Şuşa Humanitar Kolleci 20 ildən artıqdır ki, Şuşasız yaşayır
Sərlövhəyə
çıxardığım bu fikri kollecin direktoru Rəsul İsmayılov bu yaxınlarda
görüşümüz zamanı
ürək yanğısı ilə dilə gətirdi. Doğrudan
da, bu 20 ildə məktəbin
kollektivi çox böyük çətinliklərlə
üzləşib. Əvvəlcə Ağcabədidə, sonra Bakının Bakıxanov qəsəbəsində
məskunlaşıb. Hazırda isə Bakının 161
nömrəli orta məktəbinin
binasında sığınacaq tapıb.
Kollecin direktoru
ilə məktəbin ikinci mərtəbəsində
yerləşən kiçik kabinetində
görüşdük. Bildirdi
ki, tələbələr hazırda
qış tətilindədirlər. Ona
görə də belə sakitlikdir. Direktorla birlikdə məktəbin dördüncü və beşinci
mərtəbəsində yerləşən yeni
təmir olunmuş kabinetlərlə, sinif otaqları ilə tanış oldum. İlk növbədə
məni Heydər Əliyev kabinetinə dəvət etdi. Səliqə-sahmanı ilə seçilən
bu kabinetdə ulu
öndərin vaxtı ilə Şuşada
Molla Pənah Vaqifin məqbərəsinin açılış mərasimində
iştirak etdiyi
anları əks etdirən foto-stend diqqəti çəkir.
Məktəbin kompüter otağında cərgə ilə düzülmüş internetə qoşulmuş kompüterlər uşaqların istifadəsinə verilmişdir. Məktəbin müxtəlif avadanlıqlarla təchiz edilmiş idman və akt zalları yenicə təmirdən çıxmışdı. Dördüncü və beşinci mərtəbələrdə dövlət başçımızın son illər fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlər diqqətdən yayınmır.
Yenidən
direktorun iş otağına qayıdırıq. Rəsul müəllim
Şuşa Humanitar Kollecinin tarixindən danışır.
Deyir ki, bu kollecin tarixi
XX əsrin
20-ci illərindən başlayır.
Azərbaycanın məşhur
ədəbiyyat və
mədəniyyət xadimlərindən
bir neçəsi bu
məktəbdə təhsil
almışlar. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi zamanı
Qarabağın bütün
maarif və mədəniyyət
müəssisələri kimi Şuşa Mədəni-Maarif Texnikumu da talan edilmişdir.
Kollektivimiz Şuşa
uğrunda həlak olmuş məzunlarımızın xatirəsini həmişə
böyük
ehtiramla yad edir.
Kollektivimiz bu gün də kadr hazırlığı
sahəsində qarşıya
qoyulmuş vəzifələri uğurla
yerinə yetirir. Hazırda kollecdə 11 ixtisas üzrə kadr hazırlanır. Onlar məktəbəqədər təlim və tərbiyə, ibtidai təhsil, xarici dil, kitabxana-informasiya
təminatı, ailə
və ev təhsili, instrumental
ifaçılıq, xalq
çalğı alətləri,
xanəndəlik,
musiqi nəzəriyyəsi, təsviri incəsənət müəllimliyi,
fiziki tərbiyə müəllimliyi
ixtisaslarıdır. Hazırda
kollecimizdə 720 tələbə
təhsil alır. Məktəbdə 11 fənn komissiyası
fəaliyyət göstərir
ki, onlar da təhsilin keyfiyyətli təşkilinə
nəzarət edirlər.
Rəsul
müəllim bildirdi
ki, mətəbin kollektivi Şuşa Rayon İcra Hakimiyyətinin keçirdiyi
əksər tədbirlərdə
iştirak edir. Rayon rəhbərliyi
kollecimizin problemlərinin
həllində bizə
həmişə yaxından
köməklik göstərir.
Elə, Təhsil Nazirliyi də öz
köməkliyini əsirgəmir.
Bu yaxınlarda
Təhsil Nazirliyinin
köməkliyi ilə
məktəbimizdə cari
təmir işləri aparılmış,
yeni kabinetlər, sinif otaqları yaradılmışdır. Bütün
bunlar kollecdə
təhsilin keyfiyyətli təşkilinə
öz təsirini göstərmişdir.
Direktor bir məsələni də diqqətə
çatdırdı. Dedi
ki, tələbələrimiz
respublika səviyyəli müsabiqələrdə
iştirak edərək
qalib adı qazanmışlar. Məsələn, böyük
bəstəkar, xalq artisti Fikrət Əmirovun 90 illik yubileyinə həsr olunmuş kolleclərarası
müsabiqədə tələbəmiz
Nicat Həsənzadə
qalib olmuşdur. Belə nümunələr çoxdur.
Rəsul
müəllim son olaraq dedi ki, biz tezliklə
Şuşaya qayıdacağımıza
inanırıq. İnanırıq
ki, cənab Prezident İlham Əliyevin apardığı
siyasət tezliklə Qarabağ probleminin həllinə gətirib çıxaracaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 14 fevral.- S. 5.