14 iyul 1969 - cu il. Azərbaycanın yeni tarixinin başlanğıcı

 

1969 - cu il iyulun 14 - də Azərbaycanın yeni tarixinin başlanğıcının əsası qoyuldu. Həmin gün Azərbaycan Kommunist Partiyası  Mərkəzi Komitəsinin  plenumu  keçirildi. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən 44 il ötür. Bu illər ərzində  ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində  həyata keçirilən tədbirlər göz önündədir. Məhz 44 il əvvəl respublikamızda yeni inkişaf mərhələsinin əsası qoyuldu və iqtisadiyyatımız tənəzzüldən inkişafa doğru istiqamət götürdü.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev epoxasının müstəsna yerirolu var. Dünya şöhrətli siyasi xadim Heydər Əliyev öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Azərbaycanın  dünyaya tanıdılması,  nüfuzunun yüksəklərə qaldırılması və  beynəlxalq aləmə inteqrasiyası ulu öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyət 34 ilə yaxın bir dövrdə Azərbaycana rəhbərlik edib, 5 ildən artıq SSRİ kimi böyük bir dövlətin rəhbərlərindən biri olub.

Görkəmli dövlət və siyasi xadim Heydər Əliyev respublikaya rəhbərliyə başladığı ilk gündən qarşıya qoyduğu prioritet məsələ  Azərbaycanın iqtisadiyyatını möhkəmləndirmək, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırmaq, milli mənafeyini, milli mentalitetini, mədəniyyət və mənəviyyatını qorumaq  inkişaf etdirmək olmuşdur. Ulu öndərin bir -  birinin ardınca həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər nəticəsində  Sovet hakimiyyəti dövründə respublikamız keçmiş SSRİ-də bütün sahələrdə öncül yerlərdən birinə çıxmışdır. Sosial - iqtisadi və mədəni sahələrdə aparılan islahatlar  və uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi və mədəni baza, təməl rolunu oynamışdır.

Heydər Əliyev uzaqgörən, müdrik siyasətçi olduğunu  hələ ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdə  sübut etmişdir.   Həmin  illərdə  Azərbaycanda  dövlət  quruculuğunda , iqtisadiyyatın, elmin, mədəniyyətin,ümumilikdə   həyatın ən müxtəlif  sahələrində  böyük  nailiyyətlər qazanılmış, coşqun bir tərəqqi dövrü  yaşanmışdır.  Məhz bu illərdə  milli və mənəvi  dəyərlərin  qorunub saxlanılmasında,  dövlətçilik, adət - ənənələrimizin inkişafı  istiqamətində  əməli addımlar  atılmış, xalqın intellektual  keyfiyyətlərinin meydana  çıxması  üçün əsaslı zəmin yaradılmışdır. XX əsrin 50-60-cı illərində respublikada  milli-mənəvi dirçəliş  istiqamətində  bir sıra ehtiyatlı addımlar atılsa da bu sahədə məqsədyönlü Heydər Əliyevin  Azərbaycan  KP MK-nın  birinci  katibi  seçildiyi  vaxtdan  başlandı. Respublikanın rəhbəri kimi  Heydər Əliyev  ilk gündən uzaqgörənliklə bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi və sosial-mədəni tərəqqisinə, milli dirçəliş  siyasətinin reallaşmasına  yönəltdi. O, mahir  siyasi xadim  kimi   milli oyanışın    gələcək  müstəqilliyin möhkəm  təməlini  qoydu.

Heydər Əliyev şəxsiyyəti,  onun idarəçilik  istedadı ilə sıx bağlı idi. Ümumiyyətlə, 1970-1985-ci illər yeni Azərbaycan tarixinə quruculuq illəri kimi daxil oldu. Ölkə  həyatında baş verən  dəyişikliklərin miqyasına, iqtisadi  sosial  sahələrdə  aparılan  köklü struktur  islahatlarının xarakterinə, xalqın maddi  rifah halının yüksəlməsinə  görə respublikamız İttifaq miqyasında böyük şöhrət qazanmışdı. Bu  dövrdə respublika iqtisadiyyatında böyük bir  canlanma baş verdi.  Yüzlərlə zavod və fabriklər inşa edildi, yeni istehsalat  sahələri  yarandı. Neftneft  avadanlıqları, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri, avtomobil hissələri, mineral  gübrələr, çini-saxsı qablar, xalça və xalçaçılıq məmulatları istehsalı üzrə Azərbaycan keşmiş SSRİ-də  ön sıraya çıxdı.

