Azərbaycan bayrağında Ay-ulduz

 

Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr-fəxarət mənbəyidir. Dövlət bayrağımızın üzərindəki rənglərin, ayparaulduzun özündə nə kimi mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib çıxdığı və nəhayət, nə üçün seçildiyi hər kəs üçün maraqlıdır. Bayrağımızda mavi rəngin türkçülüyü, qırmızı rəngin müasirliyi, yaşıl rəngin isə İslamı ifadə etdiyi hər kəsə birmənalı olaraq aydındır. Bəs Azərbaycan bayrağı üzərində həkk olunan aypara və səkkizguşəli ulduzun mənası nədir?

Əvvəla, onu bildirək ki, ayparaulduzun mənaları haqqında müxtəlif fikirlər yürüdülməkdədir. Bəzi tədqiqatçılar siyasiideoloji baxımdan ay-ulduzu xristianların ümumilikdə istifadə etdikləri xaç işarəsinə, yəhudilərin “Davud ulduzu” adlandırdıqları altıguşəli ulduz rəmzinə,çinlilərin dini-fəlsəfi baxış atributu sayılan yinyang işarəsinə qarşı müsəlmanların alternativ olaraq götürdüklərini və bundan birləşdirici emblem kimi istifadə etdiklərini düşünürlər. Tarixən Roma papasının çağırışı ilə Şərqə, xüsusilə İslam dünyasına qarşı xaç yürüşlərinin təşkil edilməsi, Yaxın və Orta Şərq torpaqlarını ələ keçirmə cəhdləri hər kəsə məlumdur. Hətta, müqəddəs şəhər sayılan Qüdsün tutulması və əhalinin qılıncdan keçirilməsi, ətrafda mövcud olan müsəlman inanclı dövlətləri yad qüvvələrə qarşı mübarizəyə sövq edirdi. Səlcuq türklərinin, Misir Əyyubi hökmdarlarının xristianları bu torpaqlardan vurub çıxarma cəhdləri uğurla nəticələnirdi. Və yenidən təşkil edilən xaç yürüşləri qarşısında dayanan, müsəlman orduları, təbii ki, bayraqlarında ayparaulduzun əksi olan nişanlardan istifadə edirdilər. Bu baxımdan ideoloji mahiyyət sarıdan ayparanın istər səlcuqların, istər Əyyubilərin, istərsə də sonradan Osmanlıların Avropaya qarşı birləşdirici nişan olaraq istifadə etdikləri anlaşılandır və tədqiqatçıların siyasi mənada iddiasını qəbul etmək olar. Bəs niyə ayparaya birlikdə ay-ulduz? Axı bu seçimin həm ideoloji, həm də tarixi-fəlsəfi izahı olmalıdır.

Belə ki, ayparanın tarixi izahı barədə də bir çox versiya mövcuddur. Amma bunların arasında fərziyyə xarakterli eyni zamanda reallığa olduqca yaxın  iddialar da öz əksini tapmaqdadır.

Əslində tarixi baxımdan Ay və Günəşi simvolizə edən ayparaulduzun istifadəsi antik dövrlərə gedib çıxır. Bəzi tədqiqatçılar bu simgələrin bizanslılar tərəfindən istifadə olunduğunu iddia edirlər. Lakin təkcə Azərbaycan xalqının ən qədim tarixinə nəzər salsaq, görərik ki, burada yaşayan toplum bu atributlarla çoxdan tanışdır. Elə Qobustan qayaüstü rəsmlərinə nəzər salsaq, orada insanların, vəhşi heyvanların daşlar üzərinə çəkilmiş şəkilləri ilə yanaşı, bir neçə yerdə Günəş şəkillərinə də rast gələrik. Ən maraqlı məqam ondan ibarətdir ki, tarixi bir neçə yüz minilliyə gedib çıxan bu qədim yaşayış məskənində səkkizguşəli ulduzya Günəş rəsmlərinə rast gəlinir. Bu da öz növbəsində səkkizguşəli ulduzun beşguşəli ulduzdan da qədim olduğunu, bunun bir ilahi-mənəvi mənalarının olduğunu deməyə əsas verir. Çünki Qobustanda bu rəsmlərin çəkildiyi zamanlardaMisir, Hindistan, Çin, Mesopatomiya, nə də Xristian, İslam sivilizasiyası adlanan mədəni inkişaf dövrləri mövcud deyildi. Təkcə Qobustandakı səkkizguşəli ay-ulduz şəkillərini qeyd etməklə Azərbaycanın bu simgələrin yarandığı ilk ərazi statusu almaq üçün yetərincə ciddi iddia irəli sürmək mümkündür.

