GÖYGÖL: dinamik inkişaf davam edir
Göygöl son illər
respublikamızın ən surətli inkişaf edən şəhərlərindən
birinə çevrilmişdir. Fakt və rəqəmlərin
müqayisəli təhlili, iqtisadi, sosial və mədəni sahədə əldə
edilmiş böyük
uğurlar, insan amili onların vacib sosial ehtiyaclarının vaxtında yerinə
yetirilməsi sahəsində əldə edilmiş
zəngin təcrübə belə deməyə əsas verir ki, rayon
icra hakimiyyətinin, onun
yerli strukturlarının iş
uslub və metodları, təşkilat-idarəetmə
məsələləri təkmilləşdirilmiş, daha çox elmi münasibət, həssas və
qayğıkeş yanaşma ön plana çəkilmişdir.
Təsadüfü deyil ki, fevral ayının 20-də
Göygöl Rayon İcra Hakimiyyətində 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunları və 2013-cü ildə
qarşıda duran vəzifələrə
həsr olunmuş yığıncaq belə
bir yüksək əhval-ruhiyyə ilə
keçdi. Rayon icra hakimiyyətinin
başçısı Arif Seyidov bu barədə
danışarkən iftixar hissi
ilə bildirdi: – 2012-ci ildə Göygöl rayonunda istehsal və xidmət sahələrinin
genişləndirilməsi, sosial obyektlərin
tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması
istiqamətində həyata keçirilən tədbirlər daha sürətlə davam
etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Hazırda şəhərin 7 mərkəzi küçəsində
kompleks abadlıq işləri
aparılır, binaların fasadlarına üzlük
plitələr çəkilir, evlərin dam
örtükləri dəyişdirilir. Göygöl Şəhər Mədəniyyət və
İstirahət Parkı genişləndirilərək yenidən
qurulur, Dövlət Bayrağı
Meydanı və muzeyi tikilir,
ətrafında abadlıq işləri aparılır. 2012-ci ildə Göygöl
şəhərinin Turan Qurbanov,
Xəlil Rza, Əliağa Şıxlinski,
Molla Pənah Vaqif, Hüseyn Cavid
küçələrinə, Bayraq
Meydanına gedən yola asfalt
örtük salınmış, səki
daşı düzülmüşdür. Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 36 mənzilli
yaşayış evi, Dövlət Sosial Müdafiə Fondunun
və Milli Təhlükəsizlik Nazirliyinin Göygöl rayon şöbələri, Olimpiya
İdman Kompleksi, Heydər
Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi üçün binalar, “Göygöl Şərab” üçün
spirt zavodu tikilir.
Göygöl
şəhərində xeyr və şər evi, Baytarlıq
İdarəsinin inzibati binası, Qızılca poçt
şöbəsi üçün bina tikilib istifadəyə
verilmişdir. 2012-ci ildə 58 milyon 20,7 min manat əsas kapitala investisiya qoyulmuş, bundan 56 milyon 556,3 min manatı tikinti-quraşdırma işlərinə
yönəldilmişdir. Əhali tərəfindən müasir standartlara cavab verən 17 sahibkarlıq obyekti,
103 fərdi yaşayış evi inşa edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin
ayırdığı vəsait hesabına səkkiz min nəfər
əhalinin yaşadığı 6 yaşayış məntəqəsini
birləşdirən Xaqani-Cümşüdlü-Haçaqaya
avtomobil yoluna asfalt örtük salınmış, yolun
mühafizə zolağına düşən elektrik və
rabitə dayaqlarının yeri dəyişdirilmiş, yol kənarında
olan görkəmsiz ticarət obyektləri əsaslı təmir
olunmuşdur. Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən
keçən hissəsində yenidənqurma və bərpa
işləri davam etdirilir.
Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin
icrası nəticəsində 2012-ci ildə 5 xidmət və
9 istehsal obyekti istifadəyə verilmişdir. Ümumiyyətlə,
son 9 il ərzində
7397 yeni iş yeri açılmış, bunun
da 5068-i daimidir. 2012-ci
ildə isə 430-u daimi olmaqla,
1672 iş yeri
açılmışdır. 2012-ci ildə rayon
üzrə orta aylıq əmək
haqqı 2011-ci ilə nisbətən 20,7 manat
artaraq 220,1 manata
çatmış, adambaşına düşən pul gəliri 1478,5 manat təşkil
etmişdir.
Azərbaycan
Respublikasnın Prezidenti İlham Əliyevin müəyyən
etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən
birini təşkil edən sahibkarlıq subyektlərinin
yaradılmasına və fəaliyyətinə göstərilən
diqqət və qayğı, kiçik və orta
sahibkarlığın inkişafına əlverişli şərait
yaradılması nəticəsində 2012-ci ilin yekunlarına
görə rayonda sahibkarların sayı 414 subyekt artaraq 2467-yə
çatmışdır. Kiçik
və orta sahibkarlığın
inkişafına dövlət dəstəyinin nəticəsi olaraq Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə
68 hüquqi və fiziki
şəxsə 1065 min manat
güzəştli kredit verilmişdir. Məruzəçi daha sonra bildirdi
ki, 2012-ci ildə iqtisadiyyatın əsas
sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi faktiki
qiymətlərlə 143 milyon 191,5 min manata
çatmış, sənaye müəssisələri tərəfindən,
bütövlükdə 12 milyon 284,5 min manat dəyərində
məhsul istehsal edilmişdir. Əvvəlki illə
müqayisədə ötən il 1756,1 min manat çox
olmaqla, 41306,7 min manat dəyərində kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir.
