Siyasi sosiallaşma
və bu prosesə təsir edən amillər
Əvvəlcə “sosiallaşma nədir?” sualına cavab tapaq. Qeyd edək ki, bu proses insanın cəmiyyətə adaptasiyası deməkdir. Yəni, o, artıq cəmiyyətin fəal bir üzvünə çevrilir. Başqa sözlə, sosiallaşma insanın fəal vətəndaş, bir şəxsiyyət kimi formalaşma prosesidir. Liderlik isə şəxsiyyət kimi formalaşmanın ən yuxarı pilləsidir (super ego -Z.Freyd). Çünki şəxsiyyət kimi formalaşmada bioloji və psixoloji amillərlə yanaşı, sosial təsir amili də mövcuddur. Sosial amil dedikdə, ictimai-siyasi fəaliyyət nəzərdə tutulur ki, nəticədə bu, fəal vətəndaşı yaradır.
Sosiallaşma üçün, ilk növbədə, mühit — cəmiyyət, insanın buna psixoloji hazırlığı və sosiallaşmaya olan ehtiyac kimi amillər mühüm rol oynayır.
Bəs siyasi sosiallaşma nədir? Prosesi formalaşdıran
amillər hansılardır?
Bu proses hansı cəmiyyətdə realdır?
Siyasi sosiallaşma insanların siyasi münasibət və davranışlarda cəhd göstərdiyi uzunmüddətli, bəzən
də ömürlük
bir prosesdir. Prosesin yüksək nöqtəsi
də siyasətdə
birbaşa iştirak və ya siyasi
qərarlara təsir etmə gücüdür.
Siyasi sosiallaşma üçün
vacib olan ilk amil “siyasi dil”dir. Başqa sözlə, ümumən
siyasəti anlamaq, maraqlanmaq, fikir yürütmək və məsələlərə münasibət
bildirməkdir. Siyasi sosiallaşmanı
iki mərhələyə
ayırsaq, birinci mərhələnin vətəndaşın
ictimai-siyasi proseslərə
marağının olması
və onlara yaxından diqqət yetirməsini qeyd etməliyik. Çünki cəmiyyətdən kənarda
bir sistem mövcuddur ki, birbaşa və dolayısı yolla cəmiyyətə təsir
gücünə malikdir.
Əslində isə həmin
sistem ümumi mühitin bir hissəsidir. Və hər
bir vətəndaş
həmin mühitin, cəmiyyətin və sistemin tam hüquqlu bir üzvüdür.
Təbii
olaraq da onun müəyyən sosial və siyasi funksiyaları, öhdəlikləri vardır.
Cəmiyyətin siyasi həyatı
da məhz insanlar arasındakı siyasi əlaqələrin təcəssümü və
cəmidir.
Prosesdə ikinci mərhələ,
ya da başqa
cür desək, prosesin formalaşmasında
vacib rol oynayan “sosial-siyasi agentliklər”dir. Bu agentliklərə
ailə, məktəb-universitet,
sosial qruplar, siyasi təsisatlar (bunlara siyasətin sosial əsasları da demək olar) və media daxildir. Yəni, ailədən siyasi
sosiallaşmaya maraq başlayır, sonra bu maraq təhsil
dövrünü əhatələyir,
daha sonra həmfikir mühit, ya sosial qruplarda
möhkəmlənir ki,
bu da nəticədə
vətəndaşı siyasi
proseslərdə real iştirakçıya
çevirir.
Beləliklə, proses vətəndaşda siyasi fikri, vətəndaşların
cəmində isə ictimai-siyasi rəyi formalaşdırır. Medianın prosesdəki
rolu olduqca əhəmiyyətlidir. Hətta jurnalistləri
siyasi sosiallaşmanın
aktiv iştirakçıları
da adlandırmaq olar. Kütləvi informasiya vasitələri
(KİV) hakimiyyətin IV qoludur, həmçinin
siyasi təsisatdır.
Siyasi sosiallaşma
üçün siyasi
etika və siyasi etibarlılıq da mühüm və təsiredici amillərdir. Siyasi etika siyasi sistemin siması kimi çıxış edərək vətəndaşın
siyasətdə iştirak
normalarını formalaşdırır,
siyasi etibarlılıq
isə vətəndaşın
bu proseslərdə gedəcəyi yolu, “döyəcəyi qapını”
müəyyənləşdirir.
