Zərdablılar dövlət başçısının diqqət və dəstəyini yüksək dəyərləndirirlər

 

Zərdabın yayı isti olduğu kimi,  qışı da kifayət qədər  sərt keçir. Təbiətin  dilini yaxşı bilən insanlar işlərini elə qururlar ki, nə  yayda bir yonca yarpağını qurumağa qoyurlar, nə də qışda bir evin ocağı soyuq  keçir. Ötən mövsümdə bol məhsul yetişdirmiş zərdablıların  qışın oğlan çağında ərzaq  təknəsi də  doludur, mal-heyvanın yemi də yetərlidir.

 

Son illərin geniş quruculuq-abadlıq  işləri  isə Zərdab  şəhərində,  ətraf yaşayış  məntəqələrində həyat standartlarını  tamamilə  dəyişdirmişdir. Bütün bu işlər  Prezident  İlham Əliyevin  rayona  xüsusi diqqət  və qayğısı ilə ötən il ən yüksək  həddə çatmışdır. Rayona  budəfəki səfərimizdə təəssüratımın ana xəttini dövlət  başçısının rayona  himayədarlığının ürəkaçan görüntüləri təşkil etdi.  Zərdab Rayon İcra Hakimiyyətinin  başçısı Lütvəli Babayev də söhbətə bu məqamdan başladı:

— Rayonumuzun ictimai-siyasi həyatında ötən ilin ən mühüm hadisəsi respublikamızın Prezidenti İlham Əliyevin oktyabr ayının 7-də rayonumuza tarixi səfər etməsidir. Səfər tədbirləri çərçivəsində ölkə başçısı Heydər Əliyev parkında inşa edilmiş Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının yeni inzibati binasının və su bulağının açılış mərasimlərində iştirak etdi, Heydər Əliyev parkı, Veteranlar evi ilə tanış oldu. Prezidentin ictimaiyyət nümayəndələri ilə görüşməsi, işlərlə yaxından maraqlanması və bu işlərə yüksək qiymət verməsi, səfərdən dərhal sonra rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Zərdab Rayon İcra Hakimiyyətinə 2 milyon manat vəsait ayırması əhalidə çox böyük ruh yüksəkliyinə səbəb olmuşdur.

Son il yarımda dövlət rəhbərinin rayonumuza iki dəfə səfər etməsini zərdablılar ölkə rəhbərinin onlara olan yüksək diqqət və qayğısının məntiqi nəticəsi kimi dəyərləndirirlər. Prezident İlham Əliyevin ötən il  imzaladığı “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” 4 iyun, “Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 19 iyun, “Həsən bəy Zərdabi muzeyində əsaslı təmir və bədii tərtibat işlərinin aparılması haqqında” 19 iyul 2012-ci il tarixli sərəncamları, ümumilikdə isə il ərzində Zərdab rayonu və zərdablılarla bağlı 9 sərəncam da bu diqqət və qayğının əyani təzahürüdür.

Ölkə başçısının rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyi böyük diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə rayonumuzda sosial-iqtisadi həyatın müxtəlif sahələrində uğurlu nəticələrə nail olunmuş, əhalini narahat edən genişmiqyaslı məsələlər öz müsbət həllini tapmışdır.

Başçı ötən il ayrı-ayrı sahələrin inkişaf göstəricilərindən  soz açaraq dedi:

— Aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılmış, əkin dövriyyəsinə cəlb olunmuş torpaqların sahəsi genişləndirilmiş, məhsulu yığılmış 33186 hektar əkin sahəsinin 45,7 faizini dənli bitkilər, 49,8 faizini yem bitkiləri, 2,3 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir.

2012-ci ilin məhsulu üçün 15481 hektar sahədə taxıl, o cümlədən 4164 hektar sahədə arpa, 11317 hektar sahədə buğda əkilmişdi.  Təbii fəlakət nəticəsində buğda sahəsinin 330 hektarı məhv olmuş, sahələrdən 10693 ton arpa, 28356 ton buğda, cəmi 15151 hektar sahədən 39049 ton taxıl istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq 25,8 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 2,4 sentner çoxdur.

