Səbaillilər
Xocalı qurbanlarını yad etdilər
Səbail Rayon İcra Hakimiyyətinin
tədbirlər planına uyğun olaraq rayonun idarə və
təşkilatlarında, orta və ali məktəblərində Xocalı faciəsi
mövzusunda sərgilər və müxtəlif
tədbirlər keçirilir. Mədəniyyət
müəssisələrində soyqırımın ildönümü ilə bağlı xatirə
gecələri, foto və rəsm sərgiləri,
şahidlərlə görüşlər təşkil olunmuşdur.
Fevralın 25-də rayonun orta və ali məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr olunmuş, ali məktəblərdə anım tədbirləri keçirilmişdir. Dövlət Gənc Tamaşaçılar Teatrında “Əcəl atı” tamaşasına, Badamdar Mədəniyyət evində isə Aygün Həsənoğlunun “Adsız qadın” romanı əsasında kompozisiyaya ictimai baxış təşkil olunmuşdur.
Azərbaycan Vətən
Müharibəsi Veteranları Birliyi Səbail
rayon şöbəsinin “Şəhidlər
Xiyabanı”ndakı qərargahında
Xocalı şəhərindən köçkün
düşərək Səbail rayonunda məskunlaşmış
22 ailənin nümayəndələri ilə görüş
keçirilmişdir. Səbail
Rayon İcra Hakimiyyətinin
başçısı Asif Əsgərov
ermənilərin zaman-zaman xalqımıza
qarşı törətdikləri vəhşiliklər və
Xocalı soyqırımı ilə bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılması üçün
aparılan və görülməsi vacib olan işlər barədə ətraflı
məlumat vermişdir.
Bildirilmişdir
ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə Milli Məclisdə ilk dəfə bu məsələyə
siyasi qiymət verilmiş, faciənin dünya xalqlarına
çatdırılması məqsədi ilə
genişmiqyaslı işlərə başlanmışdır.
Mərasimdə Prezident İlham Əliyevin apardığı
məqsədyönlü siyasət nəticəsində
Xocalının, həmçinin işğal altında olan
bütün Azərbaycan torpaqlarının düşməndən
azad ediləcəyinə, ölkəmizin ərazi
bütövlüyünün bərpa ediləcəyinə əminlik
ifadə olunmuş, lazım gələrsə olkə
başçısı, Ali Baş Komandanın əmri ilə
torpaqlarımızın azad olunması üçün
bütün qüvvələrin səfərbər ediləcəyi
bildirilmişdir.
Xocalı
Rayon İcra Hakimiyyətinin əməkdaşı Nadir Rəşadov
və başqaları ölkə
rəhbərliyinin Xocalı köçkünlərinə
göstərdiyi diqqət və
qayğıya, soyqırımın dünyada
tanıdılması üçün gördüyü işlərə görə
razılıqlarını ifadə etmişlər.
Sonda
Səbail ərazisində məskunlaşmış Xocalı
köçkünlərinə maddi və ərzaq
yardımları təqdim olunmuşdur.
R.TAHİR
Xalq qəzeti.- 2013.- 26
fevral.- S. 7.