəsi Elektron
Kitabxananın bazasının zənginləşdirilməsi
işini davam etdirmişdir. Milli
Kitabxananın İnternet (http://www.anl.az) və İnternet səhifələrində olan
Elektron Kitabxanaların bazaları üçün işlər davam etdirilmişdir.
Şöbədə 2012-ci ildə Milli Kitabxananın fondunda
olan nəşrlər rəqəmsal fotoaparatlar və qrafik
proqramların köməyi ilə işlənilib hazırlanan
elektron resurslar saytlarımızın Elektron Kitabxanalarında
müvafiq bazalarda yerləşdirilmişdir. İl ərzinə 5112 kitab, 21061 qəzet və jurnal
nömrələri ümumilikdə 26173 resurs rəqəmsallaşdırılmışdır.
Elektron dissertasiya fondunun təşkili və ondan istifadə
şöbəsində 4965 tammətnli elektron resurs var. Bunlardan 1131 nüsxəsi aftoreferat,
3834 nüsxəsi isə dissertasiyadır. İl ərzində
1272 dissertasiya rəqəmsallaşdırılmışdır.
2012-ci
ildə Çap məhsullarının qeydiyyatı və milli
biblioqrafiya şöbəsi tərəfindən “Birillik Azərbaycan
Kitabiyyatı”nın respublikamızda dərc olunmuş kitabları
əhatə edən 1995-ci ilin buraxılışı
çap olunmuş, 1994-cü il buraxılışı
çapa hazırlanmış
, “Yeni kitablar” göstəricisinin
2011-ci ilin IV buraxılışı,
2012-ci ilin I,II,III buraxılışları çap
olunmuş, IV
buraxılış isə çapa hazırlanmuşdır.
Bundan başqa Azərbaycan milli biblioqrafiyasının tərkib
hissəsi olan “Azərbaycan kitabı” fundomental
biblioqrafiyasının 1940-1960-cı illəri əhatə edən
3-cü cildi çapa hazırlanmışdır və Milli
Kitabxananın 90 illik yubileyi ərəfəsində çap
olunacaqdır.
2012-ci
ildə Milli Kitabxananın nəşriyyat fəaliyyəti səmərəli
olmuş, 51 adda, 8617 nüsxə,
498,85 çap vərəqi həcmində biblioqrafiya,
biblioqrafik məlumat kitabı, metodik vəsait, metodik
tövsiyyələr nəşr edilmişdir. Çap olunan
bütün vəsaitlər respublikanın MKS-nə və Bakı
şəhər kitabxanalarına vaxtında və operativ surətdə
çatdırılmışdır. Cari ildə Milli Kitabxana
“Azərbaycanın görkəmli şəxsiyyətləri”
seriyasının nəşrini davam etdirərək bu silsilədən
“Nizami Gəncəvi”, “M.Ə.Sabir”, “M.F.Axundzadə”, “Maestro
Niyazi” kimi fundamental biblioqrafiya vəsaitlərini, Milli Aviasiya
Akademiyası ilə birlikdə “Azərbaycanda aviasiyanın
tarixi” adlı sanballı
ikicildlik retrospektiv elmi biblioqrafiyanı nəşr etdirərək
oxucuların, kitabxanaçıların və mütəxəssislərin
istifadəsinə vermişdir.
Elektron
informasiya xidməti və kitabxanalararası abonement şöbəsində
il ərzində 3094 oxucu internet xidmətlərindən istifadə
edib, onların sorğuları əsasında
40 elektron arayış ödənilib. Kitabxanalararası
abonement yolu ilə 10 xarici
dövlətdən - Amerika, Braziliya, İtaliya, İran,
İsrail, Polşa, Pakistan, Türkiyə, Rusiya, Ukrayna - daxil
olan sorğulara cavab olaraq 14
kitab skaner olunaraq göndərilmiş, bir kitab isə
Ukrayna Milli Kitabxanasından alınmışdır. Ölkədaxili
kitab mübadiləsi yolu ilə cari
ildə 18 368 nüsxə
kitab alınmış və 25 348
nüsxə kitab göndərilmişdir. Ölkədaxili
kitab mübadiləsinin xətti ilə xarici ölkədəki
səfirliklərimizə, diaspor təşkilatlarımıza,
beynəlxalq kitab sərgilərinə və s. təşkilatlara 3157 nüsxə kitab göndərilmişdir.
