Gədəbəy: dünən, bu gün, sabah

 

İcra hakimiyyəti başçısının hesabatı göstərdi ki, dağlar qoynundakı bu rayon sürətlə inkişaf edir.

 

Gədəbəydə 2012-ci ilin uğurlu bir il, sosial infrastrukturun tamamilə yenidən qurulması ili kimi xarakterizə edənlər yanılmırlar. Bütün sahələrdə yenilənmə, müasirlik hiss olunur. İstər işə, istərsə də adamlara münasibətdə əməlli-başlı dəyişiklik var.

 

Rayon icra hakimiyyəti başçısı Ramiz Yediyarovun 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsində yuxarıda qeyd etdiyimiz fikirlər yer almasa da, bu bir danılmaz faktdır. Yəni, rayon icra hakimiyyəti başçısını yaxından tanıyanlar bilirlər ki, onun təvazökarlığı buna yol verməsə də fakt faktlığında qalır: Gədəbəy sürətli inkişaf yoluna qədəm qoyub. Amma hesabat məruzəsində başçı əldə olunan nailiyyətləri birbaşa ölkə Prezidenti İlham Əliyevin Gədəbəyə və gədəbəylilərə göstərdiyi hədsiz diqqət və qayğının təzahürü kimi qiymətləndirdi.

Məruzədən sitat: “Əsası ümummilli lider, müdrik siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş və dünyanın aparıcı dövlətlərinin dəstəklədiyi dövlətçilik kursu ölkəmizin Prezidenti İlham Əliyevin analitik siyasi təfəkkürü sayəsində uğurla davam etdirilir. Müxtəlif sahələr üzrə həyata keçirilən Dövlət Proqramları Azərbaycanı qısa zaman kəsiyində sürətlə inkişaf edən ölkəyə çevirmişdir”.

Sonra hesabat məruzəsində bununla bağlı konkret rəqəmlər, faktlar göstərilir, ölkə rəhbərinin Gədəbəyə səfərləri xatırladılır, sərəncamlarından söhbət açılır: “2012-ci ildə möhtərəm cənab Prezidentimizin müvafiq Sərəncamı ilə Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi üçün ilkin olaraq 3 milyon manat ayrılmış və qısa müddət ərzində həmin vəsait təyinatı üzrə xərclənərək, yolun 10 kilometri çəkilmişdir. Novosaratovka kəndində strateji əhəmiyyətə malik olan 70 kəndin əhalisinin istifadə etdiyi “Fındıqlı” çayı üzərində aşırımı 84 paqonmetr olan yeni körpü tikilmiş və istifadəyə verilmişdir”.

Qeyd edək ki, rayonda sosial obyektlərin tikintisinə xüsusi fikir verilir. Körpülərin, yolların tikintisinə diqqət artırılır. Ərtəpə kənd inzibati ərazi dairəsində təbii fəlakətdən uçmuş, aşırımı 8 paqonmetr olan körpü yenidən tikilərək kənd əhalisinin istifadəsinə verilmişdir. Şəhərin giriş hissəsində qəza vəziyyətinə düşmüş körpünün tikintisi nəzərdə tutulmuşilkin işlərə başlanılmışdır. Şəhərin akademik Zərifə Əliyeva adına küçəsində abadlıq işləri aparılmış, yol genişləndirilərək işıqlandırma sistemi ilə təchiz olunmuşdur. Qumlu massivinə gedən avtomobil yolları asfaltlaşdırılmış, yeni səkilər salınmış, işıqlandırma dayaqları quraşdırılmışdır. Şəhərin əsas girəcəyindən başlayaraq Heydər Əliyev prospektində asfalt örtüyü salınmış, yol kənarındakı ticarət obyektləri müasir memarlıq üslubunda yenidən qurulmuşdur.

Yeni istifadəyə verilən obyektlər Gədəbəyin simasını tədricən dəyişdirir. Aşıq musiqi məktəbi, statistika idarəsi, məhkəmə binası, Slavyanka, Novosaratovka, Qoşabulaq kəndlərində istifadəyə verilmiş müasir, yaraşıqlı məktəb binaları diqqəti cəlb edir. Hazırda Arıxdam kəndində 480 yerlik, Samanlıq kəndində 180 yerlik məktəb binalarının tikintisi sürətlə gedir. Maraqlıdır ki, rayonda hər hansı bir obyekt istifadəyə verilirsə, mütləq onun nəinki ətrafı abadlaşdırılır, həm də uzun bir məsafədən yol çəkilir, işıqlandırma sistemi tamamilə yenidən qurulur. Məsələn, rayon məhkəməsinin inzibati binasına gedən avtomobil yolu yenidən çəkilmiş, asfaltlaşdırılmış və işıqlandırma sistemi quraşdırılmışdır. Bir neçə yaşayış binasının dam örtüyü dəyişdirilmişdir.

