Qubadlı məcburi
köçkünlərinin problemlərinə diqqət
artırılır
Rayon ictimaiyyəti nümayəndələrinin təmsil olunduğu geniş
yığıncaqda 2012-ci ildə görülən işlərin
yekunu və 2013-cü ildə
qarşıda duran vəzifələrlə
bağlı geniş iclas
keçirilmişdir. İclasda məruzə ilə
çıxış edən Qubadlı Rayon
İcra Hakimiyyətinin
başçısı Malik İsaqov ilkin olaraq Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər
Kabinetinin ötən ilin
sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş 15 yanvar
2013-cü il tarixli
iclasında ölkə başçısının nitqində
irəli sürülən müddəalar barədə ətraflı
məlumat vermişdir.
Natiq 2012-ci ildə respublikada sosial-iqtisadi inkişaf sahəsində əldə edilən uğurları konkret faktlar və rəqəmlərin dili ilə əks etdirmiş, daxili və xarici siyasət, ölkənin müdafiə potensialının artırılması və perspektiv imkanlarını nəzərdə tutan irimiqyaslı layihələrin icrası istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, dünyanın böhran içərisində çalxandığı bir dövrdə ölkənin iqtisadi və sosial inkişafı sahəsində əldə edilən davamlı uğurlar ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin Prezident İlham Əliyev tərəfindən qətiyyət və ardıcıllıqla həyata keçirilməsinin nəticəsidir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması Cənab Prezidentin siyasətində həmişə prioritet istiqamət olmuşdur.
Məruzədə
bildirilmişdir ki, Qubadlı məcburi köçkünlərinin
sosial vəziyyətlərinin
yaxşılaşdırılması, təhsil, səhiyyə,
mədəniyyət sisteminin inkişaf etdirilməsi, əhaliyə
xidmət göstərən idarə, müəssisə və
təşkilatların, yerli icra strukturlarının fəaliyyətinin
səmərəli qurulması istiqamətində iş 2012-ci
ildə də uğurla davam etdirilmişdir.
Qeyd edilmişdir
ki, əhalinin böyük
əksəriyyəti Abşeron
yarımadası ərazisindədir. Bakı şəhərində
10 min 413 nəfər, Sumqayıt şəhərində
22 min 120 nəfər, Abşeron
rayonu ərazisində 1314 nəfər yerləşmişdir.
Rayonlarda pərakəndə məskunlaşan
köçkünlərin sayı 1150 nəfərdir.
Qubadlı məcburi köçkünlərinin
problemləri içərisində kommunal-mənzil məsələləri
əsas yer tutduğunu bildirən natiq demişdir ki, bu
istiqamətdə davamlı iş aparılır. Ötən il həyata
keçirilən kompleks tədbirlərdən
biri Sumqayıt şəhərindəki
“Şəfa” sanatoriyası ilə bağlıdır. Kanalizasiya, su, elektrik sisteminin dəyişdirilməsi,
ətrafın abadlaşdırılması üçün
çox iş
görülməli idi. Neft Şirkətinin
balansında olan bu
kompleksdə əsaslı iş
aparılması üçün əldə
etdiyimiz razılıq burada
həyata keçirilən tədbirlərə zəmin
yaratdı. Şəfa sanatoriyasının əsas korpusunun 2 mərtəbəsi
bütünlüklə təmir edilərək burada məskunlaşan köçkünlərin
istifadəsinə verildi. Təmirdən
sonra köçkünlərə verilən
mənzillər bütövlükdə 55 ailənin
yaşayış şəraitinin yaxşılaşmasına imkan verdi. Sanatoriyanın 2
mərtəbəli müalicə korpusunda
aparılan yenidənqurma və əsaslı təmir işləri
əlavə 10 ailənin mənzil şəraitinin
yaxşılaşdırılmasını təmin edəcəkdir.
Başçı bildirdi ki, yardımçı korpusda inşa edilən və yenidən qurulan mərasim evinin hazırkı səviyyəsi artıq bu yığıncaqda iştirak edənlərin çoxuna tanışdır. Kompleksdə aparılan yenidənqurma və inşaat işləri burada Rayon Mədəniyyət və Turizm şöbəsinin iki kitabxanasının, Mərkəzi Rayon Xəstəxanasının isə bir tibb məntəqəsinin də yerləşdirilməsinə imkan vermişdir. Hazırda idman kompleksinin inşası başa çatmaq üzrədir və yaxın vaxtlarda istifadəyə veriləcək idman zalı ayrıca bazası olmayan idmançılarımıza hədiyyə olacaqdır.
Qeyd
edilmişdir ki, yola salınan ildə köçkünlərimizin
məskunlaşdığı digər ərazilərdə də
kommunal problemlərin həlli istiqamətində xeyli iş
görülmüşdür.
Sumqayıt
şəhəri, “Bərpa” xəstəxanasının 2-ci
korpusunun həyətində və Beton-zavod yaşayış
massivində yanğın nəticəsində sıradan
çıxmış 2 həyət evinin bərpası
başa çatdırılmışdır. 10 ailəyə mənzillərinin təmiri üçün müxtəlif tikinti materialları ilə köməklik
göstərilmişdir. Onu da qeyd edim
ki, dövlət proqramları çərçivəsində
ötən il rayonumuzdan
olan 20 ailə yeni mənzillərə
köçürülmüşdür.
