Azərbaycan dünya birliyinə sürətlə inteqrasiya edir

 

Cənubi Qafqazın lider dövlətinə çevrilən ölkəmizlə əməkdaşlığı genişləndirmək arzusunda olanların sayı durmadan artır

 

Müstəqil xarici siyasət həyata keçirən Azərbaycan Respublikası dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olan ölkəmiz bunun üçün konkret addımlar atır, bərabərhüquqlu əlaqələrin qarşılıqlı maraqların təmin edilməsi istiqamətində, biri-birinin işinə qarışmamaq prinsipləri çərçivəsində davam etdirilməsi işinə öz töhfəsini verir. Qətiyyətlə deyə bilərik ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində  ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropayadünya birliyinə inteqrasiyası xeyli sürətlənmişdir. Dövlət başçımızın məntiqli xaricidaxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.

Həqiqətən də elmi əsaslara söykənən daxilixarici siyasətin həyata keçirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlməklə yanaşı, həm də bölgədə sülhün, təhlükəsizliyin və inkişafın simvoluna  çevrilmişdir. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edirbu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır. Azərbaycanın qazandığı uğurların təməlində isə ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi daxilixarici siyasət strategiyası dayanır. Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan Respublikası həyata keçirdiyi ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma da qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi. Böyük əhəmiyyətə malik geosiyasigeostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı.

Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması, nüfuzlu qurumlarla əlaqələrini genişləndirməsi ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində əsaslı dönüş yarandı. Bu prinsipləri rəhbər tutaraq və uzunmüddətli milli mənafelərdən çıxış edərək, Azərbaycanın xarici siyasətinin prioritetlərindən hesab edilən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı daha da möhkəmləndirmək, respublikanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin, ilk növbədə ona qarşı Ermənistan Respublikası tərəfindən edilmiş təcavüzün aradan qaldırılması kimi həyati əhəmiyyətli məsələni başlıca məqsəd güdərək konkret siyasət yeridildi. Bu gün də bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng nəqliyyat və əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Qloballaşan dünyada Azərbaycan xalqının maraqlarının daha səmərəli müdafiəsi naminə, ölkə iqtisadiyyatının inkişafı üçün müxtəlif layihələrə xarici sərmayələrin cəlb edilməsi də ölkəmizin  xarici siyasəti üçün müstəsna əhəmiyyət daşımaqdadır. Demokratik tərəqqi yolunu seçmiş respublikamız özünün qonşusu olanolmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin qurulub inkişaf etdirilməsi üzrə ümumi məqsədi mümkün qədər tam şəkildə həyata keçirmək əzmindədir.

Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyiçoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikası həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. Ümumiyyətlə, ölkəmiz müstəqillik qazandıqdan sonra bazar iqtisadiyyatı istiqamətində islahatların həyata keçirilməsi və dünyaya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların rolundan istifadə etmək məqsədilə qısa müddət ərzində BMT,  ATƏT,  İKT, MDB, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Birliyi, Beynəlxalq Valyuta Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Bərpa və İnkişaf Bankı və İslam İnkişaf Bankının üzvü oldu. Sonrakı illərdə Parlamentlərarası İttifaq, Avropa Birliyi, Avropa Şurası, Avropa Parlamenti, NATO və digər nüfuzlu beynəlxalq və regional qurumlarla qarşılıqlı faydalı əlaqələr yarandı. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan Respublikası dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

Müstəqil Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu,  ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas təsirli amillərindən birinə çevrilməsidir. Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Azərbaycan keçən ilin mayında  bir ay müddətinə BMT TŞ-nin sədri olarkən bunu bir daha təsdiq etdi. Bu müddətdə qlobal əhəmiyyətli bir sıra məsələlər mötəbər qurumun iclaslarında müzakirə olundu, əsaslı müzakirələr aparıldı.

ATƏT ilə əməkdaşlıq da Azərbaycanın xarici siyasətində mühüm yer tutur. ATƏT-in Helsinki Yekun Aktı və digər sənədlər bu təşkilata üzv olan ölkələr arasında münasibətləri tənzimləyən norma və prinsipləri müəyyən edirkollektiv təhlükəsizliyin saxlanılması üçün əsas yaradır. Onu da xatırldaq ki, məhz ulu öndər Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də Ermənistan ilə Azərbaycan arasında  atəşkəs haqqında razılıq əldə edildikdən sonra Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən zirvə toplantısında Prezident Heydər Əliyevin çevik diplomatiyasının təsiri ilə “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu. 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd dünyanın 53 dövləti tərəfindən müdafiə olunduLissabon sammitinin Yekun sənədlərinə əlavə edildi. Bu gün də Azərbaycanın mövqeyini dəstəkləyən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri - ABŞ, Fransa və Rusiyanın dövlət başçılarının Akvildə, Muskokda, Los-Kabosda və Loks-Erndə verilən sonuncu  bəyanatında status-kvonun qəbuledilməz olduğu dəfələrlə vurğulanmışdır. Bu, diplomatiyamızın əhəmiyyətli uğurlarından biridir. Çünki status-kvonun qəbuledilməzliyi barədə bəyanat işğal altındakı torpaqların azad olunması tələbi kimi başa düşülür.

Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmişbu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlıq başlanmışdır. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Ötən dövr ərzində əlaqələrin inkişafı istiqamətində baş verən müsbət proseslər kontekstində 2009-cu ildən həyata keçirilən və Azərbaycanın da iştirak  etdiyi “Şərq tərəfdaşlığı” təşəbbüsü Avropa İttifaqı və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasını, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur.

