Yüksək sosial-iqtisadi inkişaf
nümunəsi
Mən bu sətirləri qələmə almağa başlayanda öncə rayonumuzun indiyədək heç bir zaman görünməyən sosial-iqtisadi inkişafının ölkənin ümumi inkişafından qaynaqlandığını qeyd etmək istəyirdim. O məqsədlə də respublikamızın daxili və xarici siyasətdəki uğurlarını, xüsusən, cəmiyyət həyatının bütün sahələrində aparılan islahatların nəticəsi olaraq gənc müstəqil dövlətimizin BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma qeyri-daimi üzv seçilməsini yada salmağı məqsədəuyğun saydım. Çünki həmin göstəricilər Azərbaycan kimi öz müstəqilliyinə yenicə qovuşmuş dövlət üçün hədsiz dərəcədə əhəmiyyətli idi.
Ancaq mən bu fikirdə ikən ölkəmizə beynəlxalq aləmdən daha bir xoş xəbər gəldi. Kütləvi informasiya vasitələri yazdılar ki, dünyanın 50 universitetini təmsil edən gənclər Azərbaycan Prezidenti İlham Əliyevi “İlin dövlət başçısı” seçmişlər. Bu fakt mənim qələmə almaq istədiyim yazını bir qədər də tezləşdirdi. Çünki sosial-iqtisadi inkişafı barədə söz açdığım rayonun sakinləri hələ də Azərbaycan Prezidentinin - yəni müsəlman ölkələrinin liderləri arasında ən yaxşı dövlət başçısı elan edilmiş İlham Əliyevin Binəqədiyə növbəti səfərinin təəssüratları ilə yaşayırdılar.
Yeri gəlmişkən, biz - yaşlı binəqədililər cənab dövlət başçımızın rayonumuza bu ay baş tutan səfərinin təəssüratlarını unuda bilmirik. Biləcərili körpələr isə təxminən bir ay əvvəl başqa bir sevincli görüşün şahidi olmuşdular. Həmin gün - iyunun 6-da ölkənin birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva rayonumuzun Biləcəri qəsəbəsindəki 298 saylı körpələr evi-uşaq bağçasının təmirdən sonrakı açılışında iştirak edirdi. “2011 - 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının icrası çərçivəsində təmir olunan bu məktəbəqədər tərbiyə müəssisəsində 1968-ci ildən bəri heç bir təmir-bərpa işləri aparılmamışdı. İndi 230 yerlik bu sosial obyekt, nəinki Binəqədinin, hətta paytaxtımızın bu qəbildən olan ən nümunəvi müəssisələrindən biridir. Bağça işçiləri, valideynlər, körpələr ulu öndərin adını daşıyan fondun prezidentinin biləcərili uşaqların qonağı olmasından böyük məmnunluq hissi yaşayırlar.
Biz böyüklər isə həmin məmnunluğu dövlət başçımızın paytaxtın ən qədim yaşayış məskənlərindən olan Binəqədiyə növbəti dəfə gələrək bizim rayonun inkişaf sürəti ilə yaxından tanış olması və bu tendensiyanı yüksək qiymətləndirməsi zamanı yaşadıq. Həmin gün reallaşan istənilən tədbir hər birimiz üçün maraqlı və əlamətdar idi. Doğrudur, son bir ildə Binəqədi rayonunda çoxlu sayda sosial təyinatlı obyektlər istifadəyə verilib. Daha çox isə inzibati xarakterli binalar tikilir və ya bərpa olunur. Ancaq mən öz fikirlərimə ulu öndər Heydər Əliyevin möhtəşəm üç əsərindən biri olan (politoloqlar müstəqil Azərbaycan dövlətini, Yeni Azərbaycan Partiyasını və dövlətimizi bütün dünyada öncül yerlərdən birinə çıxaran Prezident İlham Əliyevi ümummilli liderimizin üç böyük əsəri adlandırırlar) partiyanın yerli təşkilatı üçün tikilmiş möhtəşəm inzibati binanın açılışı ilə başlamaq istəyirəm. Çünki cənab Prezidentin Binəqədiyə səfəri zamanı rayon fəallarının ən çox toplaşdığı və ünsiyyətdə olduğu bir məkanın - Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak etməsi biz Binəqədi YAP-çıları üçün böyük məmnunluq hissi yaradan hadisə idi. Mən YAP Binəqədi rayon təşkilatı Siyasi Şurasının üzvü kimi bu qurumun bütün tədbirlərində yaxından iştirak etdiyimə görə inzibati binamızın nə qədər darısqal olduğunu çox yaxşı bilirdim. Ölkədəki bütün problemləri ardıcıllıqla və prinsipiallıqla həll edən dövlətimiz bizim bina problemimizin həllinə də yüksək səviyyədə nail oldu. İndi partiyamızın 14 mindən artıq siyasi həmfikiri birləşdirən Binəqədi rayon təşkilatının iki mərtəbəli, konfrans zalı, hər cür avadanlıqlarla təchiz olunmuş iş otaqları, 120 yerlik akt zalı olan müasir binası vardır.
