Qax: inkişafın təməlində yurda bağlılıq və məsuliyyət dayanır

 

Fərman Əhmədzadənin yaşı yetmişi ötüb. Nurani sifəti var. Hər görüşümüzdə saatlarla söhbət edirik. Danışığından doymaq olmur ki, olmur. Xüsusən, Qax haqqında elə vurğunluqla söhbət açır ki, həmsöhbəti mütləq heyranlıqla qulaq asmalı olur. Düşünürsən ki, ilahi, insan öz yurduna, elinə, obasına nə qədər bağlı olarmış! Fərman kişini dinlədikcə adam Qaxı daha çox sevməli olur.

 

Son vaxtlar bu işıqlı insanın səhhətində bir az problem yaranıb. Əməliyyat olunub. Doğmaları deyirlər ki, onu xəstəxanada saxlaya bilmədik. Əməliyyatdan bir neçə gün sonra ayağa qalxıb “Qaxa gedirəm” - dedi – “Daha çox yaşamağımı istəyirsinizsə, məni Qaxa aparın”.

 

Donub qalmışdıq. Axı həkimlər icazə vermirlər, - dedik. – Özün ki həkimsən, bunu yaxşı bilirsən... Amma nə edəsən, dedisə, başqa cür ola bilməz. 

 

Bir neçə gün bundan qabaq yenə də Qaxa getmişdim. İlin yekunları müzakirə olunurdu. Tədbirdən əvvəl ulu öndər Heydər Əliyevin abidəsinin ziyarət edilməsi mərasimində Fərman Əhmədzadə də var idi. Görüşüb,  kefini soruşdum. Çox maraqlı cavab verdi: “İndi sizinlə birlikdə Qaxdayamsa, necə olmalıyam” - dedi. “Görürsünüz də, Qax indi hər gün yox, hər saat dəyişir, gözəlləşir. Buranı insanların yurda bağlılığı, torpağa olan sevgisi bu qədər müasirləşdirir”. Fərman müəllim bu ifadələri bütün qaxlıların ünvanına söyləsə də, mən yaxşı bilirdim ki, bu rayonun yurduna, elinə ən çox bağlı olan adamı məhz onun özüdür.

 

Elə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev də Qaxda doğulub boya-başa çatmış, burada bir sıra məsul vəzifələrdə çalışmış adamdır. Musa müəllimin Qaxa olan bağlılığını, sevgisini isə onun söhbətlərində yox, rayona rəhbərlik etdiyi müddətdə həyata keçirdiyi tədbirlərin miqyasında gördük. Başçı danışdı ki, 2012-ci ildə bütövlükdə respublikamızda olduğu kimi, rayonumuzun iqtisadiyyatında da dinamik inkişafa nail olunub, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası uğurla həyata keçrilib. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin rayonumuzda həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə ölkə Prezidentinin 21 noyabr 2011-ci il tarixli 1851 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərədə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2 miyon manat vəsait hesabına şəhər mərkəzinin qədim hissəsindəki Azərbaycan və Heydər Əliyev prospektlərində, İmam Mustafayev, Molla Vəli Vidadi, 28 May, Qaçaq Nəbi və Füzuli küçələrində qədim hissələrin bərpası aparılıb.

 

Proqramın icrası ilə bağlı ötən müddət ərzində şəhərdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binası, kəndlərdə sahə baytarlıq məntəqələri, yeni məktəb binaları, səhiyyə obyektləri, süd emalı müəssisəsi və qum-çınqıl müəssisəsiləri, yeni körpülər, beton bəndlər tikilib, kəndlərin qazlaşdırılması davam etdirilib, yeni artezian quyuları qazılıb, kəndlərin giriş yollarına asfalt döşənilib, toxumçuluq təsərrüfatları yaradılıb. Görülmüş işlər sayəsində 1402-si daimi olmaqla 1754 yeni yeri açılıb. 2012-ci ildə bu göstərici 449-u daimi olmaqla 519-a çatdırılıb.

