Xəyanətkara ar olsun!

 

 

 

Hörmətli redaksiya! Əkrəmin vicdansızlığı, xəyanəti, alçaqlığı məni 1993-cü ilin avqustun 31-dən betər yandırdı. (Bu tarix Qubadlının işğalı günüdür).

 

 Əkrəm və Əkrəm kimi ləyaqətsiz nankorlara nifrət və qəzəbimi respublikanın ən nüfuzlu mətbu orqanlarından  biri olanXalq qəzeti”nə göndərirəm.

 

Əkrəmə və Əkrəmi müdafiə edənlərə bir daha çatdırıram ki, həm Əkrəm, həm də onu müdafiə edənlər qatqardır, hibritdir, qanları təmiz deyil...

 

 1988-ci ilə kimi Ordubadın Əylis, Füzulinin Tuğ kəndlərində  ermənilər də yaşayıblar.

 

 Rəhmətlik M.F.Axundov “Hacı Qara” komediyasında da “Əylis erməniləri” ifadəsini təsadüfü olaraq işlətməmişdir.  Deməli, Əylis kəndində həm erməni var, həm də azərbaycanlı. Əkrəm Əylisli isə nüvənin erməni qatında hərlənən, dövrə vuran bir molekuldur.

 

Rəhmətlik Rasim Kərimli yazıb ki:

 

Elinə, gününə yanmayan bir kəs

 

Tutaq ki, sultandı, xandı, nə fayda?

 

Əkrəm türk olsaydı, türkə yanardı. Yəqin ki, ermənidir ki, ermənilərə qəlbən yanır...

 

 Təklif edirəm ki, Əkrəmə “müəllim” deyilməsin. Əylisdə ermənilər olub, Əkrəm də onların biridir.

 

Xalqın ulu bir məsəli var. Deyilir ki, adımı qoyaram sənə, səni də qoyaram yana-yana. Ermənilərin insanlığa yaraşmayan bütün alçaqlıqlarını bizim üstümüzə yıxan Əkrəm kimi ləyaqətsizlər lənətlənməlidir.

 

Varaz oğlu Cavanşir (Alban hökümdarı) vətənə, xalqa xəyanət edənləri vətənin sərhəddindən keçirib deyərmiş:  —“Get yad ölkədə yaşa, yad ölkədə öl”. Bu, ölüm cəzasından min qat ağırdır. Vətən, xalq xainlərinin, satqınlarının cəzası bu olmalıdır...

 

Doğru deyiblər ki, utanmasan, oynamağavar ki! Əkrəm utanmadan, ar etmədən deyir ki, mən bu torpağa qarışacağam.

 

Ay millət satqını, səni Azərbaycan torpağı qəbul etməyəcək. Səni ermənilər gərək “Daş  yuxular” kitabının vərəqlərinə büküb, hansısa erməni qəbiristanlığında basdırsınlar.

 

Ağacı kəsərlər, səmtinə yıxılar,-deyiblər. Əkrəm də milliyyətində səmtinə yıxılan “kişidir. Əkrəm kimi, “kişi”lərə ar olsun!

 

Sapı özündən olan

 

Baltalar doğrayıblar

 

Qolumu, qanadımı,

 

Düşmənlər qarşısında

 

Batırdılar adımı.

 

Satqınların bağında

 

Qarğa uçsun, xar olsun,

 

Millət satqınalarına

 

Ölüm olsun, ar olsun!

 

Sevi SEVDİMALIYEV,

respublikanın əməkdar müəllimi,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

Xalq qəzeti.- 2013.- 21 fevral.- S. 4.