Hazırda
rayonda 7 min 641 nəfər pensiyaçı qeydiyyatdadır. Bunlardan
2 min 912 nəfəri yaşa
görə, 3 min 682 nəfəri
əlilliyə görə, 314 nəfəri ailə
başçısını itirməyə görə, 733 nəfər
isə sosial pensiya alır.
2012-ci
il ərzində rayonun Əhalinin
Sosial Müdafiəsi Mərkəzi tərəfindən 300-dən
artıq ailəyə 472 min 75 manat ünvanlı sosial yardım ödənilmişdir.
Ötən il aztəminatlı ailələrə 45 min manat dəyərində
müxtəlif sənaye malları, şəhid ailələrinə
il ərzində dörd dəfə olmaqla 30 min manat dəyərində
müxtəlif ərzaq yardımı verilmişdir.
Bildirilmişdir
ki, rayonda fəaliyyət göstərən 32 məktəbin
10-u yeni inşa etdirdiyimiz binalarda yerləşdirilmiş,
qalanları yenidən qurularaq əsaslı təmir
edilmişdir. İndi rayonun 31 tam
orta və 1 ümumi orta məktəbində 6787 şagird
təhsil alır. Əgər 2010-2011-ci tədris ilində təhsil
müəssisələrimizdə 6 min 628 şagird oxuyurdusa bu rəqəm 2011-2012-ci tədris ilində 6 min 655 nəfər, 2012-2013-cü tədris
ilində isə 6 min 787 nəfər olmuşdur. Rayon Mərkəzi
Xəstəxanası 2012-ci ildə həm poliklinikada,
həm də 2 tibb məntəqəsində
köçkünlərimizə xidmət göstərmişdir.
Müasir avadanlıqlarla təchiz edilimiş poliklinikanın xidmət
imkanları xeyli genişlənmişdir.
Ötən
il rayon Mədəniyyət və Turizm Şöbəsi də
müəyyən işlər görmüşdür. Maddi
bazanın möhkəmləndirilməsi şöbənin
işinin yaxşılaşdırılmasına və burada rəngarəng
tədbirlərin keçirilməsinə imkan
yaratmışdır.
Heydər
Əliyev Fondunun dəstəyi ilə Mərkəzi
Kitabxananın kitab fondu 25 minə
çatdırılmış, latın qrafikası ilə
çap olunmuş klassiklərin əsərləri ilə zənginləşdirilmişdir.
Mərkəzi Kitabxananın elektron
saytı oxuculara respublikamızın və
dünyanın digər kitabxanalarına çıxış
imkanı yaratmışdır. Bu il ulu
öndər Heydər Əliyevin 90 illik yubileyi ölkənin hər yerində təntənə
ilə keçiriləcəkdir. Rayon
miqyasında nəzərdə tutulan tədbirlərin
hazırlanmasında şöbənin üzərinə də
böyük məsuliyyət düşür.
M.İsaqov
dövlət siyasətində gənclərlə işə
xüsusi yer ayrıldığını da diqqətə
çatdırdı. Dedi ki, rayonda da bu istiqamətdə
ardıcıl iş aparılır. Rayon gənclərinin
ayrı-ayrı qrupları ilə keçirdiyimiz
görüşlər tam əsasla deməyə
imkan verir ki, gənclərimiz doğru
yoldadır. Ümummilli
lider Heydər Əliyevin xatirəsinə
həsr edilmiş şahmat,
voleybol, güləş turnirləri təşkil
edilmişdir.
İdmançılarımızın 26 müxtəlif
yarışda iştirakı təmin edilmişdir.
Müxtəlif
idman növləri üzrə 48 idmançı respublika
turnirlərinin qalibi olmuşdur. 9 idmançımız
beynəlxalq yarışlarda yüksək nəticələr əldə
etmişlər. Onlardan 5 idmançımız dünya çempionatlarının
mükafatçısı, 4 idmançımız Avropa çempionatının qalibi
olmuşlar.
M.İsaqov
son olaraq dedi ki, dövlət başçımız tərəfindən
2013-cü ilin “İnformasiya kommunikasiya texnologiyaları ili”
elan edilməsi yeni inkişaf istiqamətinin
başlanğıcının qoyulması deməkdir. Bu həm
də “Azərbaycan 2020: Gələcəyə baxış”
inkişaf konsepsiyasında qarşıya qoyulan məqsədlərə,
Azərbaycanın müasir
inkişafın ən yeni texnologiyalarına yiyələnmək
yolu ilə getmək əzmini və qətiyyətini ifadə
edir.
Sonra
rayon Təhsil şöbəsinin müdiri Afət
Allahverdiyeva, YAP Gənclər təşkilatının sədri
Aqil Quliyev, rayon mərkəzi xəstəxananın baş həkimi
Nüsrət Əhmədov,
Tatar kənd inzibati ərazi dairəsi üzrə
nümayəndəsi Tamilə Nəcəfova, Əhalinin Sosial Müdafiə Mərkəzinin
direktoru Fazil Nərimanov, Mahmudlu kənd inzibati ərazi dairəsi
üzrə nümayəndəsi Azər Eminov, Prezident Administrasiyasının məsul
işçisi Rövşən Ağayev, Milli Məclisin
deputatı İmamverdi İsmayılov çıxış edərək
görülmüş işlər və qarşıda duran vəzifələrdən
danışdılar.
Axırda yığıncaq
iştirakçıları adından Azərbaycan
Respublikası Prezidentinə müraciət qəbul olundu.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 26
fevral.- S. 9.