Beynəlxalq
kitab mübadiləsi yolu ilə əlaqədar xarici ölkə
kitabxanalarının sorğuları əsasında 1149 nüsxə ədəbiyyat
dünya milli kitabxanalarına göndərilmiş, 1151
nüsxə ədəbiyyat isə kitabxanaya daxil olmuşdur.
Beləliklə, ötən ildə milli kitabxanalara, xarici
ölkələrdə olan səfirliklərə, beynəlxalq kitab sərgi-yarmarkalara
və s. ümumilikdə 4298
nüsxə ədəbiyyat göndərilmişdir, 1151
nüsxə ədəbiyyat isə kitabxanaya daxil
olmuşdur. Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin
böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə
yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər
Mirzə Ələkbər Sabirin
anadan olmasının 150 illik yubileyinin təntənəli
surətdə keçirilməsi məqsədi ilə
imzaladığı sərəncama müvafiq olaraq Milli Kitabxana Azərbaycan Respublikası
Mədəniyyət və Turizm Nazirliyi ilə birgə
Kürdəmir, İsmayıllı, Lənkəran və
Şamaxı şəhərlərində elmi konfranslar keçirmişdir.
2012-ci
il may ayının 11-də Sumqayıt şəhərində
ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu
ildönümünə həsr edilmiş ümumşəhər
kitab bayramında Milli Kitabxana “Heydər Əliyev Fondunun nəşrləri”
və “Mirzə Ələkbər Sabir-150” adlı sərgilərlə
təmsil olunmuşdur.
Oxuculara
xidmətin keyfiyyətini yüksəltmək məqsədilə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm
Nazirliyi ilə birgə həyata keçirilən layihə
üzrə oxuculara kitab verilişi proseslərinin tam
avtomatlaşdırılması istiqamətində işlər
davam etdirilmişdir.
Oxuculara
kitab verilişinin tam avtomatlaşdırılması məqsədilə
kitabxananın fondlarında və kitab verilişi məntəqələrində,
oxu zallarında yeni kompüterlər və avadanlıqlar
quraşdırılmışdır. Bu kompüterlər kitab
verilişi sisteminin daha da sürətlənməsi
üçün lazımi proqramlarla təmin olunmuşdur.
Bununla
yanaşı, Milli Kitabxanada olan kitab və digər
materialların qanunsuz olaraq kitabxanadan kənara
çıxarılmasının qarşısını almaq məqsədilə
kitablara və digər materiallara RFID mikro çiplərin
yapışdırılması üçün avadanlıq və
kitabxananın çıxışında siqnalizator
qapılar quraşdırılmışdır.
Milli Kitabxanada olan ənənəvi
kataloqların retrokonversiyasına
başlanılmışdır. Bu məqsədlə
kartoçkaların skan edilməsi üçün xüsusi
skaner alınmışdır.
Azərbaycan
Milli Kitabxanasının beynəlxalq əlaqələri də
ötən il xeyli genişlənmişdir. Biz Avropa Milli Kitabxanaları
konfransı (CENL), Avrasiya Kitabxanalar
Assambleyası (BAE), Avropa Kitabxanası, türkdilli ölkələrin
milli kitabxana direktorları şurasının, İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Milli
Kitabxanaları şurasının, Avrasiya
Kitabxanaçılar Birliyinın fəal
üzvüyük və
onların keçirdikləri beynəlxalq tədbirlərdə
fəal iştirak edirik. Bu gün 28 ölkənin milli
kitabxanaları ilə qarşılıqlı əməkdaşlığa
dair memorandumlar imzalanmışdır.
