AĞDAŞ: YENİLƏŞMƏ və YÜKSƏLİŞ davamlıdır

 

Regional  inkişaf proqramlarının dəqiq  və ardıcıl  həyata  keçirilməsi,  yerli  təşəbbüskarlığa  geniş meydan verilməsi  Ağdaş  rayonunu  sürətlə  inkişaf  edən bölgələr  sırasına çıxarmışdır. Ötən ilin  ən  mühüm sosial-iqtisadi  yekunları bunu bir  daha   təsdiqlədi.

 

Ümumrayon toplantısında  hesabat  məruzəsi ilə  çıxış   edən Ağdaş Rayon İcra Hakimiyyətinin  başçısı  Tofiq İbrahimov 2012-ci ilin başlıca sosial-iqtisadi yekunlarını şərh etdi, növbəti  ilin  məsul  vəzifələrindən  söz  açdı. Natiq   bildirdi ki, dövlət başçısı İlham Əliyevin daimi diqqət və qayğısı son illərdə Ağdaş rayonunda da sosial-iqtisadi inkişafın sürətləndirilməsinə təkan vermişdir.

Keçən il rayonda 264,5 milyon manatlıq - 2011-ci ildəkindən 17,1 milyon manat və ya 7,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Bunun 7 milyon 24 min manatlığı sənaye, 126 milyon 119 min manatlığı kənd təsərrüfatı məhsuludur. Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi 10,1 faiz və ya 5,5 milyon manat artaraq 59,8 milyon manat təşkil etmişdir.  2012-ci ildə 831-i daimi olmaqla 2 min 106 yeni yeri açılmışdır. Ümumiyyətlə, 2003-2012-ci illər ərzində rayonda 6 min 576-sı daimi olmaqla, 17 min 744 yeni yeri yaradılmışdır.

Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində ardıcıl tədbirlər görülmüşdür. 15908  hektardan 42 min 259 ton taxıl istehsal olunmuşdur. 4369 hektardan 67 min 214 ton tərəvəz, 1320 hektardan 8562 ton qarğıdalı, 1186 hektardan 17 min 429 ton kartof,  1525 hektardan 23 min tondan artıq bostan məhsulları götürülmüşdür. 2013-cü ilin məhsulu üçün 18 min 371 hektara yaxın sahədə şum aparılmış 17 min 260 hektar sahədə taxıl əkilmişdir. Bitkiçilik məhsulları istehsalının artırılması üçün 2012-ci ildə aqrar sektorda çalışanlara güzəştli qiymətlərlə 847 ton mineral gübrə satılmışdır.

Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin, xüsusi ilə yonca, qarğıdalı, arpa əkini sahələrinin genişləndirilməsi naxırın cins tərkibinin yaxşılaşdırılması ön plana çəkilmişdir. İl ərzində rayonda iri malın sayı 985 baş artaraq 77 min 200-ə, xırda malın sayı isə 2075 baş artaraq 94 min 562-yə çatmışdır. Bakı şəhərində təşkil edilən satış-yarmarkalarına 111 tondan çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları göndərilmişdir. Rayonun Ərəbocağı kəndində 1200 başlıq müasir tipli heyvandarlıq kompleksinin 80 başlıq atyetişdirmə məntəqəsinin tikintisi davam edir.

Rayonda elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmişdir. 20,6 km uzunluğunda 10 0,4 kv-luq elektrik xətti əsaslı, 49,3 km uzunluğunda 10 0.4 kv-luq elektrik xətti isə cari təmir olunmuşdur. Rayonun Kükəl kəndi ərazisində tikintisinə 2010-cu ildə başlanılmış 220/110 kv-luq 2x180 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasında inşaat işləri davam etdirilir.

Təbii qaz təchizatını yaxşılaşdırmaq məqsədilə təmir-bərpa işləri davam etdirilmişdir. Ağdaş şəhərinin Ləki qəsəbəsinin müxtəlif küçələrində 39 min 838 metr uzunluğunda köhnə qaz xətləri yenisi ilə əvəz olunmuş, Güvəkənd, Əmirarx, Bəylik, Pirəyir Tofiqi kəndlərində qaz xətlərinin çəkilişi aparılmışdır. “Şəmsabadqazpaylayıcı stansiyasından Ağdaş şəhərinə gələn  xəttin 4150 metr hissəsi yeraltı polietilen boru, 341 metr hissəsi isə polad boru vasitəsilə yenidən çəkilmişdir.

Rayonda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülmüşdür. 2012-ci ilin iyun ayında rayonda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit yarmarkası keçirilmiş 10 sahibkara 140 min manat güzəştli kredit verilmişdir. İl ərzində rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün 13 milyon 843 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 13 sahibkara 995 min manat həcmində kredit verilmişdir. Sahibkarların vəsaiti ilə 50-yə yaxın xidmət obyekti istifadəyə verilmişdir. 19 sentyabr 2012-ci il tarixdə rayonda keçirilmiş əmək yarmarkasında 121 nəfər işlə təmin edilmişdir.