 

Musa müəllim danışır. Mən isə jurnalist dostum Mustafa Dadaşovun dediyi sözləri xatırlayıram: “Qaxda görülən işlər o qədərdir ki, saymaqla qurtarmaq olmur”. İcra hakimiyyətinin başçısı isə görülən işlərdən danışır. Deyir ki, rayon büdcəsindən şəhərin abadlığına ayrılmış vəsait hesabına “Heydər Əliyev” parkında yenidənqurma işlərinə başlanılıb, parkda stolüstü oyunlar  üçün yerli memarlıq üslubunda layihələndirilən binanın  parkkənarı divarının tikintisi, səkilərə döşənmiş köhnə tamet tavaların dəyişdirilməsi, işıq sistemində yenidənqurma işləri davam etdirilir. Şəhər 5 saylı və 2 saylı tam orta məktəblərin kənarlarında daş hasar hörgü işləri aparılıb və məktəb həyətlərinin bir hisəsinə asfalt örtük salınıb. Şəhərin 5 küçəsində hərəkət tənzimləyici xətlər çəkilib. Bundan başqa, rayon büdcəsində nəzərdə tutulmuş vəsait hesabına mənzil istismar idarəsinin binasında, kommunal binalarda, şəhər 3 nömrəli tam ortarayon uşaq gənclər idman məktəblərində, rayon mədəniyyət evində, mərkəzi kitabxana binasında, tarix diyarşünaslıq muzeyində və incəsənət məktəbində  71min manatlıq əsaslı və cari təmir işləri aparılıb.        İnvestisiya qoyuluşu hesabına rayon icra hakimiyyətinin xətti ilə şəhərdə 75 yerlik şəhər uşaq bağçasının tikintisi, şəhər 3 nömrəli və Almalı kənd uşaq bağçalarının  əsaslı təmiri, o cümlədən Əmbərçay kənd 80 şagird yerlik ümumi orta məktəb binasının tikintisi başa çatdırılıb.  Hazırda rayon Təhsil şöbəsinin inzibati binasının tikintisi davam etdirilir. Cari ildə şəhər 4 nömrəli 830 şagird yerlik tam orta məktəbin binasının əsaslı təmiri işlərinə başlanılacaqdır.

 

    Rayondakı idman kompleksində, “Heydər Əliyev” mərkəzində, FHN-nin Qax rayon Dövlət yanğından mühafizə hissəsinin yeni inzibati binasında, Qaxbaş kəndi ərazisində 40 mənzilli 9 mərtəbəli yaşayış binasında,  “Səngər qala” istirahət kompleksində, 5 mərtəbəli mansarlı mehmanxana binasında, “El-Resorthotel kompleksinin ərazisindəki yeni kürsülü 3 mərtəbəli mehmanxana binasında, Ağçay kəndi ərazisində 3 mərtəbəli hotel binasında tikinti işləri davam etmişdir.

 

Deyəsən, təəccübləndiniz. Təəccüblənməyin. Gəlin özünüz tamaşa edin, Fərman Əhmədzadə “hər gün yox, hər saat dəyişir” sözlərini elə-belə demir.

 

Ötən il respublikamızın Şimal-Qərb bölgəsində baş vermiş yeraltı təkanlar nəticəsində Qaxın da bir çox kəndlərində yaşayış evləri və sosial obyektlərə ciddi ziyan dəymişdi. Zərər çəkmiş kəndlərdəki vəziyyətlə tanış olmaq üçün ölkə Prezidenti cənab İlham Əliyev ZaqatalaQax rayonlarına səfər etmiş, əhali ilə görüşmüş, yararsız vəziyyətə düşmüş evlərə, eləcə də sosial infrastruktur obyektlərinə baxmış,  vəziyyətlə yerində tanış olmuşmüvafiq təşkilatlara tapşırıqlar vermişdi. Bu məqsədlə ölkə Prezidentinin tapşırıqları əsasında Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən vəsait  ayrılmışdır.

 

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev, demək olar ki, hər gün həmin insanlara baş çəkir, onların problemi ilə maraqlanır. Elə buradaca Fövqəladə Hallar Nazirliyinin xüsusi xidmətini - nazir Kəmaləddin Heydərovun buraya tez-tez gəlməsi, təbii fəlakətdən zərər çəkmiş adamlarla görüşməsi, onlara qulaq asmasını qeyd etməmək ən azı insafsızlıq olardı. Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev isə daim onların arasındadır. Hamı onu doğması, yaxını bilir. Bir sözlə, heç kəs, heç nə diqqətdən kənarda qalmır.

 

 Bu gün Qaxda sahibkarlığın inkişafı və əhalinin işgüzar fəaliyyətinin artırılması və yeni yerlərinin yaradılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 23 lahiyə üzrə 338 min manat güzəştli şərtlərlə kreditlərin verilməsi təmin olunub, nəticədə 38-i daimi olmaqla yeni yerləri yaradılıb.

 

“Kapitalbank”ın Qax rayon filialı tərəfindən “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının icrası ilə bağlı 11318 əmanətçiyə 4 milyon 530 min manat vəsaitin ödənilməsi təmin olunub. Hazırda əmanətçilərə ödəmələrin verilməsi və itmiş ərizələr üzrə ödənişlərin bərpası davam edir.

