Dövlət
Proqramı Lerikdə uğurla icra edilir
Dağlar diyarı Lerikdə ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat
yığıncağı işgüzar
şəraitdə keçmişdir. Tədbir iştirakçıları əvvəlcə
ümummilli lider Heydər
Əliyevin abidəsi önünə gül
dəstələri düzərək xatirəsini ehtiramla yad etmiş,
mədəniyyət evinin foyesində rayonun sosial-iqtisadi
inkişafına dair foto-sərgi ilə
tanış olmuş, “2012–Lerikin
tarixə qovuşan uğurlar
ili” sənədli filminə baxmışlar.
Rayon icra
hakimiyyətinin başçısı Rövşən
Bağırovun məruzəsi maraqla dinlənilmişdir.
O qeyd etmişdir ki, ötən il rayonda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmiş,
iqtisadiyyatın bütün sahələrində
uğurlu nəticələr
qazanılmışdır.
2012-ci
ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə
məhsul buraxılışı 12,2 faiz, pərakəndə əmtəə
dövriyyəsi və pullu xidmətlər 2,2 faiz, təmir-tikinti
işləri 74,1 faiz, sənaye məhsulunun ümumi həcmi
56 faiz artmışdır. Rayon üzrə əhalinin orta
aylıq nominal əmək haqqı 274,6 manata, əhalinin gəlirləri
64 milyon 896 min manata çatmışdır.
Hesabat
ilində kənd təsərrüfatı məhsullarının
istehsalı sahəsində də önəmli uğurlar
qazanılmışdır. Ötən il rayonda 2 min 262 ton buğda,
16 min 481 ton kartof, 36 min 945 ton tərəvəz, 4 min 452 sentner
meyvə istehsal edilmişdir.
Heyvandarlıq rayonun ən inkişaf etmiş sahələrindəndir. Görülmüş kompleks tədbirlər nəticəsində iribuynuzlu
mal-qaranın, davarların
baş sayı, süd, ət, yumurta, yun istehsalı
da artmışdır.
Regional inkişafa dair
ikinci Dövlət Proqramının rayonda uğurla icra edildiyi xüsusi vurğulanmışdır. Bu dövrdə Lerik şəhəri və rayonun 12 yaşayış
məntəqəsi təbii
qazla təmin edilmişdir. Hazırda rayonun
20-dən çox kəndinə
qaz xətti çəkilir. Cari ilin
sonunadək 40-dan çox
kəndin qazlaşdırılması
nəzərdə tutulmuşdur.
Şəhərin abadlaşdırılması istiqamətində tədbirlər
ötən il
də davam etdirilmişdir.
Lerik şəhərində 300 yerlik
xeyir-şər evinin inşasında
tamamlama işləri aparılır. Vergilər
idarəsi üçün
Lerik şəhərində
kompüter terminalı,
Rvarud kəndində yeni sahə baytarlıq məntəqəsi, Yaponiya
hökumətinin maliyyə
dəstəyi ilə Şingədulan kəndində
tibb məntəqəsi
tikilərək istifadəyə
verilmişdir. Statistika idarəsinin
inşası son mərhələdədir.
Hesabat ilində
Züvüç, Davradibi,
Daster, Aran, Ləkər, Barzavu və Veri kəndlərində
inşa edilən məktəb binaları istifadəyə verilmişdir. Daha 8 kənddə
məktəb binalarının
tikintisi davam etdirilir.
Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə
Lerik-Qosmalian-Kəlvəz avtomobil
yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat vəsait ayrılmış, yolun 8,6 kilometri asfaltlaşdırılmışdır.
Piran, Noda, Peştətük
kənddaxili yollarına
xeyli asfalt döşənmişdir. Bundan başqa,
Əliabad-Ağçay, Piran-Bürsülüm,
Piran-Hamarat, Tikəband,
Əliabad-Livədirqə kəndlərarası
yollarında təmir işləri aparılmış,
Bürsülüm ərazisində
əhalinin müraciəti
nəzərə alınaraq
çay üzərində
avtomobil körpüsü,
Orand, Livədirqə,
Vənədi kəndlərindəki
çayların üzərində
piyada keçidləri
inşa edilmişdir.
Lənkəran-Lerik yolunun 37-ci kilometrliyində
süfrə suyu və şirə istehsal edən müəssisənin tikintisi
davam etdirilir. Lerik şəhərində mebel,
plastik-qapı və pəncərələr istehsal
olunacaq sexin, çörək zavodunun,
400 yerlik şadlıq
sarayının, ikimərtəbəli
ictimai iaşə obyektinin tikintisində işlər sürətlə
gedir, şəhər
uşaq bağçasının
əsaslı təmiri
sona çatır.
Lənkəran-Lerik yolu boyunca, Qosmalian
və Bilnə kəndlərində yeni turizm-istirahət mərkəzləri,
Lerik şəhərində,
yaşayış məntəqələrində,
magistral yol boyu ticarət mərkəzləri, iaşə
obyektləri tikilmişdir. “Relax” “Cənub”,
“Yaşıl ada”, “Meşəbəyi” turizm-istirahət
mərkəzlərində tikinti-quraşdırma
işləri davam etdirilmiş, yeni kotteclər, istirahət meydançaları inşa
edilmişdir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən ötən
il kəndlərdə
4 ailə üçün
yeni yaşayış
evi inşa edilmişdir.
R.Bağırov sonra dedi ki, Lerik şəhərində
inşasına 2011-ci ildə
başlanan 17 meqavatlıq
modul tipli elektrik stansiyasının tikintisi sürətlə davam etdirilir. Lerik-Yardımlı yüksək gərginlikli
elektrik hava xətti istismara verilmişdir. 19 kilometrlik Qosmalian-Lerik su xəttinin çəkilişi başa
çatmışdır. Şəhərdaxili su xətləri
çəkilir, kanalizasiya
sistemi qurulur.
Piran kəndində yumurta, ət, quş istehsalı ilə məşğul olacaq broyler fabrikinin tikintisi sona çatır.
Gündəlik istehsalı 50 ton quş əti olacaq obyektdə hazırda 80-dən çox
işçi çalışır.
Müəssisə tam fəaliyyətə
başlayandan sonra burada 150-dən yuxarı daimi iş yeri
yaradılacaq.
Yığıncaqda çıxış edənlər
çalışdıqları sahələrin uğurlarından
danışmış, mövcud
problemlərlə bağlı
təkliflərini bildirmişlər.
Toplantıda rayon icra hakimiyyətinin şöbə müdiri Baləli Rzayevə, Dövlət Sosial Müdafiə Fondu Lerik rayon şöbəsinin
müdiri Təzəxan
Məmiyevə “Dövlət
qulluğunda fərqlənməyə
görə”, Rvarud kənd tam orta məktəbinin direktoru Zöhrab Salayevə “Tərəqqi” medalı, idmançılara icra hakimiyyətinin mükafatları
təqdim edilmişdir.
Yığıncaqda həmçinin
ötən tədris ilində ali
məktəblərə qəbulda
600-dən yuxarı bal toplayan
lerikli məzunlara hədiyyələr verilmiş,
500-dən yuxarı bal toplayan
16 tələbəyə yanvardan
etibarən aylıq təqaüdlərin verilməsi
haqqında qərar qəbul edilmişdir.
Yığıncaq iştirakçıları adından
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevə müraciət
qəbul edilmişdir.
Toplantıda Prezident Administrasiyasının
məsul işçisi
Vəfadar Bağırov
və Milli Məclisin deputatı İqbal Məmmədov iştirak etmişlər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti- 2013.- 13 fevral.- S. 6.