Vətəndaşların hər bir müraciətinə dövlət qurumları vaxtında və ədalətli cavab verməlidir

 

Ölkə  başçısının  bu  tələbinə  ciddi  əməl  edilməsi  yönündə  son 2 ildə  Füzuli  Rayon İcra Hakimiyyətində  əsaslı  işlər  görülmüşdür.  Əldə  edilmiş  müsbət təcrübəni  daha   da  təkmilləşdirmək,  vətəndaşların  hər bir müraciətinə  maksimum  həssaslıqla  yanaşmaq üçün  yeni  üsul    vasitələr  tapılması,  rəhbər    vəzifəli şəxslərə  tələbkarlığın   artırılması bu günlərdə rayon icra hakimiyyətində  keçirilən  müşavirədə   bir daha  gündəmə  gətirildi,  geniş müzakirə olundu.

 

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı  Alı Alıyev toplantını giriş sözü ilə açaraq  bildirdi ki,  ölkəmizin  sosial-iqtisadi  inkişafında əldə olunmuş  uğurlar hər bir vətəndaşın probleminin   həllinə  yeni  imkanlar yaradır.  Cəmiyyətin   inkişafında  insan  amilini  fəallaşdırmağın   mühüm  bir  vasitəsi kimi  onun  ehtiyac     çətinliklərinin  həllinə  dövlət  orqanlarının  köməyi  olduqca  vacibdir. Bu  baxımdan  işdə ciddi dönüş yaratmaq üçün  2011-ci ildə olduğu kimi, 2012-ci ildə də Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatı fəaliyyətini Azərbaycan Respublikası Konstitusiyasının, “Dövlət qulluğu haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunların, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və digər qanunvericilik aktlarının tələblərinə uyğun qurmağa çalışmış və qarşıya qoyulan məqsədə əsasən nail ola bilmişdir.  Dövlətin düzgün idarə olunmasında digər sahələrlə yanaşı, vətəndaşların müraciətlərinə vaxtında və qanuni əsaslarla baxılması ən mühüm məsələlərdən biridir.

İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi  dövlətin ali məqsədi, rəhbər  qurumların isə borcudur.

Başçı daha sonra bildirdi ki, Füzuli Rayon İcra Hakimiyyəti Başçısı Aparatına daxil olan müraciətlərlə aidiyyəti üzrə rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və digər işçilər məşğul olurlar. Onlar bundan sonra da  vəzifə başçılarına  məsuliyyətlə yanaşmalıdırlar.

Sonra RİH hüquq şöbəsinin müdiri Qənimət Əliyev  ötən 1 ildə müzakirə olunan  məsələ ilə   bağlı görülmüş  işlər barədə  məruzə ilə çıxış etdi. Bildirildi  ki, aparatda işlərin düzgün təşkilinin, vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasının nəticəsidir ki, 2011-ci ildə rayon icra hakimiyyətinə 1549 müraciət daxil olduğu halda, 2012-ci ildə cəmi 984 müraciət gəlmişdir. Bunun 372-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından,  53-ü Milli Məclisdən, 91-i Nazirlər Kabinetindən, 141-i müxtəlif respublika təşkilatlarından, 327-si isə rayon əhalisindən  daxil olmuşdur. Müraciətlərdən 85-i nəzarətə götürülmüş və vaxtında cavab verilmişdir.

Təhlil göstərir ki, müraciətlərdən 17-si sahibkarlığın inkişafı, 15-i kredit və bank məsələləri ilə, 2-si tikinti üçün torpaq sahəsi ayrılması ilə bağlıdır. 4 müraciət özəlləşdirmə ilə, 4-ü isə bələdiyyələrlə bağlı olmuşdur. Kənd təsərrüfatı məsələləri ilə bağlı 241 müraciət daxil olmuşdur ki, onlardan 220-si torpaq sahəsi, 1-i texnika,  2-si kompensasiya və subsidiya verilməsi, 17-si heyvandarlıq, quşçuluq və baytarlıq məsələləri ilə, 1-i subartezian quyusunun qazılması ilə əlaqədardır.