Bundan əlavə, Azərbaycan ərazisində yaranmış ən qədim dövlətlərin tarixinə, inanclarına nəzər salsaq, oxşar faktlara rast gələ bilərik. Məsələn, bildiyimiz kimi, bir çox tarixçilərin yanlış olaraq fars dövləti kimi qələmə verdiyi Midiya dövləti, əslində, farsların yaratdığı imperiya idi. Bu imperiyada sonradan ozan adlandırdığımız ulu ağsaqqallarımız hesab edilən qamlar əsas fikirideya daşıyıcıları sayılır və dövlətin idarə edilməsində müstəsna rol oynayırdılar. MidiyaMaday bir çox sanballı tarixçilər tərəfindən türk əsilli dövlət olduğu iddia edilmişçox maraqlı elmi arqumentlər irəli sürülmüşdür. Midiyanın idarə edilməsində xüsusi rol oynayan maqlarya qamlar dərin elmi və fəlsəfi biliklərə, qədim yunan filosofu Pifaqorun da qeyd etdiyi kimi, qeyri-adi bacarıqlara sahib olmuşlar. Arxeoloji qazıntılar nəticəsində üzərində Midiya maqlarının aypara səkkizgüşəli ulduzla birgə təsvir olunduğu saxsı qablar aşkar edilmişdir. Niyə məhz aypara və səkkizguşəli ulduz? Şübhəsiz, bu bir daha ayparaulduzun sırf bir sıra Şərq xalqlarının, xüsusilə Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşünü, inanc sistemini əks etdirən bir rəmz olduğunu təsdiqləyir.Ayparaulduzun nəinki, İslamdan və Xristianlıqdan, eyni zamanda Bizansdanondan öncəki qədim yunan - Roma mədəniyyətindən gəlmədiyi açıq-aşkar görünür.

Ayparaulduzun Türk xalqlarının dini-fəlsəfi dünyagörüşündə mühüm yeri vardır. Bunun əyani şahidi olmaq üçün arxeoloji qazıntılar nəticəsində tapılmış qədim türk dövlətlərinə məxsus pulnişan sikkələrinə baxmaq kifayətdir. 1890-cı ildə qədim türklərin bir qolu olan Göytürklər, Uyğurlar və Türkeşlərə məxsus sikkələrin üzərində araşdırmalar aparmış Edmond Drouin bir çox məqamlara aydınlıq gətirmiş və öz araşdırmalarını  Turan sikkələri” adlandırmışdır. Tədqiqatçı Otto Donnerin Yenisey vadisində tapdığı Minusink muzeyində mühafizə edilən üzərində yazılar olanarxa üzlərində isə runik hərfli mətn cızılan Çin sikkəsi haqqında araşdırmalarını incələmişdir. Lakin  o vaxt hələ Vilhelm Thomson tərəfindən Göytürk əlifbası oxunmadığından Drouin ilə Doner bu sikkələrin arxa yazısı barədə bir fikir bildirməmişdilər.  Sonradan Göytürk sikkələrinin üzarxa tərəflərində uyğur hərfləri ilə türkcə yazılı xaqan sikkələri tapılır. Özbəkistan, Qırğızıstan və Tacikistanda aparılan arxeoloji qazıntılarda tapılan Göytürklərə aid Ay-ulduzlu sikkə pullar türk tarixində Orxon yazıları qədər önəmli bir kəşf kimi qiymətləndirildi.

