İnam və etimadı doğruldan
20 yaşlı təşkilat
Fevralın 13-də Yeni Azərbaycan
Partiyası Xətai rayon təşkilatının
yaradılmasının 20 illiyi münasibətilə
keçirilən tədbir partiyanın qurucusu, milli dövlətçiliyimizin
və müstəqilliyimizin xilaskarı Heydər Əliyevin
abidəsinin ziyarəti ilə başladı. Sonra YAP Xətai
rayon təşkilatının iclas zalında davam etdirilən
təntənəli yubiley mərasimi rayon icra hakimiyyətinin
başçısı Razim Məmmədovun
çıxışı ilə davam etdi.
R.Məmmədov
bu gün Azərbaycan cəmiyyətinin həlledici qisminin inam
və etimadına güvənən, ölkənin aydın
sabahı naminə əzmlə çalışan
partiyanın 20 illik yubileyinin də bir müddət əvvəl
keçirildiyini diqqətə çatdıraraq qeyd etdi ki,
tarixlər arasındakı bu fərq Xətai rayon təşkilatının YAP-ın əsasının qoyulmasından
dərhal sonra yarandığını göstərən
faktdır.
Natiq
YAP Xətai rayon təşkilatının inkişaf yoluna nəzər
salaraq bildirdi ki, elə ilk gündən ətrafına yüzlərlə
məsləkdaş toplayan bu təşkilatın
sıralarında indi Yeni Azərbaycan Partiyasının minlərlə üzvü birləşir.
Bu həm partiyamızın nüfuzunun durmadan
artdığını, həm də ilk təşkilatın
öz işini düzgün, zamanın tələbləri səviyyəsində
qurduğunu nümayiş etdirən əsas göstəricilərdəndir.
Ötən
illər bir daha göstərdi ki, Yeni Azərbaycan Partiyası
fəaliyyətdə olduğu müddətdə milli birliyin,
vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin
başlıca təminatçısı olmuş, ümummilli
idealları özündə ehtiva edən səmərəli
addımları ilə xalqın dərin inamını
qazanmışdır. Bu müddətdə hüquqi dövlət
quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı,
Azərbaycanda vətəndaş cəmiyyətinin
qurulması, milli təhlükəsizlik və xarici siyasət
problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində
görülən işlər bütünlüklə müstəqillik
amilinin praktik surətdə bərqərar olmasına yönəlmişdir.
Bütün bunlar isə cəmiyyətdə Yeni Azərbaycan
Partiyasına olan ictimai inamı, etimadı daha da gücləndirmiş,
daha da sarsılmaz etmişdir.
R.Məmmədov
çıxışını tamamlayaraq bildirmişdir
ki, bu gün hakimiyyətdə
olan Yeni Azərbaycan Partiyasının və onun qətiyyətli
lideri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
həyata keçirdiyi siyasi xəttə YAP Xətai rayon təşkilatının
çoxminli üzvlərinin də sadiq qalaraq, bu mərama xidmət
etmələri, onların gerçəkləşməsində
yaxından iştirak etmələri bizə son dərəcə
böyük qürur verir.
YAP Xətai
rayon təşkilatının sədri, Milli Məclisin
deputatı Hüseynbala Mirələmov toplantı
iştirakçılarını təbrik edərək
bildirdi ki, yaşına görə Yeni Azərbaycan
Partiyasının ikinci ilk təşkilatı olan YAP Xətai
rayon təşkilatının və onun üzvlərinin
bütün fəaliyyətləri boyu ulu öndər Heydər
Əliyev ideyalarına son dərəcə böyük sədaqət
nümayiş etdirmələri yüz illər sonra yaşayacaq nəsillərə
də nümunə olacaq.
Natiq
YAP Xətai rayon təşkilatı, onun yarandığı
tarixi dövr və bu gün milli dövlətçilik
quruculuğunda iştirakı barədə də ətraflı
məlumat verdi və bildirdi ki, hazırda təşkilat rayonun
147 ərazi ilk təşkilatında 18 mindən çox partiya üzvünü birləşdirir.
Mən tam qətiyyətlə deyə bilərəm ki,
onların hər biri öz siyasi liderləri, Yeni Azərbaycan
Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab
İlham Əliyevin həyata keçirdiyi siyasi xətti bəyənir
və onun namizədliyini yeni seçkilərdə də dəstəkləməyə
hazırdırlar. Çünki son 9 illik bir zamanda dövlət
başçısı İlham Əliyev yeni əsrin, yeni
zamanın lideri kimi sübuta yetirmişdir ki, xalq taleyini ona
etibar etməkdə heç də yanılmamışdır.
Təbrik
çıxışları başa çatdıqdan sonra Yeni
Azərbaycan Partiyasının yeni üzvlərinə partiya
biletləri, partiya təşkilatının bir çox fəallarına
isə fəxri fərmanlar təqdim olundu.
İlqar RÜSTƏMOV
Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 6.