 

Ötən il Qaxda taxılçılıq, tütünçülük, heyvandarlıq məhsulları istehsalı və emalının inkişaf etdirilməsi və suvarılan torpaqların su təminatının yaxşılaşdırılması sahəsində xeyli irəliləyiş əldə olunub.

 

Rayonda fəaliyyət göstərən tütün emalı müəssisəsinin, aqrotexservis və baytarlıq xidmətlərinin maddi texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. 12593 hektar payızlıq əkin sahələrində lazımi aqrotexniki tədbirlərin həyata keçirilməsi nəticəsində 32784 ton olmaqla rekord həcmdə taxıl istehsal olunub. İstehsal olunmuş taxılın 19267 tonu buğda, 13517 tonu isə arpa məhsulu olub. Payızlıq dənlilərin orta məhsuldarlığı 26 sentner təşkil edib ki, bu da 2011-ci illə müqayisədə 2,6 sentner çoxdur. O, cümlədən buğdanın məhsuldarlığı 2011-ci illə müqayisədə 3,2 sentner, arpanın məhsuldarlığı isə 1,6 sentner çox olmuşdur.Rayonda taxılçılığın intensiv yolla inkişaf etdirilməsi məqsədilə taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumla təmin olunması üçün əlavə olaraq bir taxıl toxumçuluğu təsərrüfatı yaradılıb. Təsərrüfat ili ərzində rayonda taxıl toxumçuluğu ilə məşğul olan 3 təsərrüfat tərəfindən 2012-ci ilin məhsulu üçün 701 hektar sahədə yüksək reproduksiyalı toxumlarla buğdaarpa səpini aparılıb, 2100 ton yüksək reproduksiyalı buğdaarpa toxumu istehsal olunub. Rayonda ərzaq üçün buğda istehsalının artırılması məqsədi ilə bir sıra tədbirlər görülüb. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Özəl iri taxılçılıq (buğda) təsərrüfatlarının yaradılması haqqında” qərarının icrası ilə əlaqədar “Sarıca-Acınohur” ərazisində 4881 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi üçün təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə rəsmi müraciət olunmuş və məsələ müsbət həllini tapmışdır.

 

Kənd təsərrüfatı məhsulları istehsalçılarına  Aqrotexservis” xidmətinin yaxşılaşdırılması məqsədi ilə il ərzində sahibkarlara lizinq yolu ilə 20 ədəd müxtəlif  növ texnikanın satılması təmin olunub.                                                                                                                                                                                                                  Rayonda mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlam və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün 2012-ci ildə həyata keçirilməsi nəzərdə tutulan epizootiya əleyhinə tədbirlər planının tam icrası təmin olunub.

 

Cəlayir kəndində yeni sahə baytar məntəqəsinin tikintisi başa çatdırılıb, Qıpçaq, Tasmalı və Qum kəndlərində sahə baytarlıq məntəqələrinin tikintisi üçün torpaq sahəsi ayrılıb, layihə-smeta sənədləri hazırlanıb.

 

Ötən il rayon elektrik şəbəkəsi  tərəfindən 48 ədəd  transformator yarımstansiyasında əsaslı  cari təmir işləri aparılıb, 9 ədəd  yanmış    sıradan  çıxmış  transformator  yarımstansiyası Şəki şəhər laboratoriyasında təmir  olunaraq  yenidən istifadəyə  verilib. Dəmir-beton dayaqlar yeni beton və dəmir-boru dayaqlarla əvəz  edilib, 726 ədəd  sayğac  quraşdırılıb, 3.2 kilometr uzunluğunda SİP kabel çəkilib.

 

Qaz  istismar sahəsi tərəfindən şəhərin yeni yaşayış massivində və Qaxbaş kəndinin genişləndirilmiş hissəsində 30 kilometrlik əraziyə qaz xətti çəkilib. Şəhərdə 1434 ədəd qaz sayğacı  mənzil və həyətlərdən küçə xətlərinə çıxarılmaqla yenisi ilə əvəz olunub. Əlibəyli kəndində 462, Dəymədağlı kəndində isə 162 ev qazlaşdırılıb. Ağçay kəndində daşıyıcı və paylayıcı qaz xəttlərinin çəkilişi başa çatıb, 100-ə yaxın mənzil qazlaşdırılıb. Almalı kəndində qazlaşdırma işləri tamamlanmaq üzrədir. Cəlayir kəndinə 1500 metr, İlisu kəndinə 8000 metrŞotavar kəndinə 1000 metr daşıyıcı xəttlərin çəkilməsi başa çatdırılıb. Heydər Əliyev prospektində 1500 metr yeni qaz xətti istifadəyə verilib.

