Qarabağ həqiqətləri, Xocalı faciəsi!

 

 

Bəşər tarixinə qanla yazılan günləri dünyaya necə tanıdırıq?!

 

 

 

Bəşəriyyət tarixinin ən müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan  Azərbaycan xalqı növbəti bir faciə ilə Xocalıda üzləşdi. 1992-ci ilin 26 fevralı  təkcə Azərbaycan xalqının yox, həm də  bütün bəşəriyyətin tarixinə qanla yazılan gün oldu.

 

 Sovet imperiyasının süqutu ilə yaranan mürəkkəb ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə bərpa edən Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması  yeni tariximizin qara və qanlı səhifələrindəndir. Əslində, tarixə nəzər salanda Azərbaycan xalqının və ümumiyyətlə, türklərin  tarixində ermənilər tərəfindən törədilmiş bu kimi qanlı hadisələrın və qırğınların sayı onlarcadır. Amma müəyyən zaman kəsiyində biz bu tarixi həqiqətlərin dünya birliyinə çatdırılmasında ləngiməklə sanki düşmənlərimizə daha geniş bir meydan vermişik. Şübhəsiz ki, bu məsələdə dövrün diqtə etdiyi bir sıra obyektiv reallıqlar da bizim imkanlarımızı məhdudlaşdırırdı.. Bəs bu gün vəziyyət necədir? Bu sahədə aparılan işlərin səviyyəsi bizi qane edirmiya daha nələrin üstündə dərindən fikirləşməliyik?

 

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev bildirir ki, Ermənistan həmişə olduğu kimi bu günöz destruktiv siyasətini davam etdirərək, məsələnin sülh yolu ilə həllinə imkan verməməkdədir.  Eyni zamanda, münaqişə zonasında törətdiyi ciddi təxribatları ilə vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışır. İndi bütün dünya anlayır ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişənin həlli qarşısında duran əsas maneədir və Azərbaycan tərəfi də bu məsələni danışıqlar zamanı əsas arqument kimi qaldırır. 1990-cı ildən etibarən Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda Xocalı aeroportunun açılması istiqamətdə atılan hər bir addım beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanılmaqdadır. Bu barədə Avropa Parlamentinin açıq mövqeyi var: bu məsələ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi ziyan vurmaqla bərabər, beynəlxalq hüquqnormalarına ziddir, BMT Təhlükəsizlik Şurasının dörd  məlum qətnaməsini və Çikaqo Konvensiyasının şərtlərini də pozur. Xocalı aeroportunun Ermənistan tərəfindən açılmasının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə keçirilən sülh danışıqlarına olduqca mənfi təsiri olacaq. Bundan əlavə, Ermənistan rəhbərliyinin məsuliyyətsiz təşəbbüsü bütövlükdə AB-nin sülh prosesində göstərdiyi sülhyaratma cəhdlərinə hörmətsizlik kimi qəbul edilir. Bu planın həyata keçməsi bütün regionda gərginliyin artmasına gətirib çıxaracaq. Bu fikirləri dünyanın bütün aparıcı dövlətləri və tanınmış siyasətçiləri bölüşürlər. Amerikanın siyasət mütəxəssisləri, Böyük Britaniyanın, Almaniyanın, hətta bir çox hallarda Ermənistana dəstək verən Fransanın tanınmış siyasi xadimləri Ermənistanı bu təxribatdan çəkinməyə çağırmışlar. O cümlədən, bu günlərdə mətbuatda daha bir dostumuzun mövqeyi məni xeyli sevindirdi. Fransa Senatının üzvü Natali Qule Ermənistan hökumətinin Xocalı aeroportunu açmaq cəhdini  ciddi bir təxribat kimi dəyərləndirmişdir. Dəfələrlə Azərbaycanda olan və reallıqları yaxşı bilən Natali xanımın mövqeyi həmişə ədalətli olmağıyla yanaşı, həm də prinsipiallığı ilə diqqəti çəkir. İndi onun bu məsələdə də adekvat mövqe nümayiş etdirməsi məhz bu prinsipiallıqdan doğur. Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın bu addımının münaqişənin sülh yolu ilə həllinə zərbə vuracağını deyən  Natali xanım  Xocalıda törədilmiş qətliamı əsl soyqırımı adlandırır və söyləyir ki, bu faciə zamanı həlak olanların xatirəsini hər zaman ehtiramla anacaq. Özünü Azərbaycanın fəxri vətəndaşı hesab etdiyini deyən senator istənilən platformada Azərbaycanı tanıtmağa və onun haqlı mövqeyini müdafiə etmək üçün əlindən gələni edəcəyini həmişə vurğulayır. Hadisələrin əsl mahiyyətini bilən və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə hazır olan dostlarımızın sayı durmadan artır. Beynəlxalq arenada mövqelərimizin möhkəmlənməsi üçün açdığımız mücadilə tarixi çox kiçik bir dövrdür.  Ermənilər qondarma “erməni soyqırımı”nın tanınmasına mütəşəkkil şəkildə hələ yarım əsr bundan əvvəl başlayıblar və hazırda dünyanın 21 ölkəsində istəklərinə nail olublar.  Biz isə bu prosesə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kompaniyası çərçivəsində yeni başlamışıq və artıq Xocalı soyqırımını tanıyan ölkələrin sayı ilbəil artmaqdadır.  Evin rəsmi saytında Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı imzatoplama kampaniyasının uğurlu nəticələri də bütün ictimaiyyətə məlumdur. Əminəm ki, bu istiqamətdə aparılan  bütün fəaliyyətlərin nəticəsi olaraq tezliklə daha mötəbər dairələrdə sözümüzü demək və xalqımızın haqlı mövqeyini lazımi səviyyədə qəbul etdirmək  imkanı qazanacağıq.