Səhiyyə məsələləri ilə bağlı 21 müraciətdən 3-ü müalicə - profilaktika,  4-ü cərrahiyyə əməliyyatı, 14-ü dərman preparatları ilə təmin olunma barədədir. Müraciət müəllifləri imtiyazlı xəstələrdir və rayon icra hakimiyyətinin başçısı bu məsələni daim diqqət mərkəzində saxlayır.  14 müraciət təhsillə bağlıdır. Mədəniyyət məsələləri üzrə 9, əmək və sosial müdafiə məsələlərinə dair 292 müraciət daxil olmuşdur. Əhalinin  yoxsul təbəqəsinə ünvanlı sosial yardım verilməsinə rayon icra hakimiyyəti rəhbərliyi daim  diqqət yetirir.   Ailə və məişət məsələləri üzrə 26, mənzil məsələləri üzrə 310 müraciət daxil olmuşdur. Ondan 140-ı mənzillə təminolunma, 165-i fərdi ev tikintisinə köməklik göstərilməsi, 5-i həyətyanı torpaq sahəsi verilməsi ilə əlaqədardır. Aparatın tikinti və memarlıq şöbəsi, inzibati ərazi nümayəndəlikləri, bələdiyyələr bu məsələdə hüquqi maarifləndirmə işlərinə diqqət  artırmaqla hər bir müraciət müəllifi ilə fərdi qaydada görüşüb söhbət aparır, qanunvericiliyin tələblərini vətəndaşlara dürüst izah edirlər. 

Enerji və istilik təchizatı  ilə bağlı 16 müraciətə baxılmışdır. Bundan 11-i elektrik xəttinin, 5-i qaz xəttinin çəkilməsinə dair olmuşdur. Su təchizatı ilə bağlı 18, nəqliyyat məsələləri ilə bağlı 12 müraciət daxil olmuşdur. İl ərzində 984 müraciətdən 864-ü müsbət həll olunmuş, 99-u qismən həll olunmuşdur. 17 müraciətlə bağlı müvafiq izahat işləri aparılmış, 151 müraciət aidiyyəti üzrə göndərilmişdir.

Bütün bunlarla yanaşı, 2012-ci il ərzində Füzuli Rayon İcra Hakimiyyətində yerlərdə 6995 vətəndaş qəbul edilmişdir ki, onlardan 3768 nəfərini rayon icra hakimiyyətinin başçısı qəbul  etmişdir. Ötən il  rayon icra hakimiyyətinin başçısı xidmət təşkilatlarının, idarə, müəssisə hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə yaşayış məntəqələrində 43 dəfə səyyar qəbul - görüşlər keçirmişdir.  Vətəndaş müraciətlərinə vaxtında ədalətli baxılması ilə yanaşı,  təəssüf ki, bu sahədə hələ bəzi nöqsanlar mövcuddur.  Aparata daxil olmuş müraciətlər bəzi hallarda tam dolğunluğu ilə araşdırılmamışdır. Ərizə sahiblərinə qanuni əsaslandırılmış cavab verilmədiyi üçün onlar narazı qalaraq təkrar müraciət etmişlər.

Aşağı Yağlıvənd kənd sakini Xələfova Afət Adışirin qızı 9 dəfə müraciət etmişdir. Tələbi işlə təmin olunmaqdan ibarət olmuşdur. Nəhayət, ixtisasına uyğun işlə təmin olunmuşdur. Araz Dilağarda kənd sakini Xəlilov Şamxal Bayram oğlu isə 3 dəfə müraciət etmişdir.  O, bildirirdi ki, şəkər xəstəsidir, ancaq pensiyaya çıxa bilmir. Həmçinin, kənd qəbiristanlığında boş olan ərazinin onun istifadəsinə verilməsini tələb edirdi. Onunla söhbət aparılmış, hüquqları izah olunmuşdur. 5 dəfə müraciət edən Aşağı Seyidəhmədli kəndindən məcburi köçkün Quliyev Mamed Nurəddin oğlunun tələbi işlə təmin olunmaq idi. Ona Rayon Suvarma Sistemləri İdarəsində   tapılmışdır.

