Demokratik Azərbaycan Dünyası
Partiyasının B Ə Y A N A T I
Tarixi saxtalaşdıran “xalq
yazıçısı”
Əkrəm Əylislinin bağışlanması
mümkün deyil
Biz - Demokratik Azərbaycan Dünyası Partiyası olaraq, xalq yazıçısı
Əkrəm Əylislinin
Moskvada “Drujba narodov” jurnalında dərc olunan “Daş yuxular” romanını birmənalı olaraq qəbul etmirik və onun “xalq
yazıçısı” fəxri
adından, həmiçinin
Prezidentin fərdi təqaüdündən məhrum
olunması ilə əlaqədar ölkə
başçısının imzaladığı sərəncamları
alqışlayırıq.
“ Əylis mənim üçün dünyadır.
Dünyanın hər şeyi,
insan münasibətlərinin
bütün mənzərələri
- zalımlıq, rəhmdillilik,
satqınlıq, mərdlik,
namərdlik mənim üçün Əylisdə
cəmlənib”. Bu sözləri
xalq yazıçısı Əkrəm
Əylisli öz müsahibələrinin birində
deyib. Çox qəribə məntiqdir.
Adətən insan doğulduğu məkanı
o qədər sevir ki, onun haqqında
deyilən adi tənqidi də qəbul
etmir. Bəs bu necə doğmalıqdır ki, Əkrəm Əylisli doğulduğu Əylis kəndini bu qədər təhqir edir?
Hər bir insan dünyanı və ya müəyyən
hadisəni necə düşünürsə, o cürə
də görür. Əkrəm
Əylisli də xislətində satqınlıq
və xəyanət cəmləşdiyindəndir ki,
Azərbaycan dövlətinin
dünyada sülh və əmin - amanlıq, haqq - ədalət tərəfdarı
olduğunu, xalqımızın böyüklüyünü
yaşının bu vaxtına qədər hələ də duya bilməyib. “Xalq yazıçısı”
kimi möhtəşəm
ad, Şöhrət və
İstiqlal ordenləri, çoxlu
sayda mükafatlar, yaradıcılığı
üçün hər
cür geniş imkanların yaradılması
sən demə, Əkrəm Əylisli üçün “zavallı
ermənilərin” taleyindən
qiymətli deyilmiş.
Əkrəm Əylisliyə
hər cür şərait yaradılsa da, yüksək imtiyazlar
verilsə də, sən demə, onun ürəyi ermənilərlə birgə
döyünürmüş. “Daş yuxular” romanında dövlətimizi,
xalqımızı, millətimizi aşağılayan,
ermənilərə haqq
qazandıran Ə.Əylislinin Azərbaycana qarşı nifrəti və mənfur niyyəti, ermənilərə
isə məhəbbəti açıq-aşkar
görünür. Bir
faktı xatırladaq ki, Ramil Səfərov
möhtərəm Prezidentimiz
tərəfindən əfv olunan zaman bütün Azərbaycan xalqı sevinc içərisində idi. Hamı bir-birinə gözaydınlığı
verir, təbrik edirdi. Yalnız Ə.Əylisli “Mənim
qəhrəmanlıqla bağlı,
öz təsəvvürlərim
var. Bu cür kampaniyalara
mən qoşulmuram” –
deyə soyuq bir tərzdə yanaşmışdı. Sən demə,
o, Ramil Səfərovun
əfv olunmasından bərk qəzəblənibmiş.
Axı, Ramil bayrağımızı,
millətimizi təhqir
edən erməni zabitinə layiq olduğu cəzanı vermişdi. Görünür, erməni zabitinin
ölümü Əkrəm
Əylislinin ürəyini
ağrıdıbmış.
Bəs görəsən
Ə.Əylisli hansı
kampaniyalara qoşulur? Bəlkə “Son anımıza
qədər ermənilərin
müdafiəsində dayanaq.
Onları bütün dünyaya
“məzlum, yazıq erməni” kimi tanıdaq” adlı kampaniyaya başlamaq istəyir? Azərbaycanın
“xalq yazıçısı”nın “Daş yuxular” romanı onun belə bir kampaniyaya artıq start verdiyini təsdiqləyir. Onun “romanında” ermənilərin
halına necə acıdığı, “zavallı
ermənilər”in müdafiəsinə
necə qalxdığı
özünü açıq
şəkildə büruzə
verir.
Ə.Əylisli yazır: “Doktor,
əziz doktor... öldürdülər... Günün günorta
çağı belə bir adamı döyüb məhv elədilər.
Hamısını eləyən bu
yerazlardı, doktor, yerazlar.
5-6 yeraz gədəsi. Bu
köpək uşağı qaçqınlar heç
adamlara hörmət qoymurlar,
doktor, əziz doktor. Nə
artist sayırlar, nə şair,
nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi.
