“Daş
yuxular” ədəbiyyatın qara ləkəsidir
Biz, Naxçıvan Muxtar
Respublikasının ziyalıları, mətbuat və mədəniyyət
işçiləri Əkrəm Əylislinin “Daş yuxular” əsərini
kəskin hiddətlə qarşılayır, bu əsəri Azərbaycanın
xalq yazıçısı adını daşımağa layiq
olmayan bir adamın xalqımıza qarşı növbəti
planlı xəyanəti kimi qəbul edirik.
Əkrəm
Əylisli xislətindəki mənəviyyatsızlığı,
genindəki qarışıq qanı bu əsərdə təkcə
nümayiş etdirməmiş, bununla yanaşı, qaniçən,
uşaq, qoca, qadın qatili olan erməniləri mələk
cildində göstərmişdir. Buna həddən artıq
sevinən ermənilər Əkrəmin timsalında
“Xocalıda türk qanı axdıqca mən bir erməni
yazıçısı olaraq rahatlıq tapırdım.”–deyən
ikinci bir Zori Balayan qazandılar. Əsər dərc olunan kimi
erməni mətbuatı “Azərbaycanda ikinci Zori Balayan–bu, Əkrəm
Aqulisli akperimizdir” bəyanatını verdi.
İki
əsrdən artıq xalqımızın başına
müsibətlər gətirən, Bakıda,
Naxçıvanda, Şamaxıda, Qubada, Xocalıda, qətliamlar törədən,
tarixi torpaqlarımızda özlərinə dövlət
quran, ərazilərimizin 20 faizini işğal edən erməniləri
“Daş yuxular”da ideallaşdırmaq, gerçək tarixi
saxtalaşdırmaq Vətənimizə, şəhidlərimizin
ruhuna amansız zərbədir. Bu əsər daşların
danışdıqları yuxular deyil. Bu, ermənilərə rəğbət
bəsləyən bir buyuruq qulunun erməni əcdadlarının
yuxuları və sayıqlamalarıdır.
Əkrəm
Əylisli Azərbaycan ədəbiyyatına qara ləkə
olan üzdəniraq “Daş yuxular”ını yazmaqla, Azərbaycana
da, Naxçıvana da, çörəyini yeyib, suyunu
içdiyi Əylis kəndinə də xəyanət etdi. Vətən
belə xəyanəti heç vaxt bağışlamır.
Son
günlərdə bəzi üzdəniraq mənəviyyatsızların
ona dəstək olmaları xalqın bir daha qəzəbinə
səbəb olub. Millilikdən uzaq, mənəviyyatsız
insanların onu müdafiə etmələri düşmən
dəyirmanına su tökməyə bərabərdir. Bu
müdafiə o deməkdir ki, Əkrəm düz yazıb: erməni
məzlum millətdir, azərbaycanlılar isə onların qənimidir,
daim erməniləri əzib, məhv edib, incidib. Çox təəssüf... Azərbaycan xalqına, onun dəyərli
oğullarına nifrət edərək onu
aşağılayan, düşmən dəyirmanına su
tökən, öz simasızlığı ilə ziyalı
adına ləkə gətirən Əkrəm Əylisli azərbaycanlı
kimi şərəfli adı daşımağa layiq deyil. Bu
gün onun layiq olduğu tək bir şey var: Azərbaycan
xalqının nifrəti.
Sonda
bildirmək istəyirəm ki, Prezident İlham Əliyevin xain Əkrəm
Əylislini xalq yazıçısı adından və Prezident
təqaüdündən məhrum etməsi ümumxalq tələbinin
cavablandırılması oldu. Qoy, bu, Əkrəmə dəstək
vermək istəyənlərə dərs olsun.
Kamran QULİYEV,
xalq artisti,
Cəlil Məmmədquluzadə
adına Naxçıvan
Dövlət Musiqili Dram
Teatrının direktoru
Xalq qəzeti.- 2013.- 9 fevral.- S. 8.