Nadir geoloji obyektlər və onların rekreasiya imkanları

 

Təbiət daim öz həyatını nizamlayır – bir tərəfdən dağıdır, digər tərəfdən yaradır. Belə ki, vulkanların, zəlzələlərin, fırtınaların, qasırğaların və s. təbiət hadisələrinin fəaliyyətindən yer qabığının forması dəyişir, qədim dağlar yeniləri ilə əvəz olunur, mövcud geomorfoloji elementlər, hidroloji obyektlər dağılır və onların əvəzinə yeniləri yaranır. Bu, ilk baxışdan təbiətin özünün həyat tərzi olduğundan biz insanların buna müdaxilə etməyə ixtiyarımız, haqqımız yoxdur.

Digər tərəfdən, başqa bir amil, təbiətdə (yer qabığında) yaşayan canlılar arasında mövcud olan yaşamaq, sağlam həyat tərzi keçirməklə ömrü normal mühitdə başa vurmaq uğrunda mübarizə amili də vardır ki, bu da insanları təbiətdən, ətraf mühitdən onu qorumaqla maksimum faydalanmaq, bəhrələnmək uğrunda mübarizə aparmağa təhrik edir. İnsan təbiətdə ən ali, şüurlu bir canlı olduğundan o, ətraf mühiti, xüsusən də maddi, mənəvi və tarixi əhəmiyyətə malik təbii irs obyektlərini mühafizə etməli,  təbiətdə olan tarazlığı pozmadan ondan müalicəvi, estetik, maddis. fayda almağa çalışmalıdır.

Bu baxımdan bizim üçün ən vacib və önəmli olan ərazi Qafqaz ərazisi, xüsusən də onun cənub-şərq hissəsində yerləşən respublikamızın ərazisidir.

Respublikamızın ərazisi cavan Alp qırışıqlıq zonasına təsadüf etdiyindən özünün mürəkkəb geoloji quruluşu, bu quruluşda çoxsaylı təbii irs obyektlərinin, müxtəlif  iqlim şəraitinin, torpaq-bitki örtüyünün, göllərinin, çaylarının, bulaqlarının olması ilə dünyanın bir çox regionlarından fərqlənir.       Azərbaycan Respublikası ərazisində olan nadir geoloji  obyektləri (NGO) digərlərindən fərqləndirən cəhət onların daha çox estetik gözəlliyə, müalicəvi, maddi-mənəvi və tarixi əhəmiyyətə, bir sözlə, insanların sağlamgümrah yaşaması, onlardan faydalanması üçün lazım olan yararlı xüsusiyyətləridir. Bunları nəzərə almaqla, təbiətdə olan ekoloji tarazlığı pozmamaqonlardan səmərəli faydalanmaq şərti ilə nadir geoloji obyektlərin qorunması, yenilərinin aşkarlanması, turizm istqamətində istifadəsi və mühafizəsi sahəsində ardıcıl olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacibdir. Bu tədbirlərin əsas məqsədi NGO-nun zəmanətli qorunması və səmərəli istifadəsini və onların gələcək nəsillərə çatdırılmasını təmin etməkdir.  Bütün bunlar kütləvi informasiya vasitələrində, elmi və elmi-kütləvi jurnallarda işıqlandırılmalıdır. Rekreasiya məqsədi ilə NGO-lara qoyulan  tələblər müəyyənləşdirilməli və  respublikamızın ərazisində yerləşən NGO-lardan istifadə istiqamətləri təyin edilməlidir.

NGO-ların geokonservasiyanın metodiki əsaslarının işlənib hazırlanması üçün onlara hansı obyektlərin aid olduğunu, mövcudluq və fəaliyyət istiqamətinin bilinməsi vacibdir.

Təbii yolla, geoloji proseslər nəticəsində əmələ gəlmiş, özünün maddi tərkibi, qeyri-adi forması, rəngi, estetik və mənəvi gözəlliyi, elmitarixi əhəmiyyəti  ilə digər obyektlərdən seçilən və eyni zamanda  rekreasiya sahəsində əhəmiyyət kəsb edə bilən obyektləri NGO adlandırmaq olar.

Xüsusi rejimlə mühafizə olunan obyektlərdə sərbəst gəzinti, onların yerinin göstərilməsi ilə onlar haqqında  KİV-də məlumatların verilməsi, onlardan xüsusi icazə olmadan nümunələrin götürülməsi, müxtəlif  təyinatlı tədqiqat, tikintis. işlərin aparılmasına icazə verilmironlar xüsusi mühafizəçilər tərəfindən qorunur.

Məhdud rejimlə mühafizə olunan  NGO-da turizm turlarının, ekskursiyaların  təşkili məhdud xarakterlidir. Belə obyektlər yerli icra nümayəndələrinin təyinatı ilə  meşəbəyilər və s. tərəfindən qorunur və belə obyektlərə turların, ekskursiyaların təşkili xüsusi təşkilatlar tərəfindən həyata keçirilə bilər. Açıq rejimlə mühafizə olunan NGO-lara fərdi və kütləvi turizm turları, ekskursiyaları nəzərdə tutulurbu zaman heç bir məhdudiyyət qoyulmur. Bu cür mühafizə rejimi yerli əhalinin vətənpərvərliyinə əsaslanmaqla yerli icra nümayəndələri tərəfindən yerinə yetirilməlidir.    Rekreasiyanın mənası bərpa, istirahət deməkdir. Daha doğrusu rekreasiya  təbiətdən istifadə etməklə  insan orqanizminin bərpası, sivil istirahəti deməkdir.

