Ali qonağın şərəfinə

 

Azərbaycan Prezidenti İlham Əliyevin Monteneqroya rəsmi səfəri

 

Xəbər verdiyimiz kimi, martın 12-də Monteneqro Prezidenti Filip Vuyanoviçin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.

 

Dövlət başçıları ziyafətdə çıxış etdilər.

 

 

Prezident Filip Vuyanoviçin çıxışı

 

 

- Zati-aliləri Prezident Əliyev!

 

Hörmətli nazirlər!

 

Zati-aliləri səfirlər!

 

Xanımlar cənablar!

 

Prezident Əliyev, bu axşam Sizi hörmətli nümayəndə heyətinizi qədim Çetinyedəki hökumət evində qonaq etmək mənim üçün şərəfdir bundan məmnunluq hissi keçirirəm. Divarları Monteneqronun Petroviç sülaləsindən olan hökmdarların portretləri ilə bəzədilmiş bu tarixi bina bir sıra ölkə başçılarının səfərlərinin şahidi olub. Cənab Prezident, əlbəttə, Sizin səfəriniz ən vacib səfərlərdən biri - Monteneqronun böyük dostunun səfəri kimi yadda qalacaqdır.

Əvvəlcə Prezident Əliyev, Monteneqro vətəndaşları adından Sizin rəsmi səfərinizdən məmnunluğumu bildirirəm. Bu səfər dövlətlərimiz xalqlarımız arasında səmimi dostluq yaxınlıq əlaqələrinin göstəricisidir, dövlətlərimizin gələcək ikitərəfli çoxtərəfli əməkdaşlığının təsdiqidir. Həmçinin səfəriniz geniş mənada Xəzər dənizi Aralıq dənizi arasında - bu mühüm geosiyasi əhəmiyyətə malik bölgədə yerləşən xalqlarımızın dostluq əməkdaşlığı naminə sabitlik missiyasıdır.

Monteneqro-Azərbaycan əlaqələrinin tarixi dövlətlərimizin aid olduğu geosiyasi məkanların dostluq münasibətlərinin seqmentinə əsaslanır. Fəxrlə deyə bilərəm ki, coğrafi baxımdan uzaq məsafədə yerləşməyimizə baxmayaraq, əlaqələrimiz daim dostluq qarşılıqlı hörmətlə müşayiət olunur. Dövlətlərimizin suverenliyi tam bərpa ediləndən bəri bizim dostluq əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, bu gün yetişməkdə olan nəsillərin ehtiyaclarını bəşəriyyətin üzləşdiyi qlobal çağırışlara cavabları başa düşən dövlətlərimiz arasında yaxın münasibətlər qlobal müstəvidə əməkdaşlığın bariz nümunəsidir.

Bizim müştərək siyasətimiz sülh sabit tərəqqidir. Biz dialoqu dünyada mövcud olan aktual problemlərin həlli vasitəsi kimi görürük. Monteneqro Avropa İttifaqının beynəlxalq əlaqələr sahəsində yanaşmasını əsas götürərək, BMT-nin ATƏT-in qətnamələrinin birmənalı tətbiqində təkid edərək dövlətlərin ərazi bütövlüyü suverenliyinə hörmətlə yanaşılması istiqamətində səy göstərir. Bu yanaşma dünyada sabitlik tərəqqinin əsasıdır.

Prezident Əliyev, Monteneqro vətəndaşları öz adımdan şəxsən Sizə Azərbaycan hökumətinə qarşılıqlı əməkdaşlığımıza verdiyiniz böyük töhfələrə görə səmimi minnətdarlığımı bildirirəm. Bu gün Azərbaycan Monteneqro iqtisadiyyatının strateji investoru sosial inkişaf layihələrinin sərmayədarı kimi çıxış edir. Bununla ölkəniz qarşılıqlı inam, dövlətlərimizin inkişafı xalqlarımızın rifahının təmin olunması naminə müştərək yanaşmamızın uzunmüddətli perspektivlərinə hazır olduğunu nümayiş etdirir. Əminəm ki, qarşılıqlı maraqlarımıza cavab verən səmərəli iqtisadi əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

Monteneqro Avropa İttifaqının gələcək üzvü Adriatik regionunun nadir geosiyasi bölgəsində, Balkan yarımadasının Mərkəzi Avropanın qonşuluğunda yerləşən ölkə olaraq qlobal müstəvidə investisiya ticarət üçün təbii məkan kimi tanınmaqdadır. Turizm imkanlarımız ölkəmizin təbii gözəllikləri xalqımızın qonaqpərvərliyi sayəsində daim inkişaf etməkdədir. Fəxr edirik ki, Azərbaycan artıq bu imkanları anlayaraq bizim resurslarımızdan qarşılıqlı istifadə etməyə hazır olduğunu təsdiq edib.

Səylərimizi artırmalı olduğumuz əməkdaşlıq sahələrindən biri isə mədəniyyətdir. Əminəm ki, bu sahənin inkişafı xalqlarımızın daha da yaxınlaşması əbədi dostluğumuzun dərinləşməsinə töhfə verəcəkdir. Sağ olun.

 

 

Azərbaycan.-2013.- 14 mart.- S.2.