 

Fəlsəfə elmləri doktoru, professor Oruc Abdullayevin fikirincə, Ermənistanın destruktiv mövqeyi həmişə Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyib.

 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması  diqqət yetirilən əsas məsələlərdəndir. 2012-ci ildə Amerika Azərbaycanlıları Şəbəkəsinin təşəbbüsü ilə ABŞ-ın kütləvi informasiya vasitələrində Azərbaycana həsr olunmuş 100-ə qədər məqalə dərc olunmuşdur. “20 Yanvar” faciəsinin 22-ci ildönümü, Xocalı soyqırımının 20-cu ildönümü və 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland Krallığı, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya Federasiyası, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Misir, Cənubi Koreya, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və s. ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilmişdir.

 

Ən nəhayət günümüzun daha bir reallığı göz önündədir: Arkanzas ştatının Senatı Xocalı faciəsini tanıdı.  Dağlıq Qarabağda Azərbaycan əhalisinin kütləvi qətliamını tanıdan  qətnamə  bizim xarici siyəsətimizin uğuru olmaqla, həm də ardıcıl dövlət siyasətinin bəhrəsi olaraq diqqəti cəlb edir.  Xocalı soyqırımının Arkanzas ştatının parlamenti  tərəfindən tam tanınması ABŞ-da ikinci hadisədir. Arkanzas Nyu-Meksikodan sonra ikinci ştatdır ki, Xocalı faciəsinin tanınması üzrə qətnamə qanunverici orqanın hər iki palatasında qəbul edilmişdir. Xatırladaq ki, Nyu-Meksiko parlamenti Xocalı faciəsinə dair qanun layihələrini 2013-cü ilin yanvarında qəbul etmişdir.

 

Bu məsələ ilə əlaqədar fikirini bildirən  Türkiyənın İzmir şəhərində yaşayan həmyerlimiz, Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, iqtisad elmlər doktoru Asif Qurbanov Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda Türkiyənin nə edə biləcəyinə və Azərbaycanın Türkiyədən nə istədiyinə Türkiyə hökumətinin yetərincə kömək göstərdiyini yüksək dəyərləndirir. O, söyləyir ki, 1995-ci ildən bu yana Türkiyədə Xocalı soyqırımı ilə bağlı müxtəlif miqyaslı tədbirlər, yerli və beynəlxalq konfranslar, onlarca mitinqlər təşkil etmişkeçirmişik.  Bu tədbirlərdə  Türkiyənin cəmiyyət tərəfindən birmənalı olaraq qəbul edilən və kifayət qədər siyasi çəkisi olan ziyalılar iştirak etmişlər. Vacib və önəmli görüşlərimiz gerçəkləşib. 2012-ci ilin ilin yanvar  ayında Dünya Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü kimi Türkiyə Böyük Millət Məclisinin sədri, hörmətli Cəmil Çiçəklə görüşmüşbir sıra mövzularla bərabər Xocalı soyqırımının TBMM-də gündəmə gəlməsi barəsində görüşümüz oldu.  Mən onda hazırladığım materialları TBMM-ə təqdim etmişəm. Hər bir TBMM millət vəkillərinə Xocalı faciəsini ortay qoyan CD-lər vermişəm. Bu barədə AKP qrup başqan vəkili  Mustafa Elitaş, CHP  başqan vəkili Emine Ülker Tarhan və MHP qrup başqan vəkili  Mehmet Şandırla da görüşmüşəm. Bildiyim bir həqiqət var ki, bu işlər daha böyük bir temp ilə davam etdirilməlidir.