Sikkələrdən bir çoxunda ortada xaqan qabartması və kənarlarda üç Ay-ulduz olduğu təsdiqləndi. Göytürklərdən sonra VIII yüzillikdə Türkeşlərə aid pullar da tapılmışdı. Onu deyək ki, üzərində xaqanın və Ay-ulduz simgələrinin olduğu pulların tapılması türk tarixinə qısqanclıqla yanaşan, onun böyüklüyünü qəbul etmək istəməyən bir sıra dünya tarixçilərinə görk oldu. Çünki tarixçilər tərəfindən türklərin qədim mədəni dövlətçilik tarixi olan  xalq imici daim şübhə altına salınırdı. Lakin bu pulların tapılması türk tarixinin və dövlətçilik ənənələrinin qədimliyini bir daha ortaya qoydu. Üstəlik, üzərində bir xalqın dini-fəlsəfi dünyagörüşünü əks etdirən izlərin - Ayulduzun olması da həmin toplumun genetik yaddaş baxımından güclü və mənəvi dəyərlərini müəyyənləşdirmiş olduğunu təsdiqləyirdi.

Türkiyənin tanınmış tədqiqatçısı Fevzi Kurtoğlu qeyd edir ki, hilal (aypara) 5000 il bundan əvvəl Orta Asiyadan Ön Asiyaya köç etmiş şumerlər, eləcə də qədim türklər tərəfindən istifadə edilmişdir. Tədqiqatçıya görə ayparanın türk heraldikasında istifadə olunması nə İslamdan, nə də ki, Konstantinopolun fəthindən sonra başlamışdır. Bunun köklərini qədim tariximizdə axtarmaq gərəkdir. Hilal türk millətinin tarixi qədər qədimdir. Səkkizguşəli ulduzun mənası, əslində, Ay kimi deyil, Günəş kimi yozulmalıdır. Çünki əski türklərdə Günəş səkkizguşə şəklində təsvir olunurona ehtiram göstərilirdi. Maniçilik dinini qəbul etdikdən sonra Ay kultuna da üstünlük verən türklər aya ilahi qüvvə kimi müraciət edirdilər. Bu baxımdan Ayın Günəş kimi yozulması və ya bütövlükdə, Günəşi simvolizə etməsi qanunauyğundur.

Türk tarixində bir sıra dövlətlər - Göytürklər, Qəznəvilər, Səlcuqlar, Osmanlılar Ayulduz nişanlarından istifadə etmişlər. Bu sıraya Səfəviləri də aid etmək olar. Belə ki, Səfəvilər dövlətinin bayrağında Ayulduzun əks olunmasını birbaşa həmin dövrün mənbəsi təsdiqləyir. Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarix əsərində Şah Xətainin ordusunun Bağdadı fəth etməsi belə təsvir edilmişdir: “Şah İsmayıl Ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı. Sadə camaat Bağdadbaşqa şəhərlərdən gəlib şadlıq içində qeyri-adi qələbələr və ilahi təyinatla bağlı hökmdarı qarşılayırdı. Onlar sevinc və bəxtiyarlıq içində idilər...”

Ay-ulduzlu bayraqdan istifadə bir sıra Türk-İslam dövlətlərində olduğu kimi, Səfəvilərdə də əsas atribut kimi qəbul edilmişbu rəmz bir müqəddəslik və ideoloji istinad amili rolunu oynamışdır. Diqqət etsək, Azərbaycan tarixinin əsas “dayanacaq” nöqtəsi hesab edilən dövrlərdə bu rəmzlərdən istifadə dəbdə olmuş, hətta dövlətçilik atributlarında da yer almışdır. Qobustan qayalarında səkkizguşəli ulduz rəsmləri, Midiya dövrünə aid məişət nümunələrində ayparaulduz, Göytürk pul sikkələrində səkkizguşəli Ay-ulduz, Səfəvilərdə ayparaulduz, 1918-1920-ci illərdə cümhuriyyətin rəmzlərində və indiki müstəqil Azərbaycan Respublikasının dövlət rəmzlərində aypara və səkkizguşəli ulduz. Bütün bu ardıcıllıq tarixi yaddaşın bərpası və ideoloji  simasıdır.

