Soyqırımı
abidəsinin dastanı
Binəqədi
rayonundakı 284 saylı tam orta məktəbdə rayon icra hakimiyyəti rəhbərliyi və
ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı faciəsinin
21-ci ildönümünə həsr olunmuş
tədbir keçirilmişdir.
Tədbirdən əvvəl məktəblilər arasında təşkil edilən “Müharibə uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi qaliblərinin sərgisinə baxış olmuşdur.
Sonda iştirakçılar C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı aktyorlarının ifasında Xocalı faciəsinə həsr olunmuş “Soyqırım abidəsinin dastanı” adlı tamaşaya baxmışlar.
Xatırladaq
ki, soyqırımı qurbanlarının anım günü ərəfəsində
eyni zamanda rayon icra hakimiyyəti tərəfindən Goradil qəsəbəsində məskunlaşan
45 Xocalı sakininə ərzaq bağlaması və maddi
yardım edilmişdir.
Xocalılar
çıxışlarında soyqırımdan sonra onlara göstərilən diqqət
və qayğıdan ətraflı bəhs etmişlər. Bildirmişlər
ki, müstəqil Azərbaycan dövləti
ulu öndər Heydər Əliyev yenidən
siyasi hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə siyasi-hüquqi
qiymət vermişdir. Milli
Məclisin müvafiq qərarına əsasən
26 fevral Xocalı soyqırımı günü elan edilmiş və bu barədə
beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bununla
yanaşı, XX əsrdə erməni millətçilərinin
vəhşiliyinin qurbanı olmuş
günahsız insanların xatirəsinə ehtiram
əlaməti olaraq Prezidentin
fərmanı ilə 31 mart azərbaycanlıların
soyqırımı günü elan edilmişdir.
Tədbirdə
dövlətimizin ərazi bütövlüyünün təmin
ediləcəyi, Xocalı
soyqırımının da, digər cinayətlərin də
bütün iştirakçılarının layiqli cəzalarını alacaqları
əminliklə vurğulanmışdır. Bildirilmişdir ki, Azərbaycan
Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə dövlətimiz dinamik
inkişaf edir və onun hərbi qüdrəti gündən-günə artır. Bu gün Azərbaycan bölgənin lider dövlətidir. Ermənistan heç bir sahədə özünü Azərbaycanla müqayisə
edə bilməz. Eyni zamanda,
işğalçı dövlətə göstərilən
təzyiq də güclənməkdədir. Beynəlxalq təşkilatlar,
dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün bunlar sülh danışıqlarında Azərbaycanın
mövqelərini daha da
möhkəmləndirir.
Azərbaycanın
müasir tarixinin ən kədərli və faciəli səhifələrindən
biri kimi 26 fevral gününü hər il xalqımız dərin
hüznlə qeyd edir. Faciənin üstündən 21 il
keçsə də onun vurduğu yaralar bu gün də
sızlayır və heç zaman unudulmayacaqdır.
Dinc əhalinin vəhşicəsinə kütləvi qırğını insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, XX əsrin Xatın, Liditse, Babi Yar kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Xocalı soyqırımı Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini zəbt etmək məqsədilə Ermənistanın apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir.
Vaqif BÜNYADOĞLU
Xalq qəzeti.- 2013.- 27
fevral.- S. 6.