 

2012-ci ildə  Leyla xanım Əliyevanın rəhbərliyi ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası bütün dünyaya səs saldı.  Dünyanın 150-dən çox şəhəri, 50-dən çox müxtəlif ölkəsi fevralın 25-26-da Azərbaycan həqiqətlərindən xəbər tutmuş oldu.

 

Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında xaricdə yaşayan soydaşlarımızın müstəsna rolu var. Lobbiçilik işinin daha da səmərəli olması üçün diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkənin media qurumları ilə yaxınlıq çox vacibdir. Bizdə bu barədə işlər hələ zəifdir və görülən işlərdə medianın rolu da yüksək deyil. Media ilə işləyən mərkəzimiz yoxdur. İnformasiya müharibəsində qalib gəlmək üçün dünyanın nüfüzlu media qurumlarında azərbaycanlı jurnalistlərin təmsil olunması müasir dövrümüzdə diplomatların, iqtisadçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.

 

Azərbaycanda çalışan adamı Kaya Karslı söyləyir ki, son iki yüz il ərzində Cənubi Qafqaz regionunda gedən mürəkkəb siyasi proseslər nəticəsində azərbaycanlılar bir neçə dəfə öz əzəli yurdlarından zorla köçürülməyə, etnik təmizləmə və deportasiya siyasətinə məruz qalmışlar.20 ildən bəri davam edən Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmaq olmaz, çünki dinc əhali hələ də həlak olur. Bu problem beynəlxalq məsələdir, çünki onun həll edilməmiş qalması təkcə regiona deyil, bütün dünyaya ziyan vurur. Bir daha bildirirəm ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, uzun sürən münaqişədir. Onu aradan qaldırmaq cəhdləri dondurulmuşdur. Təəssüflə qeyd edilmişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişə zonasında vəziyyəti dəyişməmişdir.

 

Üstündən illər keçsə də, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki Ermənistan silahlı dəstələri Ermənistan prezidenti Serj Sarkisyanın, Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın və digər erməni liderlərinin rəhbərliyi və keçmiş SSRİ-nin Xankəndidə yerləşən, o dövrün müasir döyüş silahları ilə silahlanan  366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı cinayəti hər bir türkü dəhşətə gətirir. 613 dinc sakinin, o cümlədən 63 uşaqın, 106 qadının, 70 qocanın yalnız azərbaycanlı olduğuna görə xüsusi amansızlıq və işgəncələrlə öldürülməsi adi fakt kimi qarşılanmır.

 

Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayandestruktiv mövqe tutan Ermənistan işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir. Bu cür hallar təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region və bütövlükdə, beynəlxalq aləm üçün çox təhlükəlidir.

 

“Erməni Araşdırmalar Mərkəzi”nin rəhbəri, fəlsəfə doktoru Qafar Çaxmaqlı deyir ki,  Xocalı soyqırımının müxtəlif ölkələrdə, o cümlədən ABŞ-ın ştatlarında tanınması arzularımızın həyata keçməsi deməkdir. Arkanzas Ştatının Nümayədələr Palatasında Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasını təqdir edirəm və davamını arzulayıram. Azərbaycan diplomatiyası erməni diplomatiyası qarşısına yalnız Xocalı soyqırımı ilə çıxa bilər. Xocalı soyqırımı yaxın tariximizdə baş verən, haqqında kifayət qədər faktları olan soyqırımıdır və əlimizdəki böyük bir sübutdur. Biz bundan istifadə etməliyik.