151,5 hektardan 2565 ton kartof, 177 hektardan 2577 ton tərəvəz, 386,5 hektardan 12102 ton bostan məhsulları istehsal olunmuşdur. Məhsuldarlıq əvvəlki ilə nisbətən kartofda 5,7 sentner, tərəvəzdə 2,6 sentner, bostanda 1,1 sentner çox olmuşdur.

İri malın sayı 2011-ci ilə nisbətən 341 baş artaraq 53840-a, xırda mal 1091 baş artaraq 110525-ə,  quşlar 1691 baş artaraq 186114-ə, ət 2 ton artaraq 4296,7 tona, süd 3260 ton artaraq 25065,9-a, yumurta 153 min ədəd artaraq 8055 minə, yun 400 kq artaraq 164 tona çatmışdır. Bütün proqnoz tapşırıqlara əməl edilmişdir. 734 baş cins bala alınmışdır ki, bu da əvvəlki ildəkindən 165 baş çoxdur.

Ümumi yonca sahəsi əvvəlki ilə nisbətən 531 hektar artaraq 16536 hektara çatmışdır. Bu sahələrdən 113208 ton yonca otu tədarük edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 5188 ton çoxdur. “Turac-2008" MMC tərəfindən əhaliyə 9860 baş inkubasiya cücəsi satılmışdır ki, bu da 2011-ci ildəkindən 2 min baş çoxdur. Arı təknələrinin sayı 472-yə çatdırılmışdır. Pərvanlı Dəli Quşçu kəndlərində balıqçılıq təsərrüfatının yaradılması üçün hazırlıq işləri aparılır.

Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olmaq üçün əkin sahələrinin suvarılmasına diqqət artırılmışdır. 36596 hektar sahəyə 71 nasos stansiyasının 165 aqreqatı vasitəsilə xidmət göstərilmişdir. 582 km uzunluğunda kanallar lildən təmizlənmişdir. İsaqbağı, Gödəkqobu, Şahhüseynli kəndlərində 32,4 km beton kanalları əsaslı təmir edilmişdir. Suvarma işlərini daha yaxşı təşkil etmək məqsədilə 27nasos, 16 elektrik mühərriki, 2 güc transformatoru, 6 dizel mühərrikində təmir işləri aparılmışdır.

Regional Meşəsalma Müəssisəsi 50 hektar sahədə 165 min müxtəlif ağac, 1 hektar sahədə tinglik əkmiş, 605 kq toxum tədarük etmişdir. 80 min, o cümlədən magistral yolların kənarlarında 30 mindən çox şam, çinar, iydə, türk qovağı digər müxtəlif növ ağaclar əkilmişdir. 17 modul tipli sutəmizləyici qurğuların, 194 bulağın qorunub saxlanılması 29 min nəfər əhalinin təmiz içməli su ilə təmin olunması üçün lazımi görülmüşdur.

Rayon rəhbərinin bu məlumatına  əlavə olaraq, aldığımız  arayış    məsul  şəxslərlə söhbətlərdən öyrəndik ki, ötən il respublikamızın hər yerində olduğu kimi, Zərdab rayonunda da sahibkarlığın, bütövlükdə iqtisadiyyatın inkişaf etdirilməsi yolunda münbit şəraitin yaradılması üçün uğurlu addımlar atılmışdır. Rayon mərkəzində ayrı-ayrı inzibati ərazilərdə 50-dən çox müasir standartlara cavab verən kommersiya ictimai-iaşə obyektləri istifadəyə verilmiş, xidmətin səviyyəsi yüksəlmişdir. Sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə bir neçə mühüm tədbir keçirilmişdir.

Ötən il rayon ərazisində geniş tikinti-abadlıq işləri həyata keçirilmişdir. Yerli büdcədən ayrılan 551 min manat vəsait hesabına 11,2 küçə yollarda təmir, 275 min manatlıq abadlıq işləri görülmüşdür. 32 saylı Yol İstismar İdarəsi 1 milyon 49 min manatlıq cari təmir işləri aparılmışdır.

Prezident İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə 9,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən ZərdabYuxarı SeyidlərSiləyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq ayrılmış 5,4 milyon manat vəsait hesabına 10,5 km uzunluğunda yolun tikintisi başa çatdırılmışdır. 2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon manat vəsait ayrılmış bu işlər hazırda davam etdirilir.