Ulu öndərin yaratdığı partiyanın yerli təşkilatının inzibati binası kimi onun adını daşıyan park da böyük zövq və məsuliyyətlə yenidən qurularaq həm binəqədililərin, həm də rayonumuzun qonaqlarının ixtiyarına verilmişdir. Bu park Prezident İlham Əliyevin tapşırığı ilə Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin rahatlığı üçün dünya standartlarına uyğun istirahət guşələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissələrindən biridir. Dörd hektar yarım ərazini əhatə edən bu parkda ötən ilin avqustunda başlanmış yenidənqurma işlərinin nəticəsində paytaxt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır. Burada mürəkkəb relyefə uyğun olaraq dünyanın müxtəlif ölkələrindən gətirilən çoxillik bitkilər əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Açılış zamanı qeyd edildi ki, burada 60 min kol, 10 min sarmaşıq, 600-dən çox uzunömürlü ağac əkilmişdir. Parkda uşaqlar üçün attraksion, yelləncək və idman elementləri, gənclər üçün internet - kafe yaradılmışdır.
Əlbəttə, bütün bunlar dövlət siyasətinin yerlərdə yüksək səviyyədə icra olunmasının nəticəsidir və təbii ki, bu möhtəşəm funksiyanı rayon icra hakimiyyəti yertinə yetirir. Ona görə də Azərbaycan dövləti rayon icra hakimiyyətlərinin səmərəli fəaliyyətini təmin etmək məqsədiylə onlar üçün müasir tələblərə cavab verən iş şəraitinin yaradılmasının qayğısına qalır. Bu baxımdan Binəqədi rayonunun sosial-iqtisadi inkişafı çərçivəsində görülən tədbirlər sırasında icra hakimiyyətinin binasında aparılmış yenidənqurmadan sonra yaradılan şərait xüsusilə qeyd olunmalıdır. Müasir memarlıq üslubunda yenidən qurulan bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir.
Binəqədiyə gələn dövlət başçımız rayon icra hakimiyyətinin inzibati binasının yenidənqurmadan sonrakı açılışında da iştirak etdi. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun bu məsələ ilə bağlı dövlət başçısına verdiyi məlumat elə yerli sakinlər üçün də ilk dəfə eşidilirmiş kimi maraqlı idi. Rayon rəhbəri bildirdi ki, bu bina 1970-ci illərin əvvəllərində inşa edilib. Sovet dövründə burada rayon partiya komitəsi yerləşmişdi. Daha sonra binadan başqa təyinatlar üçün istifadə olunmuşdur. Ötən illərdə binada əsaslı təmir işləri aparılmayıb. Keçən ilin mayından binanın tamamilə yenidən qurulmasına başlanıb. Bina yenidənqurma prosesində bir mərtəbə artırılaraq müasir memarlıq üslubunda yenidən qurulmuşdur.
Məlum olduğu kimi, dövlət başçımız idarəetmənin
bütün sahələrinin müasirləşdirilməsini,
xüsusən, informasiya- kommunikasiya
texnologiyalarından yetərincə istifadə olunmasını
bir vəzifə olaraq
qarşıya qoymuşdur. Təsadüfi deyildir ki, dövlət
başçımız ölkədə 2013-cü ili informasiya-kommunikasiya texnologiyaları ili elan etmişdir
. Bu məqamlar Binəqədi rayonunda da kifayət qədər
diqqət mərkəzində saxlanılır. Elə icra
hakimiyyətinin yeni inzibati binasında da müasir idarəetmə metodlarından istifadə
etmək üçün bütün
texniki şərait yaradılıb. Burada sakinlərin
müraciəti üçün “1646” xidməti yaradılmışdır. Sakinlər
icra hakimiyyətinə gəlmədən
müraciətlərini daha çevik və operativ
şəkildə telefonla çatdıra
və məlumat ala bilərlər. “1646” xidməti
bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Məhz rayon icra hakimiyyəti aparatında sakinlərin
istənilən təklifinin
və arzusunun eşidilməsinin nəticəsidir
ki, bu gün
Binəqədidə abadlaşdırılmayan
kənd, qəsəbə,
küçə, prospekt
qalmayıb. Təkcə
“Azadlıq” prospektində son bir ildə - yəni seçki ərəfəsində həyata keçirilən abadlıq
və yenidənqurma işləri Binəqədidə həyata
keçirilən layihələrin
miqyasından xəbər
verir.