Əlamətdar haldır ki, bunun da 99,3 faizi
qeyri-dövlət bölməsinin payına düşür. 2012-ci ilin məhsulu
üçün 10161 hektar
sahədə taxıl, o cümlədən
7112 hektar sahədə buğda
əkilmiş, 2011-ci ilin müvafiq
dövrü ilə müqayisədə
6853 ton çox olmaqla 26 min 957 ton taxıl tədarük edilmişdir.
Heyvandarlıq inkişaf etmiş, iri malın
sayı 20 min 127 başa,
xırda mal 156 min 76 başa çatmışdır. 2011-ci illə
müqayisədə süd istehsalı 18 ton, ət istehsalı 325 ton,
yun istehsalı 3,1 ton,
yumurta istehsalı 29 min
ədəd artmışdır.
İnsan
amili, onların vacib sosial ehtiyaclarının daha dolğun
ödənilməsi daim diqqət mərkəzində
saxlanılmış, elektrik, qaz, içməli su təminatının
daha da yaxşılaşdırılması ilə
bağlı bir sıra mühüm tədbirlər həyata
keçirilmişdir. Məsələn, Göygöl şəhərində 92 kilometr elektrik xətləri
dəyişdirilmiş, 5068 ədəd “smart-kart”
tipli sayğaclar
quraşdırılmışdır. 6 mərkəzi
küçədə yeraltı kabel xətti
çəkilmiş, gecə işıqlandırma sistemi təzələnərək 240 ədəd
dayaq quraşdırılmışdır.
Umimiyyətlə,
elektrik təsərrüfatında 74,2 min manat dəyərində
təmir-bərpa, quraşdırma işləri
aparılmışdır. Hazırda rayonun
45 yaşayış məntəqəsindən 23-ü təbii
qazla təmin edilmişdir.
2013-cü ildə 14 yaşayış məntəqəsinə
təbii qazın verilməsi nəzərdə tutulmuşdur.
Topalhəsənli kəndinə qaz xəttinin
çəkilişinə başlanılmışdır. Məcburi
köçkünlərin məskunlaşdığı Murovdağ qəsəbəsində, Göygöl şəhərinin yeni salınmış massivində qaz xətti çəkilmiş, 830 abonent təbii qazla təmin
olunmuşdur.
Göygöl
şəhərinin su təchizatı və kanalizasiya sisteminin
yenidən qurulması layihəsinin icrası ilə bağlı
Kürək çayından 25 kilometr uzunluğunda yeni
magistral su kəmərinin, Göygöl şəhərində
su və kanalizasiya xətlərinin çəkilişi, sutəmizləyici
qurğuların və anbarların tikintisi davam etdirilir.
Yığıncaqda
qeyd olundu ki, ümumtəhsil məktəblərinin tikintisinə
və maddi-texniki bazasının müasir tələblərə
uyğun möhkəmləndirilməsinə xüsusi diqqət
yetirilmiş, müvafiq Dövlət Proqramına əsasən
və Heydər Əliyev Fondunun təşəbbüsü ilə
“Yeniləşən Azərbaycana-yeni məktəb” devizi
altında son dövrlərdə 16 məktəb binası, 26 əlavə
sinif otağı, 1 uşaq bağçası tikilmiş, 19 məktəb
binası, 4 uşaq bağçası əsaslı təmir
olunmuşdur. 2012-ci ildə Firuzabad qəsəbə,
Zurnabad, Qızılca, Quşqara
kənd tam orta məktəb
binaları tikilərək istifadəyə verilmişdir.
Ali məktəblərə sənəd
verən 393 nəfər məzundan 156-sı qəbul olunmuş, bu da 2011-ci ilə nisbətən 26 nəfər çoxdur. Onlardan 23 nəfəri
500-dən, 6 nəfəri 600-dən çox
bal toplamışdır.
Son
illər 4 kənd tibb məntəqəsi üçün yeni
binalar tikilmiş, 3 kənd tibb məntəqəsi , 2 kənd
sahə xəstəxanası, Aşıqlı kənd tibb məntəqəsi
əsaslı təmir olunmuş, əlavə otaq tikilmiş,
Toğanalı kənd həkim məntəqəsi cari təmir
edilmişdir.
2012-ci
ildə Göygöl Rayon İcra Hakimiyyətində vətəndaşların
qəbul edilməsinə, onların ərizə və
şikayətlərinə baxılmasına xüsusi diqqət
yetirilmiş, bütün müraciətlər hərtərəfli
araşdırılmış, haqlı tələblər
öz həllini tapmışdır. Rayon
icra hakimiyyətinə 1347 müraciət daxil olmuşdur ki, bu da
əvvəlki illə müqayisədə azdır. Təkcə
icra hakimiyyəti başçısı tərəfindən
ötən il 562 vətəndaş qəbul
edilmişdir. 2012-ci ildə 55 səyyar qəbul
keçirilmişdir.
Yığıncaqda
Azərbaycan Prezidenti Administrasiyasının məsul
işçisi Rüfət Əliyev, Milli Məclisin
deputatı Rövşən Rzayev çıxış edərək
əldə edilmiş uğurlardan, ölkə Prezidenti
İlham Əliyevin son çıxış və nitqlərində
irəli sürülən müddəalardan, göstəriş
və tövsiyələrdən, qarşıda duran konkret vəzifələrdən
danışmışlar.
Ziyəddin SULTANOV
Xalq qəzeti.- 2013.- 23 fevral.- S. 6.