Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan – 8 elmi konfransı keçirilmişdir

 

İyulun 9-da Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan – 8” elmi konfransı keçirilmişdir. Konfransdan əvvəl universitetin Elektron Kitabxanasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İbrahim Quliyev açılışı bildirən lenti kəsmiş, kitabxanada yaradılan şəraitlə tanış olmuşlar.

Naxçıvan Muxtar Respublikasının rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov elektron kitabxana haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, yenidənqurma işləri zamanı kitabxanada müasir sürətköçürmə aparatı, elektron informasiya köşkü, əsas və ehtiyat server quraşdırılmış, 20 oxucu yeri yaradılmışdır. İlkin mərhələdə 50 kitabın elektron kataloqutam mətnli elektron versiyası hazırlanmışdır. Bura müraciət edən hər bir oxucu elektron köşkdə qeydiyyatdan keçdikdən sonra kitab sifariş verə bilər. Sistem oxuculara kitabxananın elektron katoloqu ilə tanış olmaq, sorğulara operativ cavab almaqvirtual sifariş vermək imkanı yaradır. 3 dildə hazırlanan www.e-kitab.ndu.nmr.az yeni internet saytı dünyadakı istənilən kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verəcəkdir. Saytın “Kitabxana”, “Elektron kataloq”, “Bizimlə əlaqə” bölmələrində kitabxana ilə operativ əlaqə saxlamaq, elektron axtarış xidmətlərindən istifadə etmək, dövrü mətbuatla tanış olmaq imkanı vardır. İnternet saytında kitablar haqqında biblioqrafik məlumat və kitabların elektron variantları, “Media” bölməsində isə audio-kitablar yerləşdirilmişdir.

Elektron kitabxana ilə tanışlıqdan sonra tədbir iştirakçıları universitetin Konservatoriya binasının foyesində elektronika, memarlıq və rəsm əsərlərindən ibarət sərgiyə baxmışlar. Sərgidə universitet tələbələri tərəfindən hazırlanan və informasiya texnologiyalarının müxtəlif sahələrinə aid olan elektronika qurğuları, rəsm əsərləri, maket və memarlıq layihələri nümayiş etdirilmişdir.

Sonra Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasının akt zalında “Elektron Naxçıvan - 8” elmi konfransı öz işinə başlamışdır.

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov demişdir ki, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması sahəsində uğurlu tədbirlər həyata keçirilir. İnformasiya cəmiyyətinin inkişaf etdirilməsi sahəsində muxtar respublikamızda da bir sıra işlər görülmüş, elektron kitabxanalar yaradılmış, internet xidmətindən istifadə yaxşılaşdırılmış, “İnformasiya təhlükəsizliyi problemləri”, “Eektron Naxçıvan” və digər bu kimi çoxsaylı konfranslar keçirilmişdir. Bu günElektron Naxçıvan - 8” mövzusunda elmi konfransın keçirilməsi və universitetin Elektron Kitabxanasının istifadəyə verilməsi muxtar respublikada informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamıdır.

Tədbirdə Naxçıvan Dövlət Universitetində informasiya-kommunikasiya texnologiyalarının inkişafından bəhs edən videomaterial nümayiş olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 2005-ci ildən başlayaraq hər il Naxçıvan Dövlət Universitetində “Elektron Naxçıvan” mövzusunda tədbirlərin keçirildiyini, bu gün sayca 8-ci “Elektron Naxçıvan” tədbirinin öz işinə başladığını qeyd etmiş, bu münasibətlə tədbirin bütün iştirakçılarını və qonaqları salamlamış, təşkilatçılara təşəkkürünü bildirmişdir.

Ali Məclisin sədri demişdir: Hər dövrün özünün inkişaf qanunauyğunluqları var. İyirmi birinci əsr elmtexnologiyalar əsridir. Bu o deməkdir ki, elm olmasa müasir hesablama, informasiyakommunikasiya texnologiyaları yarana, tətbiq və inkişaf etdirilə bilməz. Öz növbəsində informasiyakommunikasiya texnologiyaları da olmasa elmi, bütövlükdə cəmiyyəti irəli aparmaq, idarəetməni təkmilləşdirmək mümkün deyil. Müasir dünyanın siyasiiqtisadi mənzərəsinə nəzər salsaq, aydın görmək mümkündür ki, informasiya-kommunikasiya texnologiyalarına üstünlük verən ölkələr irəli gedirinkişaf edirlər. Artıq bu gün dövlətlərin qüdrəti və iqtisadi gücü müasir texnologiyalara yiyələnmək və onları tətbiq etmək gücünə əsaslanır.