Məhz bu  məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi sovet ideologiyasının tüğyan etdiyi bir vaxtda  Heydər Əliyev ana dilinin inkişafını xüsusi diqqət mərkəzində saxladı, Azərbaycana fikir plüralizmi, demokratikazad  düşüncə tərzi, güclü  sosial ədalət duyğusu və milli özünüdərk  hissi  gətirdi. O dövrdə keçmiş ittifaqın  aparıcı elm və təhsil ocaqlarına  göndərilən  gənclərimiz zəruri  ixtisaslara  yiyələndi, güclü və zəngin  milli kadr ordusu yaradıldı. Milli hərbi kadrların yetişdirilməsi üçün Azərbaycanda hərbi məktəblərin açılmasına nail oldu. Bu dövrdə  əldə  edilmiş  nailiyyətlər  gələcəkdə  müstəqil Azərbaycan  dövlətinin qurulması  üçün əsaslı zəmin yaratdı.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur.  Özü də sərt sovet rejimi dövründə. Heydər Əliyev dövlət dili sahəsindəki fəaliyyətinə - ana dilinin inkişafı, qorunub saxlanılması və dövlət dili səviyyəsinə qaldırılmasına  ölkəyə rəhbərliyə gəldiyi ilin (1969) ilk günlərindən başlamışdır.

 Azərbaycan ədəbi və xalq danışıq dilini dərindən bilən, bu dilin zəngin lüğət tərkibinə yaxşı bələd olanqrammatik imkanlarından fitri istedadı sahəsində səmərəli istifadə etməyi bacaran Heydər Əliyev yüksək səviyyəli yığıncaqlarda, konfranslarda  yüksək dövlət səviyyəsində aparılan  müşavirələrdə, tədbirlərdə  ana dilində parlaq çıxışlar edərək, özünə böyük hörmət və məhəbbət qazandı. Ulu öndər  çox yaxşı bilirdi ki, onun qazandığı bu böyük hörmət və məhəbbət eyni zamanda onun istifadə etdiyi, danışdığı dilə - Azərbaycan dövlət dilinə çox böyük hörmət və məhəbbət yaradır. Bütün bunlar təbii olaraq, ölkədə  güclü bir dövlət dili ab-havası yaratmağa xidmət edirdi.

 1977-1978-ci illər respublika rəhbərini çətinliklər qarşısında qoydu. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası qəbul edildi. Həmin Konstitusiya bütün respublikalarda hazırlanan yeni konstitusiyalar üçün bir nümunə rolunu oynamalı idifaktik olaraq oynayırdı. Bu Konstitusiyada isə  əvvəldən dövlət dili haqqında maddə yox idi. Ayrı-ayrı respublikalarda qəbul edilmiş konstitusiyaların heç birində həmin maddə öz əksini tapmadı.

Azərbaycanda isə vəziyyət başqa cür idi. Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirirdi. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək var qüvvəsi ilə çalışdı və bütün çətinliklərə və maneələrə əzmlə sinə gərdi.

 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Kommunist Partiyasının tüğyan etdiyi bir vaxtda belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an ulu öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmadı, ana dilinə olan məhəbbəti, milli təəəssübkeşliyi hər şeyi üstələdi.

 Heydər Əliyev Azərbaycan dövlət orqanlarında, ictimai orqanlarında, maarif idarələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edironun hərtərəfli inkişafına dövlət qayğısı göstərirdi.

 1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi.

 Müstəqil Azərbaycanın 1995-də ümumxalq referendimunda qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz layiqli yerini tutmasının əsası məhz Sovetlər Birliyi dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu.

Heydər Əliyev  harada  çalışmasından  asılı olmayaraq həmişə xalqına,  Vətəninə sədaqətlə qulluq  etmiş, doğma  Azərbaycanla  heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu  dövrdə də  respublikanın  inkişafı  üçün  əlindən  gələni əsirgəmirdi. Heydər Əliyev  çox qısa bir vaxtda  idarəçilik  və dövlətçilik  məharəti nümayiş etdirərək  SSRİ  Nazirlər  Soveti  sədrinin  birinci müavini  kimi ona  həvalə olunmuş  bütün  sahələr  üzrə irəliləyişə  nail olurdu.  Bu, onun xarizmatik  şəxsiyyəti və özünəməxsus fərdi  keyfiyyətləri ilə bağlı idi. Bu istedadlı  dövlət  xadiminin  fəaliyyəti təkcə Sovetlər  İttifaqında  deyil, hətta onun  hüdudlarından  kənarda da  geniş əks-səda  doğurmuşdu.

