Memarlıq İnşaat UniversitetindəXocalıtamaşası

 

Memarlıq İnşaat Universitetində Xocalı soyqırımının 21 illiyinə həsr edilmiş ədəbi-bədii kompozisiya-tamaşa təqdim edildi.

 

Tədbirdə universitetin rektoru, professor Gülçöhrə Məmmədova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımın bütün bəşəriyyətə qarşı olduğunu qeyd etdi. Bildirdi ki, Xocalı faciəsi zamanı dinc sakinlər amansızcasına qətlə yetirilib bu hadisənin beynəlxalq aləmdə tanıdılması günahkarların lazımi cəza alması vacibdir.

Universitetin YAP qadınlar şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, “Kitab Eviİctimai Birliyinin rəhbəri Salatın Əhmədli bildirdi ki, Zərəngiz Dəmirçi QayalınınCavab verpoeması əsasında səhnələşdirilmişXocalıtamaşası Heydər Əliyev Fondunun vitse-prezidenti, Moskvada rus dilində nəşr edilən “Baku” jurnalının baş redaktoru Leyla  ƏliyevanınXocalıya ədalətkampaniyası çərçivəsində nümayiş etdirilir.

Universitetin prorektoru Tofiq Qasımov Xocalı faciəsinin xalqımızın qan yaddaşında silinməz iz qoyduğunu bildirdi.

Tamaşadan əvvəl tədbirdə Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tamaşadan sonra faciənin təfərrüatlarını əks etdirən fotosərgiyə baxış keçirildi.

Tamaşanın rejissoru Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərənGünayuşaq teatrının rəhbəri Larisa Tarusova, baletmeysteri Günəş Talıblı, ideya rəhbəriAytamUşaqların Mədəni Maariflənməsi ictimai birliyinin sədri Aygün Zamanlıdır.

 

 

 Ülviyyə VAHİDQIZI

 

Xalq qəzeti.- 2013.- 26 fevral.- S. 8.