Azərbaycan peyki orbital mövqeyinə
çatmışdır
Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyindən aldığımız xəbərdə
bildirilir ki, Azərbaycanın telekommunikasiya peyki “Azerspace-1”
fevralın 19-da orbital mövqeyinə
çatmışdır.
Qeyd
edək ki, artıq peykin günəş panelləri
açılıb və reflektorları işə
düşmüşdür.
Peyk
orbitdə mövqeyinə çatdıqdan sonra 2-3 həftə
ərzində peykin orbitdəki sınaqları davam edəcək
və daha sonra peykin idarəetməsi tam olaraq “Azərkosmos”
ASC-yə təhvil veriləcək.
Azərbaycanın
ilk telekommunikasiya peyki ABŞ-ın Orbital Sciences Corporation
şirkətinin “STAR-2” platforması əsasında
hazırlanmışdır.
Faydalı
yük üzrə 36 aktiv transponderlə təchiz olunmuş və
təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə
Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək
və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri
və Yaxın Şərq regionunu əhatə edəcəkdir.
Peykin
istismar müddəti 15 ildir və bu müddət ərzində
Azərbaycan peykdən 650 milyon dollar məbləğində gəlir
əldə edəcək. Halbuki “Azerspace-1”in tikintisi, onun
sığortalanması, orbitə buraxılması və
yerüstü infrastrukturun yaradılmasına 230 milyon dollar vəsait
xərclənmişdir.
Yer səthinin
müşahidəsi üçün Azərbaycan peykinin
aşağı yer orbitinə çıxarılması
2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə
çıxarılması isə 2016-cı ilə
planlaşdırılıb.
Xatırladaq ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80%-i isə kommersiya məqsədilə istifadə ediləcək. Artıq peykin resurslarının 44%-i 15 illik müddətə Malayziyanın “Measat” peyk operatoruna icarəyə verilmişdir.
Samirə ƏLİYEVA
Xalq qəzeti.- 2013.- 20
fevral.- S. 3.