Bir məsələyə xüsusi toxunmaq lazımdır ki, Gədəbəydə köhnə, primitiv, bəzən yolun ortasına kimi uzanan tikintilərdən xilas olmaq üçün neçə aylardır ki, məqsədyönlü iş aparılır və bu, rayon əhalisinin böyük razılığına səbəb olub. Tikinti materialları mağazalarının, şəhərin ortasında tıxaca, antisanitariyaya səbəb olan bazarın başqa yerə köçürülməsi və orada daha müasir tikintilərin inşası da diqqət çəkən məsələlərdəndir.

Azərbaycan Kənd İnvestisiya Layihələri çərçivəsində rayonun Düzyurd-Dəyəqarabulaq, daxili imkanlar hesabına isə Düzyurd-Misginli, Gərgər-Şəkərbəy kənd yollarında ümumi uzunluğu təxminən 30 kilometrə yaxın məsafədə təmir işləri aparılmışdır. Eyni zamanda, rayonun Alnabat kəndində Yaponiya səfirliyinin qrantı hesabına 7,5 kilometr uzunluğunda olan su xətti çəkilmiş, 50 ton tutumu olan su anbarı tikilmiş və kəndin mərkəzində bulaq inşa edilmişdir. Bu su çəkilişinə 100 min dollara yaxın vəsait xərclənmişdir.

Ramiz Yediyarovun hesabat məruzəsində son 10 ilin inkişaf müqayisəsi konkret rəqəmlərlə ifadə olunmuşdur. Məsələn, 2003-cü ildə rayonda orta aylıq əmək haqqı 48,8 manat olduğu halda, hazırda bu rəqəm 336 manatdır. Yəni, 6,8 dəfə artım var. Yaxud son on ildə rayonda 9347 yeri açılıb. Təkcə keçən il 460 yeni yeri açılıb ki, onun da 178-i daimidir. 2003-cü ildə rayonda ümumdaxili məhsul 54 milyon 707 min manat olduğu halda, 2012-ci ildə bu rəqəm 281 milyon manata yaxın olmuşdur. 

Rayonda elektrik enerjisi, qaz, su təchizatı ilə bağlı bir sıra işlər davam etdirilmişdir. Hələlik rayonun 1 şəhər 24 kəndində 6614 abonent təbii qaz alır. Lakin tezliklə bu rəqəm artacaq. Hazırda Söyüdlü kəndində 950 fərdi yaşayış evinin qazlaşdırılması üçün 14 min 510 metr müxtəlif diametrli daşıyıcı paylayıcı qaz xətlərinin çəkilişi istiqamətində işlər davam etdirilir. Ötən il Novosaratovka kəndində qazlaşdırılmamış qalan 56 fərdi yaşayış evi qazla təmin olunub. Moruxlu, Çanaqçı, Nərimankənd, Qoşabulaq, Samanlıq, Pərizamanlı Totuxlu kəndlərinin qazlaşdırılması məqsədilə 8 min metrdən çox yeraltı qaz xətləri çəkilməkdədir. Digər kəndlərə qaz xətləri çəkilir.

Rayon mərkəzində dünya standartlarına cavab verən kanalizasiya su xətləri çəkiləcəkdir.

Təhsil, səhiyyə, mədəniyyət sahələrində əldə olunan uğurlarla yanaşı, nöqsanlara da toxunulmuşdur. Məsələn, belə bir fakt nəzərə çatdırılmışdır ki,  ötən il rayonun 14 kəndindəki tam orta məktəbi bitirən məzunlardan bir nəfər olsun ali məktəblərə daxil olmamışdır. Rayonun 25 ümumtəhsil məktəbində direktor vəzifələri əvəz olunur.

Mədəniyyət turizm sahəsində çalışan işçilərin demək olar ki, 90 faizi qeyri-ixtisas sahibləri ya orta təhsillidir. Mədəniyyət turizm şöbəsi lazımi təşəbbüskarlıq göstərmir, mədəni-kütləvi tədbirlərə az meyl edir.

Tənqid özünütənqid şəraitində keçən yığıncaqda belə bir fikir dönə-dönə vurğulandı ki, Gədəbəy tezliklə hamının heyran qaldığı bir məkana çevriləcək.

Bu il 56 kilometr uzunluğunda olan Gədəbəy-Novosaratovka - Qaravəlilər avtomobil yolunun çəkilişi başa çatdırılacaq. Bir sıra tikililər, o cümlədən Dövlət Bayrağı meydanı, Heydər Əliyev mərkəzi, Gənclər Evi rayona yeni bir gözəllik gətirəcək. Heydər Əliyev parkı əsaslı təmir olunacaq. Yeni yollar çəkiləcək, məktəblər istifadəyə veriləcək sair. Bir sözlə, Gədəbəyin tezliklə füsunkar, hər cür infrastrukturu olan bir rayona çevriləcəyi heç kimdə şübhə doğurmur. Yığıncaqda çıxış edənlər - rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, prokuror Allahverdi Səfərov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Rafiq Məmmədhəsənov, Sevinc Hüseynova başqaları da Gədəbəyin sürətli inkişafını qeyd etdilər, problemlərin həlli yollarından danışdılar, öz təkliflərini bildirdilər.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 6.