Səbail rayonu hesabat verdi
Səbail Rayon İcra Hakimiyyətində
keçirilən ümumrayon
toplantısında Nazirlər Kabinetinin geniş iclasında Prezident İlham Əliyevin
nitqindən irəli gələn məsələlər diqqət
mərkəzində oldu. Rayon icra hakimiyyəti
başçısının hesabatında və sahə rəhbərlərinin çıxışlarında
2012-ci ilin başlıca sosial-iqtisadi uğurları və cari ildə qarşıda duran vəzifələr geniş açıqlandı.
Rayon ictimaiyyəti nümayəndələrini və qonaqları salamlayan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, ötən il ölkəmizin həyatında olduğu kimi, səbaillilər üçün də bütün sahələrdə inkişaf, yüksəliş və artımla əlamətdar olmuşdur.
Rayon rəhbərinin məlumatına nümayiş etdirilən videofilmin epizodları əyanilik gətirdi. İştirakçılar Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın dəstəyi və iştirakı ilə həyata keçirilən proqramların Səbail ərazisində gerçəkləşmiş mənzərəsini, rayon rəhbərliyinin başa çatdırdığı layihələrin görüntülərini böyük maraqla izlədilər. Ötən il rayonda görülmüş işləri əks etdirən “Səbail” bülleteninin xüsusi buraxılışı və mərkəzi qəzetlərdə çap olunmuş geniş məlumat da RİH-in illik hesabatını zənginləşdirdi.
Müzakirələrdə çıxış edən
aparıcı
qurumların rəhbərləri rayon həyatının ayrı-ayrı sahələrində qazanılmış uğurlardan söz
açdılar, həllivacib məsələlərdən, qarşıda duran
vəzifələrdən
danışdılar. Məruzə
və çıxışlardan
məlum oldu ki, Bakının mərkəzi hissəsi olan Səbail
ölkə rəhbərliyinin müstəsna diqqət
və
qayğısı, şəhər və
rayon qurumlarının təşəbbüskar, dinamik
fəaliyyəti nəticəsində paytaxtın ən
gözəl, abad rayonuna çevrilmiş, burada yaşayan və çalışanların güzəranı ildən-ilə yüksəlmişdir.
Sonda
ənənəyə uyğun
olaraq, ötən il yüksək dövlət təltiflərinə layiq görülənlər, rayonun inkişafında xidmətləri
olan yubilyarlar, təhsildə yüksək uğur
qazanan şagirdlər təbrik edildi və
mükafatlandırıldı.
Toplantı iştirakçıları adından
Prezident İlham Əliyevə ünvanlanmış müraciətdə Səbail rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinə görə minnətdarlıq və 2013-cü ili də
artan uğurlar ilinə çevirmək əzmi ifadə olundu.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 9.