ZƏRDAB: yüksəlişin hüdudları

 

Zərdabda ötən ilin yekunlarının və cari ilin vəzifələrinin müzakirəsinə həsr olunmuş ümumrayon toplantısının iştirakçıları  əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydular. Sonra onlar rayon icra hakimiyyəti binasının foyesində nümayiş etdirilən 2012-ci ilin sosial-iqtisadi göstəricilərinə aid diaqramlarla və rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarından ibarət sərgi ilə tanış oldular, 2012-ci ildə rayonda görülən işlərdən bəhs edən videoçarxa baxdılar.

 

Hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı sayəsində 2012-ci ildə respublikamızda qazanılan uğurlar, əldə olunmuş nailiyyətlər Zərdab rayonunun da ictimai-siyasisosial-iqtisadi həyatı üçün səciyyəvidir. Rayonun ictimai-siyasi həyatında ilin ən mühüm hadisəsi Prezident İlham Əliyevin oktyabr ayının 7-də Zərdaba tarixi səfəridir.  Son il yarım ərzində dövlət başçısının rayona iki dəfə səfər etməsi,  Zərdab rayonu və zərdablılarla bağlı imzaladığı 9 sərəncam da böyük diqqət və qayğının əyani təzahürüdür.

Ölkə başçısının rayonun sosial-iqtisadi inkişafına göstərdiyi himayədarlığın nəticəsidir ki, 2012-ci ildə sosial-iqtisadi həyatın müxtəlif sahələrində uğurlu nəticələrə nail olunmuşdur.  Hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrindəki 98 milyon 246 min manatlıq (əvvəlki ilə nisbətən artım 8,5 faiz) məhsul və xidmətlərin 43,4 faizi kənd təsərrüfatının, 16,3 faizi ticarət və xidmətin, 37,3 faizi tikintinin, 1,7 faizi sənayenin, 0,9 faizi nəqliyyatın, 0,4 faizi poçt və rabitə sahələrinin payına düşmüşdür. 2011-ci illə müqayisədə 2012-ci ildə məhsul istehsalı sənaye sahəsində 16,8 faiz, kənd təsərrüfatı sahəsində 4,2 faiz, nəqliyyat sahəsində 1,8 faiz, tikinti sahəsində 15,2 faiz, rabitə sahəsində 37,1 faiz, ticarət üzrə isə 4,8 faiz artmışdır.

Orta aylıq əmək haqqı 211,8 manat olmuşdur ki, bu da 2011-ci ilə nisbətən 22,8 faiz çoxdur. Adambaşına məhsul istehsalı ötən ilə nisbətən 15,5 faiz artaraq 1776,6 manat təşkil etmişdir. Rayon üzrə bütünlükdə investisiya qoyuluşu 36,7 milyon manat — 2011-ci ildəkindən 3,5 milyon manatya 10,4 faiz çox olmuşdur.

Aqrar sektorun inkişafı xüsusi diqqət mərkəzində saxlanılmışdır. Əkin dövriyyəsinə cəlb olunmuş torpaqların sahəsi genişləndirilmiş, məhsulu yığılmış 33186 hektar əkin sahəsinin 45,7 faizini dənli bitkilər, 49,8 faizini yem bitkiləri, 2,3 faizini texniki bitkilər, qalanını isə bostan və tərəvəz bitkiləri təşkil etmişdir. 2012-ci ilin məhsulu üçün 15481 hektar sahədə taxıl, o cümlədən 4164 hektar sahədə arpa, 11317 hektar sahədə buğda əkilmişdi. Sahələrdən 10693 ton arpa, 28356 ton buğda, cəmi 15151 hektar sahədən 39049 ton taxıl istehsal olunmuş, hər hektardan məhsuldarlıq 25,8 sentner olmuşdur ki, bu da əvvəlki ildəkindən 2,4 sentner çoxdur. Toxumçuluq üzrə 5 təsərrüfat fəaliyyət göstərmiş, 381 hektarda toxumluq taxıl əkilmiş, fiziki çəkidə 1238,5 ton yüksək keyfiyyətli toxum istehsal edilmişdir.

İstehsalçılara yanacaq, motor yağlarına, buğda əkininə görə 1 milyon 581 min manat vəsait ödənilmişdir. Pambıqçılığın inkişaf etdirilməsi üçün 778 hektar sahədə çiyid səpini aparılmış, əkilmiş sahələrdən 485 ton pambıq istehsal olunmuş, hər hektardan məhsuldarlıq 6 sentner təşkil etmişdir. 151,5 hektardan 2565 ton kartof, 177 hektardan 2577 ton tərəvəz, 386,5 hektardan 12102 ton bostan məhsulları istehsal olunmuşdur. Hər hektardan məhsuldarlıq əvvəlki ilə nisbətən kartofda 5,7 sentner, tərəvəzdə 2,6 sentner, bostan bitkilərində 1,1 sentner çox olmuşdur.

Rayonda iri malın sayı 2011-ci ilə nisbətən 341 baş artaraq 53840-a, xırda malın sayı 1091 baş artaraq 110525-ə, quşların sayı 1691 baş artaraq 186114-ə yüksəlmişidir. Ət istehsalı 2 ton artaraq 4296,7 tona, süd 3260 ton artaraq 25065,9 tona, yumurta 153 min ədəd artaraq 8055 min ədədə, yun istehsalı 400 kq artaraq 164 tona çatmış, bu sahədə müəyyənləşdirilmiş bütün proqnoz tapşırıqlara əməl edilmişdir.

Ümumi yonca sahəsi əvvəlki ilə nisbətən 531 hektar artaraq 16536 hektara çatmış, 113208 ton yonca otu tədarük edilmişdir ki, bu da əvvəlki ilin göstəricisindən 5188 ton çoxdur. Arı təknələrinin sayı 472-yə çatdırılmış, Pərvanlı Dəli Quşçu kəndlərində balıqçılıq təsərrüfatının yaradılması üçün hazırlıq işləri aparılır.