Azərbaycana rəhbərlik etdiyi illər ərzində minilliklər boyu əldə edilməsi mümkün olmayan arzu və istəkləri gerçəkləşdirməyi bacaran Heydər Əliyevə bütün bunları həyata keçirməyə onun Vətənə, xalqa, torpağa hədsiz məhəbbət və sədaqət hissi, qurub - yartmaq amalı kömək etmişdir. Ulu öndər Azərbaycanın inkişafı və çiçəklənməsi, əhalisinin rifah halının daha da yüksəlməsi üçün bütün imkanlardan istifadə etmişdir.

SSRİ - nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycan ilk illərdə anarxiya, xaos və tənəzzül içərisində boğulurdu. Ölkəmizin təbii sərvətlərinə göz dikmiş digər dövlətlər respublikamızda yaranmış anarxiya və özbaşınalıqdan istifadə edərək min hiylə və məkrə əl atır, Azərbaycanı öz maraqları çərçivəsində kiçik xanlıqlara parçalamaq istəyirdilər. Xalq yaranmış ağır vəziyyətdən çıxış yolunu ulu öndər Heydər Əliyevdə gördü və yenidən Azərbaycana rəhbərlik etmək üçün ondan  təkidlə xahiş edildi. Ömrünün qalan hissəsini də xalqına, millətinə, Vətəninə həsr etməyə hazır olduğunu bəyan edən ulu öndər respublikaya rəhbərlik etməyə razılıq verdi. Bununla da xalqımız  məhv olmaq təhlükəsindən xilas edildiöz nicat yolunu tapdı.

Müdrik  şəxsiyyət  Heydər Əliyev öz işıqlı əməlləri ilə müstəqilliyimizin bərpasında, möhkəmləndirilməsində, ölkəmizin dünya miqyasında tanınmasında müstəsna xidmətlər göstərmişdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, “Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdurbu siyasət respublikamızın uğurlu inkişafının əvəzsiz təminatıdır ”.  Heydər Əliyev yenidən respublikamızda rəhbərliyə xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda tarixin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi, dövləti idarəetmə bacarığı, istedadı sayəsində o, qarşıya çıxan bütün maneələri dəf etmiş, xalqı düşdüyü bəlalardan çıxarıb qoruya bilmişdir. Böyük öndər müasir dünyanın ziddiyyətli reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə əlaqələrin qurulmasına, beləliklə də dünya dövlətlərinin diqqətini iqtisadi cəhətdən əlverişli olan Azərbaycana yönəltməyə nail olmuşdur. Onun hakimiyyətə gəlişi müstəqil respublikamızda yeni bir tarixi mərhələnin əsasını qoydu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı”.

Ümummilli liderin şəxsi təşəbbüsləri, gecəli-gündüzlü zəhməti sayəsində  ölkədə demokratik islahatlara start verildi. Çünki bunlarsız dünyəvi, hüquqi, demokratik dövlət qurmaq mümkün deyildi.

Hazırda  Azərbaycan dünyanın inkişaf etmiş demokratik dövlətləri sırasına qoşulub. Ölkəmizin dünya birliyində mövqelərinin getdikcə möhkəmlənməsi, reytinqinin artması və əlaqələrinin getdikcə genişləndirilməsi Heydər Əliyev siyasi xəttinin nəticəsidir. Sevinirik və fəxr edirik ki, bu siyasi kursu ulu öndərin ən layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev kimi praqmatik düşüncəli, yüksək intellektual təfəkkürə malik uzaqgörən bir şəxsiyyət davam etdirir. Məhz dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş daxilixarici siyasət nəticəsində Azərbaycan dünya birliyində sayılıb - seçilən, söz sahibi olan demokratik dövlətə çevrilib. Ölkəmiz dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının tədbirlərinin keçirildiyi məkana çevrilib. Bu, Azərbaycanın iqtisadi qürətinin sürətli artımının nəticəsidir.

Bu gün hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadır və iftixarla deyir ki, bəli, ümummilli liderimiz, müstəqil Azərbaycan dövlətinin xilaskarı və memarı daim yaşayır və həyat durduqca yaşayacaqdır.

 

 Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2013.- 16 iyul.- S. 3.