Rusiya
Dövlət kitabxanası və Türkiyə Milli
Kitabxanası ilə imzalanmış ikitərəfli
qarşılıqlı əməkdaşlıq haqqında
Memorandumların müddətləri uzadılmış,
Çexiya, Yunanıstan və
Macarıstan milli kitabxanaları ilə
ikitərəfli qarşılıqlı əməkdaşlıq
haqqında Memorandum imzalanmışdır. İskəndəriyyə
Kitabxanası(müddətin uzadılması), Mərakeş,
Polşa və Bolqarıstan milli kitabxanaları ilə
Memorandum layihələri hazırlanaraq
razılaşdırılmış, maddələr müzakirə
olunmuş və 2013-cü ilin əvvəllərində imzalanması qərarına gəlinmişdir.
Mədəniyyət
və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanası Nizami Gəncəvinin anadan
olmasının 870 illiyinə həsr
edilmiş TÜRKSOY ölkələrinin Milli
Kitabxanalarının nümayəndələrinin iştirakı ilə Milli Kitabxanada “Nizami irsinin təbliği”
mövzusunda Beynəlxalq Elmi
Konfrans keçirilmişdir. Tədbirdə Nizami Gəncəvinin
Türkiyə Milli Kitabxanasında qorunan “Xəmsə”sinin surəti,
Çexiya Milli Kitabxanasında qorunan Nizaminin “Xəmsə”sinin
illüstrasiyaları, Füzulinin, Nəsiminin, Xaqaninin əlyazmalarının
surətləri Azərbaycan Milli Kitabxanasına hədiyyə
olunmuşdur.
Milli
Kitabxananın əməkdaşları 2012-ci ildə 20
xarici ölkədə ezamiyyədə olmuş, 8 beynəlxalq
kitab sərgilərində, müxtəlif seminar və
konfranslarda, milli kitabxanaların yubiley tədbirlərində,
stajorluqlarda iştirak etmişlər.
2012-ci
il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının
banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin
200 illik yubileyi ilə əlaqədar TÜRKSOY təşkilatı
tərəfindən “M.F.Axundzadə ili” elan edilmişdir.
2013-cü
il yubileylər ilidir və bu, il ilk növbədə, həmişə
Milli Kitabxanaya diqqət və qayğısı ilə
seçilən xalqımızın ulu öndəri, dahi şəxsiyyət
Heydər Əliyevin 90 illik yubileyi bütün dünya azərbaycanlıları,
xalqımız tərəfindən qeyd olunacaqdır və
Milli Kitabxanamızda bu münasibətlə silsilə tədbirlər
həyata keçiriləcək, ulu öndərimizin “Müstəqilliyimiz
əbədidir” adlı çoxcildliyinin biblioqrafik göstəricisi
və köməkçi aparatı tərtib olunaraq çap
ediləcəkdir. TÜRKSOY təşkilatı ilə birlikdə
müvafiq mövzuda beynəlxalq konfransın da keçirilməsi
nəzərdə tutulur.
Bu il Milli
Kitabxananın da 90 illik yubileyi qeyd olunacaqdır. Bu münasibətlə yubiley
tədbirinin təşkili,
47 Avropa ölkəsinin
milli kitabxanalarının
direktorlarının iştirakı
ilə Avropa Milli Kitabxanaları Konfransı beynəlxalq təşkilatının Direktorlar
şurasının 27-ci iclasının, Avrasiya Kitabxanalar Assambleyasının
illik toplantısının,
Türkdilli Ölkələrin
Milli kitabxanalarının
direktorlarının 3-cü konfransının sentyabr ayında Bakıda keçirilməsinə ciddi
hazırlaşırıq.
Bu ilin payızında Bakıda keçiriləcək
III Beynəlxalq Kitab Sərgisi çərçivəsində
Milli Kitabxanada bir sıra beynəlxalq
sərgilərin- Estoniya
Milli Kitabxanasının
fondundan qiymətli materialların və Çexiya Milli Kitabxanasının fondundakı
Azərbaycanla bağlı
əlyazmaların sərgilərinin
təşkilini də
planlaşdırmışıq. Bir sözlə, cari il əlamətdar tədbirlərlə
çox zəngin olacaqdır.
Kərim TAHİROV,
M.F.Axundzadə adına Milli
Kitabxananın direktoru,
əməkdar mədəniyyət işçisi,
dosent
Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 9.