Qeyd olunmuşdur ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarını inkişaf etdirmək yolunu ötən əsrin 70-ci illərindən tutmuşdur. ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbər seçiləndən cəmi bir il sonra, 1970-ci il iyun ayının 24-də “Rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında” qərar qəbul etmişdir. Ölkəmiz informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün ilk növbədə bu qərara borcludur. Həmin qərardan sonra Azərbaycanın rabitə və kommunikasiya sektorunda əsl intibah baş vermişdir. Bu dövrdə ulu öndərimizin himayəsi ilə Kibernetika İnstitutu, Kosmik Tədqiqatlar Mərkəzi yaradılmış, mikrosxemlərin, hesablama texnika və avadanlıqlarının istehsalı ilə məşğul olan yeni sənaye müəssisələri işə salınmış, ilk dəfə olaraq orta məktəblərə kompyuterlərin verilməsi həyata keçirilmiş, elektronika, avtomatikahesablama texnikası üzrə gənc mütəxəssislər yetişdirilmişdi.

Ali Məclisin sədri Azərbaycanda rabitənin, elektron avadanlıqları və telekommunikasiya texnologiyaları sahəsinin daha geniş inkişafının ümummilli liderimizin ali hakimiyyətə ikinci dəfə qayıdışından sonra mümkün olduğunu bildirərək demişdir: Möhtərəm Heydər Əliyev tərəfindən 2003-cü il fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qəbul olunması ölkəmizin dünya informasiyaelektron mühitinə inteqrasiyasını daha da sürətləndirmiş, Azərbaycan qlobal informasiya məkanında layiqli yer qazanmışdır.

Bu gün ulu öndərimizin daim üstün istiqamət verdiyi inkişafın müasir texnologiyaların tətbiqi vasitəsi ilə həyata keçirilməsi yolu Azərbaycanda uğurla davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin prezident seçildikdən sonra 2003-cü ildə ilk xarici səfərinə Cenevredə keçirilən informasiya cəmiyyəti üzrə dünya sammitində iştirakla başlaması və Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafını neftdən sonra prioritet sahə elan etməsi qarşıya konkret vəzifələr qoymuşdur. Bu vəzifələrin icrası və həyata keçirilən dövlət proqramları nəticəsində elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü və informasiya təhlükəsizliyi istiqamətində mühüm addımlar atılmışdır. Cari ildə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması və 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin daha bir ifadəsidir. Ölkə rəhbəri hörmətli İlham Əliyev demişdir: “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı ümumən hər bir ölkənin inkişafını müəyyən edir. Bu sahənin hər bir ölkə üçün nə qədər vacib olduğunu hər kəs görür. Hər bir ölkənin uğurlu, dayanıqlı inkişafı üçün informasiya-kommunikasiya texnologiyaları sahəsi həlledici rol oynayır”.

“Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya texnologiyaları sosial-iqtisadi inkişafda əsas hərəkətverici qüvvədir. Bütün sahələrdə müasir texnologiyaların gücündən səmərəli istifadə olunur. Muxtar respublika blokada şəraitində yaşayır. Ancaq buna baxmayaraq informasiyakommunikasiya texnologiyalarının son nailiyyətlərinin tətbiqi nəticəsində informasiya blokadası aradan qaldırılmış, ucqar dağ kəndlərində belə dünyanın istənilən ölkəsi ilə telefongeniş zolaqlı internet əlaqələri yaradılmışdır”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, son illər muxtar respublikada telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilmiş, Naxçıvan şəhərində, Şərur və Sədərək rayonlarında 3-cü nəsil telekommunikasiya sistemləri quraşdırılmışdır. Hazırda bu sistem mövcud telefon istifadəçilərinin 60 faizinə xidmət edir. İran İslam Respublikasından daxil olmaqla Türkiyənin telekommunikasiya şəbəkəsinə qoşulan 134 kilometrlik yeraltı optik xəttin tikintisi hesabına avtomat telefon stansiyalarının 90 faizi fiber-optik bağlantılarla təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilən geniş quruculuq tədbirləri də yeni texnologiyalara, o cümlədən kompyuterləşməyə olan tələbatı xeyli artırmışdır. Hazırda muxtar respublika əhalisində 87 mindən artıq kompyuter vardır. İnternetdən istifadə edənlər isə muxtar respublika əhalisinin 81 faizini təşkil edir.

Ali Məclisin sədri “Elektron Naxçıvan - 8” elmi konfransının faydalı olacağına, qeyd olunan sahədə yeni istiqamətlər müəyyənləşdirəcəyinə əminliyini bildirmişdir.

Elmi konfransda Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İbrahim Quliyev, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının vitse prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Rasim Əliquliyev, Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir Məmmədov çıxış edərək ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışmışlar. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı, əldə edilən nailiyyətlər və keçirilən elmi konfranslar beynəlxalq informasiya cəmiyyətinə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.

Konfransın gedişində Türkiyə Respublikasının Qars Qafqaz, İspaniyanın Santiaqo de Kompostela, Rusiyanın Penza Dövlət universitetləri, Avstriyanın “Əldə etmək və saxlamaq” Assosiasiyası, Almaniyanın Leypsiq Tədqiqi Elmlər Universiteti və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu ilə videobağlantılar yaradılmışdır.

Sonda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri konsert proqramı ilə çıxış etmişlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Elektron Naxçıvan - 8” elmi konfransının iştirakçıları ilə xatirə şəkli çəKdirmişdir.

 

Xalq qəzeti.- 2013.- 10 iyul.- S. 9.