Genişzolaqlı
rabitə təhsilin yaxşılaşdırılmasında əsas
amildir
Genişzolaqlı
rabitə BMT-yə qarşıya qoyduğu
“hamı üçün təhsil” məqsədinə
nail olmaqda kömək
edə bilər. Bu barədə YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının himayəsi
ilə yaradılan rəqəmli texnologiyaların
inkişafı naminə genişzolaqlı rabitə məsələləri
üzrə Komissiyanın yeni
hesabatında deyilir, Bu
məlumatı Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin rəsmi saytı (mincom.gov.az)
yayıb.
Məruzə
müəllifləri hesab edirlər ki, genişzolaqlı internetdən istifadə inkişaf etməkdə olan
ölkələrdə təhsilə yiyələnmək
imkanını köklü şəkildə
yaxşılaşdıra bilər. Bununla bağlı potensial üstünlüklər kimi distant təhsilin
inkişafı və tədris mərkəzlərinin
yaradılması göstərilir. İnternetin
köməyi ilə yoxsul ölkələrdə
yaşayan məktəblilər
dünyanın ən yaxşı universitetlərinin
kitabxanalarından yararlanacaq, müəllimlər
isə ixtisaslarını daha da təkmilləşdirmək imkanı əldə
edəcəklər.
YUNESKO-nun
məlumatına görə, 2010-cu ildə 61 milyon kiçik
yaşlı və 71 milyon orta yaşlı məktəbli təhsil
almaq imkanından məhrum idi. Ümumi ibtidai təhsilə
nail olmaq üçün 1 milyon 700 min əlavə müəllimə
ehtiyac duyulur.
Eyni zamanda, 2,5 milyard internet istifadəçisinin
yalnız 25 faizini inkişaf etməkdə olan ölkələrin
sakinləri təşkil edir. Məsələn, Keniyada 2010-cu
ildə məktəblərin yalnız 3 faizində kompyuter
olub. Ümumilikdə yoxsul ölkələrdə 150 məktəblinin
payına 1 kompyuter düşdüyü halda inkişaf
etmiş ölkələrdə bu nisbət 1/8-ə bərabərdir. Məruzə müəllifləri
bu fərqi aradan qaldırmağa çağıraraq hökumətlərə
genişzolaqlı rabitəyə çıxışın
genişləndirilməsi üzrə strategiyalar
hazırlamağı təklif edirlər.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2013.- 1 mart.- S. 9.