Avropa İttifaqı mühüm geostrateji mövqedə yerləşən, təbii sərvətlərlə zəngin olan, eyni zamanda, Cənubi Qafqaz regionunun Qərbə inteqrasiyasında hərəkətverici dövlət statusunu təsdiqləyən Azərbaycan ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu dəfələrlə bəyan edib. Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi, enerji təhlükəsizliyi sahəsində işbirliyinin dərinləşdirilməsi, regional sabitliyin və inkişafın təmin edilməsi, güzəştli ticarət və kredit rejiminin yaradılması, bazar münasibətləri və miqrasiya, investisiyaların təşviqi və yeni maliyyə mənbələrinin cəlb edilməsi kimi bir sıra mühüm məsələlərdə  vahid mövqedən çıxış edir, bu sahədə işbirliyini dərinləşdirmək üçün konkret addımlar atırlar. Azərbaycan Prezidenti İlham Əliyevin bu il iyun ayının 21-də Belçika Krallığına işgüzar səfərinin nəticələri də belə deməyə əsas verir. Səfər çərçivəsində dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Herman Van RompuylaAvropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə görüşlərində Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilməsi də qarşlıqlı münasibətlərin yüksək səviyyədə olmasından xəbər verirdi.

Avratlantik strukturlara inteqrasiya çərçivəsində NATO - Azərbaycan əlaqələri də milli mənafeyimizin tələbləri çərçivəsində inkişaf edir. Azərbaycanın “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulması və “Fərdi Tərəfdaşlıq üzrə Fəalliyət Planı” nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır.  2008-ci ildə NATO-nun Buxarestdə keçirilən sammitinin, 2010-cu il noyabrın 20-də Lissabon zirvə toplantısının, keçən il may ayının 21-də Çikaqoda baş tutan sammitin yekun bəyanatında  Azərbaycanın ərazi bütövlüyüsuverenliyi bir daha bu beynəlxalq təşkilat və ona üzv dövlətlər tərəfindən tanınmışdır. Bütün bunlar, ölkəmizin yürütdüyü daxilixarici siyasətin nəticəsi, beynəlxalq təşkilatlarla fəal aparması  ilə bağlıdır.

Dövlətimizin başçısı tərəfindən  həyata keçirilən  məntiqli xarici siyasət ölkəmizin bir çox mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsinə də rəvac vermişdir. Bu gün dünyanın ən nüfuzlu təşkilatları öz tədbirlərini məhz Azərbaycanda keçirməyə üstünlük verirlər. Bu da ölkəmizə dünya miqyasında olan inametibardan irəli gəlir. Sirr deyil ki, respublikamızda keçirilən beynəlxalq tədbirlərdə  Avropanın, Amerikanın, Asiyanın, ərəb ölkələrinin görkəmli ictimai-siyasi xadimləri iştirak ediblər. Bəzi tədbirlərdə hətta, keçmiş dövlət rəhbərləri, Nobel mükafatı laureatları, dünyanın tanınmış siyasətçiləri, dövlət və hökumət rəhbərləri iştirak ediblər. Bu tədbirlər ölkəmizin  xarici  daxili siyasətini, mədəniyyətimizi, dinlərarası dialoqu əhatə edib. Bunlarla yanaşı, həmin əhəmiyyətli tədbirlərdə  bəşəriyyəti maraqlandıran, bütövlükdə cəmiyyəti  narahat edən müasir dövrün problemləri də öz əksini tapıb.  “Eurovision-2012" mahnı müsabiqəsi, Krans Montana Forumu, Beynəlxalq Humanitar Forum, mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı ardıcıl olaraq keçirilən beynəlxalq konfranslarbir çox digər tədbirlər xüsusi qeyd olunmalıdır. Bütün bunların hamısı Azərbaycanın  beynəlxalq münasibətlər sistemində mövqeyinin güclənməsinin və  beynəlxalq proseslərdə fəal iştirakının təzahürüdür.  Təbii ki, bu tədbirlərin məhz Azərbaycanda keçirilməsi dövlət başçısının yorulmaz fəaliyyətinin məntiqli nəticəsidir.

Azərbaycanın keçən  ilin fevralında  Böyük İyirmilik” ölkələrinin Meksikada keçirilən tədbirində, mart ayında isə Koreya Respublikasının paytaxtı Seul şəhərində təşkil olunan nüvə təhlükəsizliyi üzrə zirvə toplantısında təmsil olunması da  ölkəmizin qüdrətindən, dünyadakı nüfuzunun sürətlə artmasından xəbər verir. Çünki həmin  tədbirlərdə dünyanın yalnız  qüdrətli,  inkişaf səviyyəsi çox yüksək olan dövlətləri iştirak edirdilər. Bu gün də Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə sıx əməkdaşlıq edir, bərabərhüquqlu münasibətlərini inkişaf etdirir. Göründüyü kimi, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, bu gündavaminkişaf etdirilən uğurlu xarici siyasət strategiyası respublikamızın beynəlxalq arenadakı nüfuzunun gündən-günə artması, dövlətimizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların fəal üzvü, habelə regionumuz və bütünlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyətli olan tədbir və layihələrin təşəbbüskarı olması ilə nəticələnməkdədir.

 

Rauf  KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2013.- 17 iyul.- S. 1.