Xocalı əsrin
faciəsidir
Tarixin müxtəlif dönəmlərində
ermənilər tərəfindən soyqırımına məruz
qalan Azərbaycan xalqı növbəti belə faciə ilə
1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi.
Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın
üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin
ən dəhşətli faciələrindən birini
yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə
yazıldı.
1992-ci il fevralın 25-dən
26-na keçən gecə Xocalıda baş
verənlər xalqımızın
yaddaşına əbədilik həkk olundu.
Lakin xalqımız Xocalı kədəri, hüznü yaşadığı vaxtda faciənin ağırlığı o zamankı Azərbaycan hakimiyyəti tərəfindən
lazımi şəkildə qiymətləndirilmədi. O vaxtkı dövlət rəhbərliyini təmsil
edən vəzifəli şəxslər qorxaqlıq və qətiyyətsizlik
nümayiş etdirərək, XX əsrdə
bəşəriyyəti heyrətə salan
bu müdhiş cinayət
barədə ilk günlərdə xalqa məlumat verməkdən belə çəkindilər.
Sonralar - AXC-Müsavat
iqtidarı dövründə də
insanlıq əleyhinə yönələn cinayətə
lazimi siyasi və hüquqi qiymət verilməsi üçün
heç bir tədbir
görülmədi.
Yalnız
ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra Xocalı faciəsi
özünün əsl siyasi-hüquqi qiymətini aldı,
soyqırımı haqqında həqiqətlərin dünya
dövlətlərinə və beynəlxalq ictimaiyyətə
çatdırılması üçün təsirli tədbirlər
görüldü. Beləliklə, erməni şovinist millətçilərinin
azərbaycanlılara qarşı törətdiyi cinayətlər,
o cümlədən Xocalı soyqırımının
dünya ictimaiyyətinə çatdırılması, faciənin
soyqırımı kimi tanınması üçün məqsədyönlü
və ardıcıl fəaliyyətə start verildi.
Bu siyasət indi Azərbaycan dövləti tərəfindən davam etdirilir. Burada əsas məqsəd tarixi ədalətin bərpasına nail olmaq, soyqırımı cinayətkarlarını dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Sözügedən siyasətin əsası isə məhz ulu öndər tərəfindən qoyulub. Belə ki, ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Qəbul
edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni
təcavüzkarları tərəfindən törədilmiş,
Azərbaycan xalqının milli faciələrindən və bəşər
tarixinin qanlı səhifələrindən biri olan Xocalı
hadisələri hər il fevralın 26-da Xocalı
Soyqırımı Günü kimi qeyd olunur. Bununla ulu öndərimizin
sayəsində Xocalı soyqırımının dünyaya
tanıdılması istiqamətində xeyli iş
görüldü.
Ümummilli
liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə
sükut dəqiqəsi elan edilməsi haqqında” 1997-ci il
fevralın 25-də imzaladığı sərəncamla hər
il fevral ayının 26-sı saat 17.00-da ölkəmizdə
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir
dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı
torpaqlarımızın ərazi bütövlüyü
uğrunda canlarından keçən qəhrəmanların,
Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin
xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir.
Ulu
öndərin 26 mart 1998-ci il tarixdə
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” fərmanla azərbaycanlılara
qarşı müxtəlif illərdə mütəmadi olaraq
törədilmiş soyqırımı cinayətlərinə,
o cümlədən Xocalı soyqırımına ilk dəfə
siyasi qiymət verildi. Fərmanda haqlı olaraq dünya
ictimaiyyətinə çatdırılır ki, Azərbaycanın
XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı
düşünülüb, planlı surətdə həyata
keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı
mərhələlərini təşkil edib.
Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması Heydər Əliyev adına liseydə də artıq ənənə şəklini almışdır. Bir neçə gündür ki, bu təhsil müəssisəsində soyqırımın 21-ci ildönümü ilə əlaqədar “Xocalı əsrin cinayətidir” adlı tədbirlər keçirilir. Son günlər “Xocalı cinayəti uşaqların gözü ilə” mövzusunda rəsm, “Xocalı əsrin faciəsidir” mövzusunda isə inşa yazı müsabiqələri təşkil edilmişdir. Liseyin foyesində “Bu dəhşəti biz yaşamışıq” fotostendi nümayiş etdirilir. Şagirdlər tərəfindən hazırlanan sinif divar qəzetləri, Xocalı hadisələrinə aid guşələr də gənc nəsildə bu dəhşətli faciə barədə ətraflı təsəvvür yaradır.
Liseyin
müəllimləri tədbirlərdə bu
soyqırımını dünya ictimaiyyətinə
çatdırılmasında ümummilli lider Heydər Əliyevin
böyük əməyi olduğunu qeyd edirlər. Bildirirlər
ki, məhz ulu öndərin xalqın tələbi ilə
hakimiyyətə qayıdışından sonra Xocalı
soyqırımına respublikada siyasi-hüquqi qiymət
verilmişdir.
Müəllimlər
şagirdlərə həmçinin Xocalı
soyqırımı və Qarabağın tarixi barədə ətraflı
məlumatlar verir və Azərbaycana qarşı əsassız
ərazi iddiaları ilə çıxış edən Ermənistanın
təcavüzü nəticəsində
torpaqlarımızın 20 faizinin işğal olunduğunu bir
daha xatırladırlar.
Fikrət XƏLİLOV,
Heydər Əliyev
adına
liseyin direktoru,
əməkdar
müəllim
Xalq qəzeti.- 2013.- 27 fevral.- S. 6.