Suraxanı rayonunda 2012-ci ilə
yekun vurulmuşdur
Rayon icra
hakimiyyətinin “Suraxanı
rayonunda 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunları və
2013-cü ildə qarşıda
duran vəzifələr
haqqında” hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları
əvvəlcə Heydər
Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra parkın “Bayraq meydanı”nda “Leylandii” ağacları əkmişlər.Bununla
da rayonda ağacəkmə kampaniyasına
start verilmişdir.
Daha sonra tədbir iştirakçıları RİH-in rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini
əks etdirən stendlərə baxmış,
rayonun sənaye müəssisələrinin istehsal
etdiyi məhsullarla tanış olmuşlar.
Hesabat yığıncağında rayonda
aparılmış abadlıq-quruculuq
işlərindən bəhs
edən film göstərildikdən
sonra məruzə ilə çıxış
edən rayon icra hakimiyyətinin başçısı
İlqar Abbasov məlumat verdi ki, “Azəriqaz” İB tərəfindən rayonda
506,8 min metr
qaz xətləri
çəkilmişdir. “Bakıelektrikşəbəkə” ASC tərəfindən yüksəkgərginlikli
1 yeni yarımstansiya tikilmiş, 4 transformator məntəqəsi sökülərək
yerində yeniləri inşa edilmişdir.
Rayon üzrə mərkəzi istilik sisteminə qoşulmuş
279 yaşayış binasından
266 yaşayış binası
cari mövsümdə
istiliklə təchiz olunur.
Rayonun küçə və yollarına, məhəllələrə
müxtəlif mənbələr
hesabına
364,2 min kvadratmetr asfalt örtüyü salınmış,
yol kənarlarına
1293 metr uzunluğunda səki daşları düzülmüş, Hövsan
qəsəbəsində şəhid
ailələri və Qarabağ müharibəsi
əlilləri üçün
81 mənzilli 9 mərtəbəli
sayca 2-ci yaşayış
binası istifadəyə
verilmişdir. Rayon Gənclər evinin tikintisi sürətlə davam etdirilir.
2003-cü
il ilə müqayisədə 2012-ci ildə
rayonda sənaye məhsullarının
istehsalı 4,3 dəfə
artaraq 321 milyon manat təşkil etmiş, tikinti-quraşdırma
işləri 5,7 dəfə,
nəqliyyat xidmətləri
2 dəfə, əsas
kapitala yönəldilən
investisiyalar 10,2 dəfə
artmış, orta aylıq əmək haqqı 4,3 dəfə artaraq 546 manat olmuşdur.
2003-2012-ci illərdə daimi
olmaqla 14652 yeni iş yeri açılmış,
3,5 mindən artıq hüquqi və fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
İ.Abbasov çıxışının sonunda rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə,
böyük qətiyyətlə
ölkəmizi irəliyə
aparan ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını
bildirdi və əmin etdi ki, həmişə olduğu kimi dövlət başçısının
ətrafında sıx
birləşərək, Azərbaycanın
tərəqqisi və
iqtisadi qüdrətinin
möhkəmləndirilməsi naminə qarşıda duran vəzifələr layiqincə
yerinə yetiriləcək.
Tədbirdə iştirak etmək
arzusunda olan, amma müxtəlif səbəbdən gələ
bilməyən rayon sakinləri
“Skype” vasitəsi ilə
Suraxanı Rayon İcra
Hakimiyyətinin “Suraxanı-RİH”
səhifəsinə daxil
olmaqla tədbirə
canlı qatıldılar
və onları narahat edən məsələlərə aydınlıq
gətirildi.
Hesabat yığıncağında Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının məsul
işçisi Tağı
Tağıyey, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, müəssisə
və xidmət sahələrinin rəhbərləri
çıxış etmişlər.
Sonda rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə
və təşkilatlara
RİH başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim
olunmuşdur.
Sonda Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevə
yığıncaq iştirakçılarının
ünvanladığı müraciətin
mətni oxunmuşdur.
V. BAYRAMOV
Xalq qəzeti.- 2013.- 2 mart.- S.4.