“Daş
yuxular” əsərinin müəllifi Əkrəm
Əylisliyə açıq məktub
Yüzminlərlə azərbaycanlı
kimi mən də Azərbaycan
Prezidenti İlham Əliyevə minnətdaram. Ona görə
ki, dövlət başçımız vətəndaşların,
ictimai qurumların, dövlət strukturlarının müraciətlərini
diqqətə alaraq Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri
adından və Prezidentin fərdi təqaüdündən məhrum
edilməsi barədə sərəncamlar imzaladı. Hər
bir azərbaycanlının, hər bir vətənpərvər
insanın ürəyincə oldu. Çünki Əkrəm Əylislinin
yazdığı “Daş yuxular” əsərində azərbaycanlılardan heç bir
personajı belə müsbət xarakterizə etməyib.
Əkrəm
Əylisli, sən tarixi Azərbaycan torpaqlarından zorla
qovulan, öldürülən, əmlakı, var yoxu
öldürülən insanlara “yeraz” deyirsən. Onlara “it
oğlu it”, “vəhşi heyvan” deyirsən. Əlbəttə,
bu sənin düşüncəndir və səviyyəni
göstərir. Heç şübhən olmasın ki, sənin
səviyyənə enib sənə qarşı küfr və
ləyaqətsiz sözlər yazmayacağam. Çünki sən
buna belə layiq deyilsən.
Sən sadəcə, Qərbi Azərbaycandan
olanları təhqir etmirsən, Nuvariş obrazında kürdəmirliləri,
muğanlıları, əxlaqsız və arvadbaz Şahqacar
Armağanov obrazında şuşalıları,
qarabağlıları, nardaranlılar obrazında
bakılıları, şeyx Allahşükür Paşazadə
obrazında lənkəranlıları, talışları, Fərid
Farzani obrazında Güney azərbaycanlıları, Mırıq
Müzəffərin psixi xəstə, şizofren
övladları obrazında əylisliləri,
naxçıvanlıları, ümumilikdə isə azərbaycanlıları
təhqir etmisən. Sən əylislilərin demək olar ki,
hamısını xəstə ruhlu, psixopat, vəhşi, qan
içən, qadınlarını heç bir işə
yaramayan, iş bacarmayan birisi kimi qələmə vermisən.
Sən “yanlışlıqla” əsərdəki Nuvariş
obrazını Fərzaninin dilindən Mübariz kimi
çağırırsan, həm də səhv olsa belə
Nuvarişin “Mübariz” ola bilməyəcəyini də
anlayırsan.
Sən müqəddəs dinimizi,
peyğəmbərimizi, dini adət-ənənələrimizi
təhqir etmisən. Sənin bu əsərində Salman
Rüştünün ruhu hiss olunur. Hansı səbəblərdənsə
sənin daxilində “gizlənmiş xristianlıq sevgisi” 75
yaşında özünü büruzə verir. Əslində,
bu qədər gizlətməyinə nə hacət vardı
ki? Onsuz da bu gün özlədiyin Eçmiədzin kilsəsinə
inanan və xristian olan qandaşların, qardaşların,
bacıların Azərbaycanda rahat yaşayırlar. Onların
30 mindən çox olduğunu sən daha yaxşı bilməlisən.
Əsərdə
türk komandan Adif bəyin adını hallandırırsan, əylisli
ermənilərini öldürdü deyə. Romanı oxuyanda
adama belə gəlir ki, Adif bəy Türkiyədən
silahlı süvari dəstəsi ilə gələrək əylisli
ermənilərini qanına qəltan eləyib gedib. Həm də
əsassız yerə, yəni heç bir səbəb
olmadan. Belə
çıxır ki, Adif bəy
birdən-birə əylisli ermənilərini gəbərtmək
fikrinə düşüb və
süvarilərini toplayaraq Əylis kəndinə gəlib
erməniləri öldürüb. Halbuki, həmin illərdə
məhz həmin ermənilər Əylisdə nə qədər
azərbaycanlını səbəbsiz yerə qətlə
yetirmişdilər. Əgər bizim müdafiə dəstələrimiz
olmasaydı və türk ordusu köməyə gəlməsəydi,
nəinki Əylis kəndində, Naxçıvanda və Qərbi
Azərbaycanda bir dənə də olsun başıpapaqlı
azərbaycanlı qalmayacaqdı.
Əylisdə 12 kilsə olduğunu
dəfələrlə qeyd edirsən. Sanki bunu oxucunun beyninə
“yeritməyə” çalışırsan. Dağılan,
yandırılan məscidlərdən heç söz
açmırsan. Əylisdə işgəncəylə
öldürülən azərbaycanlıların faciəsini “ermənilərin faciəsi” kimi oxucuya təqdim edibsən. Sən Fransaya Ayqulis adında
çiçək aparan adını bilmədiyin erməni
qızından ötrü, Əylisdəki kilsələrin rəsmini
çəkən Qayane Xaçatryan, Haykanuşdan, əylislilərin
öldürdüyü keşiş Mıkırtıç, Əylisdə
doğulub İrəvanda yaşayan Joran, Lusik
üçün
darıxmısan. Məncə
bu, normaldır. İnsan
qandaşları və dindaşları üçün
darıxa bilər. Təbii ki, sən də istisna deyilsən.