Digər bir məsələyə də nəzər salaq. Vətəndaşın sistemə olan
təbii cavab reaksiyası onun siyasi fəal və ya qeyri-fəal
vətəndaş olduğundan
asılıdır ki,
bu da insanların
qarşısına “hər
kəs siyasi fəal vətəndaş
olmalıdır” kimi bir məcburiyyət qoymur. Lakin insanların təbii
olaraq öz hüquq və öhdəliklərini bilməsi,
özünü cəmiyyətin
və sistemin tamhüquqlu bir üzvü kimi hiss etməsi, lazım gəldikdə vətəndaş
mövqeyini ortaya qoya bilməsi birmənalı şəkildə
dəstəklənəndir. Vətəndaş bilməlidir ki
o azad, intellektual fiziki şəxsdir və onun hər
hansı bir sistemdən asılılığı
yoxdur, heç nəyə tabe deyil, sadəcə, tamın bir hissəsidir. Və təbii
olaraq da məsələlərdə öz
fikrini ortaya qoya bilmə, tələb etmə hüququ vardır. “Vətəndaş hüquq və vəzifələrini bilməlidir”
anlayışı tələb
və təklif prosesinin obyektivliyini təmin edir. Bu, vətəndaşın cəmiyyət və sistem qarşısında məsuliyyətini və məlumatlılığını artırır ki, hər bir vətəndaş
da ən azından yaşadığı
cəmiyyəti tanımalıdır.
Burada həmçinin
dövlətin məsuliyyətinin
artması amili də unudulmamalıdır. Aydındır ki, bəzi dövlətlərə
öz hüquqlarından
bixəbər vətəndaşlarını
idarə etmək daha asandır. Ona görə də bu məsələdə-maariflənmədə,
ilk növbədə, fərd
və cəmiyyət maraqlı olmalıdır.
Bir növ vətəndaş öz müqəddəratını
özü həll etməlidir və sistem də bu yolda kömək-vasitəçi
rolunu oynamaqdadır.
Siyasi sosiallaşma
prosesi cəmiyyətə
və sistemlərə
görə fərqlənir. Totalitar və
avtoritar cəmiyyətlərdə
siyasi sosiallaşmadan söz gedə bilməz. Çünki şəxsiyyətin azadlığı məhdudlaşdırılır.
Demokratik
cəmiyyət isə
bütün həlləri
yuxarılar ilə aşağıların konsesusunda
görür. Və
bu tip cəmiyyətlər
fərdin şəxsiyyət-vətəndaş
kimi formalaşmasında
maraqlıdır. Digər tərəfdən
prosesə olan mikro və makro
mühitin təsiri də danılmazdır.
Çünki mikro mühitdə,
plüralizmin olmadığı
yerdə sən olmasan belə, siyasət özü səninlə məşğul
olur. Müxtəlifliyin olduğu yerdə
isə situasiya fərqlidir.
Sosiallaşma ilə siyasi sosiallaşmanın fərqi
nədir? İnsan, ilk növbədə, sosiallaşma prosesini seçir. İkinci mərhələ artıq vətəndaş
kimi siyasi sosiallaşma prosesinə qoşulmaqdır ki, bu da onun
siyasi fəal vətəndaş olub-olmamasından,
bunu istəyib-istəməməsindən
asılıdır.
Azərbaycan həyatına nəzər
salsaq, fikrimcə, cəmiyyətimizdə ictimai
həyatın və siyasi proseslərin ən aktiv iştirakçıları
gənclər və onların yaratmış olduğu sosial qruplardır. Bu gün
Azərbaycanda əksər
insanların siyasi sosiallaşma prosesinə qoşulması məhz yeniyetməlik və gənclik yaşlarına təsadüf edir.
Çox nadir hallarda ailələr övladlarının siyasi-ictimai
proseslərdə aktiv
olmasına maraqlı olurlar. Ona görə də
azərbaycanlı gəncin
bu proseslərdə sərbəst mövqeyi ya onun tələbəlik
illərinə, ya da ictimai fəallıq
dövrünə təsadüf
edir. Çünki gənclərin sosial-siyasi
proseslərə qoşulması
onlara bir növ ictimai-siyasi dəyərlərin təlqini,
ya da özləri
tərəfindən özləri
üçün yeni ideologiya, dəyərlər
sistemini yaratması deməkdir.
Media və sosial
qrupların, üzvü
olduğumuz təşkilat
və ya müxtəlif adda qurumların prosesdəki rolu danılmazdır, effektivdir və bu prosesin davamlı
olmasını sığortalayır. Gənclərin
fəal sosial-siyasi vətəndaş mövqeyi,
ən azı, ölkədə 50 il bundan sonrakı vətəndaş cəmiyyətinin
fərqli olacağından xəbər
verir.
Günel ABDULLAYEVA,
politoloq
Xalq qəzeti.- 2013.- 2 iyul.- S. 9.