Məruzəçi daha sonra bildirdi ki, 2012-ci ildə əhaliyə göstərilən təhsil, səhiyyə mədəniyyət xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.  Son illər dövlət büdcəsi Heydər Əliyev Fondunun vəsaiti hesabına rayonda 9 yeni məktəb tikilmişdir. 7 məktəbdə əlavə sinif otaqları inşa edilmiş, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunmaqla bu təhsil müəssisələrində 7 min nəfərə yaxın  şagirdin təhsil şəraiti yaxşılaşdırılmışdır. Bu  göstərici  ümumi şagirdlərin (14034 nəfər) 42 faizini təşkil edir.

Ötən il rayonda tam orta məktəbləri bitirmiş məzunların 490 nəfəri ölkənin müxtəlif ali təhsil məktəblərinə  qəbul olunmaq üçün sənəd təqdim etmiş, onlardan 227 nəfəri ali məktəblərin tələbələri sırasına daxil olmuşdur. Ali məktəbə qəbul olunan məzunların 32 nəfəri 500-700 bal intervalında nəticələr göstərmişdir. Ağdaş Dövlət Humanitar Kollecində 9 ixtisas üzrə kiçik mütəxəssis hazırlığı işi davam etdirilmiş, 374 nəfər məzun  müxtəlif ixtisaslar  üzrə diplom almışdır. Peşə məktəbində 7 peşə üzrə 149 nəfər  şagird təhsilini başa vurmuşdur.

Ötən il tam gücü ilə fəaliyyətə başlayan 100 çarpayılıq yeni xəstəxana binasında əhaliyə  müasir səviyyədə  tibbi xidmətlərin göstərilməsinə başlanılmışdır. Burada  ilk dəfə olaraq hemodializ şöbəsi açılmaqla 48 xəstəyə dializ seansı qəbul etmək üçün şərait yaradılmışdır.

Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması istiqamətində aparılır. Yeni inzibati mərkəzdə Bayraq meydanının, həmçinin Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, eləcə Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati binalarının tikintisinə başlanılmışdır. Rayonda beton zavodu, kərpic dam örtüyü materialları istehsalı müəssisəsi inşa olunur.  4 istiqamətdən girişdə rayonun adını göstərən memarlıq nümunələrinin tikintisi başa çatdırılmışdır. Rayon ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında abadlıq-quruculuq işləri davam etdirilir. Ağdaş şəhərinin Heydər Əliyev parkı ərazisində yenidənqurma işlərinə başlanılmışdır. Parkın ümumi görkəmi dəyişdirilir, əhalinin hər bir təbəqəsinin istirahəti üçün münasib şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikası PrezidentininAğdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2011-ci il 1 noyabr tarixli sərəncamı ilə Ağdaş rayon İcra Hakimiyyətinə ayrılmış  2 milyon manat vəsait hesabına Heydər Əliyev prospektində, “Heydər xiyabanı”nda Azadlıq meydanında tikinti-quruculuq abadlıq işləri həyata keçirilmişdir.

Rayon icra hakimiyyəti başçısı yanında Şuranın 28 iclası keçirilmiş, rayonun ictimai-siyasi, sosial-iqtisadi mədəni həyatı, habelə tikinti-quruculuq işləri ilə bağlı 56 məsələ müzakirə olunmuşdur.  Ötən il rayon icra hakimiyyəti başçısı aparatına 671 müraciət daxil olmuşdur ki, bu da  2011-ci ildəkindən 160 ədəd azdır. İcra hakimiyyəti başçısı 1768 vətəndaşı qəbul etmişdir. Onlardan 518-i  səyyar görüşlər zamanı, 1250-si isə rayon icra hakimiyyəti başçısı aparatında qəbul olunmuşdur.

Məruzə çıxışlarda bildirildi ki, ağdaşlılar qazanılmış uğurlarla kifayətlənmir, gələcəyə böyük nikbinliklə baxırlar. 2013-cü ildə rayonun hərtərəfli inkişafı üçün zəruri tədbirlər  həyata keçiriləcək,   bütün qüvvə səylər qarşıda duran mühüm şərəfli vəzifələrin uğurla həyata keçirilməsinə səfərbər ediləcək.

Azərbaycan Prezidenti Administrasiyasının məsul  işçisi Rüfət Əliyev  qazanılmış uğurlara görə ağdaşlıları təbrik  etdi, cari  ildə onlara yeni  nailiyyətlər  arzuladı. Yığıncaqda Milli Məclisin üzvü Çingiz Əsədullayev iştirak  edirdi.

 

 

Ziyəddin SULTANOV

 

Xalq  qəzeti.- 2013.- 17 fevral.- S. 6.