Mən məmnunluq hissi ilə qeyd edirəm
ki, bütün bunlar barədə bir
neçə dəfə
mətbuatda söz açmışam.
Hər yazıda
da qeyd etmişəm
ki, Binəqədi rayonunun sakinləri xalqımıza firavan ölkə, qüdrətli
dövlət və respublikamıza beynəlxalq
aləmdə möhtəşəm
nüfuz qazandıran Heydər Əliyev siyasi kursunu həmişə
dəstəkləmişdir, indi də dəstəkləyir.
Əminəm ki, bu ilin payızında
keçiriləcək prezident
seçkilərində həmin dəstəyin
daha mükəmməl
bir səviyyəsinin şahidi olacağıq. Bunu rayonumuzda olan siyasi-mənəvi ab-hava da sübut edir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl rayonumuzda keçirilən “Heydər
Əliyevin azərbaycançılıq
məfkurəsi və
dövlətçilik” adlı
konfransda icra hakimiyyətinin başçısı Xaləddin
İsgəndərov cənab
dövlət başçımızın
Binəqədiyə 3 iyul
tarixli səfəri barədə söz açarkən maraqlı bir fikir səsləndirdi:
“Prezidentin ayağı
Binəqədi torpağına
dəyən kimi məndən soruşdu ki, rayonda ictimai-siyasi
ab-hava necədir? Mən dedim ki, yüksək
səviyyədədir. Çünki rayon əhalisinin ictimai rəyi bizə gün kimi aydındır”.
Başçının həmin əminliyi
möhtəşəm bir
həqiqətə əsaslanırdı.
Bu gün binəqədililərin
hər biri Heydər Əliyev siyasi kursunun mübariz əsgəri kimi qətiyyətli və iradəlidirlər.
Bu zaman başqa bir həqiqəti də vurğulamaq yerinə düşərdi. Belə
ki, hələ seçkiyə
bir neçə ay qalsa da bəzi
xəyalpərvər dil
pəhləvanları özləri üçün gah “Milli Şura”, gah milli kolxoz,
nə bilim nələr yaradır, özlərini təbliğ edir, xalqın başını
aldatmağa çalışırlar.
Elə bilirlər ki , yenə də ötən əsrin
90-cı illəridir. Belə
düşündüklərinə görə onları qınamaq
da olmur. Çünki onlar məhz
həmin illərin səviyyəsində qalıblar.
Azərbaycan xalqı və dövlətimiz isə iti sürətlə inkişaf
edir, irəliləyir.
Ona görə də Yeni Azərbaycan
Partiyasının seçkidəki
namizədinin təbliğ
olunmasına elə bir ehtiyac da
yoxdur. Bu təbliğatı bizim əvəzimizə
BMT Təhlükəsizlik Şurasından gələn
səsimiz, kosmosda Azərbaycan bayrağının
təsviri ilə dövr edən rabitə peykimiz, bir milyondan artıq
yeni iş yeri barədə hesabatlar, ölkənin bütün guşələrini
əhatə edən möhtəşəm tikinti-quruculuq
işləri, Azərbaycan
paytaxtında keçirilən
möhtəşəm beynəlxalq
tədbirlər, ən
başlıcası isə
xalqın Heydər Əliyev siyasi kursuna olan inamı,
etimadı aparır.
Göz qabağında
olan heyrətamiz həqiqətləri görən
Azərbaycan xalqı kimə səs verəcək? Təbii ki, bu sualın cavabı da məlumdur, Rüstəm İbrahimbəyov, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov kimi xəyalpərvər
qaragüruhçuların növbəti
dəfə əliboş
qalacaqları da. Onlar qapı-qapı düşüb
xarici ölkələrdən
dəstək umurlar, xoş söz eşitmək istəyirlər.
Yeni Azərbaycan Partiyasının
namizədinin isə həm dəstəyi, həm də arxası - dayağı 9 milyonluq Azərbaycan xalqıdır. Mən fəxr
edirəm ki, Binəqədi seçicilərinin
böyük əksəriyyəti
bu fikirdədir.
İsgəndər
NAMAZOV,
R.Aboyev adına Mədəniyyət və
İstirahət Parkının direktoru
Xalq qəzeti.- 2013.- 19 iyul.- S. 10.