O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar,
qorxudan heç kim yaxın da gedə bilməyəcək...
Deyirəm ki onlara,
döyməyin, bu adam
erməni deyil, bizim
adamdı, öz xalqımızın oğludur, millətin qürurudur,
vicdanıdır. Kimdi qulaq
asan? Mənə heç
adımı deməyə imkan vermədilər.
Böyrümə elə təpik vurdular, az qaldı elə orda ölüm. Bax bura doktor, sağ
böyrümə. İndiyə kimi dəhşətli
göynədir”. Bu əqidədə
olanların soy-kökünün erməni
olması heç kimdə şübhə
doğura bilməz. Özünü
sərbəst yazıçı hesab edən
Ə. Əylisli nə istəsə yaza
bilər. Amma xalqın tarixi
və mövqeyi
ilə bağlı yazılarında düşüncəsinə
Vətən sevgisi, milli
təəssübkeşlik kimi hisslər
qatıb, elə bir əsər
yaratmalıdır ki, oxucunun
şüurunda dərin iz
buraxsın. O isə ermənilərin qəlbində
iz buraxdı. Artıq dünya
xalqları ermənilərin azərbaycanlılara qarşı apardıqları dəhşətli
soyqırımılarını tanıdıqları bir vaxtda azərbaycanlı
yazıçının bütün
bunları inkar etməsi və ermənilərə
qarşı soyqırımı törədildiyini bəyan etməsi, qəddar, zalım millətə haqq qazandırması bu
insanın erməni xislətli olmasından, əslən bu millətə bağlılığından
xəbər verir, soy-kökünün
erməni olduğunu
sübut edir. Ə.Əylisli özü
də müsahibələrinin birində bunu
təsdiq edərək deyib: “Gendə
nə varsa, gec-tez
üzə çıxır”. Görünür,
Ə. Əylislinin də genində nə isə var imiş ki, indi
üzə çıxıb. Onun ermənilərə olan sevgisi gözlərini elə qapadıb ki, 1900-cü ildən
bu günə qədər azərbaycanlıların
öz torpaqlarından deportasiya
edilmələrinin, kütləvi sürətdə
soyqırımı və qaçqınlıq həyatı
yaşamalarının günahkarnın ermənilər olduğunu dilinə
gətirmək belə istəmir. Xocalı qətliamı bütün dünyanı dəhşətə
gətirsə də, Əkrəm Əylislini zərrə qədər
də olsa, narahat etməyib.
Kim bilir, bəlkə
də ürəyində ermənilərlə fəxr edib, onların törətdikləri bu ağlasığmaz vəhşiliklərlə və mənsub olduğu
bu qaniçən millətlə qürur duyub. Bunu isə “Daş yuxular” romanı vasitəsi ilə bəyan edib.
“Erməniləri
tərifləyəni asmaqmı lazımdır? - deyə hələ
bir utanıb-qızarmadan
ictimaiyyətə sualla müraciət edir. Ona
xatırladırıq ki, Xankəndində
bir park var. Parkın düz mərkəzində
sal qaya
parçası qoyulub. Ermənilər həmişə
oranı sevinclə, fəxrlə yad edirlər.
Sonradan məlum olub ki, hələ Sovet
İttifaqı vaxtında, 1960-cı illərdə dörd azərbaycanlı kişisini
bu qayaya
bağlayıb, ermənilərin gözünün
qarşısında diri-diri
yandırıblar. Mərhumların yanmış cəsədlərindən
axan yağ qayanı qara rəngə boyayıb. Aradan
illər keçsə də, nə yağış, nə də
qar suları bu qara rəngi
qayanın üstündən təmizləyə bilməyib.
Ə.Əylisli
isə, bu qəddarlığı görmür və görməməzliyə
vurur, yenə də ermənilərin müdafiəsinə qalxır. ”Mən yazanda
özümü yazıram. Özümdə olmasa yaza bilmərəm”
– deməsi ilə bir daha təsdiqləyir ki, qəddar, qaniçən erməniləri
məzlum kimi tanıtmaqla, Xocalıda, işğal olunmuş ərazilərimizdə azərbaycanlıların faciəli şəkildə qətlə
yetirilmələrinin üstündən sükutla
keçir, ermənilərin
“haqqını” müdafiə edir.
Demokratik Azərbaycan Dünyası Partiyası yekdilliklə bəyan edir ki, Əkrəm Əylisli bütün imtiyazlardan məhrum edilməlidir. Belə bir adamın azərbaycanlı adını daşımağa və Azərbaycanda nədənsə bəhrələnməyə mənəvi haqqı yoxdur.
Fatma ƏLİYEVA,
Demokratik Azərbaycan
Dünyası
Partiyasının
sədri
Xalq qəzeti.- 2013.- 12 fevral.- S. 5.