Sən psixiatr Abasəliyevin dilindən
“tarixi” əlyazmaları oxudub Əylisin “erməni tarixi”ndən
bəhs edirsən. Eynilə Zori Balayan kimi. Yəqin ki,
qandaşının yazdığı “Ocaq” kitabını
oxumusan. Oxumamısansa məndə var. Ermənilərə və
onların məqsədlərinə kin və nifrətimin azalmaması
üçün, həqiqətlərə kor baxmamaq
üçün arada bir oxuyuram.
Və xatırlayıram ki, mən o kitabın siqnal
nüsxəsini hələ orta məktəbin 7-ci sinfindəykən
oxumuşdum, dəhşətə gəlmişdim.
Qandaşının eyni sərsəmliyini sən 75
yaşında təkrarlamısan.
75 il
Azərbaycanın çörəyini yeyib Milli Məclisin
deputatı olmusan. “İstiqlal”
ordeni və xalq yazıçısı adını
almısan. Çörəyimizin bu qədərmi duzu yoxdur, Əkrəm? 75 yaşındamı bütün
kin-küdurətini qusmalıydın? Yazdığın son əsər
bütün yaradıcılığının üstündən
xətt çəkdi, təbii ki, ağlı başında
olan oxucular üçün. İstədiyin qədər
kin-küdurət və qan qusa bilərsən. Nə də olsa
o dünyaya getmədən qandaşlarının və
dindaşlarının “faciələrini” qələmə
almalıydın.
Əlbəttə, sən azərbaycanlılar Qərbi Azərbaycandan qovulanda orada
200-dən çox soydaşımızın işgəncələrlə
öldürüldüyünü “bilmirsən”. Spitakda
qadın, qoca uşağın borulara doldurularaq hər iki tərəfindən
qaynaq edilərək diri-diri torpağa
basdırıldığını da “bilmirsən”. Minlərlə
insanın malının, mülkünün ermənilər tərəfindən
talan edildiyini, yüzlərlə məscidin ermənilər tərəfindən
yandırıldığını,
dağıdıldığını, Sumqayıt hadisələrini
KQB-nin və ermənilərin vasitəsilə törədildiyini
də “bilmirsən”. Xocalıda qocaların, körpələrin
qətlə yetirildiyindən, əsir alınan qız-gəlinlərin
təcavüzə məruz qaldığından, hamilə
qadınların bətni yarıldıqdan sonra
çıxarılan
uşaqların vəhşicəsinə
öldürülməsindən də “xəbərin yoxdur”. Sənin varsa
oğlun, yoxdursa yaxın qohumun Vətən müdafiəsində
iştirak etməyib, şəhid olmayıb. Sən Şuşa üzərində
ermənilər tərəfindən vurulan helikopterdə ölən
40-dan çox azərbaycanlının cəsəd
parçalarını da görməmisən. Sən əli
qız əlinə dəyməmiş, bığ yeri yenicə
tərləmiş Vətən uğrunda qəhrəmancasına
şəhid olan əsgərlərimiz haqqında da heç
bir şey “bilmirsən”.
Bunları “bilmirsən”, “eşitməmisən” və əlbəttə
ki, “görməmisən”. Çünki səni yalnız və
yalnız Eçmiədzin kilsəsi, qandaş və
dindaşların, onların “problemləri”, “faciələri”
narahat edir.
Əkrəm,
qandaş və dindaşlarının vəhşiliklərindən
çox danışmaq olar. Amma
bu qədər də bəs edər. Sən bu millətin,
dövlətin çörəyini 75 il yeyib, suyunu içmisən,
ancaq sonda xəyanət etmisən!
Eynilə ermənilər də belə edib. Bizim süfrəmizin
başında oturaraq doyunca yeyib-içdikdən sonra fürsət
tapan kimi, arxamızdan xəncərləyiblər. Belə
çıxır ki, sən də erməni
qarışığı, erməni xisləti var.
Olmasaydı, ermənilərə deyil,
doğulub-böyüdüyün Əylis kəndinin gözəl
insanlarına bənzəyərdin. Əgər belə
olmasaydı, Azərbaycanın digər tanınmış
yazıçıları kimi ömrünün sonunadək ləyaqətlə
yaşayardın. 75 yaşında səndən “Xalq
yazıçısı” fəxri adı alınırsa, bunun ən
böyük günahkarı elə sənin özünsən,
Əkrəm Əylisli!
Hatəm CABBARLI,
siyasi elmlər doktoru
Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 5.