Əlbəttə ki, qədim Şərq xalqlarından biri kimi, dünya mədəniyyəti tarixinə böyük töhfələr vermiş türk xalqlarının ön cərgəsində yer almış Azərbaycan türklərinin dövlət bayrağında ayparaulduzun həkk olunması heç də təsadüfi deyildir. Bundan əvvəl Osmanlı dövlətinin bayrağında əks olunan bu nişanlar, indi demək olar ki, cüzi fərqlə (beş deyil, səkkizguşə ilə) bayrağımızda göstərildi. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan və nəticə etibarilə türkçülüyü, müasirliyiİslam dininə mənsubluğu ifadə edən Azərbaycan Xalq Cümhuriyyəti bayrağında Ayulduzun həkk olunması bu simgələrə sahib çıxma, onun məna və funksiyasından yararlanma və bu rəmzlərin tarixin dərin qatlarında gizlətdiyi milli və mənəvi gerçəkliklərə göstərilən ehtiram kimi qiymətləndirilməlidir. Beşguşəli yerinə səkkizguşəli ulduzdan istifadə prinsip etibarilə önəmli olmasa da, tarixi obyektivlik baxımından doğrudur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, istər Qobustan qayaüstü rəsmləri sırasında olan səkkizguşəli ulduzun mövcud olması, üstəlik üzərində Midiya (Maday) maqlarının səkkizguşəli ulduzla bərabər rəsmləri döyülmüş saxsı qab nümunələrinin olması, bundan əlavə Göytürklərə məxsus pul sikkələrinin üzərində aypara və səkkizguşəli ulduzun həkk olunması bunun bir tarixi ardıcıllıq olması məntiqini üzə çıxarmaqla yanaşı, eyni zamanda qədim tariximizə dövlət səviyyəsində verilən qiymətin təzahürü idi. Səkkizguşəli ulduzun ayparanın yanında verilməsinin digər maraqlı səbəbi də “Azərbaycan” sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada “Azərbaycan” sözü səkkiz hərflə yazılır. Bu isə təbii ki xoş təsadüf və uyğunluqdur.  Daha bir maraqlı məqam Azərbaycan Xalq Cümhuriyyətinin əsas qurucularından olan M.Ə. Rəsulzadənin dövlətin prinsiplərini müəyyənləşdirərkən 8 əsas şərtə əsaslanmasıdır. Bunlar türkçülük, islamçılıq, çağdaşlıq, dövlətçilik, demokratiklik, bərabərlik, azərbaycançılıq və mədəniyyətlilikdir. Şübhəsiz ki, bu mənaları səkkiz türk xalqının mövcudluğu ilə, Azərbaycanda yaşayan səkkiz etnik qrupun yaşaması ilə əlaqələndirənlər də vardır. Lakin bildirmək istəyirik ki, Azərbaycanda səkkiz deyil, daha çox etnik qrup var, o cümlədən səkkiz deyil, daha çox türk toplumunun olması da heç kəsə sirr deyil.

Bir sözlə, Azərbaycanda istər tarixi, istərsə də fəlsəfi-ideoloji baxımdan paralellər aparsaq, ayparaulduzun istifadəsinin maksimum şahidi olmaqla bərabər, bu nişanların məhz bu diyarla daha çox uyğunlaşdığına və xalqın, dövlətin qədim dəyərlərindən biri olduğuna şübhə etmərik. Ayparaulduz istər milli baxımdan, istərsə də mənəvi baxımdan Azərbaycan xalqının qədim maraqlarının ifadəsi və rəmzidir. İslamaqədər və İslamdan sonrakı tariximizdə bu iki nişan birlikdə atributlarımızda yer almış və xalqımızın mental həqiqətlərinin bir hissəsini ortaya qoymuşdur. O mental həqiqətləri ki, orada həm milliliyi, ümumtürk tarixinin bir parçası olmağı, həm də mənəviliyi, müsəlmanlığı, yəni İslam dünyasına mənsubluğu öz əksini tapmışdır.

 

Anar TURAN

 

Xalq qəzeti.- 2013.- 13 iyul.- S. 5.