Dünya jurnalistika tarixinə dair qiymətli dərs vəsaiti

 

 Son illər ölkəmizdə vətəndaş cəmiyyətininin formalaşması sürətlənmişdir.   Bu prosesin aparıcı qüvvəsi olan azad medianın cəmiyyətdə rolu təsir gücü artır. Eyni zamanda,  sivil dünya jurnalistikası standartlarına cavab verən peşəkar milli jurnalist kadrlarının yetişdirilməsi hazırda böyük önəm daşıyır.

 

 Azərbaycanda jurnalist kadrları dövlət özəl ali məktəblərin jurnalistika fakültələrində hazırlanır. Bakalavr magistrlər oxuduqları ali məktəblərdə milli mətbuatımızın zəngin tarixi barədə dərin biliklər əldə etmək imkanına malikdirlər. Bu sahədə kifayət qədər elmi araşdırmalar aparılıb müvafiq dərsliklər hazırlanaraq nəşr olunub.  Lakin xarici ölkələrin jurnalistikasının tarixi ilə bağlı ölkəmizdə əhatəli dərs vəsaiti uzun illər olmamışdır .

 Qeyd etmək lazımdır ki, xarici ölkələrin jurnalistikası tarixini yazmaq, onlarca ölkənin mətbuat tarixi ilə bağlı zəngin fakt materialları əsasında sanballı, əhatəli dərslik ərsəyə gətirmək asan deyil. Bu, alim pedaqoqlardan gərgin fədakar əmək, səriştə tələb edir. Sevindirici haldır ki, bu yaxınlarda  “Tuna” nəşriyyatındaXarici ölkələrin jurnalistukası tarixiadlı 640 səhifəlik çox dəyərli  dərslik işıq üzü görmüşdür. Kitabın müəllifi Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevdir.

 Dərslikdə dünyadakı ilk qəzet jurnallardan tutmuş XX əsrin sonlarınadək olan müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilir, kütləvi informasiya vasitələrinin  tipoloji inkişafı prosesi nəzərdən keçirilir, müxtəlif ölkələrin xalqların  sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meyilləri göstərilir.

 Dərsliyin müəllifi H.Vəliyev jurnalistika aləmində tanınmış simadır. O, elmi- pedaqoji fəaliyyətə praktik qəzetçilikdən gəlmişdir. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra Tbilisidə nəşr olunanSovet Gürcüstanıqəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışmışdır. Bakıya köçdükdən sonra burada bir sıra nüfuzlu dövri nəşrlərdə məhsuldar yazıb-yaratmışdır. Rus gürcü dillərini mükəmməl bilən Həmid müəllim, istedadlı tərcüməçi kimi tanınmışdır. Onun çoxsaylı tərcümələri içərisində dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin “Dost qazanmaq insanlara təsir göstərmək sənətikitabı 1990-cı illərin əvvəllərində oxucuların dərin marağına səbəb olmuş, kitab təkrar  nəşr olunmuşdur. Gürcüstan SSR-in əməkdar jurnalisti, Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi fəxri adlarına layiq görülmüşdür.

 H.Vəliyev son illər ərzində Bakı Dövlət Universitinin jurnalistika fakültəsində elmi pedaqoji fəaliyyətlə məşğul olur.  Dünya informasiya agentlikləri” (Bakı, 2003), “Beynəlxalq jurnalist təşkilatları” (Bakı, 2009) başqa dərslik monoqrafiyalar yazmışdır. Bu əsərlər mövzunun əhatəliliyi, fikir mülahizələrin aydınlığı, dilin sadəliyi obrazlılığı ilə diqqəti cəlb edir. H.Vəliyevin son elmi əsəri - “Xarici ölkələrin jurnalistukası tarixidərsliyi dünya jurnalistikasının hərtərəfli tədqiqi sahəsində sanballı mənbədir fikrimcə,  bu görkəmli alimin elmi fəaliyyətinin zirvəsi hesab oluna  bilər.

 Dərsliyin bir sıra özəl cəhətləri var. Müəllif  əsərdəzamanın salnaməsisayılan jurnalistikanın inkişaf tarixini həmin ölkələrin əlamətdar ictimai-siyasi hadisələri fonunda təqdim edir, mətbuatın bu proseslərlə sıx bağlı olduğunu göstərməyə çalışır buna nail olur. Məsələn, ABŞ-dakı istiqlal mücadiləsi, sonrakı mərhələdə dağıdıcı vətəndaş müharibəsi, XX əsrin əvvəllərində bu ölkədə korrupsiya əleyhinə böyük vüsət almışMakreykerlər” (Palçığı dağıdanlar-M.H) hərəkatı s. mühüm proseslərdə mətbuatın rolu fəal iştirakı kitabda zəngin fakt materialı əsasında şərh edilir. ABŞ böyük ölkələrin mətbuatının tarixinə belə orijinal yanaşma tələbələrin bu ölkələrin jurnalistika tarixi ilə yanaşı, ictimai-siyasi, mədəni həyatını dərindən öyrənmələri üçün şərait yaradır.

Dünyada azad, demokratik mətbuatın təşəkkülündə danılmaz xidmətləri olan görkəmli taixi şəxsiyyətlərin, elm, mədəniyyət xadimlərinin publisitik fəaliyyətinin dərslikdə geniş şərh olunması da təqdirəlayiq haldır. Bəllidir ki, Conatan Svift, Daniel Defo, Mark Tven kimi məşhur yazıçılar, Benjamin Franklin, Bonapart Napoleon, Avraam Linkoln, Otto fon Bismark, Franklin Delano Ruzvelt s. görkəmli dövlət xadimləri mətbuatla sıx bağlı olmuşlar. Onlar mətbuatın səfərbəredici rolunu yaxşı bilirdilər, öz fəaliyyətlərində ondan maksimum faydalanırdılar.

 Dərslikdə Rusiya Türkiyədə jurnalistikanın inkişafının əsas mərhələləri geniş təsvir edilməklə bərabər, bu ölkələrin mətbuatında Azərbaycanla bağlı maraqlı məqamlar da əks olunmuşdur. Məsələn, Rusiyanın ilk qəzeti sayılanVedomosti”nin (Xəbərlər-red) ilk nömrələrinin birində Hindistan şahının I Pyotra Şamaxı yolu ilə fil hədiyyə göndərməsi Azərbaycanın tarixi ilə bağlı başqa faktlar maraq doğurur.

 Bütövlükdə, “Xarici ölkələrin jurnalistikası tarixiəsərini Azərbaycanda jurnalistika elminə sanballı töhfə kimi qiymətləndirmək olar.

 

 

M.HACIXANLI

 

Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 7.