2013-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirildi

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən 2013-cü il üçün Xaçmaz şəhəri “Azərbaycanın Əfsanələr Paytaxtı”, Zaqatala şəhəri “Azərbaycanın Folklor Paytaxtı” və Göygöl şəhəri “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan edilmişdir.

 

Dünən Bakı şəhərində yerləşən Muzey Mərkəzində 2013-cü il üçün Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtlarının təqdimat mərasimi keçirildi. Tədbirdə dövlət və hökumət nümayəndələri, ictimai və incəsənət xadimləri iştirak edirdilər.

Xaçmaz, Zaqatala və Göygöl rayonlarında il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulmuşdur.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2013.- 20 fevral.- S. 5.