Azərbaycanın vergi sistemi: reallıqlar perspektivlər

 

Bakıda keçirilənAzərbaycanda vergi sistemi: reallıqlar perspektivlərmövzusunda II vergi forumunda  dövlət orqanlarının, Milli Məclisin, Avropa Birliyinin, Dünya Bankının, Iqtisadi Əməkdaşlıq İnkiaf Təşkilatının (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatının, Bakıda akkreditə olunmuş səfirliklərin, ABŞ, Belçika Türkiyədən gəlmiş tanınmış iqtisadçıların, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin kütləvi informasiya vasitələrinin nümayəndələri adamları iştirak etmişlər.

 

Forumu giriş sözü ilə açan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bu tədbirin ölkəmizdə vergi sisteminin müasir vəziyyəti, qarşıda duran vəzifələr inkişaf perspektivləri ilə bağlı vətəndaş cəmiyyəti işgüzar dairələrlə açıq dialoqun qurulması istiqamətində mühüm bir addım olduğunu bildirmişdir.

Forumda çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bu ilki tədbirin xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində keçirildiyini vurğulamış ölkəmizin vergi sisteminin formalaşmasında ulu öndərin xidmətləri barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda vergi sisteminin strukturu, vergi sahəsində milli qanunvericilik bazası formalaşdırılmış, vergi siyasətinin əsas istiqamətləri müəyyənləşdirilmiş, vergi inzibatçılığının müasirləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə edilmişdir.

Vergi sistemində həyata keçirilən islahatlar, o cümlədən vergi ödəyicilərinə göstərilən elektron xidmətlər barədə danışan vergilər naziri vergi orqanları ilə vergi ödəyiciləri arasında bütün proseslərin əsasən elektronlaşdırıldığını sahibkarların vergi əməkdaşları ilə ünsiyyətə girmədən vergi öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı bütün prosesləri həyata keçirə bildiklərini qeyd etmişdir. Natiq bildirmişdir ki, elektron hökumət çərçivəsində təqdim olunan elektron xidmətlərin sayına görə Vergilər Nazirliyi daha çox sayda elektron xidmət göstərən dövlət orqanıdır. Hazırda vergi sistemi üzrə bu xidmətlərin sayı 57-yə çatdırılmışdır ki, onların da 46-sı artıq tətbiq olunur, qalan 11 xidmətin tətbiqi ilə bağlı işlər isə başa çatmaq üzrədir.

2012-ci ilin ölkə başçısı tərəfindən İKT ili elan olunduğunu xatırladan Fazil Məmmədov fevral ayının 8-də Azərbaycanın ilk telekommunikasiya peykinin kosmosa  çıxarıldığını Prezident İlham Əliyevin bu prosesi xanımı Mehriban Əliyeva ilə birlikdə canlı olaraq izlədiyini, peyk orbitə çıxarıldıqdan dərhal sonra bu tarixi hadisə münasibətlə Azərbaycan xalqını təbrik etdiyini forum iştirakçılarının diqqətinə çatdırmışdır.

Nazir daha sonra vurğulamışdır ki, vergi xidməti son illər əsaslı moderniləşdirmə prosesindən keçmiş, onun texnoloji imkanları genişləndirilmiş, vergi inzibatçılığı daha da təkmilləşdirilmişdir.

Ölkənin yeni inkişaf xəttinə çıxdığı bir dönəmdə vergi orqanları qarşısında duran vəzifələrə toxunan F.Məmmədov qeyd etmişdir ki, “Azərbaycan 2020: Gələcəyə baxışİnkişaf Konsepsiyası milli vergi sistemi üçün yeni hədəflər müəyyən etmişdir. Dünyada baş verən qlobal tendensiyalar beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən bir vergi sisteminin yaradılmasını zəruri edir.

Vergilər naziri yaxın gələcək üçün vergi xidmətinin əsas inkişaf istiqamətləri kimi müasir informasiya texnologiyalarının, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında partnyorluq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları, nağdsız ödənişlərin stimullaşdırılması əmək münasibətlərinin leqallaşdırılaraq əmək müqavilələrinin bağlanması hesabına vergi bazasının genişləndirilməsini xüsusi olaraq diqqətə çatdırmışdır.

Forumun birinci hissəsində Vergilər Nazirliyinin Vergi Siyasəti Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Akif MusayevAzərbaycanın vergi qanunvericliyi onun təkmilləşdirilməsi istiqamətləri”, iqtisadi inkişaf nazirinin müavini Sevinc HəsənovaQeyri-neft sektorunun inkişafı vergi siyasəti”, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri Roland KobiaVergi islahatları sahəsində Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığı”, İqtisadi Əməkdaşlıq İnkişaf Təşkilatının (OECD) Vergi Siyasəti İdarəetmə Mərkəzinin direktor müavini Grace Perez-Navarro “Beynəlxalq vergi rəqabətlilik”, Türkiyənin Hacettepe Universitetinin professoru Ahmet Burçin YereliVergi əməletmə xərcləri (vergilərin psixoloji təhlili)”, ABŞ-ın Ceorgia Dövlət Universitetinin professoru Tad D.RansoferTransfert qiymətlərinə tələblər”, “PricewaterhouseCoopers” şirkətinin partnyoru Mövlan PaşayevAzərbaycanın vergi sistemində aparılan islahatların ölkənin ”Paying Taxes"reytinqində mövqeyinə təsiri, “Holcim-Azərbaycanşirkətinin baş maliyyə direktoru Oliver Vilkeİctimai özəl sektorun dialoqu vergi siyasəti təşəbbüslərinin dərinləşdirilməsi vasitəsi kimi: biznes assosiasiyalarının rolumövzularında çıxış etmişlər.  Vergi Forumunun ikinci iclasında vergilər nazirinin müşaviri Asəf ƏsədovunAzərbaycanda elektron vergi sisteminin yaradılması”, Mərkəzi Bankın idarə heyətinin sədr müavini Xəqani AbdullayevinAzərbaycanda nağdsız ödənişlərin inkişaf perspektivləri”, Beynəlxalq Vergi İnvestisiya Mərkəzinin prezidenti Daniel VittinVergi iqtisadi islatahtlar. Azərbaycan xalqı üçün tərəqqi”, BelçikanınEcomod Network” şirkətinin prezidenti, professor Ali BayarınNeft hasil edən ölkələrdə vergitutma”, “Deloitte & Toucheşirkətinin partnyoru Nuran KərimovunElektron vergi auditinin hüquqi tənzimlənməsi”, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının eksperti Anne Paavonahonun “ƏVD fırıldaqçılığı ilə mübarizə”, Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin rəisi Elçin MəmmədovunKönüllü əməletmə səviyyəsinin yüksəldilməsi vergi ödəyicilərinə xidmətin əsas hədəfidir”, Sahibkarlığın Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit BağırovunƏmək müqavilələrinin leqallaşmasının sosial-iqtisadi problemləri”, Milli QHT Forumunun prezidenti Rauf ZeynininAzərbaycanda vətəndaş cəmiyyətinin inkişafında dövlət qurumları QHT-lərin əməkdaşlığının rolumövzularında çıxışları dinlənilmişdir.

İclaslarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılmış, forum iştirakçıları vergi qanunvericiliyi vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etmişlər.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 9.