Mən ədliyyəmizlə
fəxr edirəm
Xalqımızın müstəqillik
tarixində mühüm yer tutan ədliyyə işçilərinə
dünyəvi və hüquqi dövlətçilik, ədalət prinsiplərinin qorunması, yeni cəmiyyət quruculuğu,
insan hüquq və azadlıqlarının tam bərqərar
edilməsi kimi şərəfli
və məsul vəzifələr etibar olunmuşdur.
Həyatımın
otuz ilini ədliyyə sistemində
keçirdiyim üçün bu sahədə
çalışmağın məsuliyyətini dərindən
dərk edirəm. Ədliyyə işçilərinin
qarşısında qoyulan bu vəzifələrin yerinə
yetirilməsi hər bir işçinin vicdanla çalışması,
obyektivlik, ciddilik göstərməsi, dövlətçilik və ədalət
prinsiplərinə düzgün əməl etməsindən
asılıdır. Bizim ədliyyəçilər dövlətçilik
prinsiplərinə sadiqlik
göstərərək vəzifə
borclarını ləyaqətlə yerinə yetirmiş və hazırda eyni ciddiliklə
çalışırlar.
1990-cı
ilin əvvəllərində
iqtidarda olanların səriştəsizliyi üzündən
heçə endirilmiş ədliyyənin
səlahiyyətləri ümummilli liderimiz Heydər Əliyevin
diqqəti sayəsində daha da artırıldı. Ədliyyə
orqanlarının işinin müasir tələblər səviyyəsinə
qaldırılması üçün əsaslı tədbirlər
həyata keçirildi. Ədliyyə orqanlarının cəmiyyətdə rolu və əhəmiyyəti
artdı, səlahiyyət dairəsi genişləndi. Möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və
xarici siyasəti sayəsində ölkəmizdə hər sahədə sürətli
inkişaf yarandı. Bu
inkişaf, irəliləyiş
bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də
özünü göstərdi, islahatların aparılması
bu sahədə
çalışanlara inam
və etimadı artırdı. Artıq ədliyyəmiz
mütəşəkkil bir sistemə çevrilmişdir.
Əmək
fəaliyyətimə bu sistemdə başladığım
üçün həmişə qürur duymuşam. Fəxr
etmişəm ki, dövlətçilyin, insanların hüquq
və azadlıqlarının qorunması ilə bağlı qərar
və qanunların yerinə yetirilməsində mənm də əməyim
olub. Zərdab Rayon Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində
çalışdığım illərdə ədliyyə sistemi, bu mənəvi ailəmdən, əvəzsiz rəhbərliyi olan
kollektivdən çox şey öyrəndim. Qeydiyyat və
Notariat Baş İdarəsindən, rəhbərliyimiz tərəfindən müntəzəm
aldığım göştərişlər, qərarlar, təlimatlarla
hüquqi biliyimi zənginləşdirdim.
Ədliyyəmizin hər sabahı bir yeniliklə, yenidənqurma ilə, sadələşdirilmiş,
yeniləşdirimiş, avtomatlaşdırılmış bir
xüsusi sistemlə açılır. Bu kollektivdə
çalışmaq insanın həm mənəviyyatını,
həm də dünyaya baxışını dəyişir,
saflaşdırır.
Ədliyyə
qulluğunda yaş həddimin çatdığı
üçün bu səmimi kollektivdən, dövlətçiliyimizə sədaqətlə xidmət edən
xeyirxah, tələbkar rəhbərlikdən ayrılaraq təqaüdə
çıxmışam. Bu
münasibətlə Nazirliyimizdə təşkil olunan mərasimdə
Qeydyyat və Notariat Baş İdarəsinin rəisi, general
İlqar Məmmədov, rəis müavini Mehman Soltanov, reyestr xidmətinin rəisi
Reyhanə Kərimova, Ağakərim
müəllim, Seymur müəllimin və
başqalarının təbriklərini, arzularını ,
dövlətimizə, dövlətçiliyimizə, ölkə
rəhbərliyinə məhəbbət dolu kəlamlarını,
dövlət mövqeyindən etdikləri tövsiyələri
ömrüm boyu unutmayacağam. Mənə göstərilən
səmimiyyət
üçün bir daha doğma kollektivimə dərin
minnətdarlığımı bildirirəm.
Səadət SEYİDOVA,
birinci dərəcəli
hüquqşünas,
ədliyyə qulluqçusu
Xalq qəzeti.- 2013.- 17 fevral.- S. 7.