Ona görə də rekreasiya məqsədi üçün elə  NGO-lar seçilməlidir ki, onlar xüsusiyyət və xassələrinə, nadirliyinə, forma və ölçülərinə, imkan və görünüşünə, ekzotikliyinə  görə digər ərazilərdən fərqlənsinlər. Belə obyektlərə əlverişli iqlimi olan dənizlər, göllər, çaylar və onların sahilləri, dağlar, meşə massivləri, mineral bulaqlar, palçıq vulkanları, müxtəlif növ müalicəvi palçıqlar, yanar qaz, istisu təzahürləri və digər geolojigeomorfoloji obyektlər aiddir.

Rekreasiya məqsədi üçün NGO-lardan istifadə olunması başlıca şərtlərdən biri olsa da, onların rekreasiya potensialı sivil istirahətin bütün tələblərinə cavab verməlidir.  NGO-ların rekreasiya potensialına daxil olan təbii komponentlər: relyefdən, iqlimdən, səth sularından, bitkiheyvanat aləmi və s. ibarətdir.

İqlim istirahətə mənfi və müsbət təsir göstərə bilər. Belə ki, fəsillərə uyğun əlverişli iqlim şəraiti  insanların açıq havada olmasına, əlverişli hava şəraitinin olmaması isə onları qapalı şəraitdə qalmağa məcbur edir. Əlverişli iqlim şəraitində yerləşən NGO-larda açıq havada istirahətə yaxşı şərait olduğundan onların rekreasiya dəyəri daha çoxdur və əksinə.

İstirahət zamanı insan  üçün ən vacib olan  komponentlərdən biri də yeraltı və yerüstü  sulardır.  Məhdudlaşdırıcı amillərdən biri olan su hövzələrinin temperatur rejimindən, onların  akvatoriya sahəsindən, müxtəlif növ idman növləri həyata keçirmək  üçün təbii çaylardan, keyfiyyətli içməli  və müxtəlif növ mineral suların olmasından  asılı olaraq  buya digər NGO-nun rekreasiya  əhəmiyyəti dəyişə bilər.

Nadir geoloji obyektlərdən rekreasiya məqsədi ilə istifadə etmək üçün onların yerləşdiyi ərazinin landşaftı və  relyef  forması müxtəlif və  cazibədar olmalıdır. Relyefin qiymətləndirilməsi zamanı ümumi görünüş, mənzərə, yamacların meyilliliyi nəzərə alınmalıdır. Bitkiheyvanat aləminin nadir və məhv olmaq üzrə olaneyni zamanda “Qırmızı kitaba düşən  növlərinə fikir verilməlidir.

Müxtəlif istirahət növləri olduğu kimi onlara tələb olunan istirahət vasitələri  də müxtəlifdir.İstirahət növlərinə uyğun gələn texnologiyalarla təmin edilmiş müəssisələr, rekreasiya müəssisələri  ya obyektləri adlanır. Bu obyektlərə : dövlət təbiət qoruqları; milli parklar; təbiət abidələri; dendroloji parklar, botanika bağları; müalicəvi-sağlamlıq yerləri və istirahət kompleksləri və.s aiddir    Rekreasiya  tələbatlarının yerinə yetirilməsi üçün ən effektli üsul- turizmdir. Turizm istirahəti, sağlamlaşmanı, mədəni dərk etməni və  insanlar arasında ünsiyyəti özündə cəmləşdirir. Rekreasiya turizmi insanların boş vaxtlarında istirahət məqsədi ilə öz mənəvi və fiziki qüvvələrinin  bərpası deməkdir.

Rekreasiya obyektlərinə yararlı olan obyektlər üzrə düz xəttli turizm marşrutlarından biri də Siyəzən  rayonunda Beşbarmaq dağı, Giləzi- Xızı yolu və Xızı rayonunda yerləşən  Altıağac istirahət kompleksidir. Digər rekreasiya obyektlərinə Abşeron yarımadasında  yerləşən Qaradağ rayonu ərazisindəki palçıq vulkanlarını, həmçinin Qobustan tarixi bədii muzeyini, Küryanı ərazidə yerləşən palçıq vulkanlarını göstərmək olar.    Respublikamızın ərazisi geoloji təbiət abidələri ilə zəngin olsa da, bu günə qədər istənilən səviyyədə öyrənilməmişdir. Ümidvarıq ki, başlanğıc sayılan bu yazı  geniş oxucu kütləsinin bu sahədə maariflənməsində öz müsbət təsirini göstərəcək, eyni zamanda, gələcək nəsillərin geoloji təbiət abidələrini daha mükəmməl öyrənməsinə xidmət edəcəkdir.

 

F.ABDULLAYEV,

 

 geoloq

 

Xalq qəzeti.- 2013.- 11 iyul.- S. 7.