 

 Mən xeyli vaxtdır ki, Türkiyədə işləyirəm. Türkiyə yalnız bir toplumdan ibarət deyil, burada dinçilər, sosialistlər, kommunistlər var. Hətta keçən il Türkiyədə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiriləndə buna qarşı çıxanlar da olmuşdu, “erməni düşməndir” deyənlərə də qarşı çıxanlar var idi. Bunu normal qarşılamaq lazımdır. Cəmiyyətdəki ayrı-ayrı təbəqələri Xocalı soyqırımına inandırmaq lazımdır. Xocalı soyqırımı ilə bağlı akademik çevrələrdə birmənalı fikir var. Ayrı-ayrı qəzetlər, müxtəlif qruplara işləyən adamlar fərqli düşünə bilərlər. Bunu da normal qarşılamaq lazımdır. Təbii ki, Türkiyədə də, başqa ölkələrdə də buna qarşı çıxanlar, çağırışlar olacaq, amma biz işimizi görməliyik. Məsələnin ikinci tərəfi də var ki, bu cür yanaşmalardan nəticə çıxarmalıyıq. Türkiyədə qarşımıza həmişə bu məsələni qoyurlar ki, ermənilər 2-3 milyondur, siz isə 10 milyona yaxınsınız, nəyə görə ermənilər torpaqlarınızı işğal edibsiz yenidən müharibə etmirsiniz. Amma onların bir çoxu məsələnin kökünü, torpaqların əslində, kim tərəfindən işğal edildiyini bilmir. Bu fikri söyləyənlər bəzi hallarda  haqlı görünə bilərlər. Azərbaycanın çox güclü potensialı var, əhalisi və ərazisi çoxdur. Bunlar doğrudan da düşündürücü məsələlərdir, düşünməyimizə ehtiyac var.

 

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına münasibətlər yəqin ki, yaddan çıxmayıb. 2009-2010-cu illərdən sonrakı hadisələr göstərdi ki, sərhədlərin açılmasını istəyənlər ilə istəməyənlər arasında dağlar qədər fərq var. Qarsda, İqdırda belə bir fikir ortaya atmışdılar ki, sərhədlər açılsa, bu bölgələr inkişaf edə bilər. Qars bələdiyyəsinin başçısı imza da toplayaraq, Baş nazirə göndərmişdi. Türkiyə cəmiyyətinin özündə də, Ankarada, İstanbulda sərhədlərin açılmasının tərəfdarları var idi. Amma sərhədlərin açılmasının əleyhinə olanların sayı o qədər oldu ki, bu məsələ gündəmdən çıxdı. Bundan başqa isə, ən önəmlisi Türkiyənin dövlət siyasəti var: sərhədlər işğal olunmuş Azərbaycan torpaqları azad olunandan sonra açıla bilər. Digər tərəfdən isə ermənilərin Türkiyəyə qarşı iddiaları var. Ermənilər bu iddialarından da əl çəkməyiblər. Hesab edirəm ki, həm dövlət, həm də ictimaiyyət səviyyəsində birgə mübarizədə bir sıra çatışmamazlıqlar qalmaqdadır. Ayrı-ayrı şəxslər, qurumlar öz səviyyələrində təbliğatlarını qururlarbu, dövlətin ayrı-ayrı qurumlarının apardığı siyasətə bəzən uyğun gəlir, bəzən də yox... Hesab edirəm ki, erməni təbliğatına qarşı Azərbaycan və Türkiyənin birgə mübarizə aparmasına heçmane olmur. Azərbaycan və Türkiyənin hədəfləri, düşməni və ideologiyası da eynidir. Təbii ki, bundan narahat olmaq və məsələyə çox ciddi yanaşmaq lazımdır. Xocalı soyqırımının Meksikada, Avstraliyanın bir ştatında, nəhayət, ABŞ-ın Arkanzas ştatında qəbul olunması qondarma “erməni soyqırımı”na qarşı bir alternativdir. Sonuncu hadisəni, o cümlədən bu qəbildən olan bütün hadisələri alqışlamaq, təqdir etmək lazımdır.

 

Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan dövlətinin bu gün apardığı ardıcıl xarici siyasət  Ermənistanı tam ifşa etməkdədir. Heç şübhəsiz ki, bu Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan verməyən destruktiv mövqeyinin sarsıdana və Xocalı soyqırımı bütün dünyada siyasihüquqi dəyərini alana qədər davam etdiriləcəkdir. İndi dünyanın hər bir yanında-ABŞ-da, Rusiya və Çində, Avropada, Ərəb ölkələrində, hətta uzaq Avstraliyada Azərbaycanın diaspor təşkilatları qurularaq, həqiqətlərimizin təbliği, Vətənin tanıdılması işi uğurla həyata keçirilməkdədir. Dünyanın müxtəlif ölkələrində məskunlaşan yüzlərlə diaspor nümayəndəsi də yaxşı bilir ki, onun arxasında Azərbaycan kimi güclü bir dövlət dayanıb.

 

 Namiq ƏHMƏDOV,

 

Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 5.