Məruzəçi  daha sonra göstərdi ki, il ərzində rayonun gəlirləri 11 milyon 337 min manata qarşı 10 milyon 949 min manat ya 98,2 faiz təşkil etmişdir.  Rayon büdcəsinin məxaric hissəsi 11 milyon 337 min manata qarşı 10 milyon 795 min manat ya 97,5 faiz icra edilmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 11 milyon 607 min manat ya əvvəlki illə müqayisədə 1,3 faiz çox olmuşdur. Hər bir işçiyə düşən orta  aylıq əmək haqqı 179,9  manat olmaqla  2011-ci ilin müvafiq dövrünə  nisbətən 5,1 faiz artmışdır.  

2012-ci ildə şəhərdə abadlıq küçələrin təmiri işləri davam etdirilmişdir. Yerli büdcədən ayrılan 551 min manat vəsait hesabına 11,2 kilometr küçə yollarda təmir, 275 min manat vəsait hesabına müxtəlif abadlıq işləri görülmüşdür. Yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 1 milyon 49 min manatlıq cari təmir işləri aparılmışdır. Prezident İlham Əliyevin 19 iyun 2012-ci il tarixli sərəncamı ilə 9,5 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün ilkin olaraq ayrılmış 5,4 milyon manat vəsait hesabına 10,5 km yolun tikintisi başa çatdırılmışdır. 2013-cü ildə yol tikintisini davam etdirmək üçün yenidən 6,45 milyon manat vəsait ayrılmış bu işlər hazırda davam etdirilir.

Su təchizatının yenidən qurulması kanalizasiya sisteminin yaradılması istiqamətində tikinti-quraşdırma işləri davam etdirilmiş, müxtəlif ölçülü boru xətləri ilə 14 kilometr kanalizasiya xətti, 51,2 kilometr şəhərdaxili su xətti çəkilmişdir. ZərdabKürdəmir rayonlararası 72 kilometr  magistral su xəttinin çəkilişi başa çatdırılmışdır. Hazırda 1000-ə qədər ailə Ağsu rayonundan gələn təmiz içməli su ilə təmin olunur. Ümumilikdə 2012-ci ildə tikinti-quraşdırma işlərinə ayrılmış investisiyanın həcmi rayon üzrə 36,2 milyon manat təşkil etmişdir.

Əvvəlki illərin məzunları ilə birlikdə ötən il 102 nəfər ali məktəblərə qəbul olunmuşdur. 2011-ci ildə bu göstərici 93 nəfər olmuşdur. Pərvin Əzməmmədzadə 637 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olmuşdur.  Hazırda ümumtəhsil məktəblərində 254 ədəd müasir tipli kompüyuter qurulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 4 dəfəyə qədər çox   28 şagirdə 1 kompyuter təminatı deməkdir.  Pərvanlı kəndində 180 yerlik, Lələağacı kəndində 80 yerlik, “32 hektaradlanan ərazidə 132 yerlik yeni məktəb binaları tikilib istifadəyə verilmişdir. Hazırda Çallı kəndində 360, İsaqbağı kəndində 220, Aşağı Seyidlər kəndində 80 şagird yerlik yeni məktəb binalarının tikintisi aparılır.

2012-ci il ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən Çallı kəndində doğuşa yardım evi, Şəftəhal kəndində tibb məntəqəsi üçün bina tikilib istifadəyə verilmiş, büdcə vəsaiti hesabına Bıçaqçı kənd həkim məntəqəsində 10570 manatlıq cari təmir işləri aparılmışdır. 90 min manatlıq bərk, 34,1 min manatlıq yumşaq inventar, 174800 manatlıq dərman, sarğı materialları, reaktivlər alınmışdır.

Əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün ciddi aparılmış, tədbirlərin rəngarəngliyi məzmun baxımından müasirliyə cavab verməsi diqqət mərkəzində saxlanılmışdır. Vaxtaşırı olaraq baxış-müsabiqələr, festivallar, əyləncəli proqramlar keçirilmişdir. Əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün konsertlər, bayram tarixi günlərdə, şənbə bazar günlərində Heydər Əliyev parkında böyük şənliklər, diskotekalar təşkil edilmişdir. Rayon rəhbərliyinin təşəbbüsü ilə respublikanın incəsənət ustalarının rayon əhalisi qarşısında çıxışları təşkil edilmiş, onların uşaq incəsənət məktəbində ustad dərsləri keçirmələri təmin edilmişdir.

2012-ci ildə rayon icra hakimiyyətinə 1359 ərizə daxil olmuşdur, bu 2011-ci ildəkindən 251 ədəd azdır.  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 565 vətəndaş qəbul edilmiş, inzibati ərazilərdə 43 səyyar qəbul keçirilmiş, 206 vətəndaşın müraciəti dinlənilmişdir.

Yığıncaqda Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, QAC rayon təşkilatının sədri Firuzə Qocayeva, gənclər idman idarəsinin rəisi İlkin Əliyev, sahibkar Zabit Davudov, təhsil şöbəsinin müdiri Baba Babayev, YAP rayon təşkilatı qadınlar şurasının sədri Minəgül Əliyeva,  Gəlmə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cəfər Manafov, rayon mərkəzi xəstəxanasının baş həkimi Ruslan Nemətov digərləri çıxış etmişlər.

Rayonun 2013-cü il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olunmuşdur. Sonda ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Hesabat yığıncağında Milli Məclisin üzvü Jalə Əliyeva Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak çıxış etmişlər.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2013.- 2 mart.- S. 6.