 

Qax şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması, Qaxbaş, QaxİngiloyQax şəhər əhalisini içməli su ilə təmin edəcək yeni su xəttinin çəkilişi davam etdirilib. Ötən dövr ərzində 2 ədəd su toplayıcı qurğu, 1 ədəd təzyiq nizamlayıcı qurğunun, 3 ədəd 1000 kubmetr tutumlu su anbarlarının tikintisi başa çatdırılıb, 3 ədəd 1000 kubmetr tutumlu su anbarında işlər davam etdirilir, 8.4 kilometr magistral su xətti, 7.9 kilometr anbarlararası və 23.4 kilometr şəhərdaxili su xətti çəkilib. Kanalizasiya sistemi üzrə 6.9 kilometr uzunluğunda kanalizasiya kollektoru, 21.2 kilometr uzunluğunda şəhərdaxili kanalizasiya xətti çəkilib və bu sahədə işlər davam etdirilir.

 

Rayon telekommunikasiya qovşağı ötən il tarif gəliri proqnozuna 100.3 faiz əməl edib. 111 ədəd telefon çəkilib, qovşağın montaj tutumu 11060 nömrəyə çatdırılıb. Elektron hökümət” layihəsi çərçivəsində rayonyn bütün inzibati ərazi dairələri üzrə nümayəndəlikləri sürətli internet xidməti ilə təmin edilib, 20 kənd elektron avtomat telefon stansiyasında yeni avadanlıq quraşdırılıb və bu kəndlərin əhalisi internet xidməti ilə təmin edilib. Rayonda hər 100 nəfərə düşən telefon aparatlarının sayı 19.8 ədəd, hər 100 ailəyə düşən telefonların sayı isə 87.8 ədəddir. Rayon üzrə internet abunəçilərinin sayı  ümumilikdə 2018 nəfərdir.

 

2011-2012-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini bitirmiş 444 (ötən dərs ilində 485 olub) nəfər şagirddən 299 nəfəri ali məktəblərə qəbul üçün  ərizə verib, onlardan  297 nəfəri (ötən  il 332 nəfəri)  qəbul  imtahanlarında  iştirak  edib, 166 (ötən il 154) nəfəri  tələbə  adını  qazanıb. 8 nəfər 600-dən çox, 27 nəfər  isə 500-700 arası bal toplayıb.

 

Respublika Prezidenti İlham Əliyevin Sərəncamı ilə keçirilən  “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində şəhər 4 saylı tam orta  məktəb iştirak edib və “İlin ən  yaxşı  ümumtəhsil  məktəbi” adını  qazanıb. Tədris ilində şəhər 5 saylı tam orta  məktəbin ibtidai sinif  müəllimi Vəfa  Heydərova  “Əməkdar müəllim” adına layiq görülüb.

 

Rayonda Heydər Əliyev irsinin, dövlətçilik ənənələrinin,siyasi kursunun təbliğinə nail olmaq məqsədilə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində tədqiqat qrupu yaradılıb. Tədqiqat qrupu şəhərin və rayonun kəndlərinin sakinləri ilə sıx əlaqə saxlamaqla  ulu öndərimizin Qax rayonu, qaxlılarla bağlı xatirələri toplanılıb. Mərkəzdə  Ulu öndərimiz”, ingilis dili, kompüter kursları fəliyyət göstərir.

 

...Bəlkə, bu da təsadüfi deyil. Qaxdakı sosial-iqtisadi inkişaf barədə açdığımız söhbət rayondakı Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında cümlələrlə yekunlaşdı. Bu il ulu öndərin anadan olmasının 90 illik yubileyini qeyd edəcəyik. Eyni zamanda, onun qurub-yaratdığı dövlətin Prezidentibu il yenidən seçiləcək. Bu əlamətdar hadisələrin hər birinə Qaxda da yüksək səviyyədə hazırlıq işləri gedir. Fərman Əhmədzadə ulu öndərin abidəsi önündə dedi ki, Azərbaycanın bütün uğurlarının təməlində o böyük insanın siyasi müdrikliyi dayanır. Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyevdən isə belə bir ifadə eşitdim:  Biz Heydər Əliyev siyasi kursunun ölkəmizə bəxş etdiyi xoşbəxtliyi yaşayırıq. İndi hər birimizin vəzifəsi o xoşbəxtliyi əbədi etməkdir.

 

İlqar HƏSƏNOV,

 

Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 6.