Prezident İlham Əliyevin Rayon İcra Hakimiyyətinə ayırdığı 2 milyon manat vəsait hesabına Heydər Əliyev parkında təmir-abadlıq işləri aparılır. AğcabədiZərdab, KürdəmirZərdab yollarında sərhəd nöqtəsinin qurulması, şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir edilməsi, şəhərin yeni 9 küçəsinin çınqıl daşla örtülməsi işləri görülür. Şəhərin Azərbaycan küçəsində Fəhlə qəsəbəsində yerləşən 14 kommunal evin əsaslı təmiri davam etdirilir. Şəhidlərin xatirə parkında təmir–abadlıq işləri aparılır. Fəhlə qəsəbəsində ictimai hamam binasının tikintisində tamamlama işləri görülür. Baytarlıq İdarəsi üçün yeni inzibati bina tikilmişdir. Rayon Polis Şöbəsi üçün tikilən yeni inzibati binada yekun işlər görülür.

Vətəndaşların şəxsi vəsaitləri hesabına 899 min manatlıq, ümumi sahəsi 5063 kvadratmetr olan 146 ədəd fərdi yaşayış evləri tikilmişdir ki, bu da  əvvəlki ildəkindən 1,5 dəfə çoxdur.

2012-ci ildə müxtəlif ölçülü boru xətləri ilə 14 km uzunluğunda kanalizasiya xətti, 51,2 km şəhərdaxili su xətti çəkilmiş, Zərdab-Kürdəmir rayonlararası 72 km uzunluğunda magistral su xətti  başa çatdırılmışdır. Hazırda minə qədər ailə Ağsu rayonundan gələn təmiz içməli su ilə təmin olunur. Ümumilikdə, 2012-ci ildə tikinti-quraşdırma işlərinə ayrılmış investisiyanın həcmi rayon üzrə 36,2 milyon manat təşkil etmişdir.

Rayonun təbii qaz təminatı sisteminin yaxşılaşdırılması kəndlərin qazlaşdırılması sahəsində işlər il ərzində davam etdirilmişdir. 7300 metr daşıyıcı 40400 metr paylayıcı qaz xətləri çəkilmişdir. Hazırda işlər yekunlaşmaq ərəfəsindədir. Rayonun 32 hektar adlanan ərazisində salınmış yeni yaşayış massivində 3168 metr qaz xətti çəkilmişdir.

2012-ci ildə tam orta məktəbi bitirmiş 515 nəfərdən 217 nəfəri ali məktəblərə qəbul üçün ərizə vermiş, onlardan 76 nəfəri, əvvəlki illərin məzunları ilə birlikdə isə 102 nəfər ali məktəblərə qəbul olmuşdur. 2011-ci ildə bu göstərici 93 nəfər olunmuşdur.

Keçən il Pərvanlı kəndində 180 yerlik, Lələağacı kəndində 80 yerlik, “32 hektaradlanan ərazidə 132 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır.  Ötən il ərzində 419212 manatlıq müxtəlif adda inventar avadanlıqlar alınaraq təhsil müəssisələrinə paylanılmışdır.

2012-ci ildə Rayon İcra Hakimiyyətinə 1359 ərizə daxil olmuş, bu 2011-ci ildəkindən 251 ədəd azdır.  Müraciətlərin 622-si müsbət, 6-sı qismən həll olunmuş, 428-nə müvafiq izahat verilmiş, 78-i əsassız hesab edilmişdir. 24 müraciət baxılmaq üçün aidiyyəti orqana göndərilmiş, 54-nün icrası nəzərdə tutulmuş, 147-si icraatdadır. Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 565 vətəndaş qəbul edilmiş, inzibati ərazilərdə 43 səyyar qəbul keçirilmiş, 206 vətəndaşın müraciəti dinlənilmişdir.

Zərdab  rayonunda ötən ilin  başlıca  sosial-iqtisadi  yekunları göstərir ki,  regional  inkişaf proqramının  müddəaları, mühüm  dövlət  layihələri  dəqiq, ardıcıl yerinə yetirilir, yerli təşəbbüslərə  geniş  meydan verilir. 2013-  ilin mühüm  vəzifələri  uğurların  möhkəm təməli üzərində  həyata keçirilir.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 10 fevra.- S. 7.