XOCALI qətliamı–
XX əsrin dəhşətli cinayəti
1992-ci il, fevralın 25-dən 26-na
keçən gecə. Azərbaycan mədəniyyətinin qədim
mərkəzlərindən olan
Xocalı şəhərində heç zaman unudulmayacaq
bir faciə yaşandı. Həmin gün xalqımızın
yüzillərdir ki, başına gətirilən müsibətlərin
ən dəhşətlisi törədildi. Mənfur erməni
quldurları və keçmiş SSRİ-nin Xankəndi şəhərində
yerləşmiş, komanda və şəxsi heyətinin əksəriyyəti
ermənilərdən ibarət olan 366-cı motoatıcı
alayının zirehli texnikası və hərbçilərinin
dəstəyi ilə Xocalı şəhəri yerlə -yeksan
edildi, dinc, günahsız azərbaycanlı əhali
amansızlıqla qətlə yetirildi.
Xatın,
Liditsa, Oradur... kimi Xocalı faciəsi də insanlıq tarixinə
dəhşətli soyqırımı olaraq daxil oldu. Erməni
təcavüzkarlarının Azərbaycan xalqına
qarşı törətdikləri bu növbəti kütləvi
qırğın 613 nəfərin , o cümlədən 106
qadının, 83 uşağın, 70 qocanın həyatına
son qoydu. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin
isə taleyi hələ də məlum deyil.
Bu
hadisə nəticəsində 1000-dən artıq dinc sakin
müxtəlif dərəcəli güllə yarası alaraq
şikəst oldu. Onların 76 nəfəri yetkinlik
yaşına çatmamış uşaqlar idi. Xocalı
qırğını zamanı 8 ailə tamamilə məhv
edildi, 25 uşaq hər iki valideynini,130 uşaq isə valideynlərindən
birini itirdi. 56 nəfər xüsusi qəddarlıqla
öldürüldü, diri-diri yandırıldı,
başlarının dərisi soyuldu, gözləri
çıxarıldı.
Xocalı
faciəsi iki yüz ilə yaxın bir müddət ərzində
erməni millətçilərinin, onların
havadarlarının Azərbaycan xalqına qarşı
apardıqları etnik təmizləmə və
soyqırımı siyasətinin davamı və qanlı səhifəsi
idi. Bu mənfur siyasət xalqımıza saysız-hesabsız
müsibətlər və əzab-əziyyətlər gətirmişdir.
Kafir
erməni həmin o dəhşətli gecədə ağbircək
anaya da güllə atdı, ağsaqqal qocaya da, südəmər
körpəyə də. Bu qanlı günlə bağlı
tükürpədici bir hadisəni sizinlə bölüşmək
istərdim. Soyqırımı nəticəsində
anasını, atasını və yaxınlarını
itirmiş Xatirə Orucovadan körpə bacısı ilə
bağlı eşitdiklərim damarlarımda qanımı
dondurdu. Şaxtalı havada ananın qucağında südəmər
körpədən söhbət gedir. Ana düşmən
gülləsinə tuş gəlmiş və həlak
olmuşdu. Körpəninsə nə baş verdiyindən xəbəri
yox idi. Körpənin öldüyünü zənn edərək
onu məsçidə yumağa gətirmişdilər. Üzərinə
su tökərkən buzu açılmış və körpə
möcüzə nəticəsində sağ
qalmışdı. Düşmən amansız idi və xislətindəki
bütün insani hissləri kənara qoyub, quduz canavara
dönmüşdü. O, türk qanına həris idi və
bu qandan içdikcə quduzlaşır, ehtirasla ovunun
üstünə atılırdı. Onun qəlbində
yalnız bir istək vardı: Türk qanı içmək!
Məgər
ermənilər bu vəhşiliyi edəndə Allah xofundan
ehtiyat etmədilərmi? Əlbəttə ki, yox! Kafirdə hansı insani
düşüncə ola bilər ki, Allahdan da ehtiyatlansın?
Dəhşətli
Xocalı görüntülərini dünyaya
çatdırmaqla bizə kömək olan Çingiz
Mustafayevin ruhu önündə baş əyir və Allahdan ona
rəhmət diləyirik.
Sonda
bildirmək istərdim ki Ağ Evin rəsmi internet saytında
yerləşdirilən Xocalı faciəsi ilə bağlı
toplanmış yüz min səs Xocalıya verilən real qiymətdir.
Biz
millətimizin namusuna toxunulmağın yükünü
daşıya bilmirik artıq! Damarımızda axan babaların
qanı bizi boğur, incidir, qəzəb yumruğuna
çevrilir. Bu soyqırımına bais olanlar, əmin olsunlar
ki, o düyümlənən yumruğumuz bir gün milli heysiyyətimizə
dil uzadan günahkarların sifətinə vurulacaq!
İşğal
altında inildəyən torpaqlarımız azad olunsa da,
qaçqın və məcburi köçkünlərimiz
yurd-yuvalarına geri dönsələr də Xocalı faciəsinin qərinələr, yüzilliklər
boyu yaddaşlardan silinməyəcəyinə ümid edirəm.
Ümid edirəm ki, o məsum şəhidlərimizin qanı
yerdə qalmayacaq.
Sənubər VERDİYEVA
Xalq qəzeti.- 2013.- 28 fevral.- S. 7.