Bəzən  əsassız tələblər olur. Məsələn, Böyük Bəhmənli kənd sakini Məmmədov Səməd Əlif oğlu az, çoxdüz 14 dəfə müraciət etmişdir. Şəhid atası tikinti əkin üçün əlavə bir pay torpaq sahəsi istəmişdir. Məsələ özünün iştirakı ilə araşdırılmış, müəyyən edilmişdir ki, o, şəhid varisi deyildir. Belə sadə bir məsələ niyə bu qədər uzanmışdır? Çünki kənd icra nümayəndəsi Sirac İsmayılov bələdiyyə sədri Elşən Məmmədov bu tələbin əsassız olduğunu vaxtında düzgün izah etməmişlər.

Ədalətli qanuni tələblər imkan daxilində ödənilir. Yuxarı Seyidəhmədli kəndindən məcburi köçkün, hazırda 10 nömrəli Qayıdış qəsəbəsində məskunlaşan Məmmədov Rəfayət Misir oğlu işlə təmin olunmasına köməklik göstərilməsini xahiş etmişdi. O, 10 nömrəli Qayıdış qəsəbəsində Mənzil İstismar Departamentində işlə təmin olunmuşdur.

Qaraxanbəyli kəndindən məcburi köçkün Əliyev Seymur Əjdər oğlu icarəyə torpaq sahəsi verilməsini xahiş etmişdi, istəyi təmin olunmuşdur. Füzuli şəhərindən məcburi köçkün, Üçüncü Zobucuq qəsəbəsində məskunlaşan  Orucov Elçin Oruc oğlu qəsəbə sakinlərinin mal-qarası üçün örüş-otlaq sahəsi ayrılmasını xahiş etmişdi. Bütün qəsəbələr örüş-otlaq sahələri ilə təmin olunmuşdur.   Müzakirələrdə çıxış edən rayon  prokuroru  Rəfail Zeynalov, Təhsil Şöbəsinin  müdiri Almaz Həşimova, Sosial Müdafiə Mərkəzinin müdiri Zəfər Hətəmov, Müalicə-Diaqnostika Mərkəzinin baş həkimi Cümşüd Məmmədov vətəndaşların  ərizə    şikayətlərinə  baxılması ilə  bağlı  rəhbərlik etdikləri  qurumların fəaliyyətindən danışdılar, təklif  mülahizələrini  söylədilər.

Müzakirələrə  yekun vuran RİH başçısı Alı Alıyev  bildirdi ki, ölkə başçısı İlham Əliyev elə bir tədbir olmur ki, rəhbər məsul qurumlara vətəndaş müraciətlərinə həssas münasibət bəslənilməsi barədə tapşırıqlar verməsin. Prezidentin bu tələbi sözsüz vicdanla yerinə yetirilməlidir.

Yığıncaqda bir daha bildirildi ki, qayda-qanuna əməl etmək, insanların ehtiyaclarının  ödənilməsinə kömək etmək rayonun 46 inzibati ərazi nümayəndəsinin, 31 bələdiyyə sədrinin, məktəb direktorlarının, uşaq bağçası rəhbərlərinin,  vəzifəli şəxslərin hamısının  gündəlik qayğısına çevrilməlidir.

Əminliklə deyildi ki, vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilib  cavablandırılması ilə bağlı son 2  ildə  Füzuli rayonunda yaranmış dönüş həssaslıq 2013-cü ildə davam edəcək, bu sahədə işlər daha da yaxşılaşacaqdır.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 2 fevral.- S. 10.